Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1891/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsinə qarşı məhkəmə qərarının icrası barədə qəbul edilmiş aktın ləğv edilməsi və s. tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsi tərəfindən tərtib edilmiş fevral 2026-cı il tarixli Imtina Aktının (inzibati akt) qanunsuz hesab edilərək, ləğv edilməsi, maraqlı şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məhkəmə iclasında iştirakının təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsindən sülhməramlı xidmət dövründə aldığı 480 manat məbləğində əlavə ödənişdən 3%-lik məcburi dövlət sosial sığorta haqlarının faktiki tutulubtutulmaması barədə məhkəməyə izahat verilməsinin tələb edilməsi, əgər həmin sığorta haqları tutulubsa, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin qanunvericiliyin tələblərinə əsasən bu vəsaitin niyə pensiya kapitalına əlavə edilməsinin səbəblərinin bildirilməsini, sığorta haqlarının tutulması faktı təsdiq edildiyi halda, həmin məbləğlərin pensiya kapitalına daxil edilməsi üçün yeni “Məlumat vərəqəsi”nin tərtib edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş *-*(***)-*****/**** saylı qərarı ilə Müdafiə Nazirliyinin üzərinə sülhməramlı xidmət dövrünə dair yeni məlumat vərəqəsinin tərtib edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş R Intiqam Mövlanverdiyevin təsdiq etdiyi “Akt”da iddia olunur ki, sülhməramlı kontingentdə xidmətə görə ödənilən 100% əlavə (480 manat) pensiya hesablanmasında nəzərə alınmamalıdır. Lakin, N nömrəli hərbi hissənin arayışları ilə təsdiq olunur ki, həmin məbləğdən hər ay müvafiq qaydada sosial sığorta haqları tutulmuşdur. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı ilə (hakim N.İ.Abıyev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında iddia edilir ki, sülhməramlı kontingentdə xidmət dövrü üçün sosial sığorta haqlarının tutulması və yeni "Məlumat vərəqəsi"nin tərtib edilməsi məqsədilə iddiaçı ilk növbədə inzibati orqana müraciət etməli idi. Lakin məhkəmə diqqətdən qaçırmışdır ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qanuni qüvvəyə minmiş qərarı ilə cavabdeh Müdafiə Nazirliyinin üzərinə sülhməramlı xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyi artıq qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasi məcburidir. Icra mərhələsində olan məsələyə görə vətəndaşın yenidən ilkin inzibati icraat qaydasında müraciətə yönləndirilməsi hüquqaziddir. Qərardadda sosial sığorta haqlarının tutulması məsələsinə görə iddianın Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlməli olduğu qeyd edilsə də, pensiyanın yenidən dürüst hesablanması üçün əsas şərt ilkin məlumatların Müdafiə Nazirliyinin maliyyə qurumu tərəfindən düzgün sənədləşdirilməsidir. Inzibati sənədi təhrif edən organ cavabdeh olduğu üçün onun əsas cavabdeh statusunda çıxış etməsi qanunauyğundur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətən müharibəsi veteranları və əlilləri apellyasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Iddiaçı da Qarabağ əlili olduğu üçün bu imtiyaz fərdi qaydada tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbi iki hissədən ibarətdir. Biri - yeni məlumat vərəqəsinin verilməsi hissəsidir ki, buna münasibətdə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəf Müdafiə Nazirliyi olmalıdır. Ikinci hissə - 3% məcburi dövlət sosial sığorta haqlarının hesablnması ilə bağlı arayışın verilməsi hissəsinə dair isə cavabdeh qurum Dövlət Sosial Müdafiə Fondu olmalıdır. Iddia tələbinin həmin hissəsi ilə bağlı artıq məhkəmənin icraatında iddia tələbi mövcuddur. Bakı Inzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəfi dinləyib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, şikayət əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı məlumat vərəqində dəyişiklik edilərək, sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə dair müvafiq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli, 3-25-19/2- ***/**** saylı məktubu ilə təqdim edilmiş İddiaçı iddiası üzrə müvafiq qərarın qəbul edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı iş üzrə qərarının icrasına dair aktın surətindən müəyyən olunur ki, “... Aparılmış araşdırmanın nəticəsində İddiaçı iddia tələbi üzrə pensiyanın yenidən hesablanması məqsədilə sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində xidmət edən hərbi qulluqçularına ödənilən pul əlavəsinə dair vəzifə maaşına müvəqqəti xarakter daşıyan 100 % əlavənin aylıq təminat xərcliyinə şamil olunmadığından, eləcə də həmin məlumatın "Elektron məlumat bazası"na yeni "Məlumat vərəqi"nin daxil edilməsi qanunazidd olduğundan həmin tələbin təmin edilməsindən imtina olunması barədə tərəflərindən qərar qəbul edilmişdir”. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin ##.##.2025-ci il tarixli, *-**-***/*-****/** saylı İddiaçı verilmiş arayışdan müəyyən olunur ki, N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində bütün vergilər tutulduqdan sonra aylıq pul təminatı 1609 manat 03 qəpikdir. Gəlir vergisi (14%)-0,98 qəpik. Icbari Tibbi Sığorta (2%)-33,90 manat 90 qəpik. DSMF (3%) -50,84 manat, 84 qəpik Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin, qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbini zahirən ayrıca inzibati mübahisə kimi qiymətləndirsə də, belə deyildir. Belə ki, iddiaçının irəli sürdüyü tələb məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından meydana gəlmişdir ki, bu zaman mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, məlumat vərəqində dəyişiklik edilərək, sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə yekunda çıxarılmış məhkəmə aktı ilə - Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hazırkı qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı məlumat vərəqində dəyişiklik edilərək, sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, sözügedən qərarla Bakı Inzibati Məhkəməsi cavabdehin üzərinə iddiaçı İddiaçı məlumat vərəqində dəyişiklik edilərək, sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə dair müvafiq qərar verilməsi ilə bağlı öhdəliyini deyil, həmin şəxsin müraciətinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxmaq öhdəliyini qoymuşdur. Nəzərə alınmalıdır ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədə olan məhkəmə qərarları tərəflər üçün iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. Hazırda tərəflər arasındakı mübahisə məhkəmənin sözügedən qərarının icra olunubolunmaması, qərar icra olunmamış sayılacağı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsi tərəfindən tərtib edilmiş fevral 2026-cı il tarixli Imtina Aktı (inzibati akt) qanunsuz hesab edilərək ləğv edilərək, yeni “Məlumat vərəqəsi”nin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının tətbiqi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdursa, borclu inzibati orqan məhz həmin məzmunlu inzibati akt qəbul etdikdə, icra baş tutmuş sayılır. Lakin, əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi deyil, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq yeni inzibati aktın qəbul edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmuşsa, o halda, cavabdeh iddiaçının müraciətinə yenidən baxmalı, lakin bu zaman qərar qəbul edərkən məhkəmə tərəfindən artıq bəyan olunmuş hüquqi mövqeləri də mütləq nəzərə almalıdır. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxarkən cavabdeh bütün hallarda iddiaçının xeyrinə qərar qəbul etmək öhdəliyi daşımır. Cavabdehdən bu vəziyyətlərdə gözlənilən odur ki, o, məsələyə yenidən baxarkən məhkəmənin hüquqi mövqelərini nəzərə almaqla icraat aparsın. Bunun üçün isə yeni icraat nəticəsində qəbul edilmiş qərardan aydın görünməlidir ki, cavabdeh məsələ üzrə məhkəmənin hüquqi mövqelərinin nələrdən ibarət olduğunu görüb, anlayıb və onlardan irəli gələn qaydada və həcmdə araşdırmanı həyata keçirib, eləcə də hüquqi qiymətləndirməni aparıb. İddiaçı iddiası üzrə müvafiq qərarın qəbul edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarının icrasına dair aktın məhkəmə qərarının icrası qaydasında qəbul edildiyi üçün mütləq məhkəmənin hüquqi mövqelərinə münasibət əks olunmalı, onlardan irəli gələn araşdırma və qiymətləndirmə aparılmalıdır. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qərarından irəli gələn icranın baş tutub-tutmadığı məsələsinə qiymət verilməsi ilə bağlı sözügedən qaydada təhlil və qiymətləndirmə məhz “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası çərçivəsində aparılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin müvafiq qərarının icrasını təmin etmək üçün qəbul edilmiş aktın “formal icra” olub-olmadığına həmçinin icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərini məzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan sonra aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Məhkəmə kollegiyası “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Göründüyü kimi, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə, əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Təbii haldır ki, məhkəmə qərarının icrası məcburidir və həmin qərarın qüvvədə olması halında inzibati orqan yeni mövqe nümayiş etdirmək və qərarın icrasından yayınmaq kimi səlahiyyətə malik olmamaqla qərarın qüvvədə olduğu halda onun icrasını həyata keçirməlidir. Bu həyata keçirilmədikdə məhkəmə yuxarıda qeyd olunan icra tədbirlərini həyata keçirmək, icra edilmədiyi təqdirdə ehtiyac olarsa cərimə tətbiq etmək kimi səlahiyyətə malikdir. Yuxarıda qeyd olunanlara əsasən, icra sənədinin icra olunması ilə bağlı hər hansı tədbirlərin görülməsi bilavasitə məhkəmə qərarından irəli gəldiyindən, sözügedən məsələlər məhz məhkəmə qərarının icrası çərçivəsində, yəni mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Bu səbəbdən də hazırki mübahisənin inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsi tərəfindən tərtib edilmiş fevral 2026-cı il tarixli Imtina Aktı məhkəmə qərarının icrası nəticəsində qəbul edilməklə inzibati akt hesab olunmur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı sülhməramlı xidmət dövründə aldığı 480 manat məbləğində əlavə ödənişdən 3%-lik məcburi dövlət sosial sığorta haqlarının tutulub-tutulmaması faktının da müəyyənləşdirdirilməsini tələb edir. Bununla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3 bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa, iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa, bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. Iddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Hazırkı mübahisədən isə göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarının tutulub-tutulmaması faktının müəyyənləşdirməsi arzulasa da, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsinə göstərmişdir. Halbuki, iddiaçının tələbi üzrə cavabdehlik daşıyan məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsn Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsn Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalı məcburi dövlət sosial sığortanın (MDSS) məqsədləri üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumat və hesabatlar əsasında sığortaedənlərin, habelə sığortaedənlər tərəfindən təqdim edilən məlumatlar əsasında sığortaolunanların uçotunun aparılması, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi, sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinin elektron monitorinqinin aparılması, monitorinqin nəticələri barədə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinə məlumat verilməsi, MDSS haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması, MDSS haqları üzrə filialın xəzinə hesabına daxil olan ödənişlərin Fondun xəzinə hesablarına köçürülməsi, MDSS üzrə daxilolmaların Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X4 ilə aylıq, rüblük və illik üzləşdirilməsinin aparılması, MDSS haqları hesabına ödənilən sosial sığorta ödəmələrinin (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə birdəfəlik, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə və dəfn üçün müavinət) hesablanması və ödənilməsi, sığortaedənlər və sığortaolunanlara MDSS haqları ilə bağlı məlumatların, sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı izahatların verilməsinin təmin edilməsi, o cümlədən Azərbaycan Respublikası qanunlarının tələblərindən irəli gələn digər məsələlər barədə səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi istiqamətləri üzrə fəaliyyət göstərən ixtisaslaşmış struktur bölmədir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə cavabdehlik daşıyan orqan da məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsn Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalıdır. Odur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsinə qarşı iddia qaldırarkən göstərilən mümkünlük şərtinə əməl etməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsn Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hərəkətlərindən verilməli olan şikayət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsinə qarşı qaldırılmışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində yeni “Məlumat vərəqəsi”nin tərtib edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, qeyd olunan səlahiyyət də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid olduğundan qeyd olunan tələb üzrə iddia mümkün sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın yenidən hesablanması tələbi ilə müraciət etmiş və inzibati iş hal-hazırda e-2-1(4-6)- 6059/2026 nömrə ilə Bakı Inzibati Məhkəməsinin icraatındadır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1891/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1891/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver