Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1934/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “əlillik tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik müddətinin bitdiyi ##.##.2024-cü il tarixindən təkrar müayinə nəticəsində yenidən əlilliyin müəyyən edildiyi ##.##.2025-ci il tarixinədək ödənilməmiş sosial müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı İddiaçı ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışıdır ki, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadını ##.##.2026-cı il tarixdə rəsmi olaraq qəbzə imza etməklə almışdır.Odur ki, apellyasiya şikayətinin verilməsi üçün üzürlü səbəbə görə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edildi. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üçün nəzərədə tutulmuş prosessual müddətin bərpası ilə bağlı ərizə təmin edilməməlidir. Belə ki, İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, iddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadını ##.##.2025-ci il tarixdə imza etməklə əldə etmişdir.(i.v.56). İddiaçı tərəfindən məhkəmə qərardadının ##.##.2025-ci il tarixdə alındığı vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq 10 günlük şikayət vermə müddətinin son günü ##.##.2025-ci il tarixinə düşür. Lakin, iddiaçı tərəfindən işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə elektron məhkəmə sisteminə daxil olmuşdur. Hazırda iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddəti üzürlü səbələrdən ötürdüyünü əsaslandırmamış, onun təqsiri olmadan müddətin buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, buraxılmış prosessual müddət o halda bərpa oluna bilər ki, müddətin buraxılması proses iştirakçısının təqsiri olmadan buraxılsın və bu sübutlarla əsaslandırılmış olsun. Eyni zamanda “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” «X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması və onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş tərəfə qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda apellyasiyanın mükünlüyü də istisna olunur. Həmin Məcəllənin 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1934/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1934/2026
23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver