Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-183/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və X15 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın iddiaçıya aid hissəsinin ləğv edilməsi və göndəriş əsasında əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli 3-17-4/3-3-****/**** №-li qərarının iddiaçıya aid hissəsinin ləğv edilməsi və iddiaçıya ##.##.2025-ci il tarixli İ********SFQ №li göndəriş əsasında əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (Iddia tələbi dəqiqləşdirilmişdir). Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2025-ci ildən həyata keçirilmiş əlillik qiymətləndirilməsi ilə ona 2019-cu ildə verilmiş əlillik üzrə diaqnozlar eynilik təşkil etmişdir. Lakin buna baxmayaraq cavabdeh orqan nədənsə iddiaçının diaqnozu üzrə ona əlillik təyinatı verilməsindən imtina etmişdir. Iddiaçının diaqnozunda qeyd olunan ağırlaşmalar əsas diaqnoz və yanaşı xəstəliklər əlilliyin müəyyən edilməsi meyarlarında öz əksini tapmış və həmin diaqnozlar üzrə əlillik təyinatı aparılması nəzərdə tutulmuşdur Cavabdeh orqan isə bu kimi halları nəzərə almamışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda işin faktiki halları və hüquq normaları sadalanmış, lakin etiraz əsaslandırılmamışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Cavabdeh inzibati orqan iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X18- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan əsas diaqnozun Əsasnamədə mövcud olmadığından həmin şəxsə əlillik təyin edilməməlidir. Buna baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və Patoloji Anatomiya Birliyinin qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış travması.Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (1993).” diaqnozu qeyd edilmişdir. Lakin bu diaqnoz üzrə ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əllik təyinatı qeyd edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müayinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ##.##.2025ci il tarixli İ********SFQ №-li göndəriş əsasında ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun və müstəqilliyinin müdafiəsi ilə əlaqədar 2 il müddətində orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə təkrarən əlilliyin təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Iddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. IPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Inzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsinin ##.##.2025-ci il tarixli göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ##.##.2025-ci il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Həmin qərarda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. Inzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X20-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli, ##.##.2017-ci il tarixli Qərarına əsasən iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin aprel ayında aldığı və ##.##.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol əlin III daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Nizami rayon idarəsinin ##.##.2017-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2017- ci il tarixli ** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR". - Iddiaçıya ##.##.2019-cu il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz – T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının qalıqları (mərmi partlayışı nəticəsində). Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-7 dəf ə). Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. (##.##.2017-ci il tarixli *** №-li qərar) Ağırlaşma 161.4 Beyindaxili beyinciyə qansızma, Kəllə daxili hipertenziya.Davamlı astenonevrotik sindrom. Yanaşı xəstəliklər M24.5 Oynaqların kontrakturası, Sağ topuq oynağının artrozu, kontrakturası, hərəkət məhdudluğu. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi II dərəcə. Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silahla qəlpə yaralanmasından sonra sağ baldırın yuxarı 1/3-in ön iç səhində 1 ədəd,sağ baldırın aşağı 1/3-nin ön səthində 2 ədəd köhnə çapıq toxumaları. Yanaşı xəstəliklər 125 Ürəyin xroniki işemik xəstəliyi, ÜIX.Gərginlik stenokardiyası fs II Yanaşı xəstəliklər H52.4 Presbiopiya,. - Respublika Psixiatriya Xəstəxanası X1 tərəfindən verilmiş *** nömrəli ##.##.2024cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə F07.0 qeyd olunmuşdur. - X2 X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz: əsas xəstəlik – Üzvi mənşəli şəxsiyyət pozğunluğu (F07.0) xəstəliyidir. - X8 İ********SFQ nömrəli, ##.##.2025-ci il tarixli göndərişi əsasında ##.##.2025-ci il tarixdə əyani müayinə olunmuş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçıya “Əsas diaqnoz: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahlı və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri (1993). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, M24.5-oynaqların kontrakturası, sağ pəncənin posttravmatik kontrakturası, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, T90.5 - kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri (1993), L90.5-dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, bədənin çoxsaylı hipertrofik çapığı, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin pozulması, R52.1miialiçəyə tabe olmayan daimi ağrı, davamlı ağrı sindromu, M16.5-digər posttravmatik koksartrozlar, posttravmatik koksartroz. G93-baş beynin digər zədələnmələri, posttravmatik enscfalopatiya, G57.2-bud sinirinin zədələnməsi, odlu silah yaralanmasından sonrakı posttravmatik sağ qamış və incik sinirlərin neyropatiyası" diaqnozları qeyd edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X20-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli, 3-17-4/3-3-****/**** №-li qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol əlin III daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd: Hərbi qərar Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi və 3 nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri əsasında alınmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, aşağı ətraflarda ağrı və hərəkət məhdudluğundan, yuxusuzluqdan, qıcolma tutmalarından, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə qəlpə yaralanması aldığını, həmin vaxtdan özünü xəstə hesab etdiyini bildirmişdir. Qıcolma tutmalarının başın arxa tərəfində ağrı hiss etməsi ilə başladığını, aşağı ətraflarının keyləşdiyini, sonra isə baş verənləri xatırlamadığını söyləmişdir. Medikamentoz preparatlardan “Depakine”, “Finlepsin”, Fenozepam” qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ daban nahiyəsində, sağ baldırın və sağ budun orta 1/3-də, ənsə nahiyəsində çapıqlar izlənilmişdir. Müayinə zamanı arterial təzyiqi 150/90 mm cv st, nəbzi 98 vurğu, saturasiyası SpO2 99% müəyyənləşdirilmişdir. Nevroloji status: Əzələ tonusu normal olmuş, ətraflarda atrofiya, hipotrofiya, parez əlamətləri müşahidə edilməmiş, yerişi sərbəst olmuşdur. Qıcolma tutmalarından şikayətlənsə də, heç bir Elektroensefaloqramma müayinəsinin nəticəsini təqdim etməmiş, anamnestik olaraq da tutmanı təsvir edə bilməmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Müayinə prosesində kobud simulyativ davranış sərgiləmiş, ünsiyyətə daxil olmuş, verilən suallara adekvat cavablar vermişdir. Xəstəliyi haqqında, aparılan müayinələr və müalicələr barəsində verilən suallara isə yayınaraq cavablar vermişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, diqqəti və yaddaşının normal olması müşahidə edilmişdir. X12 Institutun ##.##.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozuntu (sağ qamış və incik sinirlərinin zədələnməsi, qamış sinirinin zədələnməsinin üstünlüyü ilə)” kimi qeyd edilsə də, kliniki olaraq öz təsdiqini tapmamışdır. X10 ##.##.2024-cü il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Sağ maksilyar sinusda qatı möhtviyyat qeyd edilir” kimi müəyyənləşdirilmişdir. Kəpəz Hospitalın ##.##.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozuntu (sağ tərəfli n.peroneus və n.tibialisin nevropatiyası aksonal degenerasiyası) ilə xarakterizə olunur” kimi müəyyənləşdirilmişdir. X10 ##.##.2024-##.##.2024-cü il tarixli **** nömrəli Çıxarışlında diaqnoz “Keçirilmiş kəlləbeyin travmanın nəticələri. Posttravmatik enefalopatiya. Epilepsiya tutması. Postravmatik sağ qamış və incik sümüyünün neyropatiyası, təkrarlanan qıcolma tutmaları. Hipertoniya xəstəliyi III. OUmakulo degenerasiya. Nəzərə çarpan astenonevrotik sindrom” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024- ##.##.2024-cü il tarixli ******** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 2 il müddətinə verilir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2024-cü il tarixli 2021180032 AB *****/** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sağ budun yuxarı 1/3-nin iç, sağ baldırın orta 1/3-nin ön, sağ dabanın iç səthlərində çapıq toxumaları, sağ bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25˚), sağ qamış sümüyünün proksimal metafizinin medialinda sümük çıxıntısı, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Sağ aşağı ətrafda peroneal və tibial sinirlərin aksonal motor neyropatiyası” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERAda ##.##.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=55%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. IVS və IAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXOKQ-də min MÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən halhazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit, şəxsiyyət pozuntusu əlamətləri və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Işin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Diaqnoz: “Partlayış travması. Keçirilmiş QKBT-nın qalıq əlamətləri (1993). Posttravmatik ensefalopatiya. Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları. Posttravmatik koksartroz. Sağ pəncənin posttravmatik kontrakturası. Posttravmatik sağ qamış və incik sinirlərinin neyropatiyası. Davamlı ağrı sindromu. Bədənin çoxssaylı hipertrofik çapığı. Yerişin pozulması. Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” qeyd olunmuşdur. Iddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında inzibati orqan tərəfindən baxılmış və diaqnoz kimi müəyyənləşdirilmiş xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. Iddiaçıya müəyyən edilmiş diaqnozun Əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmaması ilə bağlı Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli **** saylı ekspert rəyinə əsasən yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və koqnitiv funksiyaların zəifləməsi ilə, anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Həmçinin Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2025-ci il tarixli T ***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş ##.##.2017-ci il tarixli, *** nömrəli Qərarda qeyd edilmişdir ki, “Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol əlin Ill daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön- iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumalar" diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilən diaqnoz hazırda da onun məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş çapıq toxumaların varlığı ilə təsdiq olunur. Vətəndaş İddiaçı adına “X8" tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli. İ********SFQ saylı forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahlı və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri (1993). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, M24.5-oynaqların kontrakturası, sağ pəncənin posttravmatik kontrakturası, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəlləbeyin travması qalıq əlamətləri (1993), L90.5-dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, bədənin çoxsaylı hipertrofik çapığı, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin pozulması, R52.1-müalicəyə tabe olmayan daimi ağrı, davamlı ağrı sindromu, M16.5-digər posttravmatik koksartrozlar, posttravmatik koksartroz. G93-baş beynin digər zədələnmələri, posttravmatik enscfalopatiya, G57.2-bud sinirinin zədələnməsi, odlu silah yaralanmasından sonrakı posttravmatik sağ qamış və incik sinirlərin neyropatiyası" diaqnoz ona stasionarda aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir.- Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, *** nömrəli Qərarında qeyd edilmiş diaqnoz *********SFQ saylı Forma 088 göndərişində olan əsas diaqnozla qismən eynilik təşkil edir və xəstəlik xroniki hala keçdiyindən yuxarıda qeyd olunan xəstəliklərlə ağırlaşmış və xəstəliklərə hazırda da rast gəlinir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi, səbəbli əlaqəsi və dərəcəsinin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. Apellyasiya icratında iddiaçının hüquqi marağına uyğun olaraq araşdırma aparılmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması, iddiaçıya təyin edilmiş diaqnozun Əlilliyin müəyyən olunması Meyarlarında qeyd edilən hansı qiymətləndirməyə uyğun olması və orqanizmin funksiyalarının neçə faiz pozulmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx X1 məktub ünvanlanaraq ekspert rəyini tərtib etmiş məhkəmə-tibb ekspertləri X14 və X11 və həmçinin “Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi xxxx” X1 məktub ünvanlanaraq ekspert rəyini tərtib etmiş ekspert həkim-psixiatr X9 məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı videokonfrans (görüntülü zəng) vasitəsilə iclasa qoşulmuş məhkəmə-tibb eksperti Hafiz Kazımov ifadəsində qeyd etmişdir ki, hazırda şəxsdə olan üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu xəstəliyi İ Qarabağ müharibəsi zamanı aldığı kəllə-beyin travması nəticəsində yaranmış, ənsə nahiyəsində aldığı qəlpə yarasından, kontuziyadan əmələ gəlmiş və ağırlaşmış halıdır, müharibədə iştirak etmiş şəxslər psixi travmalar keçirdirlər, bu cür travma almış şəxslərin MRT müayinələrində baş beyində qliyoz-qliyotik toxumaların olduğunu görmək mümkündür, həmin qliyoz toxumalar da onu göstərir ki, belə xəstələrin keçmişində kəllə-beyin travması, baş beyin silkələnməsi olmuşdur, belə xəstəliklərin sağalma ehtimalı yoxdur, yalnız müalicələrlə xəstəliyin kəskinləşməsinin qarşısını almaq olur, əgər şəxs müalicələr almasa, qeyd olunan hallar – məqsədyönlü fəaliyyət qabiliyyətinin azalması, hərəkətlilikdə nəzərçarpacaq dərəcədə dəyişiklik, regidlik, ləngimə, davranışın pozulması, impulsivlik, gigiyenaya qarşı laqeydlik, dekompensasiyalar, təkrarlanan aqressiv davranış, intihara cəhd və s. kimi halların daha ağırlaşmış forması müşahidə olunar və xəstəlik kəskinləşər. Apellyasiya baxışı zamanı videokonfrans (görüntülü zəng) vasitəsilə iclasa qoşulmuş ekspert həkim-psixiatr Nərgiz Mirzəyeva ifadəsində qeyd etmişdir ki, əyani müayinə zamanı şəxsdə 1993-cü ildə partlayış travması ilə keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri olması barədə hərbi həkim komissiyasının qərarı əsasında, təqdim edilmiş tibbi sənədlər, MRT müayinə nəticələrinə əsasən üzvi şəxsiyyət pozuntusu diaqnozu müəyyən edilmişdir. Bildirmişdir ki, şəxsdə hazırda olan üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu xəstəliyi odlu silah nəticəsində ənsə nahiyəsində yaranan qəlpə yaralarından yaranmışdır, müayinə müddətində şəxs narahat, gərgin, insanlarla ünsiyyətdən çəkinmiş, qapalı olmuşdur, ona görə də şəxsdə əhval ruhiyyəsinin dəyişkən olması səbəbindən onda depressiv daxilolmalarla olan gedən gedişatın olduğu qeyd edilmişdir. Bu xəstəliyin sağalma ehtimalı yoxdur, xroniki xəstəlikdir, mərhələləri vardır, hazırda da şəxsdə kəskinləşmələr mövcuddur. Belə ki, xəstənin tibbi sənədlərini araşdırdıqda, onun müalicələr alması, xəstəxanalara müraciətlərini, yatışlarını nəzərə aldıqda, görünür ki, onun xəstəliyi fasiləsiz gedişlidir, onda tez-tez təkrarlanan dekompensasiyalar müşahidə edilir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş ekspert rəylərində iddiaçının “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və koqnitiv funksiyaların zəifləməsi ilə, anamnezində qıcolma tutmaları ilə” diaqnozu öz təsdiqini tapmışdır. Iş üzrə ekspert rəylərində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi müəyyən edilir. Məhkəmə kollegiyası rəylərin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəylərini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. Inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda IPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox IPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, IPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən xəstəliyin şəxsdə özü-özlüyündə mövcud olması əlillik təyinatının aparılması üçün kifayət etmir, mütləq şəxsdə ağırlaşmaların mövcudluğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş və hazırda da qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulması 30 faizdən (ayrı-ayrı xəstəliklər üzrə müxtəlif faiz göstəricisi olmaqla) yuxarı olduqda əlillik təyinatının aparılması mümkün hesab edilir. Göründüyü kimi minimum 30 faiz orqanizm pozulması müəyyən edilməlidir ki, müvafiq xəstəliklər əlillik təyinatına əsas versin. Hazırkı mübahisə üzrə mövcud tibbi sənədlər, ekspert rəylərindən və rəyləri tərtib etmiş həkim mütəxəssislərin izahatlarından aydın olur ki, şəxsdə üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 kodu F07.0 mövcuddur. Sözügedən Meyarlara diqqət edilsə: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. Meyarlardan da aydın olur ki, 7.6.2-ci bəndə qeyd edilən xəstəlik məhz 7.6.2.1 və 7.6.2.2-ci bəndlərdə göstərilən qiymətləndirmələr çərçivəsində əlilliyin təyininə əsas verir. Sırf qeyd edilən xəstəlik üzrə orqanizmin funksiyalarının ən azı 35 faiz pozuntusu müəyyən edilməlidir. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, qeyd edilən diaqnozla əlilliyin təyini üçün orqanizmin pozulma faizinin müəyyən edilməsi mütləqdir. Iş materiallarına əlavə edilmiş tibb sənədlərindən, ekspert rəyinin motivləşdirici hissəsindən və eyni zamanda Forma 88 (tibbi göndərişin) status localis hissəsindən aydın olur ki, şəxsdə ən azı orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması halı mövcuddur. Belə ki, ##.##.2025-ci il tarixli göndərişin status localis hissəsində göstərilmişdir ki, 1993-cü ildə Qarabağ döyüşlərində kəllə beyin travması almış, odlu silahla yaralanmışdır. 2016-dan xəstədə başağrıları, tutma şəkilli qıcolma başlanmışdır. Mütəmadi stasionar və ambulator müalicələr almasına baxmayaraq vəziyyətində yaxşılaşma qeyd olunmur. Xəstə 209-cu ildən II qrup Qarabağ əlilidir. Davamlı olaraq Depakin chrono 500 mq 1 tab.x2 dəfə, Carbomazepin 200 mq 1 tab.x2 dəfə qəbul etməsinə baxmayaraq ay ərzində tez-tez təkrarlanan qıcolma tutmalarından, başağrısı, başgicəllənmə, əsəbilik, yuxu və yaddaşın pisləşməsindən, sağ yuxarı ətrafın keyləşməsindən, daimi ağrı fonunda yerişin pisləşməsindən, fasilələr verərək, dincələrk yeriməsi, axsama, qəlpə izləri, şişkinlikdən şikayət edir. Nevroloji status-bəbəklər D bərabərdir S işığa reaksiya kafidirgöz almalarının hərəkəti kənarlara məhduddur. Kerer nöqtələri palpasiyada ağrılıdır. Burun dodaq büküşləri asimmetrikdir. Dili yüngül sağa deviasiya edir. Udma aktı sərbəstdir. Boyun arxası əzələlər gərgin və boyun nahiyəsində pravertebral nöqtələr ağrılıdır. Reflekslər D bərabərdir S yüksək canlıdır. Sağ aşağı ətrafda Laseq simptomu kəskin müsbətdir. Ale nöqtələri palpasiyada ağrılıdır. Psixi status-Bələdliyi saxlanılıb. Zahirən narahatdır, gərgindir. əhvalı dəyişkəndir. Ünsiyyətə daxil olur. Suallara qısa cavab verir. Maraq dairəsi enib. Əsəbilik, yuxusuzluq, başağrıları əmələ gəlib. Emosional labildir. Tənqidi yoxdur. Xəstə ##.##.2024-cü il tarixdə EMQ müayinəsindən keçirilib. müayinə zamanı sağ qamış və incik sinirlərində aksonal tip degenerasiya xarakterli nevral pozuntu qeyd olunub. Emosional və vegetativ qeyri-stabildir. Xəstə ##.##.2024-cü ildə ixtisaslaşmış xəstəxanada “Hərbi əməliyyatlar nəticəsində odlu silahla qəlpə yaralanmasından sonrakı vəziyyət. Bədənin çoxsaylı hipertrofik çapığı. Sağ pəncənin postravmatik kontrakturası. Daimi ağrı. Yerişin pozulması.” diaqnozu ilə müayinədə olub və xəstəyə 2021180032 AB *****/** saylı arayış verilib. Xəstə son illər ərzində ##.##.2022-dən ##.##.2022-dək, ##.##.2023-dən ##.##.2023-dək, ##.##.2024-dən ##.##.2024-dək və sonuncu dəfə ##.##.2024-dən ##.##.2024-dək ixtisaslaşmış xəstəxanada stasionar müalicə alıb. ##.##.2024-dən ##.##.2024-dək “Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar. Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə ixtisaslaşmış xəstəxanada stasionar müalicədə olub. Aparılan müalicələrə baxmayaraq xəstənin şikayətləri qalmaqdadır. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. AR-nın MHHK-nın ##.##.2017-ci il tarixli, 161№-li qərarı əsasında. Xəstə II qrup Qarabağ əlilidir. Qeyd edilənlərdən əlavə iddiaçının müxtəlif vaxtlarda müayinə sənədlərindən də aydın olur ki, onda olan xəstəlik Meyarların ən azı 7.6.2.1-ci bəndinə uyğun gəlir. Bununla belə, hər iki qiymətləndirmə halında, yəni Meyarların 7.6.2.1 və 7.6.2.2-ci bəndi üzrə əlilliyin təyinatı 2 il müddətinə həyata keçirilir. Həmçinin o da qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq qeyd edir ki, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, iddiaçı barəsində sonuncu göndəriş üzrə (##.##.2025-ci il tarixli) sonuncu imtina ##.##.2025-ci il tarixli olduğundan, əlilliyin təyinat tarixi sonuncu imtina tarixi nəzərə alınmaqla həyata keçirilməlidir. Bundan əlavə əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal mübahisəli deyildir. Belə ki, cavabdeh inzibati orqan şəxsdə olan xəstəliyin məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən *** nömrəli, ##.##.2017-ci il tarixli qərarında qeyd edilən xəstəliklə bağlı olmasını inkar etmir. Bundan əlavə əvvəlki əlillik dərəcəsinin təyini zamanı da iddiaçının diaqnozu sinir sistemi xəstəlikləri ilə bağlı olmuş və əlilliyinin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu qeyd edilmişdir. Həmçinin həm ekspert rəylərindən, həm də iş materiallarına əlavə edilmiş tibb sənədlərindən aydın görünür ki, şəxsdə hazırda mövcud olan diaqnoz İ Qarabağ müharibəsi zamanı alınmış travmanın nəticəsidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməli, iddia dəqiqləşdirilmiş formada təmin edilməklə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli İ********SFQ №-li göndəriş əsasında ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun və müstəqilliyinin müdafiəsi ilə əlaqədar 2 il müddətində orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə təkrarən əlilliyin təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərar dəyişdirilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli İ********SFQ №-li göndəriş əsasında ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun və müstəqilliyinin müdafiəsi ilə əlaqədar 2 il müddətində orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə təkrarən əlilliyin təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-183/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-183/2026
06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver