Azərbaycan★Respublikası★adından Qərar Bakı★şəhəri İş★№★2-1(3-6)-184/2026 13.05.2026 BAKI★APELLYASIYA★MƏHKƏMƏSI Giriş hissə: Hakimlər★Aytən★Pənah★qızı★Oruczadənin★sədrliyi★və★məruzəsi★ilə, X2★və★X4★ibarət★tərkibdə, Abbaslı★Sücayət★Hafiz★qızının★katibliyi★ilə, Cavabdehin★nümayəndəsi★X1★iştirakı★ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçı İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin *-**-*/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı★qəbul★etdi.★ Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair ## #### 2024-cü il tarixli qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanaraq artıq tutulmuş məbləğin geri qaytarılması və ödənilməli məbləğlərin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş★etmişdir. Sonradan iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınaraq Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçı İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin *-**-*/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli★qərarının★ləğv★edilməsi”★kimi★icraata★qəbul★edilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salahova (Novruzova) Gülnarə Ağahüseyn qızı ## #### 1959-cu il tarixdə anadan olmuşdur. Əmək şəraiti zərərli olan işlərdə işlədiyindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ## ##### 2013-cü il tarixdə təyin edilmişdir. Təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 363,86 manata endirilmişdir. Təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanaraq pensiyanın düzgün ödənilməsinə dair cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## #### 2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Salahova (Novruzova) Gülnarə Ağahüseyn qızı ## #### 1959-cu il tarixdə anadan olmuşdur. Sosial sığorta stajını əhatə edən dövrlər aşağıdakı kimi olmuşdur: ## ###### 1976-cı il tarixdən – ## ###### 1978ci il tarixədək Nəsimi rayon qaz təsərrüfatında nəzarətçi vəzifəsində işləmişdir. ## ######## 1978-ci il tarixdən – ## #### 1984-cü il tarixədək N.Nərimanov adına Azərbaycan Tibb Institutunun sanitariya-gigeniya fakultəsində təhsil almışdır. ## ###### 1985-ci il tarixdə toksikologiya şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. ## ##### 1985-ci il tarixdə ştat dəyişikliyi ilə əlaqədar olaraq elmi araşdırmalar və perspektiv planlaşdırma laboratoriyasına keçirilmişdir. ## ###### 1985-ci il tarixdə elmi araşdırmalar və perspektiv planlaşdırma laboratoriyasına elmi əməkdaş vəzifəsinə təsdiq olunmuşdur. ## ####### 1988-ci il tarixdə gigeniya problemlərinin öyrənilməsi şöbəsinə kiçik elmi işçi vəzifəsinə keçirilmişdir. # ###### 1988- ci il tarixdə həmin vəzifədən azad edilmişdir. ## ###### 1988-ci il tarixdə Diaqnoztika Mərkəzində kliniki diaqnostika laboratoriyasında həkim vəzifəsinə qəbul edilmişdir. ## ### 1989-cu il tarixdə həkim-bakteroloq vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2007-ci il tarixli, ** saylı sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublikası Diaqnostika Mərkəzi «xxxx» Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. ## #### 2008-ci il tarixdə «xxxx»ndə həkim-bakteroloq vəzifəsindən azad edilmişdir. ## ##### 2008-ci il tarixdə Respublika Taun Əleyhinə Stansiyada bakteroloji laborotoriyada həkimbakterioloq vəzifəsinə təyin edilmişdir. ## ######## 2013-cü il tarixdə mikrobioloji laborotoriyasına həkimmikrobioloq vəzifəsinə keçirilmişdir. ## ###### 2015-ci il tarixdə mikrobioloji laboratoriyasına həkim-mikrobioloq vəzifəsinə keçirilmişdir. Göstərilənlərə əsasən, cavabdeh inzibati orqanın Əmək pensiayaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan işlərdə çalışmış səxslərin güzəstli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsinin qanunvericilikdə müəyyən olunmamasına, cüzam və taun əleyhinə stansiyalarda iş müddətinin ikiqat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməsinə və bununla da güzəştli sərtlərlə yaşa görə pensiya hüququnun ##.##.2013-cü il tarixindən deyil, ##.##.2018-ci il tarixindən yaranmasına və göstərilən səbəbdən də, ##.##.2013-##.##.2024-cü il tarixləri arasındakı★dövr★ərzində★artıq★pul★vəsaitinin★ödənilməsinə★dair★dəlilləri★əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən ## ##### 2013-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə onun ##.##.2008-##.##.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.Imaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında həkimmikrobioloq vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, ##.##.2013-cü il tarixinədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 9 ay (##.##.2008-##.##.2011-ci il, ##.##.2011-##.##.2012-ci il, ##.##.2012- ##.##.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajının ##.##.2018-ci il tarixində tamamlandığı müəyyən edilib. Buna görə də iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ ##.##.2013cü il tarixindən deyil, ##.##.2018-ci il tarixindən yaranıb. Göstərilən səbəbdən də iddiaçıya ##.##.2013-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 4032,54 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 4032,54 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (36,39 manat) iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. # ###### 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2011-ci ilin noyabr, 2012-ci ilin sentyabr, oktyabr, 2014-cü ilin avqust, 2015-ci ilin avqust və 2017-ci ilin noyabr ayları üzrə (ümumilikdə 6 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ayları onun iş stajına daxil etmək mümkün olmadığından yuxarıda qeyd olunan işləmədiyi aylar iş stajına əlavə edilməyib. Iddaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 363,86 manat təşkil edir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı★ilə★(hakim★S.Quliyev)★iddia★təmin★edilmişdir.★ Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan qərar qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, bunun əvəzinə ondan artıq ödəmə altında pul vəsaitinin tutulması məqsədilə★yenidən★pensiya★məbləğinin★hesablanması★barədə★qərar★qəbul★etmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini★xahiş★etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, # ###### 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2011-ci ilin noyabr, 2012-ci ilin sentyabr, oktyabr, 2014-cü ilin avqust, 2015-ci ilin avqust və 2017-ci ilin noyabr ayları üzrə (ümumilikdə 6 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən ayları onun iş stajına daxil etmək mümkün olmadığından qeyd olunan işləmədiyi aylar iş stajına əlavə edilməyib. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən analoji işlər üzrə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirən üç ulduz nişanı ilə indeksləşdirilmiş ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarına istinad etmişdir. Həmin qərarın 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bununla əlaqədar olaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyasının dayandırılmasına (azaldılmasına) əsas olan hallar ##.##.2024-cü il tarixində aşkarlanmış və həmin tarixdə də inzibati icraat başladılaraq iddiaçıya məktubu göndərilmiş, daha sonra həmin tarixdə də iddiaçının pensiyasının azaldılması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi haqqında qərar “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (##.##.2024-cü il) 1 il ərzində ləğv edilmişdir. “Inzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı Inzibati Məhkəməsi qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının★ləğv★edilməsini★və★iddia★tələbinin★təmin★edilməməsini★xahiş★etdi.★ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə★iclasına★gəlməmiş,★gəlməməsinin★səbəbləri★barədə★məlumat★verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab★etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.★ Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,★şikayətin★mümkün★sayılmaması★üçün★əsaslar★yoxdur.★ Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi★göstərilmişdir★(IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin★qərarı★dəyişdirilmədən★saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Inzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar★qəbul★edildiyi★tarixdən★2★ay★müddətində★qaldırıla★bilər.★★ Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qanunvericiliklə müəyyən edilən müddətə əməl edilməklə qaldırılmışdır. Iddiaçı ##.##.2024-ci il tarixli qərarı ##.##.2024-cü ildə iddia qaldırmaqla mübahisələndirmiş, sözügedən qərarda hüquqi müdafiə vasitələri göstərilmədiyindən tələb olunan müddət ötürülməmiş★hesab★edilir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Inzibati işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya ilk dəfə ## ##### 2013-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ## #### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ilə iddiaçının təyin edilmiş əmək pensiyası hüququ güzəştli stajın tamamlandığı tarixə - ##.##.2018-ci ilə çəkilməklə yenidən hesablanmışdır.Onun əmək pensiyasının məbləği 499,71 manat olsa da, ##.##.2025-ci★ildən★əmək★pensiyası★363,86★manat★müəyyən★edilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində “təyinat tarixindən yenidən hesablanma artıq vermə -taunda işlədiyi dövr güzəştli staja 2 qat hesablandı-hüququ güzəştli stajın tamamlandığı tarixə ##.##.2018-ci ilə çəkildi” səbəbindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-****/**** nömrəli qərar qəbul edilmiş,★yenidən★hesablanmış★pensiya★məbləği★363,86★manat★müəyyənləşdirilmişdir.★ Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ### 2024-cü il tarixli, *-**-*/*-S- ******/**** nömrəli məktubla bildirilmişdir ki, araşdırma zamanı vaxtı ilə əmək pensiyası təyin edilərkən təqdim edilən sənədlərdə ##.##.2008-##.##.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.Imaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında həkim-mikrobioloq vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, ##.##.2013-cü il tarixinədək güzəştli iş stajı 10 ildən az (4 il 9 ay (##.##.2008-##.##.2011-ci il, ##.##.2011-##.##.2012-ci il, ##.##.2012-##.##.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajı ##.##.2018-cı il tarixində tamamlandığı müəyyən edilib. Buna görə də güzəştli şərtlərlə yaşa görə pensiya hüququ ##.##.2013-cü il tarixindən deyil, ##.##.2018-ci il tarixindən yaranıb. Göstərilən səbəbdən də, ##.##.2013-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə 4032,54 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 4032,54 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (36,39 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. # ###### 2006-cı il tarixindən bugünədək münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində 2011-ci ilin noyabr, 2012-ci ilin sentyabr, oktyabr, 2014-cü ilin avqust, 2015-ci ilin avqust və 2017-ci ilin noyabr ayları üzrə (ümumilikdə 6 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarda qeyd edilən ayları iş stajına daxil etmək mümkün olmadığından yuxarıda qeyd olunan işləmədiyi aylar iş stajına əlavə edilməyib. Əmək pensiyası qnunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 363,86 manat təşkil★edir.★ Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə ünvanlanan *-**-*/*-******/**** nömrəli, ## ######## 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya işinə dair sənədlərdə onun ##.##.2008- ##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.Imaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında həkimmikrobioloq vəzifəsində işlədiyi qeyd olunub. İddiaçı fərdi hesabının sığorta hissəsində 2011-ci ilin noyabr, 2012-ci ilin sentyabr və oktyabr, 2014-cü ilin avqust, 2015-ci ilin avqsut ayı və 2017-ci ilin noyabr ayları üzrə pensiya sığorta kapitalı qeydə alınmadığı üçün həmin ayların (ümumilikdə 6 ay) onun iş stajına daxil edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 10 il güzəştli iş stajı ## ####### 2018-ci il tarixində tamam olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin tarixdən təyin edilib. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajının ##.##.2018-ci il tarixində tamamlandığı müəyyən edilib. ## ##### 2013-cü★ilədək★iddiaçının★güzəştli★stajı★4★il★9★ay★olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, qanuni və əsaslı olaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının★ləğv★edilməsi★nəticəsinə★gəlmişdir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: “Inzibati★icraat★haqqında”★Azərbaycan★Respublikası★Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını,★prinsiplərini★və★prosedur★qaydalarını★müəyyən★edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi★nəticələr★yaradan★qərar,★sərəncam★və★ya★digər★növ★hakimiyyət★tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində★həyata★keçirilən★fəaliyyət;★ 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində★qəbul★edilmiş★inzibati★akt★qanunsuz★sayılır;★ 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi★andan★yaranmış★hüquqi★nəticələri★aradan★qaldırır.★ 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə★tutulmuş★məhdudiyyətlər★daxilində★ləğv★oluna★bilər 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın★qanunla★qorunması★hüququna★malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna★istinad★edə★bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati★aktın★qəbul★edilməsinə★nail★olduqda;★ 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi★halda.★ 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına★uyğun★olaraq★müəyyən★edilir;★ 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış★hüquqi★nəticələri★aradan★qaldırmır;★ 67.9-ci maddəsinə əsasən, maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir.★Kompensasiya★maraqlı★şəxsin★müraciətinə★əsasən★ödənilir. 67.10-ci maddəsinə əsasən maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş★real★ziyanın★həcminə★mütənasib★olmalıdır.★ 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə★bu★Qanunla★müəyyən★olunmuş★qaydada★məlumat★verildiyi★gündən★başlayır.★ 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci★maddəsində★nəzərdə★tutulmuş★hallara★şamil★olunmur. 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan★tərəfindən★tam★və★ya★qismən★ləğv★oluna★bilər;★ 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə★bilər:★ 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın★özündə★bu★barədə★müvafiq★qeyd★olduğu★halda;★ 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə★etmədiyi★və★ya★lazımi★qaydada★və★müddətdə★istifadə★etmədiyi★halda;★ 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi★andan★yaranmış★hüquqi★nəticələri★aradan★qaldırmır;★ 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən★hallar★məlum★olduğu★gündən★1★il★ərzində★ləğv★edilə★bilər. Qanunvericilik normalarından aydın göründüyü kimi, istər qanunsuz əlverişli inzibati aktın, istərsə də qanuni əlverişli inzibati aktın ləğv olunması ilə bağlı şərtlər nəzərdə tutulmuşdur. Hazırki iş üzrə nə əmək pensiyasının yenidən hesablanması barədə qərarda, nə də məhkəmələrə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.★ Göründüyü kimi, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona pensiya təyininə müdaxilə etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və bundan 10 ildən çox müddət keçdikdən sonra cavabdeh həmin pensiyasının düzgün müəyyən olunmadığına istinad etmişdir. Işin mahiyyətinə diqqət yetirilsə qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın yeni qərar qəbul etməsinə əsas iddiaçının ## ##### 2008-ci il tarixdən ## ##### 2013-cü illər arasında Respublika Taun Əleyhinə Stansiyada bakteroloji laborotoriyada həkimbakterioloq vəzifəsində işlədiyi dövrlərin staja düzgün hesablanmaması ilə bağlıdır. Belə ki, inzibati orqan həmin dövr aralığında iddiaçının güzəştli stajının tələb olunan 10 ildən★az-4il★9★ay★stajı★olduğunu★★iddia★edir. Məhkəmə kollegiyası inzibati orqanın iddiaçının güzəştli stajın günə gün hesablanması ilə bağlı mövqeyini qanunsuz hesab edir. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 24-cü maddəsinə əsasən★Əmək pensiyası hüququ verən sığorta stajına★aşağıdakı★dövrlər★güzəştli★şərtlərlə★daxil★edilir: .... 24.0.3.★cüzam★və★taun★əleyhinə★müəssisələrdə★iş★müddəti★-★ikiqat★ölçüdə; .... . X3 Ittifaqı Azəbaycan Respublikası Komitəsinin ** nömrəli, ##.##.2002-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilmişdir. Həmin qərara əlavə edilmiş * saylı siyahının XX1Y bölməsinin 22600000-1754 şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər güzəştli şərtlərlə pensiya hüququna★malikdirlər.★ Göründüyü kimi, inzibati orqan iddiaçının Taun Əleyhinə Stansiyada işlədiyi dövrləri ümumi staja ikiqat hesabladığı halda güzəştli stajda sözügedən qaydanın nəzərə alınmaması★qanunsuz★və★əsassız★hesab★edilir.★ O da diqqətə çatdırılır ki, həm Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununa, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa diqqət edildikdə aydın görünür ki, müxtəlif normalarda qanunverici “təqvim” tarixi sözlərindən istifadə etmiş, lakin güzəştli iş stajı ilə bağlı normada təqvim tarixi sözü işlədilməmişdir. Bununla belə məhkəmə kollegiyası ona da diqqət yetirir ki, inzibati orqanın gətirdiyi digər bir arqument mübahisəli dövrlə bağlı iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2011-ci ilin noyabr, 2012ci ilin sentyabr, oktyabr ayları üzrə öz əksini tapmadığı müəyyən edilib. Bununla bağlı inzibati orqanla razılaşan məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən ayların iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Belə olan halda iddiaçının ##.##.2013-cü ilədək 4 il 9 ay deyil, 9 il 6 ay güzəştli stajı olmuş, lakin bu hal tələb olunan stajdan★azdır.★Lakin★bu★hal★belə★iddiaçının★iddiasının★əsassız★olması★nəticəsinə★gəlmir.★★ Hər bir halda iddiaçıya pensiya təyini ilə bağlı ilkin qərar əlverişli inzibati akt hesab edilir. Məhkəmə kollegiyası inzibati orqanın sözügedən ilkin təyinatla bağlı qərarını hətta qanunsuz əlverişli inzibati akt hesab etsə belə bir daha qeyd edir ki, qanunsuz əlverişli inzibati aktın ləğvi üçün qanunverici 1 illik müddət məhdudiyyəti müəyyən etmişdir. Belə ki, inzibati orqan aktın ləğv olunmasını şərtləndirən halların hansı tarixdən məhz hansı qaydada ona məlum olduğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilməmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, iddiaçının əmək pensiyasının dayandırılmasına (azaldılmasına) əsas olan hallar ##.##.2024-cü il tarixində aşkarlanmış və həmin tarixdə də inzibati icraat başladılaraq iddiaçıya məktubu göndərilmiş, daha sonra həmin tarixdə də iddiaçının pensiyasının azaldılması barədə qərar qəbul edilmişdir. Halbuki inzibati orqan tərəfindən pensiya 2013-cü ildə təyin edilmiş və təyinat zamanı iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə müdaxilə etməsi müəyyən edilmir. Belə olan halda 11 il əvvəl təyinatı həyata keçirən inzibati orqan keçən bu müddət ərzində təyinatın qanunsuz aparıldığının məhz 2024-cü ildə hansı əsaslarla aşkar edilməsi★halını★sübuta★yetirə★bilməmişdir. Oxşar işlər üzrə müəyyənləşdirilmiş məhkəmə praktikasından aydın olduğu kimi inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına★aid★olduğunu★müəyyənləşdirməkdən★ibarətdir.★ Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları★düzgün★tətbiq★etməlidir.★ Məhkəmə Kollegiyası bir daha diqqətə çatdırır ki, pensiya təyin edildikdən sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində pensiyanın düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.★ Cavabdeh ehtimal etdiyi yanlışı (səhv hesablamanı) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Hazırkı mərhələdə cavabdeh inzibati orqanın qərar qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir. Belə ki, iddiaçı uzun müddət cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına★səbəb★olmuşdur★ki,★bu,★etimad★prinsipinə★zidd★hesab★edilməlidir. Beləliklə, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün təyin edilmədiyi barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına★şərh★edilə★bilməz. Məhkəmə kollegiyası həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü★il★tarixli★qərarında★(★★★)★öz★əksini★tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati★akt)★qəbul★etməyə★haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata★keçirilməsi★məqsədlərinə★xidmət★edir. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir★olunmalıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.★Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin★məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda★məhkəmə★qaydasında★tutulur.★ Həmin Qanunun 39.4-ci maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi★bu Qanunla müəyyən edilmiş hallarda★dayandırılarsa, borcun qalan★hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.★ Məhkəmə kollegiyası qanunvericilik normalarının tələblərindən çıxış edərək diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində★artıq★ödənilmiş★məbləğin★tutulmasının★iki★üsulu★qeyd★edilmişdir:★ 1)★pensiyaçının★razılığı, 2)★məhkəmə★qərarı★ilə. Işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının razılığı (belə bir razılıq məktubu təqdim edilmir) olmamışdır. Həmçinin, inzibati orqanın da artıqödəmə kimi müəyyən etdiyi pensiya məbləğinin tutulması barədə yuxarıda qeyd edilən normada göstərildiyi★kimi★müstəqil★iddia★tələbi★və★buna★dair★məhkəmə★qərarı★olmamışdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərarı★dəyişdirilmədən★saxlanılmaldır. Azərbaycan★Respublikası★Inzibati★Prosessual★Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan★sonra★qiymətləndirilir;★ 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin★mövqeyi★üçün★əsas★olmuş★səbəblər★göstərilməlidir;★ 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları★faktlar★və★sübutlarla★əsaslandırılmalıdır. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı★apellyasiya★tələbi★həddində★dəyişdirilə★bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini★rəhbər★tutaraq,★Məhkəmə★kollegiyası★ QƏRARA ALDI: Cavabdeh tərəfindən★verilmiş★apellyasiya★şikayəti★təmin★edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı★dəyişdirilmədən★saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına★kassasiya★şikayəti★verilə★bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-184/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-184/2026
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver