Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1788/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbadova Zülfiyyə Əli qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İbadova Zülfiyyə Əli qızının, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair mülkiyyət hüququ ##.##.2013-cü il tarxində Qəniyev Aslan Xankişi oğlunun adına qeydiyyata alınmışdır.
2. Reyestrdə 4Ə/-01-05 nömrə ilə qeyd olunan ##.##.2014-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən Qəniyev Aslan Xankişi oğlu Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə vermişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair mülkiyyət hüququ ##.##.2014-cü il tarxində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır.
4. Reyestrdə 4Ə-72 nömrə ilə qeyd olunan ##.##.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni İsmayılova Hicran İlyas qızının mülkiyyətinə vermişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair mülkiyyət hüququ ##.##.2019-cu il tarxində İsmayılova Hicran İlyas qızının adına qeydiyyata alınmışdır.
6. Reyestrdə 4Ə-599 nömrə ilə qeyd olunan ##.##.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni X1 və Həsənov Yusif Qurban oğlunun mülkiyyətinə vermişdir.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Moskva prospekti, 77) ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair mülkiyyət hüququ ##.##.2024-cü il tarxində X1 və Həsənov Yusif Qurban oğlunun adına qeydiyyata alınmışdır.
8. Reyestrdə 4Ə-127 nömrə ilə qeyd olunan ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X1 və Həsənov Yusif Qurban oğlu Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni İbadova Zülfiyyə Əli qızının mülkiyyətinə vermişdir.
9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüsü 613.7 kv.m təşkil edir. Torpaq sahəsinin konfiqurasiyasında və perimetrik ölçülərində fərq vardır, bu səbəbdən faktiki sahə 1164,4 kv.m-dir. İ talvar tikililəri mövcud deyildir. Torpaq sahəsində sta=8.0 kv.m olan 3 ədəd əsaslı tikinti olmayan kabinet və 1 ədəd sta=8.0 kv.m olan mühafizə otağı inşa edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müvafiq daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələiərı Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Yuxanda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakm dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatına alınmasından imtina edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İbadova Zülfiyyə Əli qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki-pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, ##.##.2025-ci il tarixli ərizəsi ilə * saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh * saylı Bakı şəhər Ərazi İdarəsi ##.##.2025-ci il tarixli məktuba əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina verərkən inzibati orqan mövqeyini onunla əsasalndırmışdır ki, əmlakın yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir, odur ki, yeni icarə müqaviləsi bağlanması tövsiyyə olunur. İddiaçı hesab edir ki, cavabdeh tərəfin imtina bildirişi əsassızdır. Belə ki, ##.##.2025-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alq-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi iddiaçı İbadova Zülfiyyə Əli qızı tərəfindən alınmışdır. Alqı-satqı müqaviləsi alqı-satqı perdmeti üzərində hüququn, o cümlədən mülkiyyət hüququnun qeydiyyatı üçün hüquqi əsasdır.
13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müvafiq daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
14. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Moskva prospekti, 77) ünvanında yerləşən ümumi sahəsi 613.7 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair iddiaçı İbadova Zülfiyyə Əli qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, müvafiq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə iddiaçı tərəfindən Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman texniki pasporta əsasən tikilinin konfiqurasiyası və perimetrik ölçülərində fərq olduğu məlum olmuşdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
18. Məhkəmədə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
26. Belə ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki-pasportun verilməsini tələb edir.
27. Cavabdeh orqan isə əmlakın yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olduğunu bildirərək, imtina cavabı vermişdir.
28. İş materiallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Moskva prospekti, 77) ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair mülkiyyət hüququ ##.##.2024-cü il tarxində X1 və Həsənov Yusif Qurban oğlunun adına qeydiyyata alınmışdır. ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X1 və Həsənov Yusif Qurban oğlu Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni İbadova Zülfiyyə Əli qızının mülkiyyətinə vermişdir.
29. Eyni zamanda işin apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsinə dair hər hansı fiziki və ya hüquqi şəxslə Xidmət arasında icarə müqaviləsi bağlanılmamışdır.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
31. Göründüyü kimi qeyd olunan normanın tələbləri baxımından iddia edilən daşınmaz əmlaka dair ##.##.2025-ci ildə bağlanmış Daşınmaz Alqı-satqı Müqaviləsi əsasında iddiaçı İbadova Zülfiyyə Əli qızının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil.
32. Cavabdehin gətirdiyi arqumenti məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması və həmin torpaq sahəsi üzərində icarə müqaviləsinin bağlanmasını tələb etmək Əmlak Məsələləri Dövlət Xidmətinin subyektiv hüququdur ki, həmin hüquqdan irəli gələn vəzifənin əmlak kompleksinin mülkiyyətçisi tərəfindən icra edilməməsinə görə qanuni təsir tədbirləri mövcuddur. Başqa sözlə desək qeyd olunan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmaması əmlak kompleksi üzərində alqı-satqı müqaviləsi üzrə əmələ gəlmiş sahiblik və istifadə hüququnun qeydə alınmasından imtina üçün əsas sayıla bilməz.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.