Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1923/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh qarşı gömrük borcunun yaranması haqqında qərarın ləğv edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ## #### 2025-ci il tarixli, 3-33-1100/026 Q nömrəli qərarının ləğv edilərək, qərara müvafiq sərəncamlar üzrə cəmiyyətin hesabından tutulmuş məbləğin hesablarına geri qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC müxtəlif növ məişət əşyalarının kondisioner, televizor və digər malların topdan və pərakəndə satışı ilə məşğul olur. Aidiyyatı qurumdan Gömrük Komitəsinə şikayətləri gec də olsa, operativ və ədalətli şəkildə baxılmış, idxal etdikləri malların sövdələşmə qiymətinə uyğun rəsmiləşdirilməsinə yardımçı olmuşlar. Bununla ələqadar olaraq Cavabdeh növbəti qanunsuz əməlləri ilə ##.##.2024-cü il GEMBOX GLOBAL GENERAL TRADING FZCO tapşrığı ilə idxal etdikləri 42 ədəd Tailand mənşəli 42 ədəd kondisionerlərin idxalı zamanı rastlaşıblar. Eyni zamanda cəmiyyətləri hər zaman idxal etdikləri malların sövdələşmə üsulu ilə rəsmiləşdirilməsini tələb etmiş və zəmanət məktubu təqdim edərək malları qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Iddiaçı İddiaçı MMC tərəfindən iddia ərizəsində mübahisələndirilmiş ## #### 2025-ci il tarixli, *-**-****/***Q saylı “Gömrük borcunun yaranması haqqında” Qərarı gömrük orqanı tərəfindən qanunamüvafiq qaydada poçt vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. Sözügedən Qərarın poçt göndərişi vasitəsilə ##.##.2025-ci il tarixində çatdırılması təmin edilmişdir. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, ##.##.2025-ci il tarixində ərizə ilə iddiaçı İddiaçı MMC tərəfindən məhkəməyə şikayət ünvanlandığından ##.##.2025-ci il tarixli, *-**- ****/***Q saylı Qərarın 5-ci bəndinin qeydinə əsasən, nəzərdə tutulmuş 30 günlük şikayət müddəti ötürülmüşdür. Həmçinin, sübut qismində ##.##.2025-ci il tarixli, *-**-****/***Q saylı Qərarın çatmasını təsdiq edən göndəriş (nömrəsi qeyd edilməklə) qoşmaya əlavə olunaraq təqdim olunmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə (hakim N.İ.Abıyev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh ## #### 2025-ci il tarixli, 3-33-1100/026 Q nömrəli qərarının ləğv edilməsi haqqında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) müxtəlif növ məişət əşyalarının kondisioner, televizor və digər malların topdan və pərakəndə satışı ilə məşğul olur. Cavabdeh və onun vəzifəli şəxsləri cəmiyyətə dəfələlərlə maddi zərər vurmuş və hər zaman vəzifəli şəxslərinin qanunsuzluqları ilə rastlaşıblar, təssüflər olsun ki, bu hal hal-hazırda da davam edir. Özlərinin inzibati resurları, bürokratik idarəçilik və qanunsuz tələbləri əsasında mallarının qanuni şəkildə rəsmiləşdirilməsinə dəfələrlə maneçilik törədilmiş və hər zaman xüsusi olaraq malları vaxtında buraxılmasını əngəlləmiş və fəaliyyət göstərdikləri müddətdə avtomobillərinin həftələlərlə ipək yolu terminalında saxlanılmasına, bununla ələqədar olaraq süni maneçilik törətməklə loqistika şirkətlərinə əlavə ödənişlərin yaranmasına qəsdən şərait yaratmışlar. Lakin, aidiyyatı qurumdan Gömrük Komitəsinə şikayətləri gec də olsa, operativ və ədalətli şəkildə baxılmış, iddiaçıya idxal etdiyi malların sövdələşmə qiymətinə uyğun rəsmiləşdirilməsinə yardımçı olmuşlar. Bununla ələqadar olaraq, Cavabdeh növbəti qanunsuz əməlləri ilə ##.##.2024-cü il GEMBOXGLOBAL GENERAL TRADING FZCO tapşrığı ilə idxal etdikləri 42 ədəd Tailand mənşəli 42 ədəd kondisionerlərin idxalı zamanı rastlaşmışlar. Eyni zamanda cəmiyyət hər zaman idxal etdiyi malların sövdələşmə üsulu ilə rəsmiləşdirilməsini tələb etmiş və zəmanət məktubu təqdim edərək malları qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirmişdir. Cəmiyyətin hər zaman Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyətini göstərmişdir və təsadüfi deyil ki, cəmiyyət barədə heç bir inzibati və digər cərimə və sanksiyalar tətbiq edilməmiş, hər hansı təhqiqat işi aparılmamışdır. Cəmiyyət fəaliyyət göstərdiyi ##.##.2022-ci il tarixdən bu günə qədər ölkəyə müxtəlif cür məişət texnikasının pərakəndə və topdan alışı və satışı ilə məşğuldur və qəti şəkildə Cavabdeh mallarının hər zaman süni maneçilik, vəzifəli şəxslərin məsuliyyətsizliyi, qanunsuz əməlləri, feodalizmin xüsusiyyətlərinə xas olan dövlət qulluqçularına xas olmayan hərəkətləri, malların sövdələşmə üsulu ilə rəsmiləşdirilməli olduğu halda statistik dəyəri inzibati qaydada Cavabdeh vəzifəli şəxslərinin qanunsuz şəkildə qaldırmaq istəyi təngə gətirmişdir, bununla bağlı Gömrük Komitəsinə dəfələrlə şikayət ünvanlamışlar. Bakı Inzibati Məhkəməsi ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı Ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasını təmin etməmişdir. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının ədalət mühakiməsi həyata keçirən dövlət orqanı olaraq BƏƏ–nin mənşə sertifikatının QR kodunun skan etməklə dəyəri və məlumatları əks olunan mallarımızın olmasına baxmayaraq, iddianın nəyə görə təmin edilməməsi aydın deyildir. Cavabdeh ## #### 2025-ci il tarixli, 3-33-1100/026 Q nömrəli qərarında guya 01241000368560 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdikləri 42 ədəd soyuducunun gömrük ödənişləri ilə bağlı 3247.62 manat borclarının olması qeyd edilmişdir ki, bu da tam absurddur və bu qərara əsasən, cəmiyyətin Kapital Bank ASC-də olan hesabına sərəncamların göndərilməsi yol verilməzdir. Cəmiyyətin 42 ədəd soyuducunun sövdələşmə üsulu ilə gömrük ödənişini, yəni 14714,44 manatı vaxtında və tam şəkildə ödəmişdir. Həmçinin, aidiyyatı qərarı ## #### 2025-ci il tarixində rəsmən təqdim etmişlər. Mallarının invoysu və onu dəyəri, o cümlədən mənşə sertifikatı QR kodlu BƏƏ internet resursunda əks olunur və BƏƏ ixrac olunan malların məlumatları ixracatçının sələhiyyətli orqanın rəsmi saytında öz əksini tapır. Bununla bağlı, malları Gömrük Məcəlləsi və Gömrük Tarifi haqqında qanuna müvafiq malların sövdələşmə üsulu ilə rəsmiləşdirilməli olduğu halda cəmiyyətə qarşı digər ödəniş üsulunun tətbiq edilməsi yol verilməzdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə qiymətləndirərək hesab edir ki, şikayətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi və ya qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar göstərilməmişdir. Hazırkı mübahisədə ilkin olaraq müəyyən edilməli məsələ gömrük orqanının malların gömrük dəyərini düzgün müəyyən edib-etməməsi deyil, iddiaçının həmin məsələ üzrə məhkəmə müdafiəsi vasitəsindən qanunla müəyyən edilmiş müddətdə istifadə edib-etməməsidir. Belə ki, iş materiallarında olan sənəddlərdən göründüyü kimi, Cavabdeh ## #### 2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarı ilə iddiaçıya münasibətdə 3.247,62 manat məbləğində gömrük borcu müəyyən edilmiş, həmin qərarın özündə onun təqdim olunduğu vaxtdan 30 gün müddətində inzibati və (və ya) məhkəmə qaydasında mübahisələndirilə biləcəyi göstərilmişdir. Bu qərar konkret hüquqi şəxs barəsində publikhüquqi səlahiyyətlərin həyata keçirilməsi nəticəsində qəbul edilmiş, onun üçün birbaşa maliyyə öhdəliyi yaratmış hakimiyyət tədbiri olduğundan “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin mənasında inzibati aktdır və Inzibati Prosessual Məcəllənin 32-ci maddəsinə uyğun olaraq mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Belə iddianın qaldırılması üçün isə Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan 30 günlük müddət müəyyən edir. Iş materiallarından görünür ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın poçt vasitəsilə göndərildiyini və ## #### 2025-ci ildə çatdırıldığını bildirmiş, bu mövqeyini poçt göndərişinə dair sənədlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçı üçün daha əlverişli olan daha gec tarixi əsas götürərək qərarın ona ## ##### 2025-ci ildə rəsmi qaydada təqdim edildiyini müəyyən etmiş və bu tarixdən hesablanan 30 günlük müddətin ## ### 2025-ci ildə başa çatdığı qənaətinə gəlmişdir. Iddia ərizəsi isə yalnız ## ###### 2025-ci ildə elektron qaydada məhkəməyə təqdim edilmişdir. Beləliklə, hətta cavabdehin istinad etdiyi ## #### 2025-ci il tarixi deyil, birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə qəbul etdiyi ## ##### 2025-ci il tarixi əsas götürüldükdə belə, iddia qanunla müəyyən edilmiş müddətdən üç aydan artıq vaxt keçdikdən sonra qaldırılmışdır. Apellyasiya şikayətində mübahisələndirilən qərarın iddiaçıya ## #### 2025-ci ildə rəsmən təqdim edildiyi bildirilsə də, bu iddianı təsdiq edən hər hansı sübut göstərilməmişdir. Şikayətə əlavə edilmiş sənədlərin siyahısında da məhz ## #### 2025ci ildə təqdimetmə faktını təsdiqləyən poçt bildirişi, qəbz, elektron təqdimetmə məlumatı və ya digər sübut mövcud deyildir; təqdim olunan sənədlər əsasən cəmiyyətə, gömrük bəyannaməsinə, mübahisələndirilən qərara və malın dəyərinə dair sənədlərdən ibarətdir. Buna görə də apellyasiya şikayətində sübutla təsdiqlənmədən irəli sürülmüş həmin bəyanat iş materialları əsasında birinci instansiya məhkəməsinin müəyyən etdiyi təqdimetmə tarixini və onun əsasında aparılmış müddət hesablamasını şübhə altına almaq üçün yetərli hesab edilə bilməz. Apellyasiya şikayətində malların invoys qiymətinin və mənşə sertifikatının BƏƏ-nin müvafiq internet resursunda yoxlanıla bilməsi, malların sövdələşmə qiyməti üsulu ilə rəsmiləşdirilməli olması, əvvəlki gömrük ödənişlərinin tam həyata keçirilməsi, habelə gömrük orqanının gömrük dəyərini əsassız artırması barədə irəli sürülən dəlillər isə mübahisənin mahiyyətinə aiddir. Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılmasından əvvəl aparılmalı hüquqi qiymətləndirmədir; məhkəmə iddia müddətinə riayət olunmasını xidməti vəzifəsinə görə yoxlamalı, mümkünlük şərti mövcud olmadıqda mübahisənin maddihüquqi tərəfinin araşdırılmasına keçməməlidir. Buna görə də invoysların mötəbərliyi, sövdələşmə qiymətinin tətbiqinin əsaslı olub-olmaması və əlavə gömrük ödənişlərinin düzgün hesablanması barədə dəlillər ötürülmüş iddia müddətini aradan qaldırmır və iddianın mümkünlüyünü təmin edən hüquqi əsas yarada bilməz. Eyni yanaşma iddiaçının hesabından tutulmuş məbləğin geri qaytarılması tələbinə də şamil olunur. Iddia ərizəsindən görünür ki, həmin tələb müstəqil hüquqi əsasla deyil, məhz ## #### 2025-ci il tarixli inzibati aktın ləğvinin nəticəsi kimi irəli sürülmüşdür. Inzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi də inzibati aktın icrası nəticəsində yaranmış nəticələrin aradan qaldırılması tələbinin mübahisələndirmə haqqında iddiaya əlavə tələb kimi irəli sürülməsini nəzərdə tutur. Odur ki, əsas tələb olan inzibati aktın ləğvinə dair iddianın müddət ötürüldüyünə görə mümkün olmaması ondan bilavasitə asılı olan restitusiya xarakterli tələbin də həmin icraat çərçivəsində mahiyyəti üzrə araşdırılmasını istisna edir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin qərardadında mübahisələndirilən qərarın “məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmayan qərar” olması barədə ifadə edilmiş mülahizə ilə razılaşmaq mümkün deyildir. Mübahisələndirilən akt hüquqi şəxsin gömrük borcunu müəyyən edən və onun üçün məcburi hüquqi nəticə yaradan inzibati akt olduğundan məhkəmə nəzarətinin predmetidir, aktın özündə də məhkəməyə şikayət hüququ birbaşa göstərilmişdir. Bununla belə, qeyd edilən hüquqi qiymətləndirmədəki qüsur birinci instansiya məhkəməsinin nəticəvi hissəsinin ləğv edilməsini tələb etmir. X3 Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi iddianın mümkün sayılmaması üçün müstəqil və kifayət edən hüquqi əsasdır. Nəticə etibarilə, apellyasiya şikayətində göstərilən dəlillər iddianın mümkünlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təkzib etmir. Iddiaçı mübahisələndirilən inzibati aktdan qanunla müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, müddətin buraxılmasını üzrlü edən və onun bərpasına əsas verən hallar müəyyən olunmamış, şikayətdə isə əsasən mümkünlük məsələsinə deyil, mübahisənin mahiyyətinə aid dəlillər irəli sürülmüşdür. Bu səbəbdən Bakı Inzibati Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1923/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1923/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver