Məhkəmə qərarları › İş №2-1(3-6)-1899/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1899/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1899/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı (3-cü şəxs Üçüncü şəxs işə cəlb edilməklə) “qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildən etibarən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında faktiki olaraq daimi yaşayır və həmin mənzildən istifadə edir. 1993-cü ildə Ermənistan Respublikasının işğalçı siyasəti nəticəsində doğma yurdlarını tərk edərək məcburi köçkün kimi Bakı şəhərinə pənah gətirmişlər. Bu tarixdən etibarən ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən mənzildə məcburi köçkün kimi yerləşdirilmişlər və qeydiyyatsız olsa da, fasiləsiz olraq 30 ilə yaxındır ki, bu mənzildə yaşayırlar. Qeyd olunan mənzil onlara dövlət orqanlarının razılığı ilə məcburi köçkün kimi müvəqqəti istifadə üçün ayrılmışdır. Həmin dövrdə bir çox ailə bu kimi mənzillərdə məskunlaşmış, dövlət isə həmin mənzillərin mülkiyyət hüququ üzrə sənədləşdirilməsini dayandırmışdır. Lakin, ona məlum olmuşdur ki, Üçüncü şəxs heç bir əsas və hüquqi münasibətə malik olmadan mənzildə yaşamadan və ümumiyyətlə mənzilə faktiki maliklik etmədən, guya həmin mənzilə sahib olmaq məqsədi ilə saxta arayışlara və sənədlərə əsaslanaraq ## ### 1996-cı il tarixində ****** saylı mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsi əldə etmişdir. Bu sənəd Bakı şəhər İcra Hakimiyyəti yanında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmişdir. Hesab edir ki, qeyd olunan qeydiyyat şəhadətnaməsi saxta məlumatlara əsaslanmaqla qanunvericiliyin tələblərinə zidd olaraq və məcburi köçkünlərin hüquqlarının pozulması yolu ilə əldə edilmişdir. Əldə etdiyi sənədlərdən və arxiv materiallarından görünür ki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ## #### 1995-ci il tarixində *** nömrəli məktubla 33-cü polis bölməsinin rəisinə ünvanlanmış rəsmi müraciətdə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 1541/95 və ***/** saylı sərəncamlarına əsasən məcburi köçkünlərin yaşadığı mənzillərə orderlərin və digər hüquq müəyyənedən sənədlərin verilməsi qadağan edilmişdir. Bu sənəd sübut edir ki mülkiyyət hüququ verilməsi hüquqi əsasdan məhrum idi və bu qadağa qüvvədə olduğu halda hər hansı bir şəxsə (xüsusilə də, mənzildə yaşamayan 3-cü şəxslərə) mülkiyyət sənədi verilməsi açıqaydın qanunsuzluqdur. Bu baxımdan cavabdeh Üçüncü şəxs verilmiş ****** saylı mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə həm forma, həm də, məzmun baxımından hüquqi əsassızlıq təşkil edir və bu sənədin etibarsız hesab edilməsi zəruridir. Belə ki, Üçüncü şəxs həmin mənzildə heç vaxt yaşamayıb, o və ailə üzvləri 1993-cü ildən həmin mənzildə fasiləsiz yaşayırlar, 1995-ci il tarixli rəsmi məktub və sərəncamlar mənzillərə mülkiyyət verilməsini qadağan etmiş, qeydiyyat şəhadətnaməsi bu qadağaya və faktiki vəziyyətə zidd olaraq verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüququ yalnız qanuni əsaslarla və hüquqi faktlara istinadən tanına bilər. Əgər belə hüquqi saxta sənədlərlə əldə olunubsa və ya dövlət rəsmi qadağalarına zidd olaraq verilibsə, həmin hüququ təsdiq edən sənəd hüquqi baxımdan etibarsız sayılmalı və müvafiq qərarla ləğv edilməlidir. Məhkəmənin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il arixli qərardadı ilə iş üzrə Üçüncü şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir. 3-cü şəxs Üçüncü şəxs iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, 1993-cü ilin iyun - avqust aylarında Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin mənzil komissiyası tərəfindən ** nömrəli protokolu əsasında Bakı şəhəri, ünvan 1 ilə təmin edilmişdir. İddiaçının böyük qardaşı X3 Rayon Məhkəməsindən ona məxsus mənzilini onlara verilməsini istəmişdir. Həmin istəyinə baxmayaraq sözügedən məhkəmə qərarı ilə həmin adıçəkilən mənzilin ona, Üçüncü şəxs məxsus olması barədə Apellyasiya Məhkəməsində qətnamə verilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, üçüncü şəxs öz etirazında guya Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin mənzil komissiyasının ** nömrəli protokolu əsasında həmin mənzilin ona ayrıldığını bildirmişdir. Əgər həmin mənzil həqiqətən ona verilmiş olsaydı, o həmin mənzildə faktiki yaşamalı idi. Halbuki o, heç vaxt həmin mənzildə yaşamamış, mənzildən istifadə etməmiş, bütün bu illər ərzində isə iddiaçı və ailə üzvləri həmin mənzildə fasiləsiz yaşamışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iddiaçı hazırkı iddia tələbində üçüncü şəxsin adına verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi tələb edir. İşdə olan qanuni qüvvəsini almış Suraxanı Rayon Məhkəməsinin ## ##### 2001-ci il tarixli *-***/**** nömrəli və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin ##.##.2001-ci il tarixli *mk-**** nömrəli qətnamələrinə əsasən X3 iddiası rədd edilmiş və Üçüncü şəxs qarşılıqlı iddia tələbi təmin edilərək V.Q.Verdiyevin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmiş və qətnamənin qarşılıqlı iddiaya dair hissəsinin icrasına V.Q.Verdiyevin ailə üzvləri ilə birlikdə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən yararlı yaşayış sahəsi ilə təmin edilməsi vaxtınadək möhlət verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 3-cü şəxs Üçüncü şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-A- ****/*-**/****/***** nömrəli məktubdan görünür ki, qətnamənin icrası ilə əlaqədar icra vərəqində adları qeyd edilən cavabdeh X3 vəfat etmişdir. Ailə üzvlərindən həyat yoldaşı İsmayılova Ceyran Əhməd qızına övladı X5 ailə üzvləri ilə birlikdə cəmi 4 nəfər olmaqla 3 otaqlı, övladı X4 3 nəfər ailə üzvləri ilə birlikdə 2 otaqlı fərdi yaşayış evi ilə təmin olunaraq “Azərbaycan Respubikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq 2025-ci il ## ###### tarixində Cəbrayıl rayonunun Horovlu kəndində köçürülmüşdür. Nəzərə çatdırılmışdır ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərnə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkün ailələrinin mərhələli şəkildə qeydiyyatda olduqları Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülməsi lə bağlı ## ###### 2025-ci il tarixdə sözügedən ünvanda məskunlaşan İddiaçı ilə sorğu aparılmışdır. Sorğu zamanı İddiaçı 5 nəfər ailə tərkibinə uyğun olaraq doğma yurduna köçürülməsi ilə bağlı 3 otaqlı mənzillə təmin olunması təklif olunmuş, lakin o, 4 otaqlı mənzilin verilməsini əsas gətirərək ilkin mərhələdə köçməkdən imtina etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud küçəsində yerləşən ** saylı evin su sayğacının abonent kodunun İddiaçı öz adına rəsmiləşdirildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Suraxanı rayon İcra Şöbəsi tərəfindən verilən ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, X3 ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş və boş sahə olmadığı üçün onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi mümkün olmamışdır. Bundan başqa cavab məktubunda o da qeyd edilmişdir ki, onun Cəbrayıl rayonundan məcburi köçkün olması səbəbindən yaxın vaxtlarda həmin bölgədə mənzillə təmin edilməsi gözlənilir. İş materiallarından göründüyü kimi, iddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşmış və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən bu hal bir daha təsdiq edilərək onun ailə üzvləri ilə birlikdə üçüncü şəxsə məxsus mənzildən qeydiyyatdan çıxarılması qət edilmişdir. Lakin məhkəmə qərarı iddiaçı tərəfindən mənzilin otaq sayında razılıq əldə olunmadığından tam şəkildə icra olunmamışdır. Buna baxmayaraq iddiaçı tərəfindən həmin mənzildə uzun illərdir məcburi köçkün kimi məskunlaşması və həmin dövrdə məcburi köçkünlərin məskunlaşdığı mənzillərə dair hər hansı bir sənədləşmə işlərinin aparılmasının Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağan edilməsi əsas gətirilməklə 3-cü şəxsə məxsus qeydiyyat şəhadətnaməsi hazırki iddia tələbində mübahisələndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi mənzil sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmadığından, əksinə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən onun və ailə üzvlərinin 3-cü şəxsə məxsus mənzildən çıxarılması qət edildiyindən onun hazırki iddia tələbini irəli sürməyə hər hansı bir subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar