Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1881/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X4 və X2 Əliyevdən ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh “xxxx" MMC-yə qarşı “vəsaitin tutularaq iddiaçının hesabına qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cavabdeh “xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İbadova Hülya Ənvər qızından 5000,76 manat (beş min manat yetmiş altı qəpik) məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması öhdəliyinin cavabdeh “xxxx" MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cavabdeh “xxxx" MMC-yə qarşı İbadova Hülya Ənvər qızından 5000,76 manat (beş min manat yetmiş altı qəpik) məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması öhdəliyinin cavabdeh “xxxx" MMC-nin üzərinə qoyulması tələbinə dair 2-1(4-6)- ****/**** nömrəli inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məcəllənin müvafiq maddəsindən göründüyü kimi, hüquqi ünvan anlayışından istifadə edilməmiş, işə cavabdehin qeydiyyatdan keçdiyi deyil, yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxıldığı qeyd edilmişdir. Qeyd edirik ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləridir. Beləliklə, qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun həmin ünvanda yerləşməsi anlamına gəlmir. Bildiririk ki, cavabdeh “xxxx” MMC-nin rəsmi məktub blankında yerləşdiyi ünvan kimi ünvan 1 göstərilmişdir. Bu səbəbdən tərəfimizdən həmin ünvan üzrə aidiyyəti inzibati məhkəmədə iddia qaldırılmışdır. Qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədləri şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Cavabdehin faktiki olaraq Bakı şəhərində fəaliyyət göstərdiyini nəzərə alsaq, işin Şirvan İnzibati Məhkəməsində baxılması qanunvericiliyin məqsədlərinə zidd olacaq, hər iki tərəf üçün əlverişsiz olmaqla işin mahiyyəti üzrə baxılması prosesinin ləngiməsinə səbəb olacaqdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə cavabdehin nümayəndəsinin iştirakı işə olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə cavabdeh “xxxx" MMC –nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Hazırki işdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh “xxxx" MMC-yə qarşı tələbi “İbadova Hülya Ənvər qızından 5000,76 manat (beş min manat yetmiş altı qəpik) məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması” barədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iddia növünə görə “inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” iddiaya aiddir, ona görə işin aidiyyəti İPM-in 8.1.4-cü maddəsinə uyğun həll edilməlidir. Iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh “xxxx" MMC Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən uçota alınmış və onun hüquqi ünvanı Lənkəran rayonu, Lənkəran şəhəridir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Lənkəran şəhəri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (18.14-cü bənd). İstinad olunan Qanunun tələbinə əsasən Lənkəran şəhəri Şirvan İnzibati Məhkəməsinin ərazi vahidi hesab olunduğundan, hazırki inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəziyəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəmənin *-*(*-*)- ****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 81, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-1881/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1881/2026
21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver