Məhkəmə qərarları › İş №2-1(3-6)-1973/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1973/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1973/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “pensiyadan tutulmuş məbləğin geri qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) ##.##.1960-cı il təvəllüdlüdür və ##.##.2005ci il tarixdən sabiq hərbi qulluqçu kimi xidmət illərinə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdehin məktubunda qeyd edilmişdir ki, “... sizə ## ###### 2005-ci il tarixindən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilib. Əmək pensiyanızın işləyən pensiyaçı kimi fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə yenidən hesablanması üçün ## ###### 2022-ci il tarixində Mərkəzi Filiala müraciətiniz daxil olub. Bununla əlaqədar olaraq, sizə əmək.pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyiniz üçün Mərkəzi Filiala müraciət etdiyiniz ## ###### 2022-ci il tarixinədək işlədiyiniz müddət ərzində fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə əmək pensiyanız həmin tarixdən yenidən hesablanaraq 1736,44 manata (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla # ###### 2024-cü il tarixindən 2371,46 manat) artırılıb, həmçinin ötən dövr üzrə sizə ödəniiməli olan 7869,07 manat fərq məbləği müəyyən edilib. Həmin fərq məbləği ##.##.2024-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülüb. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyanız # ###### 2025-ci il tarixindən hesablanmaqla 2563,55 manat məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, müraciətinizlə əlaqədar əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada inventarlaşdırılaraq, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız dürüstləşdirilərik 2552,46 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirilmələr də nəzərə alınmaqla) məbləğində müəyyən olunub, həmçinin ötən dövr üzrə yenidən hesabianıb. Bundan başqa, işləməyən ərnək pensiyaçısı kateqoriyasına keçdiyiniz # ###### 2025-ci il tarixinədək işlədiyiniz müddət ərzində fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız nəzərə alınmaqla əmək pensiyanız həmin tarixdən yenidən hesablanaraq 2952,14 manata (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirilmələr də nəzərə alınmaqla) artırılıb. Nəticədə ötən dövr üzrə sizə ödənilməli olan 43,03 manat fərq məbləği müəyyən edilib. Əlavə olaraq bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Araşdırma zamanı sizə Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq ##.##.2011-##.##.2012-ci il tarixləri arasındakı dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə 704,00 manat məbləğində əsassız sosial müavinətin ödənildiyi aşkar olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsə hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, sizə artıq ödənilmiş 704,00 manat vəsaitdən ödənilməli olan 43,03 manat fərq məbləği çıxılaraq büdcəyə bərpa edilib. Qalan 660,97 (704,00- 43,03) manat vəsaitin 295,21 manatı 2025-ci ilin'dekabr ayında pensiyanızdan tutularaq büdcəyə bərpa edilib. Müraciətinizə əsasən əmək pensiyanızdan tutulma # ###### 2026-cı il tarixindən dayandırılıb. Qalıq artıq ödənilmiş 365,76 (660,97- 295,21) manat vəsaitin əmək pensiyanızdan hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur.....”.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasından tutulmuş məbləğin (612 manat 79 qəpik) ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

5. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikasının müdafiəsi uğrunda göstərdiyi xidmətlərə görə ## ###### 2005-ci il tarixindən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Pensiyaya çıxdıqdan sonra da əmək fəaliyyətini davam etdirmiş və qanunvericiliyə uyğun olaraq pensiya kapitalının toplanmasını təmin etmişdir. İddiaçı ## ###### 2022-ci il tarixində "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq, işləyən pensiyaçı kimi fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalına görə pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət etmişdir. Cavabdeh 2025-ci il dekabr ayında heç bir xəbərdarlıq etmədən razılığı alınmadan və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan onun pensiyasından 295,21 manat məbləğində ilk tutulmanı etmişdir. Bununla bağlı cavabdehə ünvanladığı ## ###### 2025-ci il tarixi müraciətə cavab olaraq göndərilən ## ###### 2026-cı il tarixli 3-17- */*-A-****/**** nömrəli məktubla cavabdeh bildirmişdir ki, müraciəti əsasında pensiyası artırılsa da, aparılmış daxili yoxlama zamanı ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövrdə (təxminən 14-19 il əvvəl) ona guya 704,00 manat məbləğində əsassız sosial müavinət (kommunal və nəqliyyat xidmətlərinə görə) ödənildiyi "aşkar edilmişdir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci ii tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6 - 6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd edilənlərə əsasən, “artıq ödənilmiş” 704,00 manat vəsaitdən ona ödənilməli olan 43,03 manat fərq məbləği çıxılmış, yerdə qalan 660,97 (704,00-43,03) manat vəsaitdən 295,21 manatı 2025-ci ilin dekabr ayında pensiyadan tutulmuşdur. Bundan sonra ## ###### 2026- cı il tarixli ərizəsi ilə bu tutulmalara qəti etirazını bildirmiş, sözügedən dövr üzrə hər hansı təqsirinin olmadığını və hətta 2007-ci ildən bəri veteranlıq statusuna görə pensiyasına əlavə edilməli olan aylıq 11 manatlıq sığorta əlavələrinin araşdırılmasını tələb etmişdir. Lakin, cavabdeh ## ###### 2026-cı il tarixli *-**-*/*-A-*****/**** nömrəli məktubu ilə bu arqumentləri rədd edərək, tutulmaların davam edəcəyini və borcun büdcəyə bərpa olunmalı olduğunu bildirmişdir. Daha sonra o, 16 və ## ###### 2026-cı il tarixində yenidən cavabdehə müraciət edərək pensiyasından növbəti dəfə 274,55 manat məbləğində vəsaitin tutulduğunu qeyd etmiş və bu qanunsuz hərəkətlərin dayandırılmasını tələb etmişdir. Həmçinin bu qanunsuz tutulmaların aparılmasına əsas olmuş qərarın ona rəsmi qaydada təqdim olunmasını tələb etmişdir. Sonuncu müraciətlərə cavab göndərilən məktubla cavabdeh 704,00 manat "borc"dan qalan hissənin (365,76 AZN) ona ödənilməli olan artım fərqindən (ödənilməli məbləğ 274.55 manat) birbaşa çıxıldığını və əlavə olaraq qalıq qalmış daha 91,21 manat vəsaitin tutulması üçün "yazılı razılıq" verilməsini tələb etmişdir. Hər müraciətində qanunsuz tutulmalar aparılan qərarın surətinin verilməsini tələb etsə də bu günə qədər həmin qərarın surəti rəsmi qaydada göndərilməmişdir. Hesab edir ki, cavabdehin pensiya məbləğindən tutulmalar edilməsi barədə qərarı qanunsuzdur və əsassızdır. Məhkəmə tərəfindən həmin qərar ləğv edilməli və qanunsuz olaraq tutulmuş pensiya məbləğinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınaraq ona qaytarılması barədə qərar qəbul edilməlidir. Tələbin əsaslandırıldığı hallar və baş vermiş pozuntular: İlk növbədə qeyd edilməlidir ki, cavabdeh əlverişli inzibati aktı (pensiya təyinatını) ləğv etməzdən və ya dəyişdirməzdən əvvəl "İnzibati icraat haqqında" Qanunun 31-ci və 35-ci maddələrinə uyğun olaraq müvafiq icraat aparmamış, dinlənilmə hüququnu və iştirakını təmin etməmişdir. ’’İnzibati icraat haqqında’’ Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına şəxslərin etimadı qanunla qorunur. 2007-2012-ci illər ərzində ödənilən hər bir vəsaitin qanunauyğun olduğuna inanmış, inzibati orqanın davranışını və qəbul etdiyi aktı düzgün hesab edərək ona etimad göstərmişdir. Həmin Qanunun 67.5-ci maddəsinə görə, maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı hallarda etimadın qorunması hüququ tanınır. Sözügedən 704 manat vəsait kiçik məbləğlərlə 14-19 il əvvəl ödənilmiş və gündəlik ehtiyaclar (ailə ehtiyacları) üçün çoxdan xərclənmişdir. Bu hallarda şəxsin etimad hüququ qanunla (İnzibati icraat haqqında Qanunun 13.1 və 67.5- ci maddələri) mütləq qorunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalıdır və bu səhvlər maraqlı şəxslərin (vətəndaşların) hesabına düzəldilməməlidir (Məsələn: Ali Məhkəmənin ##.##.2024-cü il tarixli 3 ulduzlu qərarı). Hesab edir ki, cavabdehin 14 il əvvəl yol verdiyi ehtimal olunan texniki səhvin nəticəsi onun üzərinə qoyula bilməz. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız onun ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 (bir) il ərzində ləğv edilə bilər. Cavabdeh illər əvvəlki ödənişləri 2026-cı ildə araşdıraraq ləğv etməklə bu imperativ müddəti kobud şəkildə pozmuşdur. Eyni zamanda “artıq ödənilmiş” məbləğlə bağlı qanunvericiliyin tələblərini qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi tutulma aparılmasının halları və qaydası müəyyən etmişdir. Belə ki, həmin maddəyə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı ohnadıqda məhkəmə qaydasında tutulur. Bildirmək istəyir ki, bununla bağlı hər hansı razılığı olmamış və ola da bilməz. Əksinə hazırkı iddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi bu tutulmaların qanunsuz aparılması ilə bağlı dəfələrlə cavabdehə rəsmi qaydada müraciətlər etmişdir. Göründüyü kimi, qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında (könüllü) və ya razılığı olmadıqda məhkəmə qaydasında (məcburi). Qanunvericilik hazırda cavabdehin qəbul etdiyi formada əmək pensiyasından tutulmalar aparılması ilə bağlı qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirmiş və yalnız əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədən kənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti vermişdir. İnzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Lakin, sadalanan halların heç biri mövcud olmamasına baxmayaraq cavabdeh asan yola baş vuraraq özü inzibati qaydada qərarla məsələni həll etmək istəmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehin səhv hesablama aparılıb dediyi hesablama da məhz elə cavabdeh inzibati orqanın məsul şəxsləri tərəfindən aparılmışdır. Belə ki, əgər hesablama zamanı hər hansı bir səhv mövcud olmuşsa, o zaman həmin məsuliyyəti o, deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Yəni, mübahisə predmeti olan məbləğ inzibati və ya intizam icraatı zamanı həmin şəxslərdən tutulmalıdır. Cavabdeh ona təyin olunmuş pensiya məbləğindən tutulmalar edilməsi barədə qərar qəbul edib. Lakin, həmin qərar təşəbbüs göstəriməyimə baxmayaraq təqdim edilməmişdir. Bu səbəbdən cavabdehdən pensiya məbləğindən tutulmalar aparılması barədə qərarın təsdiq olunmuş surətinin tələb olunmasını xahiş edir.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, “... iddiaçıya ## ###### 2005-ci il tarixindən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilib. Əmək pensiyasının işləyən pensiyaçı kimi fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə yenidən hesablanması üçün ## ###### 2022-ci il tarixində Mərkəzi Filiala müraciəti daxil olmuşdur. Bununla əlaqədar olaraq, ona əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi üçün Mərkəzi Filiala müraciət etdiyi ## ###### 2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 1736,44 manata (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla # ###### 2024-cü il tarixindən 2371,46 manat) artırılmış, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 7869,07 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləği ##.##.2024- ##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyası # ###### 2025-ci il tarixindən hesablanmaqla 2563,55 manat məbləğində müəyyən- edilmişdir. Eyni zamanda iddiaçının müraciəti ilə əlaqədar əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada inventarlaşdırılaraq, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı dürüstləşdirilərək 2552,46 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü, 2024-cü və 2025-ci illər üzrə indeksləşdirilmələr də nəzərə alınmaqla) məbləğində müəyyən olunmuş, həmçinin, ötən dövr üzrə yenidən hesablanmışdır. Bundan başqa, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi # ###### 2025-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 2952,14 manata artırılmışdır. Nəticədə ötən dövr üzrə ona ödənilməli olan 43,03 manat fərq məbləği müəyyən edilmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Araşdırma zamanı iddiaçıya Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə 704,00 manat məbləğində əsassız sosial müavinətin ödənildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6- cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, ona artıq ödənilmiş 704,00 manat vəsaitdən ödənilməli olan 43,03 manat fərq məbləği çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 660,97 (704,00- 43,03) manat vəsaitin 295,21 manatı 2025-ci ilin dekabr ayında pensiyadan tutularaq büdcəyə bərpa edilmiş, iddiaçının müraciətinə əsasən əmək pensiyasından tutulma # ###### 2026-cı il tarixindən dayandırılmışdır. Qalıq artıq ödənilmiş vəsait 365,76 (660,97- 295,21) manat təşkil etmişdir. Əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası # ###### 2026-cı il tarixindən isə 3226,69 manata artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 274,55 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği ona qalıq artıq ödənilmiş 365,76 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 91,21 manat vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün iddiaçının yazılı razılığını mümkün qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunsa da, gəlməmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli, *** nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli, **** nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsasnaməsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin, o cümlədən hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, seçkili vəzifəli şəxslərin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikası Hesablama Palatası üzvlərinin, ağır, zərərli sahələrdə işləyən və bu kateqoriyaya aid digər şəxslərin güzəştli şərtlərlə əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə dəyişdirilməsini təmin etmək Filialın vəzifələrinə aid edilmişdir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2-1(102)- ****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata, keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Əvəzləşdirilmiş pul məbləğinə gəldikdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6- cı bəndində qeyd edilmişdir ki, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunvericinin müvafiq müddəada Qanunun iki maddəsinə istinad etməsinin məqsədi müvafiq maddələrin ilkin cümləsinin oxşarlığı - yəni əvəzləşmənin üç il üçün nəzərdə tutulmasını diqqətə çatdırmaqdan ötrüdür. Beləliklə razılıq əldə edilməsinə dair hər hansı normativ əsas olmadığından cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiyanın keçmiş dövr üzrə ödənilməli olan vəsaitlə artıqödənilmiş sosial müavinətin əvəzləşdirilməsini də aparmışdır. Göründüyü kimi, iddiaçıya əmək pensiyası ödənildiyi dövrdə sosial müavinətin ödənildiyi müəyyən edilmiş və nəticədə, 704 manat məbləğində artıqödəmə müəyyən edilmişdir. İnzibati orqan isə qanunla ona verilmiş imkandan istifadə edərək sosial ədalətin təmin edilməsi məqsədilə həmin məbləği müəyyən hissədə dövlət büdcəsinə bərpa etməklə yol verilmiş səhvi aradan qaldırmışdır. Odur ki, cavabdehin artıq və əksik ödəmələr nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, artıq ödənişlə bağlı əvəzləşdirmə aparması qanuni və əsaslıdır...

8. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya ##.##.2005-ci il tarixdən hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.

10. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdeh iddiaçının pensiyasından tutulmalar aparmışdır.

11. Cavabdeh bunu onunla əsaslandırır ki, iddiaçıya əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə 704,00 manat məbləğində əsassız sosial müavinətin ödənildiyi aşkar olunmuşdur.

12. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı, onun pensiyasından tutulmuş məbləğlərin ona geri qaytarılmasına yönəlmişdir.

13. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş məbləğin pensiyasından tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır.

14. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi.

15. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçıya ## ###### 2005-ci il tarixindən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilib. Əmək pensiyasının işləyən pensiyaçı kimi fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə yenidən hesablanması üçün ## ###### 2022-ci il tarixində Mərkəzi Filiala müraciəti daxil olmuşdur. Bununla əlaqədar olaraq, ona əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi üçün Mərkəzi Filiala müraciət etdiyi ## ###### 2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 1736,44 manata (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla # ###### 2024-cü il tarixindən 2371,46 manat) artırılmış, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 7869,07 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləği ##.##.2024- ##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyası # ###### 2025-ci il tarixindən hesablanmaqla 2563,55 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda bildirirlər ki, iddiaçının müraciəti ilə əlaqədar əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada inventarlaşdırılaraq, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı dürüstləşdirilərək 2552,46 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü, 2024-cü və 2025-ci illər üzrə indeksləşdirilmələr də nəzərə alınmaqla) məbləğində müəyyən olunmuş, həmçinin ötən dövr üzrə yenidən hesablanmışdır. Bundan başqa, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi # ###### 2025-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 2952,14 manata artırılmışdır. Nəticədə ötən dövr üzrə ona ödənilməli olan 43,03 manat fərq məbləği müəyyən edilmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilmişdir. Araşdırma zamanı iddiaçıya Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq ##.##.2007-##.##.2012ci il tarixləri arasındakı dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə 704,00 manat məbləğində əsassız sosial müavinətin ödənildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, ona artıq ödənilmiş 704,00 manat vəsaitdən ödənilməli olan 43,03 manat fərq məbləği çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 660,97 (704,00-43,03) manat vəsaitin 295,21 manatı 2025-ci ilin dekabr ayında pensiyadan tutularaq büdcəyə bərpa edilmiş, iddiaçının müraciətinə əsasən əmək pensiyasından tutulma # ###### 2026-cı il tarixindən dayandırılmışdır. Qalıq artıq ödənilmiş vəsait 365,76 (660,97-295,21) manat təşkil etmişdir. Əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası # ###### 2026-cı il tarixindən isə 3226,69 manata artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 274,55 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği ona qalıq artıq ödənilmiş 365,76 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 91,21 manat vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün iddiaçının yazılı razılığını mümkün qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunsa da, gəlməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə iddia ərizəsinin məzmununa uyğun yazılı etiraz daxil olmuşdur.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. “Əmək pensiyaları haqqında” Qanunun: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla).

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya ##.##.2005-ci il tarixdən hərbi qulluqçu kimi xidmət illərinə əmək pensiyası təyin edilmişdir.

28. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdeh iddiaçının pensiyasından tutulmalar aparmışdır.

29. Cavabdeh bunun onunla əsaslandırır ki, iddiaçıya əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə 704,00 manat məbləğində əsassız sosial müavinətin ödənildiyi aşkar olunmuşdur.

30. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı, onun pensiyasından tutulmuş məbləğlərin ona geri qaytarılmasına yönəlmişdir.

31. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş məbləğin pensiyasından tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır.

32. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi.

33. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur.

34. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin həmin şəxsin üzərinə qoyulması demək olardı.

35. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasından tutulma aparması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

36. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkməsinin İnzibati Kollegiyasının 2- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2- *(***)-***/**** saylı, xx.xx.2024-cü il tarixli, *-*(***)-****/**** saylı, xx.xx.2023-cü il tarixli *-*(***)-***/**** saylı, xx.xx.2023-cü il tarixli; *-*(***)-****/**** saylı, xx.xx.2022-ci il tarixli, *-*(***)-*/**** saylı, xx.xx.2023-cü il tarixli, *-*(***)-***/**** saylı, xx.xx.2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur”.

37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.

38. Bununla bərabər məhkəmə Kollegiyası bir daha qeyd edir kİ, “Əmək pensiyaları haqqında” Qanunun 39.1.-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

39. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar