Məhkəmə qərarları › İş №2-1(3-6)-1781/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1781/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan★Respublikası★adından Qərar Bakı★şəhəri İş★№★2-1(3-6)-1781/2026 12.08.2026 BAKI★APELLYASIYA★MƏHKƏMƏSI Hakimlər★Nəbizadə★Nigar★Xeyrulla★qızı★(sədrlik★edən★və★məruzəçi), X1★və★X2★ibarət★tərkibdə, Fərzəliyeva★Günay★Abdukərim★qızının★katibliyi★ilə, Iddiaçı★İddiaçı, Cavabdehin★nümayəndəsi★nümayəndə1★iştirakı★ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- *****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə★baxışı★qaydasında★baxaraq, ★ MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin★geri★qaytarılması”★tələbinə★dair★iddia★ərizəsi★ilə★məhkəməyə★müraciət★etmişdir.★ Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “cavabdehin ##.##.2025-ci il tarixli qərarından 704 manat pul məbləği ilə bağlı qeyd hissəsinin ləğv edilməsini və 704 manat pul məbləğinin iddiaçıya qaytarılmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə ##.##.2026-cı il tarixdə məhkəmə★protokolu★qaydasında★icraata★qəbul★edilmişdir.★ Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçıya ##.##.2000-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilmişdir. 2025-ci ilin avqust ayında iddiaçı cavabdehə ərizə ilə müraciət edərək işləyən əmək pensiyaçısı kimi topladığı pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Müraciətinə əsasən əmək pensiyası yenidən hesablanaraq 1601 manatadək artırılıb, həmçinin keçmiş 3 il üçün ona ödənilməli olan 113,73 manat fərq məbləği müəyyən edilib. Iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda cavabdeh qeyd etmişdir ki, ona əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində 704 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilib. Daha sonra cavabdeh həmin ödənilməli olan 704 manatdan 113,73 manat pul vəsaitini çıxmış, qalan 590,27 (704,00- 113,73) manat vəsaitin 160,10 manat hissəsini cari ilin avqust ayından əmək pensiyasından tutaraq büdcəyə qaytarıb. Nəticədə iddiaçıya ödənilməli olan 779,23 fərq məbləğindən ona qalıq artıq ödənilmiş 430,17 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 349,06 (779,23-430,17) manat vəsait cari aydan etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olaraq kart hesabına köçürülür. Iddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq iddiaçıdan 704 manat pul tutmuşdur. Göstərilənlərə əsasən, iddiaçı★iddia★tələbinin★təmin★edilməsini★xahiş★etmişdir.★ Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ## ######## 2000-ci il tarixindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma zamanı müvafiq artımlar zamanı iddiaçının təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar, əmək pensiyası yenidən hesablanaraq 1601,00 manata (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla) artırılmış, həmçinin keçmiş üç il üçün iddiaçıya ödənilməli olan 113,73 manat fərq məbləği müəyyən edilmişdir. Bundan başqa, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Aparılmış araşdırma zamanı iddiaçıya Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində 704,00 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı artıq ödənilmiş 704,00 manat vəsaitdən ona ödənilməli olan 113,73 manat pul vəsaiti çıxılmış, qalan 590,27 (704,00-113,73) manat vəsaitin 160,10 manat hissəsi cari ilin avqust ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödənilmiş vəsait 430,17 manat təşkil edib. Eyni zamanda bildirilir ki, iddiaçının Mərkəzi Filiala daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanaraq 1625,29 manata (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirilmələr nəzərə alınmaqla) artırılmış, həmçinin keçmiş üç il üzrə ona ödənilməli olan 779,23 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya ödənilməli olan 779,23 manat fərq məbləğindən qalıq artıq ödənilmiş 430,17 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 349,06 (779,23-430,17) manatın cari aydan etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini★xahiş★etmişdir.★ Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında ##.##.2025-ci il tarixli qərarı - 704 manat pul məbləği ilə bağlı qeyd hissəsində ləğv edilməsi, iddiaçı İddiaçı tutulmuş 704 manatın geri qaytarılması★cavabdehə★həvalə★edilməsi★qərara★alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmış və şikayətdə həmçinin göstərilmişdir ki, inzibati orqan qəbul etdiyi inzibati aktın ləğv edilməsi üçün müəyyən edilmiş halları müəyyən etdikdən dərhal sonra zəruri tədbirləri həyata keçirir. Belə ki, inzibati orqan qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bilə-bilə bu akt əsasında vətəndaşlara hər hansı bir ödənişin həyata keçirilməsində maraqlı ola bilməz. Bu səbəbdən də hazırki iş üzrə inzibati orqan iddiaçıya ödənilən müavinətin dayandırılması əsaslarını müəyyən etdiyi vaxtdan ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Bakı Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)- ****/**** saylı qərardadı ilə Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- *****/**** saylı qərarı cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli qərarının 704 manat pul məbləği ilə bağlı qeyd hissəsinin ləğv edilməsinə dair iddia tələbinin təmin edildiyi hissədə ləğv edilmiş; iddia cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli qərarının 704 manat pul məbləği ilə bağlı qeyd hissəsinin ləğv edilməsi tələbinə münasibətdə mümkün★sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ##.##.2025-ci il tarixli qərarın qeyd hissəsinin ləğvinə dair hissəsi ayrıca qərardadla ləğv edilərək iddia həmin hissədə mümkün sayılmadıqdan sonra, apellyasiya şikayətinin mahiyyəti üzrə qiymətləndirilməli olan məsələ iddiaçıdan faktiki olaraq tutulmuş 704 manatın ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının qanuni və əsaslı olub-olmamasından★ibarətdir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ##.##.2000-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubuna və cavabdehin özünün iş üzrə verdiyi izahatlara əsasən, iddiaçıya əmək pensiyası ödənildiyi halda ##.##.2007-ci il tarixdən ##.##.2012-ci il tarixədək eyni zamanda kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumilikdə 704 manat sosial müavinət★ödənilmişdir. Sonradan cavabdeh həmin 704 manatı artıq ödəniş hesab etmiş, iddiaçıya əvvəlcə hesablanmış 113,73 manat pensiya fərqini həmin məbləğdən çıxmış, 160,10 manatı iddiaçının cari əmək pensiyasından tutmuş, qalan 430,17 manatı isə iddiaçıya sonradan hesablanmış 779,23 manat pensiya fərqindən əvəzləşdirmişdir. Beləliklə, tətbiq edilmiş əməliyyatların texniki adından asılı olmayaraq, nəticə etibarilə iddiaçının əmlak sferası ümumilikdə★704★manat★azalmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləsindən müdafiəyə dair mübahisələrdə həmin müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bu baxımdan hazırkı mübahisədə cavabdeh 704 manatın iddiaçının iradəsindən asılı olmayaraq onun pensiyasından və ona ödənilməli pensiya fərqlərindən çıxılmasına imkan verən həm maddi-hüquqi əsası, həm də həmin əsasın tətbiqi★üçün★tələb★olunan★faktiki★şərtlərin★mövcudluğunu★sübut★etməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli dövrdə qüvvədə olmuş müddəalarına əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi onu almaq hüququ müəyyən edilmiş şəxsin əmək pensiyası hüququnun olmaması şərti ilə əlaqələndirilmişdir. Mübahisəli dövr ərzində həmin hüquqi tənzimləmənin maddə nömrəsi qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində dəyişsə də, normanın mahiyyəti dəyişməmişdir. Buna görə də hazırkı iş üzrə hüquqi qiymətləndirmə aparılarkən mübahisəli ödənişlərin həyata keçirildiyi tarixlərdə qüvvədə olmuş müvafiq qanunvericilik★müddəalarının★məzmunu★əsas★götürülməlidir. Iddiaçının ##.##.2000-ci ildən əmək pensiyası hüququna malik olduğu nəzərə alındıqda, cavabdehin ona sonradan kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət ödənilməsinin qanunvericiliyə uyğun olmaması barədə dəlilinin hüquqi əsası vardır. Lakin müavinətin ilkin təyin edilməsinin qanuni olub-olmaması ilə artıq ödənilmiş hesab edilən pul vəsaitinin uzun müddət keçdikdən sonra şəxsdən geri alınmasının mümkünlüyü eyni hüquqi məsələ deyildir. Birinci məsələ şəxsin müavinəti almaq hüququnun olub-olmamasına, ikinci məsələ isə artıq ödənilmiş vəsaitin geri tələb edilməsinin qanuni əsaslarına, proseduruna və hədlərinə aiddir. Müavinətin ilkin ödənilməsinin qanunsuz olması özlüyündə inzibati orqana həmin vəsaiti istənilən müddətdən sonra və istənilən üsulla şəxsin əmlakından birtərəfli qaydada çıxmaq səlahiyyəti★vermir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi müavinətin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin və ya onun ailə üzvlərinin həmin hal barədə müavinət təyin edən orqana beş gün müddətində məlumat vermək vəzifəsini müəyyən edir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən isə, məhz müavinətin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi halda müavinət alan şəxs artıq ödənilmiş məbləği qaytarmalıdır; artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə isə bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göstərilən normaların sistemli təhlilindən belə nəticə çıxır ki, Qanunun 12.2-ci maddəsində nəzərdə tutulan qaytarma öhdəliyinin yaranması üçün, birincisi, müavinətin ödənişi davam etdiyi dövrdə onun dayandırılmasına səbəb olan yeni hal yaranmalı, ikincisi, həmin hal barədə məlumat vermək vəzifəsi müavinət alan şəxsin üzərinə düşməli, üçüncüsü, şəxs bu vəzifəni yerinə yetirməməli və məhz bunun nəticəsində artıq ödəmə baş★verməlidir. Hazırkı işdə bu şərtlər müəyyən edilmir. Iddiaçının əmək pensiyası hüququ sosial müavinət ödənilməyə başlandıqdan sonra yaranmamış, əksinə, ona hələ ##.##.2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Mübahisəli sosial müavinətin ödənilməsi isə bundan illər sonra başlamışdır. Buna görə müavinətin ödənişi dövründə iddiaçının cavabdehə bildirməli olduğu yeni “əmək pensiyası hüququnun yaranması” halı mövcud olmamışdır. Iş materiallarında iddiaçının əmək pensiyası alması faktını gizlətməsi, cavabdehə yanlış məlumat verməsi, saxta və ya təhrif olunmuş sənədlər təqdim etməsi və yaxud başqa hüquqazidd üsulla sosial müavinətin təyin edilməsinə nail olması barədə də hər hansı mötəbər sübut yoxdur. Bu halların mövcudluğunu sübut etmək vəzifəsi isə iddiaçıdan★pul★tutulmasını★həyata★keçirən★inzibati★orqanın★üzərinə★düşür. Digər tərəfdən, hətta “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində nəzərdə tutulan qaytarma öhdəliyinin mövcud olduğu fərz edilsə belə, həmin norma artıq ödənilmiş məbləğin qaytarılmasından imtina olunduğu halda mübahisəyə məhkəmə qaydasında baxılmasını nəzərdə tutur. Cavabdeh isə iddiaçının könüllü razılığını əldə etmədən və məbləğin geri alınmasına dair məhkəmə qərarı olmadan onun pensiyasından və ona hesablanmış pensiya fərqlərindən birtərəfli qaydada 704 manat çıxmışdır. Cavabdeh belə birtərəfli müdaxiləyə hüquq verən başqa xüsusi★qanun★normasını★göstərməmişdir. Cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə★istinadı★da★fərqli★nəticəyə★gəlməyə★əsas★vermir. Həmin bənd əmək pensiyasının yenidən hesablanması zamanı Qaydanın 6.1.4-cü və 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulan hallar əsasında keçmiş dövr üzrə müəyyən olunmuş əskik və artıq ödəmələrin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilməsini★nəzərdə★tutur. Normanın həm yerləşdiyi hüquqi tənzimləmə sahəsi, həm mətnində “əmək pensiyasının yenidən hesablanması” ifadəsinin işlədilməsi, həm də birbaşa “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə göndəriş edilməsi göstərir ki, həmin bənd əmək pensiyasının yenidən hesablanması ilə bağlı keçmiş dövr üzrə yaranmış əskik və artıq pensiya ödəmələrinin əvəzləşdirilməsi mexanizmini müəyyən edir. Halbuki hazırkı işdə cavabdehin artıq ödəniş hesab etdiyi 704 manat əmək pensiyası və ya əmək pensiyasına əlavə deyil, ayrıca hüquqi təbiətə malik sosial müavinətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi də məhz “əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği”ni tənzimləyir. Bu səbəbdən Qaydanın 6.6-cı bəndində işlədilən “artıq ödəmələr” anlayışını Qaydanın predmetindən kənara çıxarmaqla, əmək pensiyasından fərqli sosial ödənişlər üzrə yaranmış istənilən borcun pensiya hesablaşmaları ilə əvəzləşdirilməsinə ümumi səlahiyyət★verən★norma★kimi★şərh★etmək★olmaz. Bununla yanaşı, hətta cavabdehin irəli sürdüyü geniş şərh qəbul edilərək Qaydanın 6.6-cı bəndinin hazırkı sosial müavinətə də şamil oluna biləcəyi fərz edilsə belə, həmin bənd əvəzləşdirmənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci★maddəsi★nəzərə★alınmaqla★həyata★keçirilməsini★birbaşa★tələb★edir. Həmin Qanunun 39.1-ci maddəsinə görə, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur; artıq ödənilmiş məbləğ pensiyaçının razılığı olduqda pensiyanı təyin edən orqanın qərarı əsasında,★razılığı★olmadıqda★isə★məhkəmə★qaydasında★tutulur. Hazırkı halda mübahisəli ödəmələr 2007-2012-ci illərə aiddir və onların geri alınması 2025-ci ildə həyata keçirilmişdir. Bundan başqa, iş materiallarında iddiaçının 704 manatın tutulmasına və ya əvəzləşdirilməsinə razılıq verdiyini təsdiq edən hər hansı sənəd yoxdur, həmin məbləğin iddiaçıdan tutulmasına dair əvvəlcədən qəbul edilmiş məhkəmə qərarı da mövcud deyildir. Beləliklə, cavabdehin istinad etdiyi hüquqi mexanizm onun təklif etdiyi geniş şərhlə qəbul edilsə belə, həmin mexanizmin özündə nəzərdə★tutulmuş★təminatlar★gözlənilməmişdir. Cavabdehin apellyasiya məhkəməsində 113,73 manat və 430,17 manat üzrə aparılmış əməliyyatların “tutulma” deyil, “əvəzləşdirmə” olması barədə dəlili də hüquqi nəticəni dəyişmir. Hüquqi qiymət əməliyyata verilən addan deyil, onun şəxsin hüquq və əmlak sferasına təsirindən çıxış etməklə verilməlidir. Iddiaçıya ödənilməli pul vəsaitlərinin onun iradəsi əleyhinə büdcəyə yönəldilməsi və cari pensiyasından 160,10 manat çıxılması nəticə etibarilə eyni hüquqi nəticəni - iddiaçının əmlakının 704 manat azalmasını yaratmışdır.★ “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi də cavabdehin həyata keçirdiyi əməliyyata hüquqi əsas yaratmır. Həmin norma inzibati aktda olan yazı və hesab səhvlərinin düzəldilməsini nəzərdə tutur. 2007-2012-ci illərdə sosial müavinətin ödənilməsinin hüquqi əsaslarının on üç ildən artıq müddət keçdikdən sonra yenidən qiymətləndirilməsi və ödənilmiş vəsaitin şəxsdən geri alınması texniki yazı və ya hesab səhvinin düzəldilməsi deyil, şəxsin hüquqi və əmlak vəziyyətinə müdaxilə edən★ayrıca★maddi-hüquqi★qərardır. Cavabdehin “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12ci maddəsinə dair dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, həmin maddəyə görə qanunsuz inzibati akt, bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, onun ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv★edilə★bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı, ★★★ statuslu qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, həmin müddətin başlanğıcı inzibati orqanın ləğvə və ya dəyişdirməyə əsas verən halı bildiyi və ya normal idarəçilik şəraitində bilməli olduğu vaxtla müəyyən edilir. Bu vaxt ehtimalla deyil, mötəbər sübutlarla müəyyən edilməli, ləğvə və ya dəyişdirməyə səbəb olan halların nədən ibarət olduğunu və onların nə vaxt məlum olduğunu★göstərmək★vəzifəsi★inzibati★orqanın★üzərinə★düşür. Hazırkı halda cavabdeh iddiaçıya 2000-ci ildən əmək pensiyasını, 2007-2012-ci illərdə isə eyni sosial təminat sistemində sosial müavinəti özü ödədiyini təsdiq edir. Cavabdeh həmin iki ödənişin paralel aparıldığını yalnız 2025-ci ildə inventar zamanı müəyyən etdiyini bildirsə də, bu faktın əvvəlki dövrdə onun üçün nə üçün aşkar edilə bilmədiyini və ya normal idarəçilik şəraitində niyə məlum olmamalı olduğunu təsdiq edən konkret★fakt★və★sübut★göstərməmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki halları və tətbiq edilməli hüquq normaları məcmu halda qiymətləndirildikdə Kollegiya belə qənaətə gəlir ki, iddiaçıya 2007-2012-ci illərdə sosial müavinətin ödənilməsinin qanunauyğun olmaması həmin məbləğin 2025-ci ildə onun iradəsi əleyhinə əmək pensiyasından və ona ödənilməli pensiya fərqlərindən birtərəfli qaydada çıxılmasını öz-özlüyündə qanuniləşdirmir. Odur ki, iddiaçıdan faktiki olaraq tutulmuş və ona ödənilməli məbləğlərlə əvəzləşdirilmiş 704 manat pul vəsaitinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin★gəldiyi★yekun★nəticə★qanuni★və★əsaslıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi★həddində★dəyişdirilə★bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar (*hal-hazırda apellyasiya baxışında qalan hissə çərçivəsində) dəyişdirilmədən★saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin★80,★87,★90★və★94-cü★maddələrini★rəhbər★tutaraq,★məhkəmə★kollegiyası ★ QƏRARA ALDI: ★ Cavabdeh★tərəfindən★verilmiş★apellyasiya★şikayəti★təmin★edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı (“Iddiaçı İddiaçı tutulmuş 704 manatın geri qaytarılması cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin” hissəsində) dəyişdirilmədən★saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin★Inzibati★Kollegiyasına★kassasiya★şikayəti★verilə★bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov ★ ★

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar