Məhkəmə qərarları › İş №2-1(3-6)-1830/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1830/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1830/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.1977- ##.##.1978-ci il tarixdlərdə kimi Bakı Məişət Kondisonerləri zavodunda usta köməkçisi vəzifəsində (işə başladığı tarixədək əmək stajı olmamışdır, hərbi xidmətə çağırılması ilə əlaqədarda işdən çıxarılmışdır), ##.##.1979-##.##.1982-ci il tarixlərdə Bakı Məişət Kondisonerləri zavodunda mühəndis texnoloq vəzifəsində, ##.##.1982-##.##.1993-ci il tarxilərdə BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində mərmər ustası vəzifəsində, ##.##.1993-##.##.1996-cı il tarixdlərdə BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində üzlükçü vəzifəsində işləmişdir. Əmək kitabçası ##.##.1977-ci ildə açılmışdır. İddiaçı ##.##.1997- ##.##.1998-ci il tarixlərdə xxxx firmasında 3-cü dərəcəli suvaqçı, ##.##.2009-##.##.2010-cu il tarixlərdə “Karant-İNN” MMC-də fəhlə, ##.##.2021-##.##.2024-cü ilə kimi “xxxx” MMC-də bağban vəzifəsində işləmişdir. Г-İ№ ****** nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildə M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1977-ci ildə maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə tam kursu bitirmişdir. BП seriyalı ****** nömrəli hərbi biletin surətindən görünür ki, ##.##.1978-##.##.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli, *-**- *F/*-H-****-**-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında ##.##.1955-ci il təvəllüdlü vətəndaş İddiaçı ##.##.1982-ci il tarixli,***/s saylı əmrlə ##.##.1982-ci il tarixdən 2-ci dərəcəli mərmər ustası vəzifəsinə işə qəbul ounması barədə məlumatlar mövcuddur. BBTİ * saylı ixtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin 1996-cı ilə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli *-**- *F/*-H-**-****/**** nömrəli məktubunda göstərilmişdir ki, BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin 1992-1996-cı illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət vərəqələrindən görünür ki, o, ##.##.2020, ##.##.2022, ##.##.2024, ##.##.2024 və sonuncu dəfə ##.##.2025-ci il tarixlərində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh iddiaçının ##.##.2020-ci il tarixli ərizəsinə ünvanladığı ##.##.2020-ci il tarixli, *********** nömrəli məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.) 2020-ci ilin # #### tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 24 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, ##.##.2006cı il tarixədək olan sığorta stajına uyğun (24 il 9 ay) sığorta kapitalı 18347,18 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalının məbləği sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il # #### tarixli *** nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə - 144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün * saylı Bakı “DOST” mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ######## tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (10452,82 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh iddiaçının ##.##.2022-ci il tarixli ərizəsinə ünvanladığı ##.##.2022-ci il tarixli, *********** nömrəli məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək “BBTİ-nin 1№-li İTT” icarə müəssisəsindəki və ##.##.1997-ci il tarixindən ##.##.1998-ci il tarixinədək “xxxx” firmasında olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Daha sonra cavabdeh iddiaçıya ünvanladığı ##.##.2022-ci il tarixli *********** nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi ##.##.1977-ci il tarixli, ИТ-І №******* saylı əmək kitabçasının, hərbi biletin və diplomun surətinə əsasən sığorta stajı (##.##.1972-ci il tarixindən ##.##.1977-cı il tarixinədək əyani təhsil dövr, ##.##.1978-ci il tarixindən ##.##.1979cu il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 18 il 11 ay 16 gün təşkil edir ki, qanunla tələb olunan sığorta stajından (25 ildən) azdır. Həmçinin bildirilir ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, ##.##.1977-ci il tarixində adına tərtib olunmuş UT-İ №******* saylı əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, əmək kitabçasında ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək qeyd olunmuş “BBTI-nin 1N№-li İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi”nin və ##.##.1997-ci il tarixindən ##.##.1998-ci il tarixinədək qeyd olunmuş “xxxx” firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddiaçının ##.##.2024-cü il tarixli ərizəsinə ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-*/*-H-*****/**** nömrəli məktubunda qeyd etmişdir ki, əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (##.##.1972-ci il tarixindən ##.##.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və ##.##.1978-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 13 il 9 ay 29 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 11 il 29 gün sığorta stajına uyğun olaraq 10262.22 manat, ##.##.2021-ci il tarixindən ##.##.2023-cü il tarixinədək 5009,56 manat olmaqla, ümumilikdə 15271,78 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işdən çıxma əmrində qaralamalar olduğundan və düzəlişlər edildiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bildirilir ki, ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Cavabdeh iddiaçının ##.##.2024-cü il tarixli ərizəsinə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-H-*****/**** nömrəli məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kaprtalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Məlumat üçün bildirilir ki, təqdim etdiyi əmək kitabçasının surətində ##.##.2009-cu il tarixindən ##.##.2010-cu il tarixinədək “KARAT-İNN” MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd olunan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən ##.##.2009-cu il tarixindən ##.##.2010-cu il tarixinədək əmək fəaliyyəti dövrü ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi məqsədilə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, sözügedən sorğu nəticələndikdən sonra müraciətinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Daha sonra cavabdeh iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-H-*****/**** nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhaünm Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Təqdim etdiyi sənədlərin surətində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1972-ci il tarixindən ##.##.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və ##.##.1978-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 14 il 9 ay 17 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 11 il 29 gün sığorta stajına uyğun olaraq 11411,07 manat, ##.##.2021-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 7576,32 manat olmaqla, ümumilikdə 18987,39 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1996-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma qeydi ilə əmrin tarixi fərqli olduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, təqdim etdiyi əmək kitabçasının surətində ##.##.2009cu il tarixindən ##.##.2010-cu il tarixinədək “KARAT-İNN” MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd olunan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən ##.##.2009-cu il tarixindən ##.##.2010-cu il tarixinədək əmək fəaliyyəti dövrü ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi məqsədilə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müvafiq sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq Mərkəzi Filiala daxil olmuş müvafiq məktuba əsasən Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedənin sözügedən dövr üzrə məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmiş, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərın reyestri” bölümündə fəaliyyət statusu “Dondurulmuş” kimi əks oiunmuşdur. Həmçinin “KARAT-İNN” MMC fəaliyyətini uzun müddət öncə dayandırdığından məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatlarının araşdırılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşagörə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona ##.##.2024-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilib, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iş və digər fəaliyyət dövrləri üzrə sığorta stajının 25 ildən artıq olduğu nəzərə alınaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1955-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış (4 il 10 ay), ##.##.1978-ci il tarixdən ##.##.1979-cu il tarixədək (əmr № *******) hərbi xidmətdə olmuşdur (1 il 6 ay 22 gün). Bundan başqa aşağıda qeyd olunan əmək fəaliyyəti ilə məşğul olmuşdur: ##.##.1977-ci il tarixdən (əmr №***, ##.##.1977) ##.##.1978-ci il tarixədək (əmr №***, ##.##.1978) Bakı Məişət Konsionerləri Zavodunda (7 ay 8 gün); ##.##.1979-cu il tarixdən (əmr №****, ##.##.1979) ##.##.1982-ci il tarixədək (əmr №****, ##.##.1982) Bakı Məişət Konsionerləri Zavodunda (2 il 9 ay 27 gün); ##.##.1982-ci il tarixdən (əmr №***, ##.##.1982) ##.##.1996-cı il tarixədək (əmr №**, ##.##.1996) Bakı Baş Tikinti İdarəsinin * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində (14 il 1 ay 2 gün); ##.##.1997-ci il tarixdən (əmr №**/k, ##.##.1997) ##.##.1998-ci il tarixədək (əmr №**/k, ##.##.1998) xxxx firmasında (1 il 2 ay 4 gün); ##.##.2009-cu il tarixdən (əmr №**/*, ##.##.2009) ##.##.2010-cu il tarixədək (əmr №**/*, ##.##.2010) “KARAT-İNN” MMC-də (4 ay); ##.##.2021-ci il tarixdən (əmr №***, ##.##.2021) ##.##.2024-cü il tarixədək (əmr №****, ##.##.2024) “xxxx” MMC-də (3 il 8 ay 19 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunanlardan göründüyü kimi əmək kitabçası üzrə iş və digər fəaliyyət dövrlərinin məcmusu 29 il 1 ay 22 gün təşkil edir. Lakin buna baxmayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı “DOST” Mərkəzinə dəfələrlə etdiyi müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən fərqli cavablar verilərək hər dəfə müraciətinin müsbət həllindən qanunsuz olaraq imtina edilmişdir. Belə ki, ilk dəfə müraciətinin müsbət həllindən imtinanın səbəbi kimi yalnız ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək (4 ay) “KARAT-İNN” MMC-də çalışdığı dövr əsas götürülərək cavab məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd olunan dövr üzrə fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmiş, sorğu nəticələndikdən sonra müraciətə yenidən baxılacaqdır. ##.##.2020-ci il tarixli, *********** saylı imtina məktubunda isə imtinanın səbəbi kimi göstərilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi ümumi iş stajı 24 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. *********** saylı imtina məktubunda isə qeyd olunur ki, təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin və diplomunun surətinə əsasən sığorta stajı (əyani təhsil dövrü və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 18 il 11 ay 16 gün təşkil edir ki, qanunla tələb olunan müddətdən (25 ildən) azdır. ##.##.2025-ci il tarixli məktubda isə imtinanın səbəbi yalnız ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək (4 ay) “KARAT-İNN” MMC-də əmək fəaliyyəti dövründə xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı Fondun müvafiq struktur bölməsinə sorğu göndərildiyi ilə əlaqələndirilmişdir. ##.##.2025ci il tarixli imtina məktubunda isə qeyd olunur ki, təqdim etdiyi sənədlərin surətində qeyd olunan və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya ehtiyatında olan məlumata əsasən əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 14 il 9 ay 17 gün təşkil edir. İmtinanın əsası kimi həmçinin qeyd olunmuşdur ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçası surətində qeyd edilmiş ##.##.1982-ci il tarixdən ##.##.1996-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olunma qeydi ilə əmrin tarixi fərqli olduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin sığortaedən “KARAT-İNN” MMC-nin fəaliyyəti uzun müddət öncə dayandırıldığından məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatlarının araşdırılması mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsindən fəqli əsaslarla qanunsuz olaraq imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazda imtina məktublarında göstərilənlər qeyd edilmiş, bildirilmişdir ki, iddiaçı İddiaçı təqdim etdiyi ****** №-li diplomun surətində qeyd olunan məlumata əsasən ##.##.1972-ci il tarixindən ##.##.1977-ci il tarixinədək təhsil aldığı dövr, ******* №-li əmək kitabçasının surətində qeyd olunmuş məlumata əsasən ##.##.1978-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmət dövrü, ##.##.1977-ci il tarixdən ##.##.1978ci il tarixədək, ##.##.1979-cu il tarixdən ##.##.1982-ci il tarixədək, ##.##.1997-ci il tarixdən ##.##.1998-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 11 il 29 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2021-ci il tarixindən ##.##.2024cü il tarixinədək pensiya kapitalı qeydə alınan dövr (3 il 8 ay 18 gün) daxil olmaqla iddiaçının mübahisələndirilməyən ümumi sığorta stajı 14 il 9 ay 17 gün təşkil edir. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək (işdən azadolma qeydi ilə əmrin tarixi fərqli olduğundan) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində onun ##.##.2009-cu il tarixindən ##.##.2010-cu il tarixinədək “KARAT-İNN” MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, MEİS-in “Pensiya” altsistemində qeyd olunan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən ##.##.2009-cu il tarixindən ##.##.2010-cu il tarixinədək əmək fəaliyyəti dövrü ərzində iddiaçının xeyirinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi məqsədilə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müvafiq sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq Mərkəzi Filiala daxil olmuş müvafiq məktuba əsasən Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedənin sözügedən dövr üzrə məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmiş, MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə fəaliyyət statusu “Dondurulmuş” kimi əks olunmuşdur. Həmçinin sığortaedən “KARAT-İNN” MMC fəaliyyətini uzun müddət öncə dayandırdığından məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatlarının araşdırılması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslərdə daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunanlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün hesab edilməmişdir. İddiaçı ##.##.2024-cü il tarixindən yaşa görə sosial müavinətin təyin edilib, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Yuxarıda qeyd edilən halları, qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edilir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı və ya zəruri pensiya kapitalı olmadığından pensiya təyin olunmasına dair iddia ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktubu ilə təqdim edilən İddiaçı hesab məlumatlarına əsasən “xxxx” MMC tərəfindən 2021-ci il üzrə aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2022ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2023-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2024-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr üzrə cəmi ödənilmiş məbləğ 7207,25 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi ##.##.2025-ci il tarixli, *-**/*-***/**-*/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Bakı Baş Tikinti İdarəsinin * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “xxxx” firması adlı 23 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 10-u ##.##.1996 – ##.##.2004-cü il tarixləri ərzində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda qeydiyyatdadırlar, 13-ü isə müvafiq olaraq ##.##.1996 - ##.##.2000-ci il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi ##.##.2025-ci il tarixli, *-**-*-*-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Bakı Baş Tikinti İdarəsinin * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Reyestrdə xxxx firması adlı bir neçə fərqli kommersiya hüquqi şəxsi aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş ünvan 1 ünvanında yerləşən * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq ##.##.2001-ci il tarixində hərraca çıxarılmış, hərracın qalibi olan (14 nəfərdən ibarət) əmək kollektivi ilə ##.##.2001-ci il tarixli *** nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” imzalanmış və bu barədə onlara ##.##.2001-ci il tarixli, ****** nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmişdir. O cümlədən ##.##.2002-ci il tarixdə əmək kollektivinin üzvü olan (14 nəfər) əmlakın mülkiyyətçiləri notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla, həmin (* saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin əmlakı) əmlakı X3 və sonuncuya ##.##.2002-ci il tarixdə ****** nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verilməklə rəsmiləşdirilmişdir. “xxxx” firması ilə əlaqədar bildirilir ki, yuxarıda adıçəkilən müəssisə barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sonuncu müraciət etdiyi ##.##.2025-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi ##.##.2025-ci il tarixdən 3 il əvvəlki il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri onun ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində və ##.##.2009-cu il tarixindən ##.##.2010-cu il tarixinədək “KARAT-İNN” MMC-də olan dövrlərdən ibarətdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi sözügedən mübahisələri dövrlərdən iddiaçının ##.##.1982-ci iltarixindən ##.##.1996-cı il tarixinədək BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində olanəmək fəaliyyəti dövrünü onun sığorta stajına daxil etmişdir. Məhkəmənin mövqeyinə münasibətdə bildirirlər ki, həmin dövr üzrə mübahisənin yaranmasının əsası iddiaçıya məxsus əmək kitabçasının doldurulma qaydasının pouzulması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-cibəndinə əsasən, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək (işdən azadolma qeydi ilə əmrin tarixi fərqli olduğundan) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa Dövlət Arxivinin Bakı Filialının ##.##.2026-cı il tarixli, *- **-*F/*-***/**** nömrəli arxiv arayışında bildirilmişdir ki, BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında İddiaçı ##.##.1982-ci il tarixli,***/s saylı əmrlə ##.##.1982-ci il tarixdən 2-ci dərəcəli mərmər ustası vəzifəsinə işə qəbul olunması və 1986, 1987, 1988, 1989, 1991-ci illərə dair hesabat cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin 1990-cı ilə dair hesabat cədvəllərində vətəndaş İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. BBTİ * saylı ixtisaslaşdırılmış Tikintiİdarəsinin 1996-cı ilə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bildirilir ki, iddiaçının ##.##.1982-ci il tarixdən işə qəbul olunması barədə əmr mövcud olsa da, həmin tarixdən 1986-cı ilə qədər olan dövr üzrə əmək haqqının hesablanmasına dair məlumatların (hesabat cədvəllərinin) olmamasına, 1990-cı ilə dair hesabat cədvəllərində vətəndaş İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumatın tapılmamasına, həmçinin BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin 1996-cı ilədair əmr kitablarının arxivə təhvil verilməməsinə məhkəmə tərəfindən düzgün qiymət verilməmiş və bu istiqamətdə araşdırma aparılmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi İPM-nin 12-ci maddəsinin imperativ (məcburi) tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə arxiv arayışındakı materiallarla kifayətlənmiş, iddiaçının ##.##.1982-ci il tarixli ***/s saylı əmrlə rəsmi olaraq 2-ci dərəcəli mərmər ustası vəzifəsinə işə qəbul edildiyi halda, 1982- 1986-cı illər aralığında (təxminən 4 il) ona hansı səbəbdən əmək haqqının hesablanıbhesablanmamasını, yaxud bu sənədlərin hansı səbəbdən arxivdə mövcud olmamasını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Beləliklə, iddiaçı X5 təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxi ledilməsi yolverilməzdir. Qeyd olunanlarla yanaşı bildirilir ki, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclası iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 1982-ci il noyabr ayından 1996-cı ilin dekabr ayına qədər BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində işlədiyi dövr, yəni 13 il 9 ay 2 gün iddiaçının əmək stajına daxil edilməmişdir. Buna səbəb iddiaçının əmək kitabçasındakı işdən azad olunma qeydi və işdən çıxarılma əmrindəki tarixlərin fərqli olmasıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində 1996-cı il tarixində ona 4cü dərəcə verilmişdir. Həmin tarixdən bir müddət sonra anasının xəstəliyinə görə sözügedən yerdə işləməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla)... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir... Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət… ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ## #### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasının 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir...

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il ######ın #-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində mühafizə edilən məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il ######ın #-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən; 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respub-likasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən;...

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur...

Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir...

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır...

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir...

Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər...

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir...

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı ona ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sonuncu müraciət etdiyi ##.##.2025-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşin mübahisəli halını iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmamasıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən ümumi sığorta stajı 14 il 9 ay 17 gün təşkil edir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ##.##.1982-ci il tarixindən ##.##.1996cı il tarixinədək olan dövrü və ##.##.2009-cu il tarixindən ##.##.2010-cu il tarixinədək olan dövrü mübahisələndirmişdir. Belə ki, inzibati orqan ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək dövrləri əmək kitabçasında işdən azad olunma qeydi və bu barədə əmr arasındakı tarixlərin fərqli olması səbəbindən, yəni həmin dövrlərin doldurulma qaydası pozulduğu üçün iddiaçının sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının işlədiyi dövrlərə aid müvafiq sənədlərin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Cavabdeh tərəfindən qeyd edilən dövrdə iddiaçının həmin müəssisədə işləməsi mübahisələndirilsə də, məhkəmə araşdırması zamanı əmək kitabçasında olan qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasına müəssisənin təşkilati struktur və idarələrin ad dəyişiklikləri ilə bağlı qeydlər də daxil edilmişdir. Bununla berlə əmək kitabçasında olan qeydlərə əsasən müəyyən olunur ki, ##.##.1983-cü il tarixdə iddiaçıya üçüncü dərəcəli mərmər ustası ixtias dərəcəsi verilmiş, ##.##.1987-ci ildə işlədiyi müəssisənin adı dəyişdirilmiş, ##.##.1987-ci il tarixdə əməyin ödənilməsinin yeni şərtləri barədə qeydlər əmək kitabçasına daxil edilmiş, ##.##.1993-cü il tarixdə iddiaçı tarifikasiyaya əsasən dördüncü dərəcəli üzlükçü peşəsinə təyin edilmiş, ##.##.1996-cı il tarixdə dördüncü dərəcəli üzlükçü peşəsinə təsdiq edilmişdir. Göründüyü kimi, müəssisədə işləməyən şəxsə münasibətdə qeyd edilən dövr ərzində bu şəkildə müxtəlif əmrlərin, peşə dərəcələrinin verilməsi, vəzifə dəyişikliklərinin aparılması və əmək kitabçasında baş verən dəyişikliklərin qeyd edilməsi (rus dilində, sonradan kiril qrafikası ilə Azərbaycan dilində) ağlabatan deyildir. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina edərək irəli sürdüyü dəlillər iddiaçının məsuliyyət daşıdığı məsələ olmamaqla onun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır. ##.##.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının iş fəaliyyətini təsdiq edən ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli, *-**-*F/*-H-****-**-****/**** nömrəli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan BBTİ * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında ##.##.1955-ci il təvəllüdlü vətəndaş İddiaçı ##.##.1982-ci il tarixli,***/s saylı əmrlə ##.##.1982-ci il tarixdən 2-ci dərəcəli mərmər ustası vəzifəsinə işə qəbul ounması barədə məlumatlar mövcuddur. BBTİ * saylı ixtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin 1996-cı ilə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli, *-**- */*-*****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, keçmiş Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş ünvan 1 ünvanında yerləşən * saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq ##.##.2001-ci il tarixində hərraca çıxarılmış, hərracın qalibi olan (14 nəfərdən ibarət) əmək kollektivi ilə ##.##.2001-ci il tarixli *** nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” imzalanmış və bu barədə onlara ##.##.2001-ci il tarixli, ****** nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmişdir. O cümlədən ##.##.2002-ci il tarixdə əmək kollektivinin üzvü olan (14 nəfər) əmlakın mülkiyyətçiləri notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla, həmin (* saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin əmlakı) əmlakı X3 və sonuncuya ##.##.2002-ci il tarixdə ****** nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verilməklə rəsmiləşdirilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının mübahisələndirilən ##.##.1982-ci il tarixindən ##.##.1996-cı il tarixinədək əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə öz təsdiqini tapmışdır. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Kollegiya cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ##.##.2009-cu il tarixindən ##.##.2010-cu il tarixinədək olan dövrə münasibətdə qeyd edir ki, həmin dövr iddiaçının ümumi iş stajına hesablanmasa belə, iddiaçının ##.##.2021-ci il tarixə 25 il ümumi iş satjının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, həmin hissəyə qiymət verilməsinə zərurət yoxdur. Belə ki, iddiaçının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində ##.##.2021-##.##.2024-cü ilədək olan iş stajı cavabdeh tərəfindən mübahisələndirilmir və həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Odur ki, iddiaçının ##.##.2020-ci il tarixdə 65 yaşının tamam olması, ##.##.2021-ci il tarixdə isə 25 il ümumi iş satjının tamam olması iş materialları ilə sübuta yetirildiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ## #### 2021-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar