Məhkəmə qərarları › İş №2-1(3-6)-190/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-190/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-190/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “diplomun dövlət nümunəli diplomla əvəzlənməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X12 və X7 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “diplomun dövlət nümunəli diplomla əvəzlənməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. M seriyalı ***** nömrəli ## #### 1997- ci il tarixli, *** qeydiyyat nömrəli diplomdan görünür ki, iddiaçı İddiaçı 1993-cü il tarixdə Beynəlxalq Biznesin İdarəetmə və Hüquq İnstitutunun Bakı filialının hüquq fakültəsinə daxil olmuş 1997-ci il tarixdə həmin fakultəni bitirmiş və ixtisasca hüquqşünasdır.

2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ərizə ilə müraciət edərək, “xxxx dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalar”ının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2009-cu il tarixli ** saylı Qərarı ilə müəyyən edilmiş qaydada onun adına Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutu (sonradan Azərbaycan Beynəlxalq Universiteti) tərəfindən verilmiş M ****** saylı, ## #### 1997-ci il tarixli, *** qeydiyyat nömrəli diplomun (təhsil sənədinin) dövlət nümunəli diplomla (təhsil sənədi ilə ) əvəzlənməsi barədə müvafiq qaydada Qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ## ####### 2024-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, adınıza yazılmış M seriyalı ****** nömrəli diplom blankı Elm və Təhsil Nazirliyi tərəfindən verilməmişdir. Bu səbəbdən, müraciətdə qeyd etdiyiniz məsələnin həlli Agentliyin imkanı xaricindədir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və M ****** saylı, ##.##.1997-ci il tarixli, *** qeydiyyat nömrəli diplomun dövlət nümunəli diplomla əvəzlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 1993-cü ildə Bakı şəhərində Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunun (sonradan Azərbaycan Beynəlxalq Universiteti) hüquq fakültəsinə daxil olmuşdur. 1997-ci il tarixdə həmin institutun məzunu olaraq hüquqşünaslıq ixtisası üzrə M ****** saylı, ## #### 1997- ci il tarixli, *** qeydiyyat nömrəli diplom verilmişdir. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən ##.##.1999-cu il tarixli, ** saylı arayış verilməklə qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1997-ci il tarixli, ***s saylı Sərəncamı ilə dövlət statusu almışdır və Azərbaycan Beynəlxalq Universiteti Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunun hüquqi varisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə ünvanlanmış **-**-***/** saylı, ##.##.2002-ci il tarixli rəsmi cavab məktubu ilə Azərbaycan Beynəlxalq Universiteti Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunun hüquqi varisi olduğu bir daha təsdiq edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə ##.##.2024-cü il tarixdə rəsmi ərizə ilə müraciət olunaraq ’’xxxx dövlət sənədlərinin nümunələri və onların verilməsiQaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2009-cu il tarixli, ** saylı Qərarı ilə müəyyən edilmiş qaydada Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutu tərəfindən verilmiş M ****** saylı, ## #### 1997-ci il tarixli, *** qeydiyyat nömrəli diplomun (təhsil sənədinin) dövlət nümunəli diplomla (təhsil sənədi ilə) əvəz olunması xahiş olunmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Ağentliyi tərəfindən ##.##.2024-cü il tarixli, 3- **-**/*-A-****-*/**** saylı imtina məktubu verilərək qeyd olunmuşdur ki, İddiaçı adına yazılmış M ****** saylı Diplom blankı Elm və Təhsil Nazirliyi tərəfindən verilməmişdir. Bu səbəbdən müraciətdə qeyd edilən məsələnin həlli Agentliyin imkanı xaricindədir. İddiaçı hesab edir ki, cavabdeh orqanın 3-29-68/2-A-2738- */**** nömrəli, ##.##.2024-cü il tarixli imtina məktubu qanunsuzdur və qanunsuz hesab olunmalıdır. Belə ki, qeyd olunan illər üzrə Bakı şəhərində fəaliyyət göstərən Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutu qanuni fəaliyyət göstərmiş, institutun fəaliyyətindən Təhsil Nazirliyi xəbərdar olmuş, mütəmadi yoxlamalar aparmışdır. Daha sonar müvafiq qaydalara əsasən həmin institutun nəzdində Azərbaycan Beynəlxalq Universiteti yaradılmışdır. Odur ki, xxxx hər hansı bir məlumat almaq lazım olduqda Azərbaycan Beynəlxalq Universitetinə müraciət edilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 3- **-**/*-A-****- */**** nömrəli, ##.##.2024-cü il tarixli imtina məktubu qanunsuz hesab olunmaqla cavabdeh orqanın üzərinə Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutu (sonradan Azərbaycan Beynəlxalq Universiteti) tərəfindən verilmiş M ****** saylı, ## #### 1997-ci il tarixli, *** qeydiyyat nömrəli diplomun (təhsil sənədinin) dövlət nümunəli diplomla əvəzlənməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, **/*/*** saylı razılıq məktubu ilə Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunun fəaliyyinə Bakı şəhərində icazə verilmişdir.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə ## ######## 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş və onun müraciəti aidiyyəti üzrə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmiş və iddiaçıya məlumat verilmişdir ki, iddiaçının qeyd etdiyi xxxx sənəd ona Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmədiyinə görə məsələnin həlli Agentliyin səlahiyyətləri xaricindədir. İddiaçının qəbul imtahanlarında iştirak etməsi və yaxud ali təhsil müəssisəsində təhsil alması barədə hər hansı bir məlumat “xxxx” dövlət elektron məlumat sistemində (ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatları ehtiva edir) aşkar edilməmişdir. Azərbaycan Beynəlxalq Universitetinin Nizamnaməsi ## ####### 1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasında qeydiyyata alınmış və ona # ###### 1997-ci il tarixli, 15 №li şəhadətnamə ilə hüquqi şəxs statusu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1997-ci il tarixli, 204 s saylı qərarı ilə Azərbaycan Beynəlxalq Universiteti dövlət qeydiyyatına alınmışdır. Yəni iddiaçıya sözügedən xxxx sənədin verildiyi tarixdə (## #### 1997-ci il) Azərbaycan Beynəlxalq Universiteti mövcud olmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və M ****** saylı, ##.##.1997-ci il tarixli, *** qeydiyyat nömrəli diplomun dövlət nümunəli diplomla əvəzlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

7. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti və ona əlavələr onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdə Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası Beynəlxalq İdarəetmə Biznes və Hüququ İnstitunun Bakı filialının hüquq fakültəsinə daxil olmuşdur. Həmin institutu 1997-ci il tarixdə bitirmişdir. Ona hüquqşünas ixtisası üzrə M ****** saylı, ## #### 1997-ci il tqarixli, *** qeydiyyat nömrəli diplom verilmişdir. Onun təhsil aldığı Beynəlxalq İdarəetmə Biznes və Hüququ İnstitunun Bakı filialı uzun müddət Azərbaycan Respublikasında fəaliyyət göstərmiş, minlərlə tələbə həmin institutda təhsil almış və diplom almışdır. Bundan başqa Beynəlxalq İdarəetmə Biznes və Hüququ İnstitunun Bakı filialını bitirən minlərlə tələbə institu bitirdikdən sonra Azərbaycan Respublikasında dövlət orqanlarinda müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan dövləti institun məzunlarını işə qəbul etməklə institu və onun verdiyi diplomu tanımışdır. Azərbaycan dövləti həmin institun uzun müddət fəaliyyət göstərməsinə etiraz etmədiyi üçün həmin münasibəti tanımışdır. İşin qeyd edilən halları Beynəlxalq İdarəetmə Biznes və Hüququ İnstitunun Bakı filialının qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərdiyini təsdiq edir. Əgər institut qanusuz fəaliyyət göstərsəydi onun fəaliyyəti dayandırılardı. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, **/*/*** saylı razılıq məktubu ilə Beynəlxalq İdarəetmə Biznes və Hüquq institunun Bakı şəhərində fəaliyyətinə icazə verilmişdir.Onun qəbul imtahanlarında iştirak etməyi və yaxud ali təhsil müəssisələrində təhsil almağı barədə hər hansı bir məlumatın “xxxx” dövlət elektron məlumat sistemində aşkar edilməməsi ilə bağlı qərarda göstərilənlər həqiqəti əks etdirmir. Qeyd edilən hal məsələyə qeyri-ciddi yanaşmanın nətəcəsi olmaqla işin faktiki hallarına uyğun deyil və iş materialları ilə təkzib olunur. Qeyd edilməlidir ki, həmin institun verdiyi diplom əsasında o güzəştli şərtlərlə yəni 1 il hərbi xidmətdə olmuşdur. Halhazırda Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin İşlər İdarəsinin Vətəndaşların müraciətləri ilə iş bölməsinin rəisi vəzifəsində R rütbəsində xidmət edir. Bundan başqa xarici hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün onun filialı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdır. Xarici hüquqi şəxsin filialı qeydiyyatdan keçdikdən sonra hüquqi şəxsin bütün hüquq və vəzifələrini həyata keçirə bilər. Başqa sözlə xarici hüquqi şəxsin filialı Azərbaycan dövlətində qeydiyyatdan keçdikdən sonra hüquqi şəxs ststusu ilə fəaliyyət göstərir. İnstit qeydiyyatdan keçdikdən sonra Azərbaycan Respublikasının müvafiq qurumlarına vergilər ödəmişdir. İnstitun Azərbaycan Respublikası ilə olan münasibətlərinin təkzib edilməsi mümkün deyil. İnstitut Azərbaycan Respublikasında fəaliyyət göstərmişdirsə onun fəaliyyətinin hüquqi nəticələrini də qəbul etməlidir. Hələ ki, institut tərəfindən verilmiş diplomlar ləğv edilməyib Azərbaycan dövləti həmin diplamları tanımalıdır. Hüquqi varisliklə bağlı məhkəmənin mövqeyinə görə o institu bitirəndə Azərbaycan Beynəlxalq Universiteti mövcud olmamışdır. Bununla bağlı bildirir ki, ümumiyyətlə varislik institu hansısa qurumun yerində başqasının fəaliyyətini davam etməsi ilə bağlıdır. O, təhsil aldığı Bakı Beynəlxalq İdarəetmə Biznes və Hüququ institunun Bakı filialı fəaliyyətini davam etdirərdisə Azərbaycan Beynəlxalq Universitetinin varis olması mümkün deyildi. İş materiallarında olan sənədlərlə Azərbaycan Beynəlxalq Universitetinin Azərbaycan Beynəlxalq Universitetinin varisi olmasını tam təsdiq olunur. Belə ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən onun adına 07.01-1999-cu il tarixli ** saylı arayış verilməklə qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1997-ci il tarixli, ***s saylı Sərəncamı ilə dövlət statusu almış, Azərbaycan Beynəlxalq Universiteti Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitunun hüquqi varisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə ünvanlanmış **-**-***/** saylı, 202.02-2002-ci il tarixli rəsmi cavab məktubu ilə Azərbaycan Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitunun hüquqi varisi olduğu bir daha təsdiqini tapmışdır. O, uzun müddətdir ki, qeyd edilən diplomla müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan dövləti qeyd edilən institun diplomu ilə onu işə qəbul etmiş, onunla əmək müqaviləsi bağlanmışdır. Onun institun diplomu ilə işə götürülməyi və illərlə işləməyi onun diplomumu tanımaq anlamına gəlir. Hal-hazırda onun tələbə yoldaşı olmuş X15 iddiası izrə Bakı İnzibati Məhkəməsində hakim Aygün xanım Əhədovanın icraatında eyni məzmunlu işə baxılır, iddiaçı Manaf Səmədovun iddia tələbi onun iddia tələbindən qabaq Məhkəmənin icraatına daxil olmuş, iş üzrə zəruri halları sübut edə biləcək sənədərin məhkəməyə təqdim edilməsi üçün məhkəmə tərəfindən aiddiyyatı dövlət qurumlarına sorğular verilmiş odur ki, Həmin iş daxam edir. Qeyd olunan sorğuların əksəriyyətini şifahi və yazılı vəsatətlər versə də hakim Samir Quliyev tələb etmədən qərar qəbul etmişdir. İddiaçı M.Səmədovun iddiası üzrə *-*(***)-****/**** nömrəli iş üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Aygün xanım Əhədovanın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin ## ###### 2026-cı il tarixli, 3-21-2-2-1 2- *****/**** saylı qoşma cavab məktubu ilə Azərbaycan Beynəlxalq Universitetinin (VÖI N **********) təsis sənədlərinin surəti qoşmada Məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinə, hakim Aygün xanım Əhədovamn icraatına daxil olmuş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ## ####### 1997-ci il tarixli ** nömrəli rəsmi Nizamnaməsi, Azərbaycan Respublkası Təhsil Nazirliyinin **-**-***/** saylı, ##.##.2002-ci il tarixli rəsmi məktubu və digər maddi sübutlar əsasında aşağıdakıları Sizin və Məhkəmə Kollegiyasının nəzərinə çatdırır. Azərbaycan Beynəlxalq Universitetinin 1997-ci il tarixli Nizamnaməsinin 1ci bəndində açıq və mübahisəsiz qaydada qeyd olunur ki. Azərbaycan Beynəlxalq l niversiteti "Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu"nun bazasında yaradılmışdır və onun hüquqi varisidir. Bu o deməkdir ki. Beynəlxalq İdarəetmə Biznes və Hüquq institutu tərəfindən 1993-1997-ci illərdə həyata keçirilən təhsil fəaliyyəti və verilən diplomlar Azərbaycan Beynəlxalq Universitetinin rəsmi məsuliyyət dairəsinə daxildir. Həm cavabdeh orqanın etirazında həm də birinci instansiya məhkəməsinin qərarında "filial hüquqi şəxs deyil" arqumenti bu rəsmi dövlət qeydiyyatlı Nizamnamə ilə təkzib olunur. Azərbaycan Beynəlxalq Universitetinin 1997-ci il tarixli Nizamnaməsinin 6-cı bəndinin 2-ci abzasında təhsil müəssisəsində tələbə qəbulu daxili qaydada universitetin rektorunun əmri ilə yaradılan qəbul komissiyası tərəfindən həyata keçirilməsi təsbit və təsdiq olunmuşdur. Yalnız ##.##.2006-cı ildə Universitetin Nizamnaməsinin 6-cı bəndində edilmiş dəyişiklikdən sonra tələbə qəbulu qaydası TQDK tərəfindən aparılması müəyyən edilmişdir. Bu fakt Təhsil Nazirliyinin ( İN) "xxxx sistemində məlumat yoxdur” arqumentini hüquqi cəhətdən əsassız edir. Çünki sistem 2000-ci illərdən sonra yaradılıb, nizamnamə isə 1993-cü ildəki qəbulun müəssisənin daxili səlahiyyəti olduğunu təsdiqləyir. Məhkəməyə təqdim olunmuş tələbə yoldaşı X2 M seriyalı diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə ünvanlanmış **-**-***/** saylı. ##.##.2002-ci il tarixli rəsmi cavab məktubu ilə Azərbaycan Beynəlxalq Universiteti Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunun HÜQUQİ VARİSİ olduğundan diplomu A № ****** saylı diplomla əvəz edilmişdir Təhsil Nazirliyinin ##.##.2002-ci il tarixli. **-**-***/** saylı hüquqi varislik barəsində olan sənədi sübut edir ki, Təhsil Nazirliyi eyni illərdə eyni institutda oxumuş digər tələbənin diplomunu məhz bu varislik əsasında dövlət nümunəli diplomla əvəz etmişdir. İnzibati orqan olan Təhsil Nazirliyi oxşar hüquqi hallarda fərqli qərarlar verə bilməz.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz (mülahizə) verilərək apellyasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. Etiraz (mülahizə) onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə baxılmış və müvafiq araşdırma aparılmışdır. Belə ki, məhkəməyə təqdim edilən qrupyoldaşları ilə müxtəlif yerlərdə çəkilmiş şəkillər iddiaçının iddiasının təmini üçün sübut hesab edilə bilməz. Həmçinin A seriyalı ****** nömrəli, A seriyalı ****** nömrəli diplomların müvafiq olaraq X1 və X3 verilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Universitetinin arxiv məlumatlarında məlumat aşkar edilməmişdir. Həmçinin A seriyalı ****** nömrəli, A seriyalı ****** nömrəli diplomaların “xxxx” dövlət elektron məlumat sistemində müvafiq olaraq X5 və X10 verildiyi aşkar edilmişdir. X1 adına yazılan A seriyalı ****** nömrəli diplom dublikat sənəd kimi verilmişdir. ABU fəaliyyət göstərdiyi dövrdə diplom blankları müəssisənin müraciəti əsasında Nazirlik tərəfindən təqdim edilib. Belə ki, təhsil müəssisələri müvafiq tədris ili üçün neçə nəfərin məzun olması barədə Nazirliyə müraciət edərək və həmin say miqdarında Nazirlik tərəfindən diplom blankları ilə təmin edilmişlər. Sonrakı mərhələdə yəni diplom blanklarının içinə məzunların adının yazılması və onlara təqdim edilməsi ilə bağlı Nazirliyin hansısa fəaliyyəti mövcud olmamışdır. Təhsil müəssisələri özləri diplom blanklarına məzunların adını qeyd edərək onlara təqdim etmişdirlər. Həmçinin adlarına diplom yazılan şəxslərin sözügedən təhsili barəsində “Tələbə məzun” dövlət elektron məlumat sistemində məlumat aşkar edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “xxxx” # ####### 1992-ci il tarixli Qanunu (## #### 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür): Maddə 8. xxxx sənəd 1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə 13. Təhsil müəssisələri

1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

3. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.

4. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir.

13. “xxxx” Azərbaycan Respublikası Qanunu: 1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq xxxx dövlət sənədi verən qurum; 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq xxxx dövlət sənədi verilir.

14. “İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Hazırki işdə apellyatorlar birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

18. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2024-cü il tarixdir. İddiaçı isə hazırki tələblə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

19. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “M ****** saylı, ##.##.1997-ci il tarixli, *** qeydiyyat nömrəli diplomun dövlət nümunəli diplomla əvəzlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı İddiaçı vaxtilə keçirilən qəbul imtahanlarının nəticələri hər hansı təhsil müəssisəsinə qəbul olunmaması və barəsində hər hansı təhsil müəssisəsinə qəbul əmri verilmədiyi işdə olan mötəbər sübut kimi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən alınmış sorğuya cavab məktubu ilə təsdiqlənir. Bundan əlavə iddiaçıya müvafiq ali təhsil müəssisəsini (hansı ki, sonradan ləğv olunmuşdur) bitirməsinə dair xxxx sənəd ## #### 1997-ci il tarixdə verilsə də, həmin tarixdə Azərbaycan Beynəlxalq Universiteti mövcud olmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1997-ci il tarixli, 204 s saylı Qərarı ilə sözgedən universitet qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş məktubla sabit olunur ki, Rusiya Federasiyası Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunun Bakı filialının məzunlarına fəaliyyət göstərdiyi dövr ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom verilməmiş, həmçinin, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrini bitirən məzunlara Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən "M” seriyalı dövlət nümunəli diplom blankı verilməmişdir.”

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

21. İş materiallarında olan M seriyalı ***** nömrəli ## #### 1997- ci il tarixli, *** qeydiyyat nömrəli diplomdan görünür ki, iddiaçı İddiaçı 1993-cü il tarixdə Beynəlxalq Biznesin İdarəetmə və Hüquq İnstitutunun Bakı filialının hüquq fakültəsinə daxil olmuş 1997-ci il tarixdə həmin fakultəni bitirmiş və ixtisasca hüquqşünasdır.

22. İddiaçı hazırda həmin diplomun dövlət nümunəli diplomla əvəzlənməsini tələb edir.

23. Cavabdeh qurum isə imtinasını Azərbaycan Beynəlxalq Universitetinin Nizamnaməsinin onunla əsaslandırır ki, “## ####### 1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasında qeydiyyata alınmış və ona # ###### 1997-ci il tarixli, 15 №li şəhadətnamə ilə hüquqi şəxs statusu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1997-ci il tarixli, 204 s saylı qərarı ilə Azərbaycan Beynəlxalq Universiteti dövlət qeydiyyatına alınmışdır. Yəni iddiaçıya sözügedən xxxx sənədin verildiyi tarixdə (## #### 1997-ci il) Azərbaycan Beynəlxalq Universiteti mövcud olmamışdır.”

24. Şəxsin təhsilinə dair müvafiq diplomun dövlət nümunəli (iddiaçının tələbi üzrə nümunəvi sənəd) hesab edilməsi üçün həmin sənədin blankı qanunvericiliklə müəyyən olunmuş qaydada və səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məzunların sayına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş tələblər çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrinə təhvil verilməlidir. Təhsil sənədi, o cümlədən diplom təhsil müəssisəsi tərəfindən yalnız bu prosedurlardan sonra həmin müəssisəni uğurla bitirmiş məzunlara verilə bilər. Bu qayda həm dövlət, həm də özəl təhsil müəssisələrinə şamil olunur və imperativ xarakter daşıyır

25. Belə ki, yuxarıda qeyd olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş normalara görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər

26. İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən başqa oxşar inzibati işlə bağlı məhkəmənin sorğusuna əsasən əldə olunmuş sənədlər məhkəmə kollegiyasına təqdim olunmuşdur. Həmin sənədlər əlavə edilmiş - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən ##.##.2003-cü il tarixli **/**** nömrəli çıxarışından görünür ki, Azərbaycan Beynəlxalq Universiteti ##.##.1997-ci il tarixdə ** nömrəli qeydiyyatla dövlət qeydiyatına alınmış təkilati-hüquqi forması fərdi müəssisə olub, identifikasiya kodu 3079749-dur. - Elmi Şuranın ## ### 1996-cı il tarixli iclasında qəbul edilmiş və ##.##.1997-ci il tarixdə ** nömrəli dövlət qeydiyyatına alınmış Azərbaycan Beynəlxalq Universitetinin Nizamnaməsinin 1-ci bəndinə qeyd olunmuşdur ki, Azərbaycan Beynəlxalq Universiteti ( universitet) Rusiya Federasiyasının Beynəlxalq idarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialının bazasında və təsisçinin ödənişləri əsasında yaranır və filialın hüquqi varisidir. - Cavabdeh tərəfindən sorğulara cavab məktublarında da cavabdeh Azərbaycan Beynəlxalq Universitetini hüquqi varis kimi tanımışdır.

27. Beləliklə, müəyyən olunmuşdur ki, dövlət tərəfindən də Azərbaycan Beynəlxalq Universiteti Rusiya Federasiyasının Beynəlxalq idarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialının hüquqi varisi olaraq tanınmışdır.

28. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü və 56-cı maddələrinə istinad edərək hesab etmişdir ki, hazırkı mübahisəyə hüquqi şəxslərin yenidən təşkil edilərkən hüquq varisliyi ilə bağlı normalar tətbiq edilə bilməz. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmişdir. Azərbaycan Beynəlxalq Universitetinin Rusiya Federasiyasının Beynəlxalq idarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialının hüquqi varisi olaraq tanınması 1997-ci il tarixdə baş vermişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinə istinad olunması qanunvericiliyin tələblərinə zidd olmuşdur.

29. Cavabadeh tərəfindən etirazında qeyd etdiyi “Rusiya Federasiyası Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunun Bakı filialının məzunlarına fəaliyyət göstərdiyi dövr ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom verilmədiyi bildirilmişdir” məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə qeyd edir ki, apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Rusiya Federasiyasının Beynəlxalq idarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialından məzun olmuş ayrı-ayrı vətəndaşlara (X1 (dublikat), X3 oğlu) dövlət nümunəli diplomlar verilmişdir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

31. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

32. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

33. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

34. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

36. Cavabdeh qurum isə iddiaçıya fərqli yanaşma tətbiq edərək iddaçıya münasibətdə qeyd olnan hüququn prinsiplərini pozmuşdur.

37. Məhkəmə kollegiyası X1 verilən diplomun dublikat olmasına münasibətdə qeyd edir ki, diplomun dublikatı diplom itirildiyi halda vətəndaşa verilir. Diplomun dublikatının verilməsi dolayı yolla diplomun mövcudluğunun tanınmasıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil də əsassızdır.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı qanuniliyi dövlət tərəfindən tanınmış və təsdiq edilmiş təhsil müəssisəsini bitirdiyindən o, həmin təhsilin nəticələrinin, o cümlədən bu təhsil pilləsini başa vurduğunu təsdiq edən sənədin qanuniliyinin tanınmasını tələb etmək haqqına sahibdir.

39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən veilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin olunsun. Rusiya Federasiyasının Beynəlxalq Biznesin İdarəetmə və Hüquq İnstitutunun Bakı filialı tərəfindən iddiaçı İddiaçı adına verilmiş M ****** saylı, ##.##.1997-ci il tarixli, *** qeydiyyat nömrəli diplomun əvəzinə dövlət nümunəli diplom verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar