Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1842/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı torpaq sahəsinə dair yerləşmə cizgisinin (planın) verilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, vaxtilə Abşeron rayonunda fəaliyyət göstərmiş S.Əliyev adına Südçülük Maldarlıq üzrə X3 X9 ## ###### 2000-ci il tarixli, ** saylı əmrindən çıxarışına əsasən fərdi evin tikintisi üçün Ramana qəsəbəsində ona 0.1 ha torpaq sahəsi ayrılmışdır. Ona ayrılmış torpaq sahəsində 2001-ci ildən fərdi ev tikib yaşayır, torpaq sahəsi onun istifadəsindədir, torpaq sahəsinin ətrafı daş hasarla əhatə olunub, müxtəlif ağaclar və bitkilər əkib yetişdirir. Bu ilin mart ayında Abşeron Rayon Icra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus 0.1 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsini xahiş etmişdir. Abşeron Rayon Icra Hakimiyyətindən verilən cavabda bildirilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı ilə (hakim G.C.Tanrıverdiyeva) iddia tələbinin təmin edilməsi, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X3 X9 ## ###### 2000-ci il əmri ilə iddiaçıya ayrılmış torpaq sahəsinin (0.1 ha) yerləşmə cizgisinin tərtib edilərək iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi 26 il bundan öncə yəni 2000-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdeh məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə, iddia tələbində də torpaq sahəsinə dair yerləşmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq-aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin bildirilir ki, Azərbaycan SSR Ali Sovetinin 1963-cü il # ###### tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş və həmin ərazilərdə kənd təsərrüfatı müəssisələri-kolxoz və sovxozlar yaradılmışdır. Bu torpaq sahələrindən 1990-cı illərin əvvəllərinə qədər təyinatı üzrə səmərəli istifadə olunsa da, sonrakı illərdə həmin təsərrüfatların əksər hissəsi öz fəaliyyətini dayandırmış, istifadələrində olan torpaq sahələri isə Abşeron Rayon Icra Hakimiyyəti və bələdiyyələrinin qərarları əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmişdir. Ayrılan torpaq sahələrinin əksəriyyəti yaşayış məntəqələrindən kənarda kənd təsərrüfatına tam yararlı və ya gölməçələrin əraziləri, sututarlar və eyni zamanda bütün kommunikasiyalardan uzaqda yerləşən torpaq sahələri olmuşdur. Vətəndaşlar isə həmin torpaq sahələrində pərakəndə formada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri inşa etmişlər. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** saylı Sərəncamı əsasında Sabunçu rayonunun inzibati ərazisində yerləşən 5 kənd təsərrüfatı müəssisəsi üzrə Abşeron Rayon Icra Hakimiyyətinin istifadəsində olan 2502.81 ha torpaq sahəsi Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Bundan istifadə edən vətəndaşlar onlara ayrılmış torpaq sahələrinin sənədləşməsi məqsədilə Cavabdeh müraciət edərək torpaq sahələrinin mövcud vəziyyətdə koordinatlarının müəyyən edilməsi və torpaq sahələrinə cizginin çəkilib verilməsini xahiş edirlər. Kənd təsərrüfatı müəssisələri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin müəyyən hissəsi Cavabdeh idarəçiliyinə qaytarılan ərazilərdən kənarda olduğundan, eyni zamanda həmin ərazilərin vaxtı ilə sututarlar və ya gölməçələr olması, bu ərazilərdə vətəndaşlara torpaq sahələrinin ayrılmasının praktiki olaraq mümkün olmaması səbəbindən Rayon Icra Hakimiyyəti tərəfindən vətəndaşların xahişinin təmin edilməsində çətinliklər yaradır. Müraciət edən vətəndaşlar dövlət arxivindən torpaq sənədlərinə dair arayışlar təqdim etsələr də həmin vətəndaşların vaxtı ilə qeyd edilən müəssisələrdə işləmələri müvafiq sənədlərlə təsdiq edilmir və şübhə doğurur. Həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yalnız yaşayış məntəqələrinin torpaq sahələrinə aid kateqoriyadan olan torpaq sahələri ayrıla bilərdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayətin məzmunundan görünür ki, cavabdehin əsas etirazı iddiaçıya torpaq sahəsinin 2000-ci ildə ayrılması, həmin vaxt torpaq sahəsinin planının və ölçüsünün hazırlanmalı olması, uzun müddət keçdiyinə görə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer barədə Cavabdeh məlumatın mövcud olmaması və bu səbəbdən hazırda yerləşmə cizgisinin hazırlanmasının mümkün olmaması ilə bağlıdır. Cavabdeh həmçinin iddia tələbində cizginin hansı əraziyə münasibətdə verilməli olduğunun göstərilmədiyini, vaxtilə kənd təsərrüfatı müəssisələri tərəfindən torpaq ayrılmış şəxslərin həmin müəssisələrdə işləmələrinin bəzi hallarda təsdiq edilmədiyini və fərdi yaşayış evi tikintisi üçün torpağın ayrılmasının qanunvericiliyin müəyyən tələblərinə uyğun həyata keçirilməli olduğunu qeyd etmişdir. Ilk növbədə nəzərə alınmalıdır ki, hazırkı inzibati mübahisənin predmeti iddiaçının 0,1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və ya həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması deyil. Iddiaçı ilkin tələbini dəyişərək Abşeron rayonu S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X3 X9 ## ###### 2000-ci il tarixli ** nömrəli əmri ilə ona ayrılmış 0,1 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin hazırlanaraq verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etmiş və məhkəmə bu dəqiqləşdirilmiş tələbi icraata qəbul etmişdir. Buna görə də mübahisə torpaq sahəsi üzərində əşya hüququnun mövcudluğu və ya həcminin qəti müəyyən edilməsi ilə deyil, qüvvədə olan hüquqmüəyyənedici sənədlə bağlı torpaqayırma prosesində vaxtında tərtib edilməmiş sənədin sonradan hazırlanmasının mümkünlüyü və bununla bağlı publik öhdəliyin mövcudluğu ilə əlaqədardır. Iş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Dövlət Arxivinin ## #### 2019cu il tarixli arxiv çıxarışına əsasən, S.Əliyev adına müəssisənin ## ###### 2000-ci il tarixli ** nömrəli əmri ilə İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 0,1 ha torpaq sahəsi ayrılmışdır. Arxiv məlumatında həmin əmrə ayrıc aktının, sxemin və sair bu qəbildən sənədlərin əlavə edilmədiyi də göstərilmişdir. Başqa sözlə, iş üzrə mövcud sübutlar torpaq sahəsinin ayrılması barədə hüquqi əsasın olduğunu, lakin torpaqayırma prosesinin sənədləşmə hissəsinin tam başa çatdırılmadığını təsdiq edir. Məhz bu natamamlıq hazırkı mübahisənin yaranmasına səbəb olmuşdur. Dövlət orqanının və ya digər publik idarəetmə subyektinin vaxtında yerinə yetirməli olduğu sənədləşmə hərəkətinin həyata keçirilməməsi isə, bir qayda olaraq, həmin hərəkətin sonradan yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə nəticə çıxarmağa deyil, pozulmuş hüquqi vəziyyətin mümkün vasitələrlə bərpasına əsas verir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, 26 il keçdiyinə və Cavabdeh torpaq sahəsinin yerləşdiyi yerə dair məlumat olmadığına görə cizginin hazırlanması mümkün deyil. Lakin bu dəlil iş üzrə əldə edilmiş obyektiv və rəsmi kadastr məlumatları ilə ziddiyyət təşkil edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ## ##### 2026-cı il tarixli məktubunda mübahisəli torpaq sahəsinin sənəd üzrə 0,10 ha, faktiki olaraq isə 0,0610 ha təşkil etdiyi, hər tərəfdən mişar daşı ilə sərhədləndiyi, üzərində bir mərtəbəli fərdi yaşayış evi və köməkçi tikililərin mövcud olduğu dəqiq müəyyən edilmişdir. Həmin dövlət qurumu vahid elektron kadastr bazası əsasında torpaq sahəsinin keçmiş S.Əliyev adına Südçülük-Maldarlıq və Damazlıq Sovxozunun ərazisinin Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** nömrəli Sərəncamı ilə Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşdiyini, başqa dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyini və dövlət mülkiyyətində olduğunu bildirmişdir. Bundan əlavə, həmin qurum məhkəməyə torpaq sahəsinin texniki vəziyyətini əks etdirən baxış aktını, koordinatlarını və ortofoto görüntüsünü də təqdim etmişdir. Belə sübutlar mövcud olduğu halda torpaq sahəsinin yerinin müəyyən edilməsinin obyektiv surətdə qeyri-mümkün olması barədə şikayət dəlili qəbul edilə bilməz. Cavabdeh öz arxivində müvafiq məlumatın olmaması torpaq sahəsinin ümumiyyətlə müəyyən edilə bilməməsi ilə eyniləşdirilə bilməz. Publik idarəetmə sisteminin başqa səlahiyyətli qurumunun elektron kadastr bazasında konkret torpaq sahəsinin faktiki vəziyyəti müəyyən edilmiş, onun koordinatları və ortofoto görüntüsü əldə edilmişdirsə, ayrı-ayrı inzibati orqanlar arasında məlumat mübadiləsinin olmaması və ya müəyyən sənədlərin bir inzibati orqanın arxivində saxlanılmaması vətəndaşın hüquqi vəziyyətinin əleyhinə nəticə doğurmamalıdır. Bu baxımdan apellyasiya şikayətində “iddia tələbində torpaq sahəsinə dair yerləşmə sxeminin hansı ərazidə verilməli olduğunun qeyd edilmədiyi” barədə dəlil də formal xarakter daşıyır. Mübahisəli obyekt həm hüquqmüəyyənedici sənəd, həm faktiki istifadə, həm kadastr məlumatları, həm də koordinat və ortofoto göstəriciləri vasitəsilə fərdiləşdirilmişdir. Inzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələri məhkəmənin yalnız tərəflərin təqdim etdikləri məlumatlarla kifayətlənməməsini, işin düzgün həlli üçün əhəmiyyət daşıyan halları xidməti vəzifəsinə görə araşdırmasını və zəruri sübutları toplamasını tələb edir. Birinci instansiya məhkəməsi məhz həmin prinsipə uyğun hərəkət edərək kadastr orqanından rəsmi məlumat əldə etmiş və mübahisə predmetinin faktiki identifikasiyasını təmin etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin sonunda məhkəmənin “zəruri araşdırma aparmadan” qərar qəbul etdiyinin bildirilməsi də iş materialları ilə ziddiyyət təşkil edir. Şikayətdə hansı konkret əhəmiyyətli faktın araşdırılmadığı, hansı sübutun əldə edilməli olduğu və həmin sübutun mübahisənin nəticəsinə necə təsir göstərə biləcəyi göstərilməmişdir. Əksinə, məhkəmə dövlət kadastr orqanından torpaq sahəsinin yeri, faktiki sahəsi, tikililərin mövcudluğu, hüquqi rejimi, başqa sahələrlə üst-üstə düşübdüşməməsi və koordinatlarına dair məlumatları əldə etmişdir. Cavabdeh apellyasiya şikayətində Torpaq Məcəlləsinin 65-ci maddəsinə istinad edərək torpaq sahəsinin sərhədlərinin torpaq ayrılmamışdan əvvəl müəyyən edilməli, plan və ölçüsünün isə yerquruluşu işlərini aparmaq hüququ olan təşkilatlar tərəfindən hazırlanmalı olduğunu bildirir. Lakin həmin normanın məzmunu cavabdehin gəldiyi nəticəni təsdiq etmir. Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə görə, torpaq ayrılması üçün sahə seçildikdə onun sərhədləri müvafiq qərar qəbul edilənədək yerdə və xəritədə müəyyən edilməlidir. Həmin maddənin 65.5-ci hissəsinə əsasən plan və ölçünün hazırlanması, sərhədlərin naturaya keçirilməsi yerquruluşu işlərini aparmaq hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65.8-ci maddəyə görə isə planın əsli kadastr işində saxlanılır, surəti torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Beləliklə, cavabdehin istinad etdiyi norma planın torpaqayırma prosesinin təsadüfi və ya fakultativ sənədi deyil, həmin prosesin qanunla nəzərdə tutulmuş mühüm elementi olduğunu təsdiq edir. Planın vaxtında tərtib edilməməsi “planın artıq heç zaman verilə bilməməsi” nəticəsini doğurmur. Əks yanaşma inzibati orqanın və ya publik idarəetmə sisteminin əvvəlki fəaliyyətsizliyini sonradan vətəndaşa qarşı imtina əsası kimi istifadə etməsinə gətirib çıxarardı. Apellyasiya şikayətində “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” **** nömrəli Sərəncama istinad edilməklə Sabunçu rayonu ərazisindəki 2502,81 ha torpaq sahəsinin Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarıldığı göstərilir. Bununla belə, şikayətdə həmin Sərəncamın məzmunu tam hüquqi kontekstdə nəzərə alınmamışdır. Əvvəla, **** nömrəli Sərəncam apellyasiya şikayətində göstərildiyi kimi 03 iyun deyil, ## #### 2008-ci ildə qəbul edilmişdir. Sərəncamın 1-ci bəndi ilə Sabunçu rayonu üzrə 2502,81 ha torpağın Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılması müəyyən edilmiş, 2-ci bəndi ilə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Bakı şəhəri, Sabunçu rayonu və digər göstərilən rayonların icra hakimiyyətləri ilə birlikdə həmin torpaq sahələrinin yerquruluşu işləri əsasında sərhədlərinin yerində müəyyən edilməsini və təhviltəslim işlərinin aparılmasını təmin etmək tapşırılmışdır. Apellyasiya şikayətində iddiaçının vaxtilə müvafiq müəssisədə işləməsinin təsdiq olunmadığına dair ümumi şübhə, habelə torpağın fərdi yaşayış evi tikintisi üçün ayrılmasının qanunvericiliyə uyğunluğu barədə mülahizələr faktiki olaraq ## ###### 2000-ci il tarixli ** nömrəli əmrin hüquqi nəticələrinin şübhə altına alınmasına yönəlmişdir. Halbuki iş materiallarında həmin əmrin qanunla nəzərdə tutulmuş qaydada ləğv edildiyi, geri çağırıldığı, dəyişdirildiyi və ya hüquqi qüvvəsini başqa əsasla itirdiyi barədə hər hansı məlumat yoxdur. Birinci instansiya məhkəməsi də məhz bu halı əsas götürmüşdür. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi inzibati aktın qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi qüvvəsini saxladığını və hüquqi cəhətdən etibarlı sayıldığını müəyyən edir. Bu məsələdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə ## ###### 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe xüsusilə əhəmiyyətlidir. Konstitusiya Məhkəməsi torpaq ayrılması prosesində müvafiq rəylərin, razılaşdırmaların və yerquruluşu sənədlərinin olmamasının öz-özlüyündə yekun inzibati aktın hüquqi qüvvəsini aradan qaldırmadığını, belə aktın qanunla müəyyən olunmuş qaydada ləğv edilənədək hüquqi cəhətdən etibarlı olduğunu vurğulamışdır. Eyni qərarda etimadın qorunması prinsipinə əsasən şəxsin dövlət orqanının qəbul etdiyi aktı qanunauyğun hesab etməyə və ona uyğun davranmağa haqqı olduğu göstərilmişdir. Iş materiallarından sənəddə 0,10 ha göstərilməsinə baxmayaraq hazırda daş hasar daxilində faktiki istifadə olunan sahənin 0,0610 ha olduğu müəyyən edilir. Lakin bu fərq də apellyasiya şikayətinin təmin edilməsinə əsas vermir. Əvvəla, sözügedən hal torpaq sahəsinin yerinin müəyyən edilə bilmədiyini deyil, əksinə onun faktiki hüdudlarının ölçülərək müəyyən edildiyini göstərir. Ikincisi, faktiki istifadə sahəsinin hüquqmüəyyənedici sənəddə göstərilmiş sahədən fərqlənməsi məhz yerquruluşu və planölçü sənədinin hazırlanmasının zəruriliyini təsdiqləyən haldır. Üçüncüsü, hazırkı məhkəmə qərarı 0,1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qərar deyil. Cizginin hazırlanması torpaq sahəsinə dair sənədləşmənin tamamlanmasına xidmət edən texniki-hüquqi hərəkətdir və bundan sonrakı qeydiyyat mərhələsində hüququn növü, həcmi, sahənin faktiki və sənəd üzrə göstəriciləri ayrıca qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilə bilər. Buna görə də 0,10 ha ilə 0,0610 ha arasındakı fərq iddianın rədd edilməsinə deyil, yerləşmə cizgisi hazırlanarkən mövcud arxiv sənədlərinin, elektron kadastr məlumatlarının, faktiki koordinatların və naturada müəyyən edilmiş sərhədlərin birlikdə nəzərə alınmasına əsas verir. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü yarımbəndində yerli icra hakimiyyətinin müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadənin planlaşdırılması, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi; 4.16.6-cı yarımbəndində isə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərilməsi onun səlahiyyətləri sırasında müəyyən edilmişdir. Bu normativ çərçivə, **** nömrəli Sərəncamın Cavabdeh torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi prosesinə birbaşa cəlb etməsi və mübahisəli sahənin məhz həmin Sərəncamla idarəçiliyə qaytarılmış ərazidə yerləşməsinin rəsmi kadastr məlumatları ilə təsdiqlənməsi birlikdə qiymətləndirildikdə, cavabdehin mübahisə predmetinə hər hansı aidiyyətinin olmadığı və ya qərarın icrasının hüquqi baxımdan mümkünsüz olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Əksinə, cavabdehin mövqeyi mahiyyətcə belə nəticəyə gətirib çıxarır ki, dövlətin müxtəlif inzibati strukturları arasında illər ərzində baş vermiş səlahiyyət, idarəçilik və sənəd dövriyyəsi dəyişikliklərinin mənfi nəticələrini vətəndaş daşımalıdır. Belə yanaşma nə etimadın qorunması prinsipinə, nə inzibati orqanın obyektiv araşdırma vəzifəsinə, nə də dövlət idarəçiliyinin vahidliyi prinsipinə uyğun hesab edilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1842/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1842/2026
19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver