Məhkəmə qərarları › İş №2-1(3-6)-1966/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1966/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1966/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi Cavabdeh Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Üçüncü şəxs üçüncü şəxs qismində cəlb olunmaqla) “mənzilə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 830-cu keçid, ** saylı (keçmiş yataqxana) evin, yaşayış sahəsi 24,0 kv.metr olan 2 otaqlı ** saylı mənzilinin adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Inzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Iş materiallarından müəyyən olunur ki, Bakı Inzibati Məhkəməsinin 2-1(112)- *****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı poçt vasitəsilə iddiaçı İddiaçı ##.##.2026-cı il tarixli göndəriş məktubu ilə göndərilmiş, ##.##.2026-cı il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına imza edilməklə qəbul edilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün ##.##.2026-cı il olduğu halda, ##.##.2026-cı il tarixdə poçt rabitə orqanına təqdim edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Işin hallarından göründüyü kimi barəsində apellyasiya şikayəti verilmiş qərar poçt vasitəsilə iddiaçı İddiaçı ##.##.2026-cı il tarixli göndəriş məktubu ilə göndərilmiş, ##.##.2026-cı il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına imza edilməklə qəbul edilmiş, müddətin axımı qanunvericilik normalarından aydın olduğu kimi həmin andan hesablanmağa başlanılmışdır. Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmiş və iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Iddiaçı tərəfindən məhkəməyə teleqram ünvanlanaraq hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə müqavilə bağlamaq səbəbilə məhkəmənin iclasının başqa bir vaxta təyin edilməsi xahiş edilmiş, lakin apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı, ötürülmüş müddətin bərpası ilə bağlı hər hansı bir vəsatət, sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı tərəfindən Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sonuncu –otuzuncu gün ##.##.2026-cı il tarix olduğu halda prosessual müddət ötürülməklə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti poçt rabitə orqanlarına təhvil verildiyindən sözügedən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar