Məhkəmə qərarları › İş №2-1(3-6)-1913/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1913/2026

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1913/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, Tərcüməçi X5 qızının iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istifadə olunmamış növbəti məzuniyyətin hərbi xidmət müddətinə daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.2017-ci il tarixdə ehtiyyata buraxılarkən istifadə etmədiyi 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 55 gününün Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət müddətinə daxil edilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ##.##.1990-cı ildə indiki Səbail RHK tərəfindən hərbi xidmətə çağrılmış, hərbi xidmət dövrü ##.##.1990-cı il tarixdə Sevastopol şəhərində hərbi texniklər məktəbinə daxil olmuş, ##.##.1992-ci il tarixdə "R" hərbi rütbəsi verilməklə həmin məktəbi bitirmiş və AR Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. O, ##.##.1992-ci il tarixdə AR MN Hərbi Dəniz Qüvvələrində hərbi xidmətə başlamışdır. Lakin ondan asılı olmayan səbəblərdən yalnız ##.##.1993-cü il tarixdə AR Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin siyahısına daxil edilmiş və N №-li, hərbi hissə komandirinin *** №-li, ##.##.2017-ci il tarixli əmrilə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Onun keçmiş Sovet Ordusunda xidmət müddəti 2 il, 01 ay, 03 gün, AR Silahlı Qüvvələrində xidmət müddəti isə 19 il 11 ay 19 gün təşkil edir. (##.##.1993-cü il tarixdən ##.##.2012-ci il tarixədək) Ümumi xidmət müddəti isə təqdim hesabı ilə ehtiyata buraxılarkən 22 il, 00 ay, 22 gün təşkil etmişdir. 20 ildən çox hərbi xidmət etdiyinə baxmayaraq ehtiyata buraxılarkən növbəti məzuniyyət ona 3 ay müddətinə yox, 35 gün müddətinə verilmişdir. 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 55 günü üçün ona heç bir kompensasiya ödənilməmişdir. Belə olan halda 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 55 günü onun AR Silahlı Qüvvələrində xidmət müddətinə daxil edilməlidir. O, ##.##.2023-cü il tarixdə AR Müdafiə Nazirliyinə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə müraciət edərək 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 55 gününün onun AR Silahlı Qüvvələrində xidmət müddətinə daxil edilməsini xahiş edib. Lakin müraciəti bu günədək cavablandırılmamışdır. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" ## ##### 2015-ci il tarixli * nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı, ona hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiya ödənilməsini tələb edir. Ilkin olaraq iddiaçının iddia tələbi ona kompensasiyanın ödənilməsinə dair iddia olmaqla, öhdəliyin icrası haqqında iddia olsa da, analoji məhkəmə işlərindən yaranmış təcrübəyə əsasən, iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, IPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq cavabdeh müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Inzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanıb ödənilməsini tələb edir. Məlum olur ki, iddiaçı İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanıb ödənilməsindən ən azından ##.##.2012-ci il tarixdən məlumatlı olmuşdur. Iddiaçı İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanıb ödənilməsi barədə ##.##.2012-ci il tarixdən məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 13 (on üç) il sonra, ##.##.2025-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. IPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, "iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı". IPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən cavabdeh belə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı "istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanması" tələbinə dair iddiası mümkün sayılmamalıdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı (hakim N.Abıyev) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad ləğv olunmalı və iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. Hakim ümumi qeyri-müəyyənlik prinsipinə istinad edərək iddianı mümkün hesab etməmişdir. Məhkəmə öz qərardadının “Iddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi” hissəsində iddianın növünü qeyd etməmiş, lakin iddiaya iddia müddətini tətbiq etmişdir. IPM-nin tələblərinə əsasən yalnız mübahisələndirmə növünə aid iddialara iddia müddəti tətbiq edilə bilər. Hazırkı iddia isə məcburetmə növünə aid iddiadır ki, bu tipli iddialara iddia müddəti tətbiq edilə bilməz. Həmçinin məhkəmə öz qərardadında konkret olaraq hansı maddi və prosessual hüquq normalarına istinad etməsini göstərməmiş, ümumi ifadələrlə kifayətlənmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müadfiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin (bundan sonra IPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bu əsasla məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. IPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası ilk növbədə irəli sürülmüş iddia tələbinin hüquqi təbiətini müəyyən etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası inzibati iş materiallarına əlavə olunmuş sənədlərə diqqət yetirir: - Cavabdeh N №-li Hərbi hissəsinin ##.##.2024-cü il tarixli **** №-li məktubu ilə məhkəməyə ünvanlanmış Arxiv arayışının surətindən müəyyən olunur ki, ehtiyyatda olan R İddiaçı 2012-ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən istifadə etmişdir; Məzuniyyətə getdiyi tarix Məzuniyyətdən qayıtdığı Istifadə etdiyi günlərin sayı tarix ##.##.2012 № *** ##.##.2012 № *** 3 ##.##.2012 № *** ##.##.2012 № *** 32 Inzibati işin araşdırılmış hallarından aydın olur ki, iddiaçı ##.##.2012-ci il tarixdə ehtiyata buraxılmışdır. Iddiaçı iddia edir ki, həmin tarixdə ona 2012-ci il üçün 3 aylıq yox, 35 günlük məzuniyyət verilmişdir. Bununla bağlı iddiaçı 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 55 gününün Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət müddətinə daxil edilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməsini xahiş edir. Işin araşdırılmış hallarından görünür ki, iddiaçının hüquqi marağı inzibati orqan tərəfindən məlumat vərəqəsinin tərtib edilməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların: - 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (* nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. - 5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. - 6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın növünü ayırd etmədən mümkünlük şərtlərini qiymətləndirməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi hər bir iddia növünə münasibətdə ayrıca mümkünlük şərtləri məhkəmələr tərəfindən yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, iddianın prosessual növü onun iddia ərizəsində necə adlandırılmasından deyil, iddiaçının cavabdehdən hansı hüquqi nəticəni və hansı hərəkətin həyata keçirilməsini tələb etməsindən müəyyən edilir. Hazırkı halda tələb inzibati aktın qəbul edilməsinə deyil, mövcud hüququn faktiki olaraq həyata keçirilməsinə yönəldiyindən iddia öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilməlidir. Hazırkı işdə iddiaçının tələbinin mahiyyəti cavabdeh tərəfindən yeni inzibati aktın qəbul edilməsinə deyil, qanunvericilikdən irəli gələn hüququnun həyata keçirilməsi məqsədilə istifadə edilməmiş növbəti məzuniyyət müddətinin hərbi xidmət müddətinin hesablanmasında nəzərə alınmasına, başqa sözlə, cavabdeh tərəfindən müəyyən faktiki və inzibati-texniki xarakterli hərəkətin həyata keçirilməsinə yönəlmişdir. Beləliklə, iddiaçının tələbi inzibati aktın qəbul edilməsinə yönəlmədiyindən həmin tələb Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilməlidir. Öhdəliyin icrası haqqında iddia üçün tələb olunan mümkünlük şərtləri iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin cavabdehlik daşıması, inzibati orqana müraciətin mövcud olması ilə bağlıdır. Göründüyü kimi, müddət kriteriyasının tətbiqi bu növ iddialarda nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkünsüz hesab edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi məhkəmə aktında 3-cü şəxs qismində N №-li Hərbi hissəni qeyd etsə də, iş materiallarında 3-cü şəxsin cəlbi barədə qərardad mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair ## ###### 2022-ci Qərardadında qeyd edilir ki:

49. Məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin IPMin 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özüözlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. Iddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə IPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini IPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur. Belə olan halda birinci instansiya məhkəməsi inzibati iş üzrə yenidən müvafiq prosessual hərəkətləri edərkən 3-cü şəxsin cəlbi məsələsini araşdırmalıdır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda sadlanan hallar nəzərə alınmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

NƏTICƏVI HISSƏ:

Göstərilənlərə əsasən və IPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar