Məhkəmə qərarları › İş №2-1(3-6)-1922/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1922/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1922/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kirayə pulunun verilməsi hüququnun bərpa olunması və ödənilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzil əvəzinə kirayə pul konpensasiyası ödənilməsindən imtina barədə hərəkətinin qanunsuz hesab edilməsini, mənzil əvəzinə kirayə pul konpensasiyasının ödənilməsi qanunla hüququnun bərpası, istefa tarixindən ##.##.2024cü il tarixindən indiyədək ödənilməmiş mənzil əvəzinə kirayə pul kompensasiyası məbləğinin ödənilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirmişdir. Iş materiallarında olan sənədlərdən göründüyü kimi, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı iddiaçıya ##.##.2026-cı il tarixdə poçt vasitəsilə göndərilsə də, iddiaçı tərəfindən qərarı hansı tarixdə almasını iş materiallarından müəyyən etmək mümkün deyildi. Bununla bağlı, məhkəmə tərəfindən Bakı Inzibati Məhkəməsinə ##.##.2026-cı il tarixdə sorğu ünvanlanaraq Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarının iddiaçıya hansı tarixdə göndərilməsi və hansı tarixdə iddiaçı tərəfindən alınması barədə məlumatların və bunu təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə ##.##.2026-cı il tarixli reyestrin surəti və poçt xəbərnaməsi iş materiallarına əlavə olunması üçün məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədlərdən göründüyü kimi, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı iddiaçıya ##.##.2026-cı il tarixdə göndərilmiş, iddiaçı da qərarı ##.##.2026-cı il tarixdə almışdır. Lakin apellyasiya şikayəti Bakı Inzibati Məhkəməsinə ##.##.2026-cı il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra təqdim edilmişdir. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və iddiaçıya göndərilmiş bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin iddiaçı tərəfindən hər hansı sənəd məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı məhkəmə kollegiyasına bildirdi ki, Bakı Inzibati Məhkəməsi tərəfindən ona ünvanlanmış məktub həqiqətən də ##.##.2026cı il tarixdə alınmış, lakin zərfdə ona aidiyyəti olmayan qərar olduğuna görə, o, növbəti gün gedib Bakı Inzibati Məhkəməsindən özünə aid qərarı şəxsən götürmüşdür. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Inzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Inzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən isə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ilkin olaraq ona ünvanlanan zərfdə özünə aid olmayan qərarı təhvil alması və mübahisələndirilən qərarı növbəti gün gedib birinci instansiya məhkəməsindən şəxsən alması qəbul edilsə belə (halbuki, buna dair iş materiallarında hər hansı sübut mövcud deyil), şəxs apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə verməklə, növbəti gündən hesablana biləcək müddəti də ötürmüşdür. Nəticə etibarilə məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanının dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar