Məhkəmə qərarları › İş №2-1(3-6)-2011/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2011/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2011/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X6 (sədrlik edən və məruzəçi), X9 və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçılar iddiaçı2 və iddiaçı1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı Regional Qazın Satış Departamentinə qarşı “Xətai rayonu, Elektrotok qəsəbəsi, Kazımağa Kərimov 15 hazır ki, X3 eyni cərgədə olan mənzil sahibi şəhid atası iddiaçı3, mənzil sahibi X1, hər iki müharibə iştirakçısı 2- ci qrup əlil iddiaçı1 məxsus eyni cərgədə olan hər üç imtiyazlı şəxs kimi qanunvericiliyin tələblərinə uyğun olaraq qaz xəttinin çəkilməsi və smart tipli qaz sayğacanın quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar şəhid atası, iddiaçı3, şəhid atası iddiaçı2, 2-ci Qarabağ əlili iddiaçı1, ərizə ilə İctimai Birliyimizə müraciət edərək bildirmişdilər ki, onların sosial yaşayış rifahına aşağı vəziyətdədir, belə ki, Xətai rayonu, Kazımağa Kərimov 15 C ünvanında yeni ünvan adlanan ( X3) ünvanında bir sırada yanyana mənzillərdə hazırkı vəziyyətdə hər üç evdə qaz sayqacları quraşdırılmamışdır, bu isə imtiyazlı şəxslərin yaşayış səviyəsinin pisləşməsinə şərait yaradır. Şəhid Atası ailə üzvləri ilə birgə statusa malik olan, iddiaçı3, övladı Şəhid Palkovnik- R Babək iddiaçı3 oğlu, Şəhidlik zirvəsinə ucalaraq. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Füzuli,Cəbrayıl, Vətən uğrunda Medalları ilə Azərbaycan Respublikası Bayrağı ordeninə laiq görülmüşdür. iddiaçı1, hər iki müharibənin iştirakçısıdır. 2-ci qrup Qarabağ əlilidir. Azərbaycan Respublikası Şəhid Ailələri Əlilləri və X10 İctimai Birliyin 1997-ci ildən Xətai rayon Şöbəsinin Sədri, 2006-cı ildən Sədrin hüquq işləri üzrə müavini, 2018-ci ildən Baş İdarə Sədri işləyir. Doğulduğum Zəngilan rayonunda torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etməyə başladı. 1-ci Qarabağ Müharibəsində 1991-1994 cü illər may ayının 12-nə qədər ( atəşkəsə elan olunana qədər) Azərbaycan Respublikasının ərazi bütövlüyüynün suverenliyinin,müstəqilliyinin və konstitusiya aktı uğrunda Qarabağ ərazisində gedən ağır döyüşlərdə fədakarcasına iştirak etmişdir. Məlum olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Fizuli rayonlarının müdafiəsi zamanı gedən ağır döyüşlərdə 7 dəfə yaralanmış güllə və qəlpə yarası almışdır. Demək olar ki, sağlamlığını itirmişdir. Ona yetrilən həmin xəsarətlərin ağırlığ dərəcəsinə görə 2-ci qrup Qarabağ müharibəsinin əlilidir. ##.##.2020-ci il tarixində başlamış 2-ci Qarabağ Müharibəsinin adlanan 44 günlük Vətən Müharibəsində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında laiqincə iştirak etmişdir. Buna görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Laçın, Qubadlı, Zəngilan rayonlarının azad olunmasına görə İgidliyə görə, Vətən müharibəsi iştirakçısına görə medallarla təltif olunmuşdur. Hal-hazırda Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X11 İctimai Birliyin Sədri kimi Şəhid Ailələri, Əlilləri və X11 üçün əlindən gələni edir. Hal- hazırda Bakı Şəhəri Xətai rayon Kazımağa Kərimov (X3 küçəsi 15 ünvanında bir cərigədə 3 yaşayış evi mövcudur.Bunlardan biri X4 atası Şəhid ailəsi iddiaçı3 məxsus yaşayış ev hazırda qazsızdı, “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməyinə baxmayaraq hazırkı vəziyyətə qədər Bakı şəhərində yaşadığı Elektrotok qəsəbəsində 60 minə (altmış) yaxın yaşayan sakinlərin arasında fərqli olaraq imtiyazlı şəxs kimi qaz təchizatına məhrum edilmiş şəxs kimi “Azəriqaz” İB-nin şəxsi qərəzliyi nəticəsində Qaz təminatı təmin edilməmişdir. Eyni ilə həmin küçədə bir cərgədə şəhid atası X1 ailəsi “Azəriqaz” İB-nə müraciət etməsinə baxmayaraq Xətai rayon Kazımağa Kərimov küçəsində ( hazır ki, X3 küçəsi) beş ilə yaxındır evi qazsız şəraitdə sosial rifahı aşağı səviyyədə yaşayış tərzini davam etdirir. Bir küçədə eyni cərgədə olan iki Şəhid ailəsi və 1-2-ci Qarabağ Müharibəsininin iştirakçısı və qazisi iddiaçı1 ailəsi və yaşayış tərzi bu günə qədər qaz təchizatı olmadan davam etdirilir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçılar iddiaçı2 və iddiaçı1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə Kollegiyasının iclasında digər tərəflər iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıların tələbi qaz xəttinin çəkilməsi və smart tipli qaz sayğacanın quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, № * Qərarı: 14- cü bənd:“Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. ..... 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında olan hazırkı mübahisəyə mülki məhkəmə icraatında baxılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarının 11ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən hesab edir ki,birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin əsaslara yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Həmçinin, iddiaçıya izah olunur ki, tərəflər arasında yaranmış mübahisənin mülki məhkəmə icraatında həlli üçün ümumi məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar