Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1799/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması və s.” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsinə qarşı üçüncü şəxs1 Əli İslam qızı və üçüncü şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, **** nömrəli Sərəncamı ilə Qala qəsəbəsində *** saylı sahədə yerləşən 1200 kv.m ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Sözügedən sərəncamın arxiv nüsxəsi Dövlət Arxivinin Bakı filialında mövcuddur.
2. Yerləşmə cizgisindən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, **** nömrəli Sərəncamı ilə Qala qəsəbəsində *** saylı sahədən ayrılmış 1200 kv.m ölçüdə olan torpaq sahəsinin texniki parametrləri və yerləşməsi barədə məlumat cizgidə əks olunmuş, həmin cizgi Xəzər RİH tərəfindən tərtib olunmuşdur.
3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin sonuncu ##.##.2025-ci il Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında yerləşən “869” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, ##.##.2025-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bildirilir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə ************ nömrəli, ##.##.2024-cü il tarixli məktubla cavab verilmiş və iradlar tam aradan qaldırılmamışdır. Belə ki, elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi yaşıllıq ərazidə yerləşir, həmçinin ********** nömrəli, ##.##.2020-ci il tarixli müraciət zamanı tərəfinizdən tamamilə fərqli ərazi göstərilmişdir. Əlavə olaraq, tərəfinizdən Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli **** saylı sərəncamı əsasında tərtib edilmiş yeni yerləşmə cizgisi təqdim edilsə də, idarənin arxiv əsaslarında eyni sərəncam əsasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədi də (kadastr planı) mövcuddur. Elektron kadastr məlumatlarına əsasən, kadastr planının baza məlumatı yoxdur, həmçinin kadastr planı hazırki müraciət zamanı göstərilən sahəyə deyil, ********* nömrəli, ##.##.2020-ci il tarixli müraciətiniz zamanı göstərilmiş sahənin qonşuluğunda yerləşən sahəyə adidir və həmin ərazi hazırki müraciətiniz zamanı göstərilmiş sahədən təqribən 7.5 km kənarda yerləşir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
4. İddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar xxxx publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi yerli icra hakimiyyətinin sərəncamı əsasında ayrılmış, həmin torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib olunmuşdur. İddiaçı həmin hüquqmüəyyənedici sənədlərə istinad edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək iddia tələbinin “Bakı şəhəri, Qala qəsəbəsi, 1045 kv.m ölçüdə qeydiyyata alınmış və müraciət edilmiş torpaq sahələri ilə üst-üstə düşməyən *** nömrəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə ##.##.2026-cı il tarixdə protokol qaydasında icraata qəbul edilmişdir.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına esasən göstərilən torpaq sahəsi yaşıllıq ərazidə yerləşməklə sahənin bir hissəsinə (96 kv.m) digər şəxsin – üçüncü şəxs1 Əli İslam qızının müraciəti olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı faktiki torpaq sahəsinin 1420 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Elektron kadastr məlumatlarına əsasən faktiki sahənin 223 kv.m hissəsi istifadə hüququ ilə digər şəxs – X1 (FİN: *******) adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Həmçinin ********** nömrəli, ##.##.2020-ci il tarixli müraciət zamanı iddiaçı tərəfindən tamamilə fərqli ərazi göstərilmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli **** saylı sərəncamı əsasında tərtib edilmiş yeni yerləşmə cizgisi teqdim edilsə də, idarənin arxiv əsaslarında eyni sərəncam əsasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədi də (kadastr planı) mövcuddur. Elektron kadastr məlumatlarına əsasən, kadastr planının baza məlumatı yoxdur. Bundan əlavə, kadastr planında qeyd olunan koordinatlara əsasən sahə hazırda göstərilən sahəyə deyil, iddiaçı tərəfindən əvvəl göstərilmiş sahəyə aiddir. Qeyd edilənlərlə yanaşı, sərəncamda ayrılan torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, yerləşmə cizgisi 0,1045 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə üçüncü şəxs1 Əli İslam qızı və üçüncü şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər (zəruri cəlbetmə).
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Qala qəsəbəsi, 1045 kv.m ölçüdə qeydiyyata alınmış və müraciət edilmiş torpaq sahələri ilə üst-üstə düşməyən *** nömrəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, çıxarışın və planölçünün verilməsi öhdəliyinin xxxx publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır.
10. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmçinin ********** nömrəli, ##.##.2020-ci il tarixli müraciət zamanı iddiaçı tərəfindən tamamilə fərqli ərazi göstərilmişdir. İddiaçı tərəfindən Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999cu il tarixli **** saylı sərəncamı əsasında tərtib edilmiş yeni yerləşmə cizgisi təqdim edilsə də, idarənin arxiv əsaslarında eyni sərəncam əsasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədi də (kadastr planı) mövcuddur. Elektron kadastr məlumatlarına əsasən, kadastr planının baza məlumatı yoxdur. Bundan əlavə, kadastr planında qeyd olunan koordinatlara əsasən sahə hazırda göstərilən sahəyə deyil, iddiaçı tərəfindən əvvəl göstərilmiş sahəyə aiddir. Qeyd edilənlərlə yanaşı, sərəncamda ayrılan torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, yerləşmə cizgisi 0,1045 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgiləri arasında uyğunsuzluğun olması, iddiaçı tərəfindən əvvəlki müraciətində fərqli sahəni göstərməsi və s. səbəbləri tam və ətraflı araşdırma aparmamışdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə yazılı etiraz (münasibət) təqdim olunmamışdır.
Tərəflərin izahatları
13. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
14. İddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
15. ## ######## 2026-cı il tarixli məhkəmə iclası barədə məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki inzibati işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki inzibati işə üçüncü şəxslər üçüncü şəxs1 Əli İslam qızının və üçüncü şəxs2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. …
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt əldə olunması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsinə qarşı dəqiqləşmiş tələbi “Bakı şəhəri, Qala qəsəbəsi, 1045 kv.m ölçüdə qeydiyyata alınmış və müraciət edilmiş torpaq sahələri ilə üst-üstə düşməyən *** nömrəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, çıxarışın və planölçünün verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qurum hazırki tələbi təmin etməkdən imtinasını aşağıdakı dəlillərlə əsaslandırır: - ********** nömrəli, ##.##.2020-ci il tarixli müraciət zamanı iddiaçı tərəfindən tamamilə fərqli ərazinin göstərilməsi; - iddiaçı tərəfindən Əzizbəyov (indiki Xəzər) Rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli **** saylı sərəncamı əsasında tərtib edilmiş yeni yerləşmə cizgisi təqdim edilsə də, idarənin arxiv əsaslarında eyni sərəncam əsasında ləğv olunmuş Dövlət Torpaq və Xeriteçəkmə Komitəsi tərəfindən tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin də (kadastr planı) mövcudluğu; - elektron kadastr məlumatlarına əsasən, kadastr planının baza məlumatının yoxluğu; - kadastr planında qeyd olunan koordinatlara əsasən sahə hazırda göstərilən sahəyə deyil, iddiaçı tərəfindən əvvəl göstərilmiş sahəyə aidliyi; - sərəncamda ayrılan torpaq sahəsinin ölçüsünün 0,12 ha qeyd edilsə də, yerləşmə cizgisinin 0,1045 ha torpaq sahəsinə dair tərtib edilməsi.
26. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda iddia tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsidir. Həmin normaya əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.
27. İddiaçının mülkiyyıt hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, **** nömrəli Sərəncamına əsasən ona ayrılmışdır. Sözügedən sərəncamın arxiv nüsxəsi Dövlət Arxivinin Bakı filialında mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edən həmin sərəmncam hal-hazırda qüvvədədir, ləğv edilməmiş, geri çağırılmamış və ləğv edilməmişdir.
28. Həmin sərəncam əsasında da torpaq sahəsinin ayrılması həyata keçirilmiş, naturada yeri iddiaçıya təhvil verilmiş, həmçinin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilmişdir. Həmin cizgi də hal-hazırda qüvvədədir.
29. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusu əsasında xxxx Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*- ****/**** nömrəli ## ###### 2026-cı il tarixli məktubu ilə Mərkəzin arxivində saxlanılan iddiaçı İddiaçı adına verilmiş AN-****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olmuş sənədlərin (Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının ##.##.1999cu il tarixli **** nömrəli Sərəncamı daxil olmaqla) təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məzmununa etimad göstərdiyi Əzizbəyov Rayonu İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, **** nömrəli Sərəncamına əsasən iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etməkdə haqlıdır.
31. Məhkəmə kollegiyası cavabdehin “kadastr planında qeyd olunan koordinatlara əsasən sahənin hazırda göstərilən sahəyə deyil, iddiaçı tərəfindən əvvəl göstərilmiş sahəyə aidliyi” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmitexniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.
32. Qeyd olunmalıdır ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə halhazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır. Belə uyğunsuzluqların aradan qaldırılması qanunla cavabdeh qurumun səlahiyyətinə aiddir.
33. Məhkəmə kollegiyası cavabdehin “sərəncamda ayrılan torpaq sahəsinin ölçüsünün 0,12 ha qeyd edilsə də, yerləşmə cizgisinin 0,1045 ha torpaq sahəsinə dair tərtib edilməsi” dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin həmin dəlili irəli sürməsi mənasızdır. Çünki iddiaçı hal-hazırda Bakı şəhəri, Qala qəsəbəsi, 1045 kv.m ölçüdə qeydiyyata alınmış və müraciət edilmiş torpaq sahələri ilə üst-üstə düşməyən *** nömrəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsini tələb edir. Birinci instansiya məhkəməsi də həmin ölçüdə iddia tələbini təmin etmişdir.
34. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m təşkil etsə də faktiki sahə 1420.0 kv.m-dir. Torpaq sahəsi m/daş hasar daxilindədir. Bir tərəf dalan, iki tərəf qonşu, iki tərəf yaşıllıq (şam ağacları) sahəsidir. Qapı yoxdur. Tikili yoxdur. Torpaq sahəsində şam ağacları var. Təqdim edilmiş yerləşmə cizgisində torpaq sahəsi 1045.0 kv.m (155.kv.m az) göstərilib. Ümumi sahənin və cizgiyə əsasən 1045.0 kv.m torpaq sahəsinin koordinat cədvəli akta əlavə olundu.
35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlillərə mübasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5).
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir.
37. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F*** nömrəli əmri ilə təsdiq edilmiş xxxx publik hüquqi şəxsin Nizamnaməsinin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Həmid Ağalarov Elvin Əliyev