Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1838/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi)nümayəndəsi X4, Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 nümayəndəsi vəkil2, Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə (hazırki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə müraciət edərək Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisində onun adına keçirilmiş torpaq sahəsi üzərində onun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə (hakim G.Tanrıverdiyeva) iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Inzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Iş materiallarından müəyyən olunur ki, Bakı Inzibati Məhkəməsinin 2-1(112)- *****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı iddiaçının nümayəndəsi-vəkilinə məxsus olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Lakin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan sonuncu gün (otuzuncu) ##.##.2026-cı il tarix olsa da məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən Inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin edilmiş və iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Iddiaçının nümayəndəsi-vəkili tərəfindən elektron məhkəmə informasiya sisteminə ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vətəndaş birinci instansiya məhkəməsinin qərarını öz keçmiş nümayəndəsindən əldə etmiş, nümayədəsi-vəkili isə ona qərarın çıxması barədə məlumat verməmiş, həmçinin vətəndaş Neftçala rayon qeydiyyatında olsa da rəsmi olaraq məhkəmədən içərisində qərar olan poçt göndərişini almamışdır. Bütün bu halların nəzərə alınaraq, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsini üzürlü sayaraq buraxılmış prosessual müddətin bərpa edilməsinə dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsini üzürlü sayaraq buraxılmış prosessual müddətin bərpa edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs Binəqədi qəsəbə Bələdiyyəsi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Iş materiallarından göründüyü kimi məhkəmə qərarı iddiaçının nümayəndəsi və vəkili vəkil3 elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, prosessual müddətin axımı həmin tarixdən, təqdim edilmə tarixindən başlamış, qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sonuncu gün ##.##.2026-cı il tarix olmuş, iddiaçının nümayəndəsi və vəkili isə ##.##.2026-cı il tarixdə, yəni 30 günlük prosessual müddət ötürülməklə apellyasiya şikayətini təqdim etmişdir. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən qeyd edilən hallar - yəni digər nümayəndə və vəkilin heç bir məlumat verməməsi, özünün başqa yerdə qeydiyyatda olması dəlilləri isə kollegiya tərəfindən üzürlü səbəb kimi qəbul edilmir. Qanunvericilik normasında da aydın şəkildə qeyd edilibdir ki, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları, sənədləri ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirir. Həmçinin, Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** saylı qərardadında qeyd edilmişdir ki,
11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 7 (a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından hazırkı işdə prosessual müddətin axımı 23.05.22-ci il yəni məhkəmə qərarının cavabdehin elektron kabinetinə yüklənməsi tarixindən hesablandıqda kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:
Iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli