Məhkəmə qərarları › İş №2-1(3-6)-1887/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1887/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1887/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil/nümayəndə2, Üçüncü şəxs Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil/nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı sərəncamın qismən etibarsız hesab edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və buraxılmış prosesual müddətin bərpa edilməsinə dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ## ###### 2023-cü il tarixli, *** saylı sərəncamın onun xüsusi mülkiyyətində olmaqla, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq (həyətyanı və tikintialtı) sahəsinə münasibətdə qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-(***)-****/**** saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilərək, Cavabdeh “Çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi haqqında” ##.##.2023-cü il tarixli, *** saylı Sərəncamı İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yeləşən 0.0099 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 80,40 kvadrat metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi əraziyə aid hissədə etibarsız hesab edilməsi qərara alınmışdır. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-(***)-****/**** saylı qərarı üçüncü şəxs tərəfindən mübahisələndirilmişdir. Iş materiallarından müəyyən olunur ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı üçüncü şəxsin elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti Bakı Inzibati Məhkəməsinə ##.##.2026-cı il tarixdə - qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra təqdim edilmişdir. ##.##.2026-cı il tarixdə üçüncü şəxs məhkəməyə prosessual müddətin bərpa olunmasına dair ərizə təqdim edərək, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni iş materialları və məhkəmə iclasında verilmiş izahatlarla birlikdə qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə, həmin Məcəllə ilə müəyyən edilmiş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsi isə müddətin buraxılmasına səbəb olmuş halların ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmasını tələb edir. Bu baxımdan müddətin bərpası üçün təkcə onun buraxılması faktı deyil, prosessual hərəkətin vaxtında edilməsinə şəxsin iradəsindən asılı olmayan obyektiv halların mane olduğunun müəyyən edilməsi zəruridir. Iş materiallarından müəyyən olunur ki, Üçüncü şəxs MMC Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona təqdim olunmuş və iddiaya münasibət bildirmək təklif edilmişdir. Eyni zamanda, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ##.##.2025-ci ildə üçüncü şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Inzibati Prosessual Məcəllənin 9-1.3 və 9-1.4-cü maddələrinin mənasına görə, elektron qaydada aparılan məhkəmə icraatında məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması elektron kabinet vasitəsilə həyata keçirilir və həmin qaydada təqdim edilmiş məhkəmə aktının başqa üsulla verilməsi tələb oluna bilməz. Odur ki, qərarla faktiki olaraq daha gec tanış olunması barədə ərizəçinin istinad etdiyi hal, qərarın qanunla nəzərdə tutulmuş qaydada təqdim edilməsi faktını aradan qaldırmır. Elektron kabinet vasitəsilə məhkəmə icraatında iştirak edən hüquqi şəxsin öz elektron kabinetində yerləşdirilmiş prosessual sənədləri izləməməsi isə, bunun əksini təsdiq edən obyektiv maneələr müəyyən edilmədiyi halda, onun iradəsindən kənar hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində həmin qərardan onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Inzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasına şikayət verilə biləcəyi açıq şəkildə göstərilmişdir. Beləliklə, Inzibati Prosessual Məcəllənin 23.1ci maddəsində nəzərdə tutulan hüquqi müdafiə vasitəsi, ondan istifadə qaydası və müddəti barədə məlumatlandırma tələbinə də əməl edilmişdir. Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən isə, qərardan apellyasiya şikayəti onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilməlidir. Qərarın ##.##.2025-ci ildə təqdim edildiyi nəzərə alındıqda və müddətin son gününün qeyri-iş gününə düşməsi ilə bağlı qayda tətbiq edildikdə, apellyasiya şikayətinin verilməsi üçün son gün ##.##.2026-cı il olmuşdur. Buna baxmayaraq, şikayət yalnız ##.##.2026-cı ildə, yəni həmin müddət başa çatdıqdan 140 gün sonra təqdim edilmişdir. Ərizəçi müddətin buraxılmasının səbəbi kimi qərardan başqa məhkəmə prosesi zamanı xəbər tutmasını göstərsə də, bu dəlili təsdiq edən və ##.##.2025-ci ildən etibarən apellyasiya şikayəti verməsinə real və obyektiv şəkildə mane olmuş hər hansı hal və ya sübut təqdim etməmişdir. Mümkünlük iclasında da üçüncü şəxsin nümayəndəsi qərardan başqa məhkəmə iclasında məlumatlı olduqlarını bildirməklə kifayətlənmiş, müddət ərzində elektron kabinetdə yerləşdirilmiş qərarla tanış olmağa və şikayət verməyə mane olan hər hansı konkret hal göstərməmişdir. Prosessual müddətin bərpası institutu isə proses iştirakçısının öz prosessual hüquqlarından lazımi diqqət və qayğı ilə istifadə etməməsinin nəticələrini aradan qaldırmaq üçün deyil, həmin hüquqlardan vaxtında istifadənin onun təqsiri olmadan mümkünsüz olduğu halların nəticələrini kompensasiya etmək məqsədi daşıyır. Prosessual müddətlərin müəyyən edilməsi hüquqi müəyyənliyin, məhkəmə aktlarının sabitliyinin və məhkəmə icraatının səmərəli təşkilinin təmin edilməsinə xidmət edir. Məhkəməyə çıxış hüququnun həyata keçirilməsində həddindən artıq formalizmə yol verilməməli olsa da, qanunla müəyyən edilmiş müddətlərin onların buraxılmasına səbəb olan obyektiv və şəxsin təqsirindən kənar hallar müəyyən edilmədən bərpa olunması həmin müddətlərin hüquqi əhəmiyyətini aradan qaldırar və hüquqi müəyyənlik prinsipinə uyğun olmaz. Beləliklə, üçüncü şəxs tərəfindən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməməsinin onun təqsiri olmadan baş verdiyini təsdiq edən hallar müəyyən edilmədiyindən, əksinə, onun işə cəlb edildiyi, proses barədə məlumatlandırıldığı və məhkəmə qərarının elektron kabinetinə qanunla nəzərdə tutulmuş qaydada təqdim edildiyi müəyyən olunduğundan, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual müddət bərpa edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22-24, 80, 85.1, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDI: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar