Məhkəmə qərarları › İş №2-1(3-6)-1983/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1983/2026

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1983/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-A-*****/**** nömrəli qərarının ləğv edilməsi və iddiaçının əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-A*****/**** nömrəli qərarının ləğv edilməsi və iddiaçının əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Iddiaçı İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti qərardadın elan olunduğu gündən 10 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Müəyyən edildi ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının çıxarıldığı zaman iddiaçı İddiaçı "Elektron məhkəmə" informasiya sistemində elektron kabineti olmamış və qərardad ona elektron qaydada çatdırılmamışdır. Işdə qərardadın ona bilavasitə təqdim olunması barədə qəbz də yoxdur. Lakin o, öz apellyasiya şikayətində qərardadı ##.##.2026-cı ildə aldığını bildirmişdir. Iddiaçı qərardaddan apellyasiya şikayətini ##.##.2026cı ildə vermişdir. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətini qərardadı aldığı ##.##.2026-cı ildən başlayaraq 10 gün müddətində, yəni ##.##.2026-cı ildən gec olmayaraq verə biləcəyi halda, ##.##.2026-cı ildə vermiş və qanunla nəzərdə tutulan prosessual müddəti buraxmışdır. Bu hal apellyasiyanın mümkün sayılmaması üçün əsas hesab edilir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə bu hal iddiaçının diqqətinə çatdırılmış, iddiaçıya izah edilmişdir ki, göstərilən prosessual müddət onun təqsiri olmadan buraxılmışdırsa, Bakı Apellyasiya Məhkəməsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və həmin ərizəyə prosessual müddətin buraxılmasında təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Eyni zamanda, apellyasiyanın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin edilərək məhkəmənin məktubuna həmin vaxtadək yazılı cavab verməsi və məhkəmə iclasında iştirak etməsi iddiaçıya təklif edilmişdir. Iddiaçı məhkəməyə göndərdiyi yazılı çıxışda birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş edərək bu xahişini həmin qərarın qanunsuz olması ilə ətraflı şəkildə əsaslandırsa da, Bakı Apellyasiya Məhkəməsinin məktubuna və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə münasibət bildirməmişdir. Iddiaçı İddiaçı apellyasiyanın mümkünlüyünün yoxlanılması ilə bağlı təyin edilmiş məhkəmə iclasına da gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar