Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-187/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. Cavabdeh tərəfindən keçmiş Əzizbəyov rayon IH-nin ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamı ilə Binə qəsəbəsində vətəndaş İddiaçı ayrılmış *** nömrəli torpaq sahəsinə yerləşmə sxemi tərtib olunmuşdur.
2. Iddiaçı ona məxsus torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı ərazi idarəsinə müraciət etmiş, lakin sonuncunun ##.##.2023-cü il tarixli, ************ nömrəli məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
3. Bundan sonra iddiaçı hazırki tələblə cavabdeh Bakı şəhəri Cavabdeh müraciət etmiş, lakin cavabdeh tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, *-**/*-B-***- ***/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Yerli icra hakimiyyətləri haqında Əsasnamə”nin 6.5.3-cü bəndinə əsasən normativ xarakterli akt (onun struktur elementi) Azərbaycan Respublikasının Inzibati Prosesual Məcəlləsinin 122.2ci maddəsinə əsasən, iddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq, məsələnin həlli Cavabdeh səlahiyyətləri xaricindədir.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binə qəsəbəsi ərazisində iddiaçıya ayrılmış *** nömrəli 600 kv.m torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Icra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünə dair sxem çəkilmişdir. Həmin plan çəkilsə də sxemdə göstərilən ərazi ilə Əzizbəyov Rayon Icra Hakimiyyətinin başçısı tərəfindən verilmiş torpaq sahəsi üst-üstə düşmür. Iddiaçıya məlum olmayan səbəblərdən səhvən başqa ərazinin sxemi çəkilmişdir. Odur ki, sxemdə çəkilən həmin ərazi ona məxsus deyildir. Ilk növbədə bununla bağlı olaraq Bakı şəhəri Cavabdeh müraciət etmişdir. Bakı şəhəri Cavabdeh *-**/*-B-III-***/**** nömrəli, ##.##.2023-cü il tarixli məktubunda məsələnin həllinin Cavabdeh səlahiyyətləri xaricində olduğu və buna görə də məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir.
6. Cavabdeh tərəfindən etiraz verilmiş və etiraz onunla əsaslandırılmışdır ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Məlumat üçün bildiririk ki, iddiaçının Cavabdeh müraciətinə əsasən onun iştirakı ilə onun göstəridiyi Binə qəsəbəsi ərazisində torpaq sahəsinə baxış keçirilmiş və dəqiq koordinatlar qeyd olunmaqla yerləşmə sxemi hazırlanaraq ona təqdim olunmuşdur. Sonradan iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh müraciət edərək iddiçıya təqdim olunmuş yerləşmə sxeminin göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir. Göründüyü kimi cavabdeh Cavabdeh üzərinə düşən öhdəlik tam icra olunmuş və iddiaçının göstərdiyi torpaq sahəsinin koordinatları dəqiq qeyd olunmaqla hazırlanmış yerləşmə sxemi ona təqdim olunmuşdur.
7. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binə qəsəbəsi ərazisində iddiaçıya ayrılmış *** nömrəli 600 kv.m torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsi” dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına baxmış və iddia tələbini rədd etmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, keçmiş Əzizbəyov rayon IH-nin (indiki Xəzər RIH) arxiv fondu üzrə ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən İddiaçı qızma Binə qəsəbəsində *** nömrəli 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır. Iddiaçı hazırki iddia tələbi ilə sözügedən Sərəncam əsasında ona təhkim olunmuş torpaq sahəsinə dair tərtib edilmiş yerləşmə cizgisinin etibarsız hesab edilməsini istəmişdir. Oxşar vahid məhkəmə təcrübəsinə görə əgər torpaq sahəsinin ayrılması barədə qərar (sərəncam) əsasında vətəndaşa ayrılan torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib edilməmişdirsə, bu zaman torpaqayırma barədə inzibati aktın qüvvədə olub-olmamasından asılı olaraq, yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib olunur. Iddiaçıya təhkim olunmuş torpaq sahəsinə dair Cavabdeh tərəfindən yerləşmə cizgisi iddiaçının göstərdiyi torpaq sahəsinə baxış keçirilməklə və dəqiq koordinatlar qeyd olunmaqla tərtib olunmuşdur. Hazırki mərhələdə cavabdeh tərəfindən Binə qəsəbəsində *** nömrəli 600 kv.metr torpaq sahəsinə dair dəqiq koordinatlar göstərilməklə yerləşmə cizgisi tərtib olunduğundan sözgedən torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi də istisna olunur. Hesab edirik ki, birinci instansiya məhkəməsi faktiki halları düzsün araşdırmamış və nəticədə qanunsuz qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlarla cavabdehin təqdim etdiyi sənədlər arasında ziddiyyətləri düzgün araşdırmamışdır..Bakı şəhəri Cavabdeh ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamı qüvvədə olduğu halda, həmin sərəncamın icrası məqsədilə tərtib edilmiş yerləşmə sxenü (cizgi və xəritədən çıxarış) iddiaçının hüquqlarını müəyyən edən inzibati aktın ayrılmaz hissəsidir. Məhkəmə bu sxemin hüquqi nəticələr doğurduğunu nəzərə almadan, onu yalnız “texniki sənəd” kimi qiymətləndirmişdir. Məhkəmə konkret işin fərdi halları nəzərə alınmadan ümumi yanaşma tətbiq etmişdir. Məhkəmə faktiki olaraq belə mövqe tutmuşdur ki, yerləşmə cizgisi torpaq sahəsinin ayrılması barədə sərəncamın icrası üçün sonradan tərtib edilən sənəddir, buna görə də onun etibarsız hesab edilməsi mümkün deyil. Bu yanaşma maddi hüquq normalarının səhv tətbiqidir, çünki yerləşmə cizgisi torpaq sahəsinin konkret yerini, sərhədlərini, koordinatlarını müəyyən edir və birbaşa hüquqi nəticələr doğurur. 1997-ci il tarixli Sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsi üçün tərtib edilmiş yerləşmə cizgisi torpaq sahəsinin faktiki yerini dəyişirsə, əvvəlki hüquqi vəziyyəti pisləşdirirsə, iddiaçının istifadə imkanlarını məhdudlaşdırırsa, bu hal sərəncamın icrası deyil, onun məzmununun dəyişdirilməsi kimi qiymətləndirilməlidir.
10. Həmçinin iddiaçının qanuni nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə əlavələr (ərizələr) verilərək bildiirlmişdir ki, Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin başçısının ##.##.1997-ci il tarixli. 960 №li Sərəncamına əsasən Bakı şəhəri Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Icra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünə dair sxem çəkilmişdir. Həmin plan çəkilsə də sxemdə göstərilən ərazi ilə Əzizbəyov Rayon Icra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş torpaq sahəsi üst-üstə düşmür. Iddiaçıya məlum olmayan səbəblərdən səhvən başqa ərazinin sxemi çəkilmişdir. Odur ki, sxemdə çəkilən həmin ərazi ona məxsus deyildir. Ilk növbədə bununla bağlı olaraq Bakı şəhəri Cavabdeh müraciət etmişdir. Bakı şəhəri Cavabdeh *-İ*/*-B-**İ-***/**** nömrəli. ##.##.2023-cü il tarixli məktubunda məsələnin həllinin Xəzər Rayon Icm Hakimiyyətinin səlahiyyətləri xaricində olduğu və buna görə də məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasan, yaranmış vəziyyətlə əlaqədar olaraq Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən İddiaçı Omirxan qızına verilmiş 600 kv.m torpaq sahəsinin mövcud plan cizgisinin (yerləşmə sxeminin) ləğv olunmasına zərurət yaranmışdır. Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin başçısının ##.##.1997-ci il tarixli *** nömrəli Sərəncamına əsasən İddiaçı verilmiş 600 kv.m torpaq sahəsinə dair verilmiş plan cizgisi (yerləşmə sxeminin) ləğv edilməsi, torpaq sahəsinə dair mövcud vəziyyətdə naturada yerləşmə mövqeyinə görə yeni plan cizgisi (yerləşmə sxeminin) verilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Tərəflərin izahatları
12. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Iddiaçının nümayəndəsi və vəkili Vəkil işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə da iş üzrə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
13. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, həmçinin ##.##.2026-cı il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin nəzərə alınmamasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyası tərəfindən ərizənin baxılamış saxlanılması qərara alınmışdır.
TƏTBIQ EDILƏN HÜQUQ
15. “Inzibati icraat haqqında Qanunu: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. Inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
16. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
18. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
20. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Ona görə də iddia mümkün iddiadır.
21. Işin mahiyyətinə gəldikdə isə iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı tələbi “Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binə qəsəbəsi ərazisində iddiaçıya ayrılmış *** nömrəli 600 kv.m torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsi” barədə olmuşdur. Işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçıya təhkim olunmuş torpaq sahəsinə dair Cavabdeh tərəfindən yerləşmə cizgisi iddiaçının göstərdiyi torpaq sahəsinə baxış keçirilməklə və dəqiq koordinatlar qeyd olunmaqla tərtib olunmuşdur. Hazırki mərhələdə cavabdeh tərəfindən Binə qəsəbəsində *** nömrəli 600 kv.metr torpaq sahəsinə dair dəqiq koordinatlar göstərilməklə yerləşmə cizgisi tərtib olunduğundan sözgedən torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi də istisna olunur.”
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
23. Işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən keçmiş Əzizbəyov rayon IH-nin ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamı ilə Binə qəsəbəsində vətəndaş İddiaçı ayrılmış *** nömrəli torpaq sahəsinə yerləşmə sxemi tərtib olunmuşdur.
24. Iddiaçı ona məxsus torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı ərazi idarəsinə müraciət etmiş, lakin sonuncunun ##.##.2023-cü il tarixli, ************ nömrəli məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Ona görə də dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri Cavabdeh müraciət etmiş, lakin cavabdeh tərəfindən Rayon Icra Hakimiyyətinin səlahiyyətləri xaricində olmasına istinad olunaraq tələbin təminindən imtina olunmuşdur.
25. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ## ###### 2025-ci il tarixli, *-**-*f/*-*** nömrəli məktubu ilə keçmiş Əzizbəyov rayon IH-nin (indiki Xəzər RIH) arxiv fondu üzrə ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamın təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir.
26. Keçmiş Əzizbəyov rayon IH-nin (indiki Xəzər RIH) arxiv fondu üzrə ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamı ilə İddiaçı Binə qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır.
27. Cavabdeh tərəfindən keçmiş Əzizbəyov rayon IH-nin ##.##.1997-ci il tarixli, *** nömrəli Sərəncamı ilə Binə qəsəbəsində vətəndaş İddiaçı ayrılmış *** nömrəli torpaq sahəsinə yerləşmə sxemi tərtib olunmuşdur .
28. Işin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Cavabdeh ## ###### 2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsinə dair yerləşmə sxemi hazırlanaraq ona təqdim olunmuşdur.
29. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
30. Hazırda iddiaçı Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binə qəsəbəsi ərazisində iddiaçıya ayrılmış *** nömrəli 600 kv.m torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsini tələb edir.
31. Mövcud qanunvericilik inzibati aktın etibarsızlığı və qanunsuzluğu institutlarını biribirindən fərqləndirir. “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılmayan inzibati aktlar, hətta qanunsuz olsalar belə, qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan inzibati aktın, o cümlədən qanunsuz inzibati aktın hüquqi qüvvəsi onun etibarlılığına bağlıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktlara münasibətdə isə qeyd olunmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılan inzibati aktlar qəbul edildiyi andan hüquqi qüvvəyə malik olmur və bu mənada hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, istinad olunan norma anlamında etibarsız inzibati akt mövcud olmamış, yarasız və əhəmiyyətsiz inzibati akt kimi qiymətləndirilir.
32. Bununla bağlı nəzərə almaq lazımdır ki, Qanunun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Belə ki həmin maddəyə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.
33. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquq nəticə yaratmır. “Inzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Inzibati orqan bundan imtina etdiyi hallarda, şəxs Azərbaycan Respublikasının Inzibati prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “Inzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “Inzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər.
34. Işin faktiki hallarından görünür ki, cavabdehin sərəncamına əsasən Bakı şəhəri Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və cavabdeh tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünə dair sxem çəkilmişdir. Lakin sonradan müəyyən olunmuşdur ki, sxemdə göstərilən ərazi ilə Əzizbəyov Rayon Icra Hakimiyyətinin başçısı tərəfindən verilmiş torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Cavabdeh inzibati orqan səhvən başqa ərazinin sxemini çəkmişdir.
35. Ona görə də iddiaçı Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binə qəsəbəsi ərazisində iddiaçıya ayrılmış *** nömrəli 600 kv.m torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsinə dair iddia verməkdə haqlıdır.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməməklə düzgün nəticəyə gəlməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsas yaradır.
37. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
39. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binə qəsəbəsi ərazisində iddiaçıya ayrılmış *** nömrəli 600 kv.m torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsinə dair iddiası təmin edilməlidir.
40. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binə qəsəbəsi ərazisində iddiaçıya ayrılmış *** nömrəli 600 kv.m torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxemi (cizgi və xəritədən çıxarış) etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev