Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1858/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası Hakimlər: X6 (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsinə qarşı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ##### 2026-cı il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. Bakı Şəhər Icra Hakimiyyətinin Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış ***** nömrəli müqaviləyə əsasən Xaşa-Xuna ərazisində 900 kv.m sahəsi olan ***D saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir.
2. Bakı şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsinin BM seriyalı ****** nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaşa-Xuna qəsəbəsində yerləşən 1 otaqlı 32.50 kv.m sahəsi olan 176D bağ sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
4. Iddiaçı cavabdeh xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə müraciət edərək, bağ sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdehin ##.##.2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağın nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən bağ evinin yerləşdiyi torpaq sahəsinin böyük hissəsinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyi məlum olmuşdur. Ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın “Azəriqaz” Istehsalat Birliyinin istismarında olan Xaşa-X1 Stansiyasının (QPS) 68 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən ümumi sahəsi 900 kv.metr olan ***D saylı torpaq sahəsi (bağ sahəsi) və həmin bağ sahəsində yerləşən Azərbaycan Respublikası Bakı şəhəri Icra hakimiyyətinin Texniki Inventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş Seriya BM №****** saylı ##.##.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 900 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Icra Hakimiyyəti Aparatının ##.##.1986-cı il tarixli, **/*** saylı və ##.##.1988-ci il tarixli. */** nömrəli qərarlarına əsasən Xəzər rayonu. Xaşa-Xuna bağ massivində yerləşən 900 kv.metr ümumi sahəsi olan 176 D saylı bağ sahəsi icarəmə verilmişdir. Bundan sonra həmin bağ sahəsində fərdi yaşayış evi tikilmiş və həmin ev üzərində mülkiyyət hüququna dair Azərbaycan Respublikası Bakı şəhəri Icra hakimiyyətinin Texniki Inventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən; Seriya BM №****** nömrəli. ##.##.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmin bağ evinə dair verilmiş Texniki Pasportda evin yerləşdiyi ümumi torpaq sahəsinin 900 kv.metr olması göstərilmişdir. Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən ***D saylı torpaq sahəsi və üzərində tikilmiş bağ evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qevdiyyata alınması ücün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi Idarəsinə müracət etdi. Müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir.
9. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağın nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən bağ evinin yerləşdiyi torpaq sahəsinin böyük hissəsinin qaz kəmərinin mühafize zonasında yerləşdiyi məlum olmuşdur. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Doviet Neft Şirketinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın "Azəriqaz" Istehsalat Birliyinin istismarında olan Xaşa-X1 Stansiyasının (QPS) 68 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli Icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli sərəncamı ilə yerli Icra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
11. Üçüncü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi SOCAR-ın istifadəsinə ayrılmış torpaqların dairəsinə aid olmasa da, "Azəriqaz" IB-nin balansına verilmiş XaşaX1 Stansiyasının mühafizə zolağının daxilində, QPS-in sərhəddindən 67 m məsafədə yerləşir. Həmçinin, “Azəriqaz” IB-yə məxsus orta təzyiqli yerüstü D 219 mm-lik qaz borusu torpaq sahəsindən 0.4 m məsafədən keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22ci maddəsinin 2-ci bəndinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, magistral boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Qaydaların * nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı və orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının ##.##.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
12. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 900 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hazırkı vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Tahsim qızının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyininCavabdeh (xxxx publik hüquqi şəxsinə) həvalə edilməsi qərara alınmışdır.
13. Həmin qərardan narazı qalan üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi SOCAR-ın istifadəsinə ayrılmış torpaqların dairəsinə aid olmasa da, "Azəriqaz" IB-nin balansına verilmiş XaşaX1 Stansiyasının mühafizə zolağının daxilində, QPS-in sərhəddindən 67 m məsafəsində yerləşir. Həmçinin, “Azəriqaz” IB-yə məxsus orta təzyiqli yerüstü D 219 mm-lik qaz borusutorpaq sahəsindən 0.4 m məsafədən keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, magistral boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Qaydaların * nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı və orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının ##.##.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır”. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
Tərəflərin izahatları
15. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını etməmişdir. Iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Şəki Inzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il saat 10:15-ə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı qismində çağrıldığını ona görə də məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Inzibati məhkəmənin icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır.
16. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh sıradan çıxmış və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx publik hüquqi şəxsi onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli 3-21/3- *-F-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in Idarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ilə əvəz olunmuşdur.
17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.
18. Cavabdehin nümayəndəsi X5 apellyasiya şiakyətinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır.
19. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 tərəfindən "Elektron Məhkəmə" Şəxsi kabinet vasititəsilə ərizə verilərək bildirmişdir ki, iddia tələbinin “900 kv.m torpaq sahəsi”nə münasibətdə dəyişdirərək “Bakı şəhəri, Xəzər rayonu, XaşaXuna bağ sahəsində yerləşən 800 kv.metr torpaq sahəsi...” kimi dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 800 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hazırkı vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin Cavabdeh (xxxx publik hüquqi şəxsinə) həvalə edilməsinə dair” qərar qəbul edilməsi xahiş edilmişdir.
20. Məhkəmə kollegiyası tərəfindən ərizə icraata qəbul edilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsində qeyd olunmuşdu ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10.1. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 10.4. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
23. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. Inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
27. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
28. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
29. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
30. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2023-cü il tarixdir. Həmin məktubun iddiaçıya nə vaxt təqdim olunması iş materiallarından müəyyən olunmur. Iddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
31. Işin mahiyyətinə gəldikdə isə işin birinci instansiya məhkəmsində icraatı zamanı iddiaçının tələbi “Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 900 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə olmuşdur. Apellyasiya baxışı zamanı iddia tələbi dəqiqləşdirilmiş və iddia tələbi məhkəmə kollegiyası tərəfindən “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 800 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hazırkı vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin xxxx publik hüquqi şəxsinin üzərinə qoyulması” məzmununda icraata qəbul edilmişdir.
32. Işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
34. Cavabdeh orqanın imtina məktubunun, iddia tələbinə dair etirazın məzmunundan görünür ki, cavabdeh qurum hazırki tələbi təmin etməkdən imtinasını aşağıdakı dəlillərlə əsaslandırır: - idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyinin müəyyən edilmilməsi, - Bundan başqa göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağın nömrəsi qeyd olunmaması, - elektron kadastr məlumatına əsasən bağ evinin yerləşdiyi torpaq sahəsinin böyük hissəsinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi, - Ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın “Azəriqaz” Istehsalat Birliyinin istismarında olan Xaşa-X1 Stansiyasının (QPS) 68 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşməsi.
35. Iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.5-ci bəndinə görə 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
37. Iş materiallarından görünür ki, Bakı Şəhər Icra Hakimiyyətinin Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış ***** nömrəli müqaviləyə əsasən Xaşa-Xuna ərazisində 900 kv.m sahəsi olan ***D saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Bakı şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsinin BM seriyalı ****** nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaşa-Xuna qəsəbəsində yerləşən 1 otaqlı 32.50 kv.m sahəsi olan 176D bağ sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
38. Məhkəmə kollegiyası “torpaq sahənin digər sahə ilə ümumi hasar daxilində yerləşməsi” dəlilinə münasibətdə bildirir ki, cavabdehin birinci instansiya məhkəsəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi ##.##.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktında göstərilmişdir ki, otaqların sayı hüquqmüəyyənedici sənəd 1, ümumi sahə 70.75 kv.m, yaşayış sahəsi 32.5 kv.m, köməkçi sahə 38.25, ümumi torpaq sahəsi 900 kv.m, faktiki olaraq isə 1 otaq, 70.8 kv.m, 32.5 kv.m, 38.3 kv.m, 900 kv.m təşkil edir. Torpaq sahəsi ərizəçiyə aid qonşu sahə ilə bir hasar daxilindədir. Ərazidə əlavə tikililər inşa edilib. A tikilisində mətbəx ilə dəhliz birləşdirilib, A tikilisinə bitişik əlavə tikili və talvar inşa edilib. A tikilisi qeyri-yaşayış sahəsi kimi istifadə edilir.
39. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpaq sahəsi ümumi hasar daxilində yerləşsə də, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış torpaq sahələri ilə üst-üstə düşmə halı aşkar edilməmişdir.
40. Məhkəmə kollegiyası “cavabdehin göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağın nömrəsinin qeyd olunmaması” dəlilinə münasibətdə qeyd edir ki, bağların bölgüsünə dair sxematik xəritədə göstərilən hissədə bağ sahəsinin əks olunmaması iddiaçının məsuliyyəti ilə sferasına daxil olan məsə deyil Qeyd olunan texniki xəta sxematik xəritəni tərtib edən tərəfindən edilmişdir.
41. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir.
42. Məhkəmə kollegiyası “cavabdehin digər imtina dəlili olan elektron kadastr məlumatına əsasən bağ evinin yerləşdiyi torpaq sahəsinin böyük hissəsinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi və həmin koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın “Azəriqaz” Istehsalat Birliyinin istismarında olan Xaşa-X1 Stansiyasının (QPS) 68 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşməsi” (hazırda apellyator üçüncü şəxsdə həmin dəlilldən çıxış edərək məhkəmə qərarını mübahisələndirir) dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı məktubunuzda qeyd edilən eyni ünvan, yəni Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, ***D saylı ünvanda ünvanında yerləşən daşınmaz əmlaka dair məlumat verilməsi barədə SOCAR-a daxil olmuş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin (Ərazi Idarəsi) ##.##.2023-ci il tarixli 3-21-3-30/2- *****/****/************ nömrəli məktubuna baxılmış və nəticəsi barədə SOCAR-ın ##.##.2023-cü il tarixli **-*/*-****/**** nömrəli məktubu ilə Ərazi Idarəsinə ətraflı cavab verilmişdir. SOCAR-ın həmin cavab məktubunda göstərildiyi kimi, Ərazi Idarəsinin məktubunun qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmış və həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, X Y 432908.4104 4475535.6956 432907.6281 4475535.8629 432905.9974 4475528.2353 432864.9255 4475537.0160 432866.3465 4475549.9381 432870.4581 4475557.9140 432909.3397 4475548.8629 koordinatlarında olan 900 m2 torpaq sahəsi SOCAR-ın “Azəriqaz” Istehsalat Birliyinin istismarında olan “Xaşa-Xuna” X7 (QPS) (istismara verildiyi tarix: 1949-cu il) 68 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq bildiririk ki, həmin koordinatlarda yerləşən torpaq sahəsinin 0,1 metr məsafəsindən yer səthi ilə çəkilmiş hərbi hissəyə məxsus olan d-219 mm-lik yerüstü orta təzyiqli qaz xətti keçir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın * nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 5 metr müəyyən olunmuşdur ki, qanunvericiliyin qeyd olunan tələbi gözlənilməlidir.
44. Qeyd olunmalıdır ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlak QPS-in və qaz kəmərinin mühafizə zonasında yerləşsə belə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən bu hal əmlaka mülkiyyət hüquqlarının qeydiyyata alınmasına heç bir maneçilik törətmir. Həmçinin, Azəriqazın ##.##.2023-cü il tarixli məktubla iddiaçının müracitinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bag massivində, (yeni Aeroport-Pirallahı yolunun üstündə) 76”A" nömrəli şəxsi mülkiyyətinizdə olan bağ sahəsinin yerləşdiyi ərazi hüdudları və mühafizə zonası daxilində (koordinatlar X40.427651 Y50 209032) “Azəriqaz” IB-nin balansında olan qaz xətləri keçmir. Məlumat üçün bildiririk kı, torpaq sahəsinin ətrafından (L=2.5 metr aralı məsafədə, mühafizə zonası pozulmur) “Azəriqaz”' IB-nin Bakı Regional Qaz Istismarı Departamentinin balansında olan D219 mm-lık yerüstü, orta təzyiqli, və (L=9,5 metr aralı məsafədə, mühafizə zonası pozulmur) D325 mmlik yerüstü yüksək təzyıqlı qaz xətləri keçir. Sahədə tikinti işləri aparılan zaman qaz xətlərinin mühafizə zonasının qorunmasının təmin olunması nəzərə alınmalıdır.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən: 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. 3.4. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). 3.41. Qaz kəməri ilə onun çəkildiyi divar arasındakı məsafə elə olmalıdır ki, qaz kəmərinə və onun üzərində quraşdırılan avadanlığa nəzarət etmək mümkün olsun və təmir işləri aparmağa imkan olsun.
46. Istinad olunan normalardan görünür ki, qanunverici qaz kəmərlərinin yaşayış binalarının xarici divar boyu ilə aparılmasını qadağan etməmiş, əksinə bunu mümkün hesab etmiş, bu zaman yeganə tələb kimi quraşdırılan avadanlığa nəzarət etmək və təmir işləri aparmaq üçün məsafə saxlanılmasını müəyyən etmişdir.
47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh daha əvvəl eyni ünvanda iddiaçıya məxsus fərdi yaşayış evinin 32.5 kv.m-lik sahəsinə qeydiyyat vəsiqəsi verəndə də Xaşa-X1 Stansiyası həmin ərazidə olmuş və cavabdeh tərəfindən bu zaman qaz xətti və QPS-in olması ilə bağlı iddiaçıya hər hansı bir irad bildirilməmişdir. Iddiaçı da cavabdehin inzibati praltikasına etimad edərək 38.5.kv.m əlavə yardımçı tikili tikmişdir.
48. Həmçinin birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçının qonşuluğunda və ətrafında yerləşən digər bağ sahələrinə ayrı-ayrı vətəndaşların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin sənədlərdən görünür ki, cavabdeh tərəfindən qeyd olunan ərazidə yerləşən torpaq sahəsi yaşayış məntəqələrini torpaqları kateqoriyasına aid edilmişdir.
49. Iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə dair fiziki şəxslərin mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Ona görə də tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
50. Bakı şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsinin BM seriyalı ****** nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaşa-Xuna qəsəbəsində yerləşən 1 otaqlı 32.50 kv.m sahəsi olan 176D bağ sahəsi ##.##.2005-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Uzun müddət ərzində torpaq sahəsi və yaşayış evi iddiaçının istifadəsində olmasına baxmayaraq bununla bağlı - həm onlar tərəfindən (hazırki işə apellyatorlar 3-cü şəxs qismində qoşulanadək), həm də səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçıya hər hansı etiraz edilməmiş və bu barədə xəbərdar olunmamışdır. Ona görə də apellyatorun həmin hissədə qeyd etdiyi dəlillər əsassızdır.
51. Məhkəmə kollegiyası iddiaçının iddia tələbini “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 800 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hazırkı vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” məzmununda dəyişdirmiş və iddia tələbi həmin məzmunda icraata qəbul etmişdir.
52. Məhkəmə kollegiyası iddiaçının sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə münasibətdə qeyd edir ki, ##.##.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktında göstərilmişdir ki, yaşayış evi otaqların sayı hüquqmüəyyənedici sənəd 1, ümumi sahə 70.75 kv.m, yaşayış sahəsi 32.5 kv.m, köməkçi sahə 38.25, faktiki olaraq isə 1 otaq, 70.8 kv.m, 32.5 kv.m, 38.3 kv.m, dir.
53. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 1 otaqlı 32.50 kv.m sahəsi olan yaşayış otağı iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
54. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qalan 38.25 köməkçi sahəni 2013-cü il tarixədək tikmişdir.
55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
56. Hazırki işdə də qanunvericinin tələb etdiyi hüqumüəyyənedici sənədlər iddiaçıda mövcudur. Bu baxımdan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-8.0.9-cu və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
58. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarı dəyişdirilməli və iddia tələbi dəqiqləşmiş məzmunda təmin olunaraq, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 800 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hazırkı vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi vəzifəsi cavabdeh Cavabdeh publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.
59. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 800 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hazırkı vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi cavabdeh Cavabdeh publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev