Məhkəmə qərarları › İş №2-1(3-6)-1813/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1813/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1813/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəmənin 2-1(112)-257/2022 saylı ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismar Birliyinin Nardaran bağlar sahəsindəki *** saylı kooperativinin ** saylı orderinə əsasən sahəsi 0,12 ha olan ****b saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1209 b saylı bağ sahəsinə iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan 1209 b saylı bağ sahəsinə iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçı İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ## ### 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2024cü il tarixli Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)- **/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarında yol verilən aşkar yanlışlıq düzəldilsin. Qərarın nəticə hissəsinə “Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün.” abzası əlavə edilsin . Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İPM-in 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmənin ## ######## 2024-cü il tarixli icra məktubu əsasında Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Daha sonra cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi ##.##.2024-cü il tarixli ərizə ilə müraciət edərək, məhkəmə qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Bununla birlikdə cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında vəsatət ilə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ***/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxaraq İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında vəsatət rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra # ###### 2025-ci il tarixdə ərizəçi Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə vəsatət ilə müraciət edərək, *-*(***)-***/**** saylı iş üzrə Sabunçu Rayon İcra Hakimiyyətinin 3- cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2022 saylı ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərizəçi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2022 saylı ## #### 2026-cı il tarixli qərardadı ərizəçi Sabunçu Rayon İcra Hakimiyyətinə poçt xidməti vasitəsi ##.##.2026-cı il çatdırılmışdır (qərardadın çatdırılmasını təsdiq edən poçt qəbzi ərizəçinin nümayəndəsi tərəfindən ##.##.2026-cı il tarixdə imzalanmışdır. i.v.221) Lakin apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə poçt xidmətinə təqdim edilməklə ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilməsinə baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmiş və məhkəmə kollegiyası tərəfindən ərizəçiyə xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2022 saylı ## #### 2026-cı il tarixli qərardadından apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə isə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni qeyd olunan tarixdə məhkəməyə təqdim etmək təklif edilmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin xımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İş materiallarından müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2022 saylı ## #### 2026-cı il tarixli qərardadı poçt xidməti vasitəsi ilə ərizəçinin nümayəndəsi tərəfindən ##.##.2026-cı il tarixdə əldə olunmuşdur. Həmin tarixdən başlayaraq, 10 gün olmaqla şikayət vermə üçün son müddət ##.##.2026-cı il tarix olmasına baxmayaraq, lakin apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə görə, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Hazırki işdə prosessual müddətin ötürülməsi ilə bağlı məhkəmənin ##.##.2026-cı il tarixli bildirişi ilə yazılı olaraq ərizəçiyə prosessual müddətin bərpası ilə bağlı ərizə vermək üçün hüquqi yardımın göstərilməsinə baxmayaraq o, apellyasiya şikayəti verilməsi üçün ötürdüyü prosessual müddətin üzürlü səbəblərlə əlaqəli olduğuna dair sübutu və ya müddətin bərpasına dair müvafiq ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, ərizəçinin apellyasiya qaydasında mübahisələndirdiyi ## #### 2026-cı il tarixli qərardaddan apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutların olmadığını, prosessual müddətin ötürüldüyü təqdirdə isə onun üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, ərizəçi həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəmənin 2-1(112)-257/2022 saylı ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar