Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1898/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Aaseriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı ##.##.1963-cü il tarixdə anadan olmuşdur. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.1979cu il tarixdən Bakı yüngül metallarının işlənməsi zavodunda birinci dərəcəli fəhlə, ##.##.1980ci il tarixindən həmin müəssisədə 2-ci dərəcəli köməkçi fəhlə işləmiş, ##.##.1981-ci il tarixdə Azərbaycan SSR ƏhQM 36-cı maddəsinə əsasən işdən azad edilmiş, ##.##.1981-##.##.1983cü illərdə hərbi xidmət keçmiş, ##.##.1983-cü il tarixdə Bakı yüngül metallarının işlənməsi zavodu “Şirpotrebnadzor” sahəsinə 2-ci dərəcəli köməkçi fəhlə vəzifəsinə, ##.##.1984-cü il tarixdə həmin müəssisədə 2-ci dərəcli cilalayıcı vəzifəsinə, ##.##.1986-cı il tarixdə həmin iş yerində 3-cü dərəcəli cilalayıcı vəzifəsinə keçirilmiş, ##.##.1987-ci il tarixdə * saylı sexə ikinci dərəcəli məftilçi vəzifəsinə keçirilmiş, ##.##.2003-cü il tarixdə işdən azad edilmişdir. ##.##.2007-##.##.2010-cu illərdə “xxxx” MMC-də santexnik vəzifəsində işləmiş, ##.##.2012-ci ildə yenidən həmin müəssisəyə santexnik vəzifəsinə işə qəbul edilmişdir. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı ##.##.1979-cu ildən ##.##.2003-cü ilədək keçmiş Bakı Alüminium Yayma zavodunda işləmişdir. Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respublikası Prezidentinin ##.##.2000ci il tarixli Sərəncamı ilə “xxxx” Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə II Dövlət Proqramı”na uyğun olaraq ##.##.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə vermişdir. İqtisadi İnkişaf Nazirliyinin ##.##.2000-ci il tarixli *** saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında “xxxx” ASC yaradılmışdır. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. İddiaçıya məxsus ##.##.1981-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət vərəqəsindən görünür ki, o, ##.##.2024-cü il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024cü il tarixli *-**-*/*-M-******/**** nömrəli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən “xxxx” ASC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli arayışında ##.##.1987-##.##.2003cü il tarixləri arasındakı dövr ərzində məftilçəkən vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının həmin dövr ərzində isti məftilçəkmə ilə məşğul olub-olmamağı, həmçinin işlədiyi vəzifənin əlvan metal məftilçəkənlərinə aid olub-olmamasına dair hər hansı məlumat göstərilməmişdir. Araşdırma zamanı, həmin müəssisədə sözügedən dövrə dair arxiv sənədlərinin saxlanılmadığı, yuxarıda göstərilən iddiaçıya dair arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud olmamışdır. İddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.1979 – ##.##.2003-cü illərdə “Bakı Alüminyum-Yayma"xxxx"xxxx” ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1979-cu il tarixində Azərbaycan SSR Nazirlər Soveti Rəngli xxxx Birliyinin nəzdində olan “Bakı Yüngül Metalların İşlənməsi“ Zavodunda "Şirpotrebnadzor" sahəsinə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr 92/k; 10.07.79). Daha sonra isə ##.##.1980-ci il tarixində həmin zavodun ikinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr 130/k; 17.06.80). Sovet ordusu sıralarına çağırılmağı ilə əlaqədar olaraq, ##.##.1981-ci il tarixdə Azərbaycan SSR ƏHQM 36. Maddəsinə əsasən, işdən azad edilmişdir (Əmr 174/K; 29.10.81). Sovet ordusu sıralarında, ##.##.1981-ci il tarixdən, ##.##.1983-cü il tarixinədək xidmət etmişdir (Əmr 79 n; 13.03.83). Hərbi xidmətdən qayıtdıqdan sonra təkrar Azərbaycan SSR Nazirlər Soveti Rəngli xxxx Birliyinin nəzdində olan “Bakı Yüngül Metalların İşlənməsi” Zavodunda “Şirpotrebnadzor” sahəsinə ikinci dərəcəli köməkçi fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr 154/k; 19.12.83). Daha sonra ##.##.1984-cü il tarixində həmin zavodun ikinci dərəcəli cilalayıcı vəzifəsinə keçirilmişdir (Əmr 83/k; 22.06.84). Yenə həmin iş yerində ##.##.1984-cü il tarixində həmin zavodun üçüncü dərəcəli cilalayıcı vəzifəsinə keçirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1986-cı il, *** saylı Qərarına əsasən Bakı Yüngül Metalların Emalı Zavodu (BYMEZ) ilə "Bakı Alüminium Prokatı Zavodu" birləşdirilərək, onların bazasında xxxxların Emalı Zavodu (BƏMEZ) yaradılmışdır (Əmr ##.##.1986-cı il). Yenə də həmin iş yerində ##.##.1987-ci il tarixində 3 sayılı sexə ikinci dərəcəli məftilçəkən vəzifəsinə keçirilmişdir (Əmr 188/K; 24.09.87). SSRİ xxxx Nazirliyinin *** saylı, ##.##.1989-cu il tarixli əmrinə istinadən, xxxxların Emalı Zavodu (BƏMEZ) yenidən təşkil edilmiş və 2 zavod - xxxxların Emalı Zavodu (BƏMEZ) və "Bakı Alüminium Prokatı Zavodu" (BAYZ - Bakı Alüminyum-Yayma Zavodu) yaradılmışdır. Həmin tarixdən etibarən, 4-cü sahə 1 sayılı sex adlandırılmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin ##.##.2000-ci il tarixli, *** saylı Sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazasında "xxxx" ASC yaradılmışdır (Sərəncam 222; ##.##.2000-ci il). Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinin 1-ci bəndinə əsasən ##.##.2003-cü il tarixində öz xahişinə əsasən, tutduğu vəzifədən azad edilmişdir (Əmr 20; ##.##.2003-cü il). "xxxx" MMC şirkətində ##.##.2007-ci il tarixdə santexnik vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan SSR ƏQM-nin 68-ci maddəsinin 2-a bəndinə əsasən, ##.##.2010-cu il tarixində öz xahişinə əsasən, tutduğu vəzifədən azad edilmişdir (Əmr 06; ##.##.2010-cu il). “xxxx" MMC-də ##.##.2012-ci il tarixdə santexnik vəzifəsinə işinə qəbul olunmuşdur (Əmr 17; ##.##.2012-ci il). Hal-hazırda da həmin şirkətdə, həmin vəzifədə işləyir. Cavabdeh iddiaya yazılı etirazında göstərmişdir ki, Mərkəzi Filiala təqdim edilən “xxxx” ASC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli arayışında ##.##.1987-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində məftilçəkən vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının həmin dövr ərzində isti məftilçəkmə ilə məşğul olub-olmamağı, həmçinin işlədiyi vəzifənin əlvan metal məftilçəkənlərinə aid olub-olmamasına dair hər hansı məlumat göstərilməmişdir. Araşdırma zamanı, həmin müəssisədə sözügedən dövrə dair arxiv sənədlərinin saxlanılmadığı, yuxarıda göstərilən iddiaçıya dair arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud olmamışdır. İddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktubu ilə İddiaçı “xxxx” MMC üzrə sığortaolunanın hesab məlumatları məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğuya cavab məktubuna əsasən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə "xxxx” Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma zavodunun bazasında yaradılmış "xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmləri ##.##.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmiş və ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə "xxxx” Dövlət Şirkətinin tabeliyində olmuş xxxxların Emalı zavodunun bazasında yaradılmış "xxxx” Açıq Səhmdar Cəmiyyəti səhmlərinin isə 69.91 faizi özəlləşdirilmişdir. Xidmətin arxivində olan "xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı ##.##.1983-cü il tarixindən məftil əyrici vəzifəsində işlədiyi qeyd edilmişdir. “xxxx” MMC-nin ## ### 2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli sorğuya cavab məktubuna əsasən İddiaçı ilə bağlı məktuba əlavə edilmiş “xxxxların Emalı Zavodu” tərəfindən verilən əmək kitabçasının surətindəki Rusca qeyd yazılmış peşənin ##.##.1987-##.##.2003cü illər ərzindəki işlədiyi dövr üzrə “Волочильщик” (isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkəni; peşənin kodu: 11487) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nın “VII. xxxx istehsalatı (əlvan metallar)” bölməsinin, “18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı” yarımbölməsinin, “4) Boru presləmə, presləmə və məftilçəkmə istehsalatları” bəndinin a) fəhlələr: 1072104a—11487 kodu ilə qeyd olunan - “isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənləri” peşə koduna uyğun olduğu qeyd olunmuşdur. “Əlvan metal məftilçəkəni” peşəsinin güzəştli pensiya hüququna əsas olan iş xüsusiyyətləri (2ci dərəcə) aşağıdakılardır (волочильщик - peşənin kodu - 11487): “Yüksək ixtisaslı isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənin rəhbərliyi altında biripli zəncirli itələmə dəzgahlarında əlvan metallardan və ərintilərdən hazırlanmış boruların, zolaqların, çubuqların, profillərin çəkilməsi (itələnməsi, sürüklənməsi) prosesinin aparılmalı; Məftil çəkmədən əvvəl mexanizmlərin yağlanmaya hazırlanması; Məhsulların yerləşdirilməsi, yağlanması və daşınması qaydalarınını icra etməli; Xidmət olunan avadanlıqların və tətbiq olunan nəzarət cihazlarının və alətlərin təyinatını və iş prinsipini, həmin avadanlıqların təmirində iştirak etməli və çilingər işinin əsaslarını bilməlidir.” Məktubda İddiaçı işlədiyi “xxxxların Emalı Zavodu” tərəfindən verilən əmək kitabçasındakı qeyd edilən digər peşələrin (vəzifələrin) müəssisənin istehsal yönümünə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə uyğun olmadığını bildirmişlər. İddiaçı ##.##.2026-cı il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək ##.##.1979-##.##.2003-cü illərdə “Bakı Alüminium-Yayma”xxxx“xxxx ASC”də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 52 yaşının tamam olduğu ##.##.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdimedilən “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli arayışında onun ##.##.1987-##.##.2003cü il tarixləri arasındakı dövr ərzində məftilçəkən vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının həmin dövr ərzində isti məftilçəkmə ilə məşğul olub-olmaması, həmçinin işlədiyi vəzifənin əlvan metal məftilçəkənlərinə aid olub-olmamasına dair hər hansı məlumat göstərilməmişdir. Araşdırma zamanı, həmin müəssisədə sözügedən dövrə dair arxiv sənədlərinin saxlanılmadığı, yuxarıda göstərilən iddiaçıya dair arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İş materiallarına əlavə edilmiş ##.##.2013-cü il tarixli yanğın aktında “xxxx” ASC-nin 2000-ci ildən fəaliyyətinin olmadığı qeyd olunmuşdur. Müəssisənin 2000-ci ildən sonra fəaliyyət göstərməməsinə baxmayaraq, iddiaçının əmək kitabçasında və ##.##.2024-cü il tarixli arayışda ##.##.2003-cü il tarixinədək həmin müəssisədə işlədiyi qeyd edilmişdir. Eyni zamanda 2000-ci ildən sonra fəaliyyətini dayandıran müəssisə tərəfindən 2024cü il tarixində iddiaçıya dair arayış verilməsi ağlabatan deyildir. Məhkəmə iddianı təmin edərkən analoji müəssisə olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **-*-*/*-***/**** nömrəli sorğuya cavab məktubuna istinad etmiş və iddiaçının işlədiyi vəzifənin 1072104a-11487 kodu ilə qeyd olunan - “isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənləri” vəzifə koduna uyğun olduğu qənaətinə gəlmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, “xxxx” MMC məhkəmə sorğusunu iddiaçının əmək kitabçasındakı qeydlər əsasında cavablamışdır. Bu fakt müəssisənin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli **-*-*/*-**/**** nömrəli məktubla da təsdiq edilir. Halbuki əmək kitabçası şəxsin əmək fəaliyyətini və ümumi iş stajını müəyyən edən sənəddir. Əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi, işəgötürənin adı, işçinin peşəsi, yaxud vəzifəsi, hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi və s. kimi məlumatlar qeyd edilir. Şəxsin işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verib-verməməsi əmək kitabçasındakı qeydlər əsasında müəyyən edilə bilməz. Bu səbəbdən qanunvericilik şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının pensiya təyin edən orqana təqdim edilməsini tələb edir. Hətta Ali Məhkəmənin mövqeyinə əsasən müəssisələr tərəfindən verilmiş belə arayışlar da heç də həmişə birmənalı sübut kimi qəbul edilməməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla şəxsin həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli arayışı da əmək kitabçasındakı qeydlər əsasında yazılmış və həmin arayış əsasında iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıda nəzərdə tutulan peşəyə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq araşdırma aparılmamış, iddiaçının işlədiyi vəzifə üzrə vəzifə təlimatları əldə edilməmiş, formal mülahizələrə əsaslanmaqla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edimişdir. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclası iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar ...1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. M a d d ə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ...21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla)... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ...32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir... Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət… ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ## #### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasının 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir...
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il ######ın #-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində mühafizə edilən məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il ######ın #-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən; 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respub-likasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən; ...
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur...
Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir...
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır...
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir...
Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər...
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir...
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı ##.##.1979-##.##.2003-cü illərdə “Bakı Alüminium-Yayma”xxxx“xxxx ASC”də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. İddiaçının 52 yaşı ##.##.2015-ci il tarixdə tamam olmuşdur. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə sözügedən arayışda iddiaçının həmin dövr ərzində isti məftilçəkmə ilə məşğul olubolmamağı, həmçinin işlədiyi vəzifənin əlvan metal məftilçəkənlərinə aid olub-olmamasına dair hər hansı məlumat göstərilmədiyi halına istinad edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 52 yaşının tamam olduğu ##.##.2015-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. ## #### 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (bundan sonra - * nömrəli Siyahı) üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxslərin 2006-cı ilin ######ın #-dək: - güzəştli iş stajı 10 ildən; - ümumi stajı 20 ildən az olmamalıdır. İddiaçının əmək kitabçası məlumatlarından göründüyü kimi, iddiaçının ##.##.2006-cı il tarixədək 24 il o ay 22 gün sığorta stajı olmuşdur. Göründüyü kimi, cavabdeh də iddiaçının ümum iş stajını mübahisələndirməmişdir. İddiaçının ##.##.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”na əsasən kod 10721000- 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı sahəsi üzrə: - kod 1072104a—11487 - isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olan peşələrə aid edilmişdir. “xxxx” ASC tərəfindən verilən ##.##.2024-cü il tarixli ** nömrəli güzəşti arayışdan görünür ki, İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.2003-cü il tarixə kimi metaləridici sexində məftilçəkən vəzifəsində işləmişdir. Vəzifənin adı məftilçəkən, siyahı 1, kod 1072104a-11487. Göründüyü kimi, iddiaçının ##.##.2006-cı il tarixə * nömrəli Siyahı üzrə 16 il güzəştli iş stajı olmuşdur. Həmçinin məhkəmə bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması zamanı müvafiq sorğular verilməklə, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən iddiaçının işlədiyi dövr üzrə tutduğu məftilçəkən vəzifəsinin xüsusiyyətləri dəqiqləşdirilmiş, onun vəzifəsinin isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkəni peşəsinə uyğunluğu düzgün müəyyən edilmişdir. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının tədqiqi baxımından düzgün olaraq iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarına əlavə edilmiş, ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyi ilə, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyi təsdiq olunmuşdur. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin sözügedən qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilməsinə qiymət verilsə də, qərarın nəticə hissəsində pensiyanın hansı tarixdən tutulması məsələsinə münasibət verilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsi barədə cavabdehə ilkin müraciəti ##.##.2024-cü il tarixdə olmuşdur. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi, onun ilkin müraciət tarixi ##.##.2024-cü il olduğundan, həmin tarixdən əvvəlki 3 il üçün həyata keçirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, iddiaçı İddiaçı 52 yaşının tamam olduğu ##.##.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaqla iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə həmin hissədə qanuni və əsaslıdır. Lakin əmək pensiyasını almaq hüququnun ##.##.2024-cü il tarixindən əvvəlki üç il üçün ödənilməklə təyin edilməsi qeyd edilmədiyindən qərar həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı 52 yaşının tamam olduğu ##.##.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, ilkin müraciət etdiyi ##.##.2024-cü il tarixindən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.