Məhkəmə qərarları › İş №2-1(3-6)-201/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-201/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-201/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi “Hacı Camalxan” X1 ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2010-cu il tarixli, *****-SKMF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə təmin edilmiş öhdəlik ipoteka qoyan olaraq tərəfindən tam təmin edildiyinə görə “xxxx” ASC iflas proseduru çərçivəsində ləğvetməyə məruz qalmamışdan əvvəl ipoteka yüklülüyündən azad edilmiş və “xxxx” ASC-nin İdarə heyətinin sədri tərəfindən Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış ##.##.2015-ci il tarixli, **-pMD/**** nömrəli məktubda “xxxx” ASC-nin Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini girovdan azad etdiyini göstərmişdir. Xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanovrayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin girovdan (ipotekadan) azad edilməsi üçün Nərimanov İcra Şöbəsi tərəfindən 17/69№****-** nömrəli, ##.##.2015-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə müraciət olunmuşdur. Sözügedən məktubda göstərilənlərlə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nərimanov rayon İcra Şöbəsinə ünvanlanan ##.##.2015-ci il tarixli, ************ nömrəli məktubda Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərindən qadağanın götürüldüyü göstərilmişdir. Sözügedən Xidmət tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərindən qadağanın götürüldüyü bildirilsə də, faktiki olaraq “xxxx” ASC tərəfindən Nərimanov rayon İcra Şöbəsi vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş 17/69№****-** nömrəli, ##.##.2015-ci il tarixli məktubda göstərilənlərə əsasən xüsusi mülkiyyətdə olan Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi girovdan (ipotekdan) azad olunmamışdır. Halbuki, Nərimanov rayon İcra Şöbəsinin 17/69№****-** nömrəli, ##.##.2015-ci il tarixli məktubuna qoşma ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş “xxxx” ASC-nin ##.##.2015-ci il tarixli, 05pMD/**** nömrəli məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekaya “İpoteka haqqında” Qanunun 48-ci maddəsinin tələblərinə əsasən ipotekaya xitam verilməli olmuşdur. Bu hal aşkar edildikdən dərhal sonra ##.##.2025-ci il tarixli məktubla cavabdeh1 PHŞ-yə müraciət olunaraq Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 17/69№****-** nömrəli, ##.##.2015-ci il tarixli məktubuna qoşma ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş “xxxx” ASCnin ##.##.2015-ci il tarixli, **pMD/**** nömrəli məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsinin təmin olunması xahiş olunmuşdur. Lakin keçən müddət ərzində yuxarıda göstərilən xüsusi mülkiyyəti üzərində olan ipoteka qeydiyyatı ləğv edilməməklə yanaşı ##.##.2025-ci il tarixli məktubun bu və digər formada cavablandırılması təmin olunmamışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul etməklə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin yuxarı orqanı olan cavabdeh1 PHŞ-yə ünvanladığı ##.##.2025-ci il tarixli məktub PHŞ-nin rəhbərliyi tərəfindən baxılması üçün * saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə cavabdeh1 PHŞ-yə ünvanladığı məktub nə həmin PHŞ, nə də onun tabeliyində olan * saylı Bakı Ərazi İdarəsi tərəfindən cavablandırılmamışdır ki, bu hal da yuxarı göstərilən iddia ilə məhkəməyə müraciət etməyə əsas yaratmışdır. Apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi hüquq varisi cavabdeh1 ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı v\ cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi ##.##.2012-ci il tarixli müraciətə əsasən “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür, ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı müraciət daxil olmamışdır. “xxxx” ASC-nin ##.##.2013-cü il tarixli müraciətinə əsasən sözügedən əmlaka dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ## #### 2026cı il tarixli məktubu ilə, Ağa Nemətulla küçəsi 80 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair ipotekanın dövlət qeydiyyatının ləğvi barədə müraciətə dair sənədlər və ona verilmiş cavab məktubunun surətləri məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə müraciət etməmişdir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Birinci instansiya məhkəməsi iddiaçının müvafiq tələblə bağlı cavabdehə müraciət etməməsini qeyd etsə də, bununla bağlı iddiaçıya hüquqi yardım etməmiş, həmin müraciətin mövcudluğunu cavabdehdən aydınlaşdırmamışdır. Halbuki apellyasiya icraatı zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli məktubu ilə, Ağa Nemətulla küçəsi 80 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair ipotekanın dövlət qeydiyyatının ləğvi barədə müraciətə dair sənədlər və ona verilmiş cavab məktubunun surətləri məhkəməyə təqdim edilmişdir. Belə olan halda, iddiaçının bilavasitə cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi və ya onun müraciətinin cavabdeh1 tərəfindən tabeliyində olan * saylı Bakı Ərazi İdarəsinə göndərməsi vəziyyəti dəyişmir. Çünki nəticə etibarilə cavabdeh * saylı Bakı Ərazi İdarəsinə müraciət daxil olmuş, baxılmış və cavablandırılmışdır. O da qeyd edilməlidir ki, hazırkı işlər üzrə artıq cavabdeh qismində * saylı Bakı Ərazi İdarəsi deyil, onun tabe olduğu qurum olan və məhz iddiaçının müraciət etdiyi cavabdeh1 çıxış edir. Bu səbəbdən apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi hüquq varisi cavabdeh1 ilə əvəz edilmişdir. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin qiymətləndirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12.1-ci maddəsindən irəli gələn mümkünlüyə dair işin hallarının araşdırılması ilə bağlı vəzifəsini düzgün icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanlara, əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ləğv edilərək, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar