Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1940/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə “qərarın icra edilməsi ilə bağlı məcburi icra tədbirlərinin görülməsi”nə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin #.##.2023cü il tarixli qərarının ləğv edilməsini və ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının və ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq qeydə alınmış sığorta kapitalının, yəni 16719,79 manat pensiya sığorta kapitalının, pensiya ödənişlərinin sayına bölünərək, (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır). Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə # ###### 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini aldığından ##.##.2025-ci il tarixli məktubla könüllü icra edilməsi üçün cavabdehə 30 gün müddət təyin edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ##.##.2025-ci il tarixli məktubda qeyd etmişdir ki, Azərbaycan Respublikası Bakı Inzibati Məhkəməsinin # ###### 2023-cü il tarixli 2-1(112)- *****/**** nömrəli qərarının icrası məqsədilə X5 hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1166,37 manat məbləğində yenidən hesablanaraq məhkəmə qərarının icrası başa çatdırılıb. Həmçinin ona ötən dövr üzrə ödənilməli olan 3034,80 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 32.1- 1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə ##.##.2024-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hər ay 151,74 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün Qanunun 29.1- ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar ##.##.2025-ci il tarixindən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 1260,83 manat təşkil edir. Iddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ### 2026-cı il tarixli qərardadı ilə İddiaçı ərizəsi üzrə məcburi icra tədbirlərini görülməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra vərəqəsinin icrasının təmin olunması tələbinə dair şikayətinin təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, 0# ###### 2023-cü il tarixli qərarı ilə cavabdeh dövlət sosial müdafiə fondu publik hüquqi şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” *-**-*/*-*-*****/**** nömrəli, 0#.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalının, yəni 16719 manat 79 qəpik pensiya sığorta kapitalının, pensiya ödənişlərinin sayına bölünərək, (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) yenidən hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəz Filialın üzərinə qoyulub. Məhkəmənin həmin qanuni qüvvəsini almış 2-1(112)-*****/**** №-li, 0# ###### 2023-cü il tarixli qərarı icra olunması üçün cavabdeh (borclu) inzibati orqana göndərilsə də icra olunmamış qalmışdır. Ona görə də məhkəmə qərarının (icra vərəqəsinin) icrasının təmin olunmasını məhkəmədə xahiş etmişəm. Şikayətimə Bakı Inzibati Məhkəməsində baxılmış və ##.##.2026-ci il tarixli qərardadla, şikayətim təmin edilməmiş, icra vərəqəsi üzrə məcburi icra tədbirlərinin görülməsindən imtina edilməsi qərara alınmışdırməhkəmə ## ### 2028-ci il tarixli qərardadının əsası kimi göstərir ki, Bakı Inzibati Məhkəməsinin 2-1(112)- *****/**** nömrəli, 0# ###### 2023-cü il tarixli qərarının icrası başa çatdırılıb və bunu mənə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyamın 1166,37 manat məbləğində yenidən hesablanması ilə əsaslandırıb. Halbuki, əvvəla Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, 0# ###### 2023-cü il tarixli qərarının icrası istiqamətində borclu tərəfindən nəinki qismən, ümumiyyətlə heç bir iş görülməmişdir və məhkəmənin icra olunma kimi istinad etdiyi 1166,37 manat yenidən hesablanma məbləği əslində mənə təyin olunmuş pensiyaya dövlət tərəfindən olan artım puludur və həmin pulun, fərdi hesabımın sığorta hissəsində qeydə alınmış sığorta kapitalının, yəni 16719 manat 79 qəpik pensiya sığorta kapitalının, pensiya ödənişlərinin sayına bölünərək, (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) yenidən hesablanaraq mənə ödənilməsinə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi isə bu faktı görə bilməniş və borclunun saxtalaşdırılmış məlumatına əsaslanmaqla dövlətin adından çıxan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin olunmasına biganəlik nümayiş etdirmiş və qəbul etdiyi ## ### 2025-ci il tarixli qərardadla məhkəmə qərarının icrasız qalmasına zəmin yaratmışdır. Ona görə də hesab edir ki, məhkəmənin ## ### 2026-ci il tarixli qərardadı ləğv edilməlidir, Şikayətimin detalları araşdırılmalı, məhkəmənin qanuni qüvvəsini almış qərarının icrası təmin olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinə etiraz məhkəməyə təqdim olunmuş və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı İddiaçı əmək pensiyasının yenidən hesablanma qaydası barədə məlumat əldə olunması ilə bağlı Mərkəzi Filiala müraciəti, ##.##.2026-cı il tarixli *-**-*/*-N-*****/**** nömrəli məktubla cavablandırılmışdır. Iddiaçıya əmək pensiyası təyin edildikdən sonra yenidən əmək fəaliyyətinə başlayaraq işdən azad olunduğu ## #### 2021-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 6003,27 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına uyğun qaydada 117 aya bölünməklə (6003,27:117 ay (65 il-61 il 10 ay=38 ay+79 ay (144 ay-65 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=51,31 manat həmin tarixədək mövcud olmuş əmək pensiyasının (734,32 manat) üzərinə əlavə edilərək əmək pensiyasının məbləği həmin tarixdən 785,63 (734,32+51,31) manat məbləğində müəyyən edilmişdir. Iddiaçının ## #### 2021-ci il tarixindən sonra növbəti dəfə işdən azad olunduğu ## ####### 2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4597,05 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı Qanunun 37.3.1- ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 95 aya bölünərək (4597,05:95 ay (65 il-63 il 1 ay=23 ay+72 ay (144 ay-72 ay)=48,39 manat həmin tarixədək mövcud olmuş əmək pensiyasının (785,63 manat) üzərinə əlavə edilərək əmək pensiyasının məbləği həmin tarixdən 834,02 (785,63+48,39) manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və 2023-cü il üzrə indeksləşdirmə nəzərə alınmaqla 1046,73 manat) müəyyən edilmişdir. Iddiaçının sonuncu dəfə işdən azad olunduğu ## ### 2023-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 190,08 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 88 aya bölünərək (190,08:88 ay (65 il-63 il 8 ay=16 ay+72 ay (144 ay-72 ay )=2,16 manat həmin tarixədək mövcud olmuş əmək pensiyasının (1046,73 manat) üzərinə əlavə edilərək əmək pensiyasının məbləği həmin tarixdən 1048,89 (1046,73+2,16) manat (2024-cü il üzrə indeksləşdirmə nəzərə alınmaqla 1166,37 manat) məbləğində müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Azərbaycan Respublikası Bakı Inzibati Məhkəməsinin # ###### 2023-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərarının icrası məqsəd i lə tərəfimizdən İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1166,37 manat məbləğində yenidən hesablanaraq məhkəmə qərarının icrası başa çatdırılmışdır. Bununla bağlı olaraq iddiaçıya ötən dövr üçün ümumilikdə ödənilməli olan 3034,80 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği ##.##.2024-##.##.2025-ci illər arasındakı dövr ərzində hissə-hissə (151,74 manat) iddiaçının əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Məlumat üçün bildiririk ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası # ###### 2025-ci il tarixindən hesablanmaqla 1260,83 manata, # ###### 2026- cı il tarixindən hesablanmaqla 1378,08 manata artırılmışdır. Göründüyü kimi müvafiq məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasının və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli Qərarı). Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 116-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı ** nömrəli ## ###### 2021-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, “IPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-İ, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Icranın “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. Inzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir.” Işin faktiki hallarına əsasən məhkəmə qərarı üzrə iddia tələbi qismən təmin edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” *-**-*/*-*-*****/**** nömrəli, #.##.2023-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalının, yəni 16719,79 manat pensiya sığorta kapitalının, pensiya ödənişlərinin sayına bölünərək, (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) yenidən hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, # ###### 2023-cü il tarixli qərarının icrası məqsədilə iddiaçının hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1166,37 manat məbləğində yenidən hesablanaraq məhkəmə qərarının icrası başa çatdırılıb. Həmçinin ona ötən dövr üzrə ödənilməli olan 3034,80 manat fərq məbləği müəyyən edilmiş, həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə ##.##.2024-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hər ay 151,74 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Qeyd olunanlardan aydındır ki, məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən tam icra edilib. Ona görə də birinci instansiya məhkəməsinin məcburi icra tədbirlərinin görülməsindən imtina edilməsinə dair qənaəti düzgündür. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-1940/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1940/2026
08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver