Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1955/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının “məhkəmə qərarının icra olunmamasına görə cavabdehin cərimə edilməsi” barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2020-ci il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı üzrə onun üzərinə qoyulmuş öhdəliklər cavabdeh tərəfindən icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, uzun müddət ötməsinə və qərarın qanuni qüvvəsini almasına baxmayaraq, vergi orqanı tərəfindən hər hansı tədbir görülməmiş və ya qərarın icrası həyata keçirilməmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qərarın icra edilməsi ilə bağlı məcburi icra tədbirlərinin görülməsinə dair ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilərək inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qərarın icra edilməsi ilə bağlı məcburi icra tədbirlərinin görülməsinə dair ərizə rədd edilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh orqanın vəzifəsi qərarı faktiki və tam şəkildə icra etməkdir. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadında qeyd etdiyi cavabdehin təqdim etdiyi hallara nəzərən bildirilir ki, cavabdeh orqanın xidməti məktub göndərməsi, digər struktur bölmələrə müraciət edilməsi və qərarın icra imkanlarının araşdırması hazırlıq xarakterli tədbirlərdir. Bu tədbirlər məhkəmə qərarının faktiki icrası hesab edilə bilməz. Dövlət orqanının daxili struktur bölmələri arasında yazışmaların aparılması, texniki və ya metodoloji çətinliklərin mövcudluğu məhkəmə qərarının icrasından yayınmaq üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsinin qərardadından aydın olur ki, məhkəmə əsasən cavabdehin nümayəndəsinin izahatına istinad etmişdir. Halbuki birinci instansiya məhkəməsi ləğv edilmiş vergi öhdəliyinin informasiya bazalarında çıxarılıbçıxarılmamasını araşdırmamış, yalnız cavabdehin izahatına istinad etməklə qərardad qəbul etmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən qərarın icrası üçün müəyyən daxili yazışmalar aparıldığı bildirilsə də, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq onun nəticələrinin faktiki təmin olunmaması qərarın icra edilmədiyini göstərir. Məcburi icra tədbirlərinin tətbiq edilməsinin məqsədi inzibati orqanı qərarı real olaraq icra etməyə məcbur etməkdir. Əgər orqan sadəcə yazışmalar aparmaqla kifayətlənir və qərarın nəticələri həyata keçirilmir, bu halda məcburi icra mexanizmlərinin tətbiqi üçün əsas yaranır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və iddiaçının vəkili ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iclasın iştirakı olmadan keçrilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğuldur. İddiaçı 2017ci ilin IV rübü üzrə 1.689.112,26 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini bəyan etmiş, cavabdeh həmin dövr üzrə apardığı kameral vergi yoxlaması ilə iddiaçının həmin tədiyyə üzrə vergi öhdəliyini 2.407,277,58 manat müəyyən etmiş və nəticədə 718.165,32 manat (2.407,277,58-1.689.112,26), yəni iddiaçı tərəfindən bəyan edilmiş məbləği nəzərə almaqla əlavə verginin hesablanmasına dair ##.##.2020-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. İddiaçı həmin qərarı mübahisələndirmiş və qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir (həmin iş üzrə kassasiya instansiyası məhkəməsi ##.##.2024-cü il tarixdə qərar qəbul etmişdir). Eyni zamanda, cavabdeh ##.##.2022-ci il tarixli qərarla iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirmiş və yoxlamanın nəticələrinə dair ##.##.2023-cü il tarixli **************** saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmişdir. Səyyar vergi yoxlaması zamanı cavabdeh iddiaçının 2017-ci ilin IV rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə vergi öhdəliyini 2.792.369,25 manat müəyyən etmiş və kameral yoxlama ilə müəyyən edilmiş məbləği (2.407,277,58) nəzərə almaqla, əlavə 385.091,67 manat vergi hesablamışdır. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsinin 2- *(***)****/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə ##.##.2023-cü il tarixli **************** saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla, digər hissədə ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin *- *(***)****/**** saylı ##.##.2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin *-*(***)****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilən kassasiya şikayəti hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatındadır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində isə həm kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği azaldılmamış, həmçinin də səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlər əlavə edilmişdir. İş materiallarında olan cavabdehin ##.##.2024-cü il tarixli məktubunun məzmunundan ehtimal etmək olur ki, cavabdeh kameral yoxlamadan sonra apardığı səyyar vergi yoxlamasının nəticələrinin iddiaçı tərəfindən ayrıca icraatda mübahisələndirilməsinə görə Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarını icra etmir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ##.##.2020-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış vergi borcunun 57840,75 manat hissəsi istisna olmaqla, faktiki silinməsidir və şəxsi hesab vərəqəsində belə bir silinmə həyata keçirilmədiyindən iddiaçı cavabdehin cərimələnməsini tələb edir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubu ilə iş üzrə ##.##.2022-ci il tarixli qərar qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdehə göndərilmiş və 30 gün müddətində qeyd edilən qərarın icrası barədə (şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsi və s.) məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. Eyni zamanda göstərilən müddət ərzində qərarın icrası təmin edilmədiyi və ya cavabdeh orqan tərəfindən hərəkətsizlik ediliyi təqdirdə cavabdeh barəsində İnzibati Prosessual Məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi birinci instansiya məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı MMC-nin (VÖEN: **********) iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-***/**** saylı qərarının icrası istiqamətində tədbirlər görülür, nəticəsi barədə əlavə məlumat təqdim ediləcəkdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş qərarın icrası barədə məktubunda qeyd edilmişdir ki, iddiaçı İddiaçı MMC (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı üzrə qanunamüvafiq tədbirlərin görülməsini təmin etmək məqsədilə ##.##.2024-cü il tarixli, **************** saylı xidməti məktublarla Baş İdarənin Bəyannamələr idarəsinə müraciət edilmişdir. Qərarın icrasının təmin edilməsi barədə xidməti məktuba Baş İdarənin Bəyannamələr idarəsində baxılmış və iddiaçı İddiaçı MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş bina tikintisi ilə məşğul olan şəxlərin sadələşdirilmiş vergi bəyannaməsinə səyyar qaydada münasibətin bildirildiyini nəzərə alınaraq həmin bəyannaməyə kameral qaydada münasibətin bildirilməsi mümkün olmadığını bildirilmişdir. Lakin, kameral vergi yoxlaması ilə hesablanan vergi məbləği ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qeyd edilən maddənin II hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Prossesual Məcəllənin 120.1-ci və 120.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir, icra olunmadıqda inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Həmin Məcəllənin 120.3-cü və 120.4-cü maddələrinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, qərarın icrası məqsədilə qanunamüvafiq tədbirlərin görülməsini təmin etmək üçün Bəyannamələr idarəsinə göstəriş verilməsi xahiş edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə görə məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli ** nömrəli Qərarı: ...25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər...
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər... İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı icraya yönəlsə də, hal-hazıradək icra olunmamışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin rəisi tərəfindən tərtib olunmuş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavininə ünvanlanmış məlumatın təqdim edilməsi haqqında xidməti məlumatda qeyd edilmişdir ki, Baş İdarənin Hüquq idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli **************** nömrəli məktuba Baş idarənin Bəyannamələr idarəsində baxılmışdır. Bildirilir ki, İddiaçı MMC-nin (VÖEN: **********) ilə bağlı eyni məzmunlu müraciətlərə Baş İdarənin Bəyannamələr və Səyyar vergi yoxlamaları idarələrində baxılmış və məsələyə müvafiq olaraq ##.##.2024-cü il tarixli 2419030013592000 və ##.##.2024-cü il tarixli **************** nömrəli məktublarla münasibət bildirilmişdir. Mübahisələndirilən 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş bina tikintisi ilə məşğul olan şəxlərin sadələşdirilmiş vergi bəyannaməsinə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ##.##.2022-ci il tarixli **************** nömrəli Qərarına əsasən İddiaçı MMC-də ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən keçirilən növbədənkənar səyyar vergi yoxlaması ilə səyyar qaydada münasibət bildirildiyi müəyyən edilmişdir. Qeyd edilənlərin nəzərə alınması və məlumatın aidiyyəti üzrə təqdim edilməsinə göstəriş verilməsi xahiş edilir. Kollegiya qeyd edir ki, birinci insansiya məhkəməsi qərardadda öz mövqeyini cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasından imtina etmədiyi, həmçinin hərəkətsizlik göstərmədiyi ilə əsaslandırsa da, həmin qərarın icra edilməməsinin səbəbləri, eyni zamanda qərarın icra olunması üçün göndərilmiş ##.##.2025-ci il tarixli məktub üzrə həmin tarixdən cavabdeh tərəfindən həyata keçirilmiş icra hərəkətləri barədə məlumat əldə edilmədən hazırkı qərardadı qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərarın icrası ilə bağlı təkrar hüquqi qiymətləndirmə aparılarkən, həmin tarixədək qərarın icra olunmaması halında, icranın həyata keçirilməməsinin səbəbləri dəqiq müəyyən edilməli, cavabdehin icranı yubatmaqda hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmalı, işin faktiki hallarına qanunvericiliyin icra ilə bağlı tələblərinə müvafiq hüquqi qiymət verilməklə, iddiaçının maraqlarının müdafiəsi və məhkəmə aktlarının icrasının təmin olunmasının aliliyi nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, məhz inzibati məhkəmələrin fəaliyyəti nəticəsində hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqanların fəaliyyəti hüquqi normalar vasitəsi ilə müəyyən çərçivəyə salınır, qanunsuz inzibati aktlar və faktiki xarakterli hərəkətlər maraqlı şəxslərin iddiası əsasında məhkəmə qaydasında ləğv olunur. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətinin təmin edilməsi son nəticədə dövlətin Konstitusiya ilə üzərinə götürdüyü öhdəliklərin reallaşdırılmasını təmin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməli olduğundan apellyasiya şikayəti ərizənin təmin edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.