Məhkəmə qərarları › İş №2-1(3-6)-1904/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1904/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1904/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “əlilliyin əvvəlki tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1 məhəllə) inzibati binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik təyinatının ##.##.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ildə əlilliyin təyin edilməsi ilə bağlı Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyə müraciət etmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli qərarı ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İmtinadan sonra cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılan zaman cavabdeh yazılı vəsatətlə məhkəməyə müraciət edərək iddiaçının əyani müayinəsinin aparılması ilə əlaqədar qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı əliliyin təyin edilməsi tələbinə dair iddiası ilə bağlı İddiaçı əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi məqsədilə qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 15 (on beş) gün müddət təyin edilmişdir. Bundan sonra cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə ona müddətsiz olaraq orqanizmin funksiyalarının 65% pozulması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İkinci dərəcəli əlilliyin ##.##.2024-cü il tarixdən təyin edilməsi ilə bağlı cavabdehin gəldiyi nəticəsi ilə razılaşmayaraq yazılı ərizə ilə cavabdehə müraciət edərək əlillik təyinatının ##.##.2023-cü il tarixdən təyin etməsini xahiş etsə də, imtina olunmuşdur. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçının nəzərinə çatdırılmışdır ki, o, ##.##.2023-cü il tarixində məhkəmə qərarı əsasında tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı tibbi sənədlər araşdırılmış, anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələri dövlət tibb müəssisəsinin P********MUU nömrəli göndərişinin rəsmiləşdirildiyi ##.##.2023-cü il tarixində qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” müvafiq əlillik təyinatına əsas verməsə də, Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli *** nömrəli Qərarı ilə ##.##.2022-ci il tarixli *** nömrəli Qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na edilmiş əlavə və dəyişikliklərdən sonra 13.3.7 bəndi ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65% (altmış beş faiz) pozulması ilə müddətsiz əlillik təyinatına əsas vermişdir. Lakin əlillik təyinatı barədə qərarın Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsini proqram təminatı dəstəkləmədiyindən əlillik təyinatı barədə qərarı rəsmiləşdirmək mümkün olmamışdır. Belə ki, göndərişin rəsmiləşdirildiyi tarix ##.##.2023-cü il, *** nömrəli Qərarın qüvvəyə mindiyi ##.##.2023-cü il tarixindən əvvəl olmuş, həmin dövrdə əlillik təyinatına əsas verən M21.8 XBT kodu üçün qiymətləndirmə meyarı nəzərdə tutulmamışdır. Nəticədə ona dair ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65% (altmış beş faiz) pozulması ilə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq əlilliyə görə müvafiq ödənişiniz əlilliyin müəyyən edildiyi tarixindən (##.##.2024-cü il tarixindən) etibarən hesablanılır. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. (hakim Ramin Quliyev) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məcburetmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni sonuncu qərar qəbul olunduğu müddətdən 2 ilə yaxın vaxt keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüşdür. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.3.7-ci bəndinə görə müvafiq ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65% pozulması müddətsiz əlillik təyinatına əsas vermişdir. O, 2023-cü ildə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyə müraciət etmiş, cavabdehin ##.##.2023-cu il tarixli qərarı ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İmtinadan sonra cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı əliliyin təyin edilməsi iddiasına dair mübahisə ilə bağlı İddiaçı əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 15 (on beş) gün müddət təyin edilmişdir. Bundan sonra cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə ona müddətsiz olaraq orqanizmin funksiyalarının 65% pozulması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İkinci dərəcəli əlilliyin ##.##.2024-cü il tarixdən təyin edilməsi ilə bağlı cavabdehin gəldiyi nəticəsi ilə razılaşmayaraq yazılı ərizə ilə cavabdehə müraciət edərək əlillik təyinatının ##.##.2023-cü il tarixdən təyin etməsini xahiş etsə də, imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, göndərişin rəsmiləşdirdiyi tarix ##.##.2023-cü il, *** nömrəli Qərarın qüvvəyə mindiyi ##.##.2023-cü il tarixdən əvvəl olmuş, həmin dövrdə əlillik təyinatına əsas verən M21.8 XBT kodu üçün qiymətləndirmə meyarı nəzərdə tutulmamışdır. Nəticədə ona dair ##.##.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65% pozulması ilə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq əlilliyə görə müvafiq ödənişi əlilliyinin müəyyən edildiyi tarixindən (##.##.2024) etibarən hesablanır. Beləliklə, iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəsi ilə bağlı qeyd etmişdir ki, ilk dəfə cavabdeh əlillik təyinatından imtina etmiş, imtinadan sonra məhkəməyə müraciət olunmuş, məhkəmənin canlı müayinəsinin aparılması üçün təyin etdiyi müddətdə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən mənə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. İkinci dərəcəli əlillik ##.##.2024-cü il tarixdən təyin olunduğunu bilən kimi dərhal əlillik təyinatının ##.##.2023-cü il tarixdən hesablanması ilə bağlı Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin müraciətindən ##.##.2025-ci il tarixli məktub ilə imtina olunmuşdur. Bundan sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (...) 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (...) Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (...) Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. (...) Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra – apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. (...) Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. (...) Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. (...) “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

Apellyasiya şikayəti prosessual müddətlər daxilində verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası dinlənilmə hüququnu təmin etməklə iş materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianın qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, “məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2023-cü il tarixli, *-*(***)- *****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı əliliyin təyin edilməsi iddiasına dair mübahisə ilə bağlı İddiaçı əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 15 (on beş) gün müddət təyin edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı qəbul edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X7 sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*-*****/**** nömrəli qərarında qeyd edilmişdir ki, Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti göndərişin rəsmiləşdirildiyi ##.##.2023-cü il tarixində qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq əlillik təyinatına əsas verməsə də, Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli qərarı ilə ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na edilmiş əlavə və dəyişikliklərdən sonra 13.3.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 65% (altmış beş faiz) pozulmasına əsas vermişdir. Lakin son dəyişiklikdən sonra aparılmış əlillik təyinatı barədə məlumatların elektron sistemə daxil edilməsini proqram təminatı (göndərişın rəsmiləşdirildiyi tarix ##.##.2023-cü il, müvafiq dəyişiklik aparılan tarixdən ##.##.2023-cü il tarixdən əvvəl olduğu üçün və həmin dövrdə M21.8 XBT kodu üçün əlillik meyarı nəzərdə tutulmadığından) dəstəkləmədiyindən əlillik təyinatını rəsmiləşdirmək mümkün deyil. Müvafiq XBT kodu ilə yeni göndərişin rəsmiləşdiriləcəyi təqdirdə qanunauyğun şəkildə qiymətləndirmə aparılacaqdır. Bundan sonra iddiaçının sağlamlıq vəziyyəti M********CUM nömrəli Forma 88 əsasında ##.##.2024-cü il tarixli göndərişlə ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və ona orqanizm funksiyalarının 65% pozulması ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. Eləcə də Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******004 nömrəli qərarından görünür ki, İddiaçı orqanizm funksiyalarının 65% pozulması ilə ümumi xəstəlik səbəbindən ##.##.2024-cü il tarixindən müddətsiz əlillik təyin olunmuşdur. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixdə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilmiş, iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. İddiaçı isə hazırkı tələblə məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət edərək, əlillik təyinatının ##.##.2023-cü il tarixdən təyin edilməsini xahiş etmiş, faktiki olaraq ona əlilliyin təyin edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli *******0004 nömrəli qərarın təyinat tarixinə aid hissədə dəyişdirilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən inzibati aktdan artıq Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-*****/**** nömrəli iş üzrə iddianın geri götürülməsi barədə ərizə təqdim edərkən və ərizəsinin təmin edilməsi barədə məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı qəbul edilərkən məlumatlı olsa da, məhkəməyə hazırkı iddia ərizəsi ilə 2 ilə yaxın müddət keçdikdən sonra, ##.##.2026-cı il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Bununla belə, məhkəmə araşdırmasi ilə müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas ilkin icraat zamanı rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli P********MUU nömrəli göndəriş deyil, ##.##.2024cü il tarixli M********CUM nömrəli göndəriş olmuşdur. İddiaçıya ##.##.2024-cü il tarixli göndəriş əsasında ##.##.2024-cü il tarixindən müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmiş və Agentlik tərəfindən o, bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilmişdir. Belə olan halda qeyd edilən qərarın mübahisələndirilməsi ilə köhnə göndərişin verildiyi tarixdən (həmin göndərişə münasibətdə imtina qərarı mövcuddur) əlilliyin təyin edilməsinin tələbinin irəli sürülməsinin hüquqi əsası mövcud olmadığından məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsini də zəruri hesab etməmişdir. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 80, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (AZ1073, ünvan 1 məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Fərid İsmayılzadə Hakimlər Vidadi Qasımov Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar