Məhkəmə qərarları › İş №2-1(3-6)-2014/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2014/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2014/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” X1ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ##.##.2020-ci il tarixli ***** №-li “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon idarəsinin rəisinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnozu - Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit pıçıltı nitqinin sol qulaqda eşitmoməsi, sağ qulaqda 5 (beş) metr məsafədən, Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması silkələnməsindən və postravmatik diskogen lumbalgiyadan sonrakı vəziyyət. Şəraitlə əlaqəli dissosiativ təzahürlər. Mərkəzi hərbi həkim komissiyasının qərarı: “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi “təsdiq olunur”.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının İddiaçı001 nömrəli, ##.##.2021-ci il tarixli qərarına əsasən, İddiaçı 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Səbəb – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının *-**- */*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Tam reabilitasiya olması barədə qərar və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

4. ##.##.2024-cü il tarixli ***** №-li “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon idarəsinin rəisinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Mərkəzi hərbi həkim komissiyasının qərarı: Diaqnoz: 90.5, G90, G93 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. F 07.0 Baş beynin üzvi zədələnməsi nəticəsində orta dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları ilə, eşitmə qabiliyyətinin ciddi enməsi, hərəkin məhdudluğu ilə. T 70.0, H 93.3, H 90.3 Barotravma (##.##.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 2 (iki) metr məsafədən eşitməsi. “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Diaqnoz: M 51.1 Davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki posttravmatik diskogen mənşəli bel-oma radikuliti. M 42 Onurğanın döş və bel nahiyəsinin ilkin mərhələ osteoxondrozu. E 46 Zəif qidalanma BÇİ 18.0. H 52.0 Hər iki gözün hipermetropiyası Hm 0,75 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” “Ümumi xəstəlikdir” səbəb əlaqəsi “təsdiq olunur”.

5. Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş N********URM №-li, ##.##.2024-cü il tarixli Forma 88 haqqında göndərişdən görünür ki, İddiaçı diaqnozu aşağıdakılardır: - Əsas diaqnoz – T90.5. Kəllədaxili travmaların nəticələri, Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə -beyin travması. Səbəb – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi – F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyinin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi pisxi və davranış pozulmaları eşitmə qabiliyyətinin ciddi enməsi, hərəki məhdudluğu ilə. - T90.5 Kəllədaxili travmaların nəticələri, Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə -beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən paosttravmatik ensefalopatiya. Baş beyinin araxnoidal kistası. Diskogen bel radikulopatiya. Yerişin çətinləşməsi - H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli koxlear nevrit. İki tərəfli neyrosensor ağır eşitmə Sol qulaqda IV dərəcə, sağ qulaqda III dərəcə - Ağırlaşması - Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyinin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi pisxi və davranış pozulmaları eşitmə qabiliyyətinin ciddi enməsi, hərəki məhdudluğu ilə”dir. XBT 10 kodu – F07.0-dır. Səbəb isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsidir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının İddiaçı0003 nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən, İddiaçı ##.##.2024-cü il tarixdən müddətsiz Ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

7. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli ilə bağlı iş üzrə üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1ə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. Əsas diaqnoz kimi göstərilmiş: “kəllədaxili travma, partlayış travması, barotravma, keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən və postravmatik diskogen lumbalgiyadan sonrakı vəziyyət,postkontuzion sindrom, şəraitlə əlaqəli dissosiativ təzahürlər, ağırlaşma H93.3, eşitmə sinirinin xəstəlikləri, barotravmadan sonrakı vəziyyət, sol tərəfli koxlear nevrit, eşitmənin İ dərəcə zəifləməsi ilə, ağırlaşma F48.0 nevrasteniya, yuxu pozğunluğu “ aşkar edilirmi?

2. “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları” diaqnozu 2020-ci ildə müharibə zamanı aldığı kəllə-beyin travması ilə səbəbli əlaqəsi varmı?

3. “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları” diaqnozu 2020-ci ildə müharibə zamanı alınmış kəllə-beyin travmasının ağırlaşması hesab oluna bilərmi?

4. 1-ci bənddə (088 Göndərişdə əsas diaqnoz kimi) göstərilmiş xəstəliklərdən müalicəsi nəticəsində İddiaçı reabilitasiyası mümkündürmü?

5. Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu?

6. “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları” diaqnozu AR Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur ?

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1in Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının ##.##.2025- ci il tarixli **** saylı eksert rəyindən görünür ki, İddiaçı Baş beynin üzvi zədələnməsi nəticəsində (Qarabağ uğrunda döyüşlər zamanı aldığı qapalı kəllə-beyin travması) davamlı şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları ilə (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodlar- F07.0) müəyyən edilir. Göstərilən diaqnozlu psixi pozuntunun İddiaçı 2020- ci ildə müharibə zamanı aldığı kəllə-beyin travması ilə səbəbli əlaqəsi vardır. “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları” diaqnozlu psixi pozuntunun İddiaçı 2020-ci ildə müharibə zamanı alınmış olduğu kəllə-beyin travmasının nəticəsində yarandığı hesab edilir. Qərarda qoyulmuş digər suallara cavab olaraq ekspert komissiyasının üzvləri bildirir ki, qoyulmuş suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün onların cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, belə ki, aparılan psixiatrik müayinə nəticəsində şəxsin psixi vəziyyəti və hazırda onda aşkar edilən psixi xəstəliyin, yaxud psixi pozuntunun diaqnozu tərtib edilmiş rəydə əks olunur. Reabilitasiya məsələləri, xəstəliyin yaxud psixi pozuntu nəticəsində əlilliyin təyin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** saylı qərarı ilə əlilliyin təyin olunması meyarları əsasında qiymətləndirilməsi “xxxx” X1 səlahiyyətlərinə aiddir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli qərarla təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək, cavabdehin üzərinə əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi qeyd olunması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin ######## ##-da ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar könüllü olaraq hərbi xidmətə getmiş, N saylı Hərbi Hissədə qeydiyyata götürülmüş, hərbi xidmətini həmin hərbi hissənin 4-cü tabor 12cü bölükdə keçmişdir. ## ####### 2020-ci il tarixdə Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Barotravma, kəllə beyin travması” diaqnozu ilə döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2020-ci il tarixli Qərarına əsasən canlı şəxsin müayinəsi nəticəsinə görə iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə, partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən və postravmatik diskogen lumbalgiyadan sonrakı vəziyyət, şəraitlə əlaqəli dissoativ təzahürlər. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, müşaiyətçiyə zərurəti yoxdur”. ## ### 2021 -ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mənə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 illik 3-cü dərəcəli müharibə əlilliyi təyin edilmişdir. Əlilliyinin məhdudluq müddətinin bitməsinə 2 il qalmış (yəni təyin edilmiş 5 il müddət keçməmiş, vaxtından əvvəl) 2024cü ilin iyul ayında məni yenidən (səbəbi mənə məlum deyil) müayinədən keçirib, əlilliyin ləğv olunması, yəni müharibə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb olaraq, “tam reabilitasiya olması, ümumi xəstəlik səbəbi ilə əlaqədar əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülməsi” qeyd edilmişdir. İmtina məktubunda diaqnoz olaraq: "partlayış travması, barotravma, kəllədaxili travma, keçirilmiş kəllə-beyin travması, baş-beyin silkələnmsindən bə postravmatik diskogen lumbalgiyadan sonrakı vəziyyət” göstərilmişdir. Bundan sonra, Goranboy RHK-nin göndərişinə əsasən 2024-cü ilin noyabr ayında iddiaçı yenidən müayinədən keçdi və düşündü ki, iddiaçının döyüş zamanı aldığı xəsarətlər nəticəsində vəziyyətinin daha da ağırlaşmasını nəzərə alaraq, əlilliyini bərpa edəcəklər. Lakin, əksinə, əlilliyini bərpa etmək əvəzinə ##.##.2024-cü il tarixdə “ümumi xəstəlik” səbəbi ilə 3-cü dərəcəli əlillik təyin ediblər. ## ###### 2025-ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yazılı şəkildə ərizə ilə müraciət edərək, əlilliyin səbəbinin dəyişdirilməsi və ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsini xahiş etdi. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ərizəni təin etməmişdir və məktubda göstərmişdir ki, “dövlət tibb müəssisəsinin göndərişi və müraciətinizə əsasən ##.##.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyiniz şəhadətnamədə göstərilən səbəb və diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015 ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na uyğun olaraq, xüsusi səbəbdən tam reabilitasiya olmağınız və yanaşı xəstəliyiniz ümumi xəstəlikdən olan əlillik təyinatının aparılmasına əsas verdiyindən ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir.” Göründüyü kimi, cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müraciətimə formal yanaşmaqla heç bir hüquqi əsas olmadan, araşdırmadan ərizəni təmin etməkdən imtina etmişdir. Belə ki, ##.##.2020-ci il tarixli AR MN Mərkəzi Hərbi Həkim Poliklinikasının Hərbi Həkim Komissiyasının qərarına görə aldığı xəsarətlər - “barotravma, iki tərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi” qeyd edilmişdir. ##.##.2024-cü il tarixli AR MN Mərkəzi Hərbi Həkim Poliklinikasının Hərbi Həkim Komissiyasının görə aldığını xəsarətlər nəticəsində - partlayış travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik sindromu ilə təzahür edən postravmatik ensefalopatiya, baş-beyin üzvü zədələnməsi nəticəsində orta dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları ilə, eşitmə qabiliyyətinin ciddi enməsi, barotravma (##.##.2020), ikitərəfli koxlear nevrit, nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 2(iki) mert məsafədən eşitməsi” qeyd edilmişdir. Göründüyü kimi, müharibə dövründə aldığım xəsarətlər nəticəsində səhhətimdə daha da ağırlaşmalara baxmayaraq, bu ağırlaşmaların Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi dövründə aldığım xəsarətlərlə səbəbli əlaqəsi nərəzə alınmamışdır və əlilliyin səbəbi “ümumi xəstəlik” səbəb əlaqəsi ilə göstərilmişdir. Halbuki, yuxarıda sadalanan diaqnozlarla səhhətində ciddi ağırlaşmalar açıq-aşkar görünür.İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsinin xahiş etmişdir.

11. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin *******AAJJ* nömrəli ##.##.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9.-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaş *-**-*/*-V-*****/**** nömrəli bildiriş əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2020- ci il tarixli ***** nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçiltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən və postravmatik diskogen lumbalgiyadan sonrakı vəziyyət. Şəraitlə əlaqəli dissosiativ təzahürlər” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına təkərli oturacaqda daxil olmuş, eşitmə zəifliyindən, aşağı ətraflarda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2020-ci ildə barotravma, kəllə-beyin travması aldığını, Bexterev xəstəliyindən əziyyət çəkdiyini, 6 (altı) aydır yeriyə bilmədiyini, evdə volker ilə hərəkət etdiyini, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını qeyd etmişdir. Müayinə zamanı vətəndaş ~2 m məsafədən əyləşərək, verilən suallara sakit tonla cavablamış, sağ qulaqda eşitmə cihazı müşahidə edilmiş, instrumental müayinə nəticəsinə və klinik əlamətlərə əsasən zəif eşitmə təsdiqlənməmişdir. Vətəndaş arabadan qalxarkən çətinlik çəkmiş, bütün oynaqlarının yığıldığını bildirərək ayaqüstə dayana bilməmişdir. Nevroloji statusunda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, vətər və sümüküstü reflekslər canlı alınmış D=S, patoloji reflekslər aşkarlanmamış, əzələ gücü 5/5 bal dəyərləndirilmiş, əzələ tonusu norma daxilində olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Təqdim edilmiş rentgen müayinə nəticəsinə əsasən Bexterev xəstəliyi təsdiqlənmiş, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Respublika Klinik Xəstəxanasının ##.##.2024- ##.##.2024-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Xroniki posttravmatik baş ağrısı. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən posttravmatik diskogen lumbalgiyadan sonraki vəziyyət. Posttravmatik ensefalopatiya. Daimi kökcük ağrıları ilə. Üzvi mənşəli koqnitiv funksiyaların enməsi. Qaraciyər sirrozu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 ##.##.2024-cü il tarixli Bel-oma fəqərələrin MRT müayinəsinin nəticəsi “Hər iki sakroiliak oynaqda daralma, minimal sümük iliyi ödemi, oynaq səthləri nahamardır, skleroz, Romanaus lezyonları və lateral faset oynaqlarında hipertrofik degenerativ dəyişiklər (Bexterev xəstəliyi yönündə araşdırılması məsləhətdir). L4-L5 diskdə dural kisəni sıxan 3 mm ölçüsündə geniş əsaslı arxa-mərkəzi protruziya. L5- S1 diskdə dural kisəni sıxan 3 mm ölçüsündə geniş əsaslı arxamərkəzi protruziya” kimi qeyd olunmuşdur. Goranboy Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024- ##.##.2024-cü il tarixli *** nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi (2020). Posttravmatik diskogen lumbalgiyadan sonraki vəziyyət. Posttravmatik ensefalopatiya. Ankilozlaşan spondiloartroz. Daimi kökcük ağrıları ilə.” kimi qeyd olunmuşdur. X2 və Travmatologiya İnstitutunun ##.##.2024-cü il tarixli 2020055512 AB ****/**** nömrəli Arayışında diaqnoz “Bexterev xəstəliyi. Onurğanın “bambuk” şəkilli görüntüsü, döş-bel tipli “S”-vari üçüncü dərəcəli kifoskoliozu, yayılmış osteoparoz. Hər iki oma-galça birləşmələrinin ankilozu, yerişin pozulması. Funksiya pozğunluğu. Ağrı sindromu” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. X2 və Travmatologiya İnstitutunun ##.##.2024-cü il tarixli Tam onurğa (skolioz filmi) “Təqdim edilmiş Rg-qrammada. Onurğanın döş-bel tipli, “S”vari, üçüncü dərəcəli (~25) skoliozu, hiperkifozu, osteoparozu, düzlənmiş bel lordozu və bu nahiyyədə spondilit əalmətləri, faset oynaqlarının ankilozu aşkar edilir. Həmçinin onurğanın düz pr-da “bambuk” görüntüsü qeyd edilir. L3-L4-L5-S1 intervertebral məsafədən hündürlükləri azalmışdır. Çanaq anteriosuperiora rotasiya etmişdir. Hər iki oma-qalça birləşmələrinin ankilozu qeyd edilir. Hər iki sirkə kasalarının kənari kirəçləşmələri izlənilir. Hər iki bud-çanaq oynaqlarının yarıqları daralmışdır. Yuxarıda təsvir edilən dəyişikliklər Bexterev xəstəliyinə uyğundur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda 40db, sol qulaqda total karlıq” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Tam reabilitasiya olması barədə qərar və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçıya ilkin olaraq əlillik ##.##.2021-ci ildə təyin edilmiş və səbəb kimi Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitsiya quruluşunun müdafiəsi ilə əlaqədar göstərilmişdir. Sonradan ##.##.2024-cü il tarixli qərarla ümumi xəstəlik səbəbindən orqanizmin fuknsiyalarının 50% pozuntusu ilə bağlı əlillik təyin edilmişdir.

14. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən ümumi xəstəlik səbəbindən əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

15. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan xəstəliyə səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir.

16. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında göstərilən diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır.

17. Baxılan işdə HHK komissiyasının qərarı olduğu halda, cavabdeh həmin sübutu nə üçün nəzərə almadığını əsasılandırmamışdır.

18. İşdən görünür ki, HHK qərarında qərar verilərkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon İdarəsinin müvafiq göndərişi və MN MHHK-nın həkim mütəxəssisinin rəyinə istinad edilmişdir.

19. Qeyd olunan iş üzrə məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1in Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının ##.##.2025-ci il tarixli **** saylı eksert rəyində qeyd edilmişdir ki, İddiaçı Baş beynin üzvi zədələnməsi nəticəsində (Qarabağ uğrunda döyüşlər zamanı aldığı qapalı kəlləbeyin travması) davamlı şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları ilə (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodlar- F07.0) müəyyən edilir. Göstərilən diaqnozlu psixi pozuntunun İddiaçı 2020- ci ildə müharibə zamanı aldığı kəllə-beyin travması ilə səbəbli əlaqəsi vardır. “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları” diaqnozlu psixi pozuntunun İddiaçı 2020-ci ildə müharibə zamanı alınmış olduğu kəlləbeyin travmasının nəticəsində yarandığı hesab edilir.

20. Ekspert rəyindən göründüyü kimi, HHK komissiyasının qərarında qeyd edilən, həmçinin iddiaçıya ilkin olaraq 2021-ci ildə əlillik təyin edilərkən göstərilən əsas diqanoz və ağırlaşmalar, hazırda iddiaçıya əlillik təyinatı aparılan zaman diaqnozda göstərilən xəstəliklər eyni xəstəliklərdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın əsas təmin etmə səbəblərindən biri kimi ekspertiza rəyinə əsaslanmışdır. Bunu nəzərə alaraq bildirmək istəyirlər ki, birinci instansiya məhkəməsi tərəfindən xəstəliyin ətraflı araşdırılması məqsədi ilə ekspert qarşısında bir sıra suallar qoyulmuşdur: 1-ci sual- Əsas diaqnoz kimi göstərilmiş: "kəllədaxili travma, partlayış travması, barotravma, keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən və postravmatik diskogen lumbalgiyadan sonrakı vəziyyət, postkontuzion sindrom, şəraitlə əlaqəli dissosiativ təzahürlər, ağırlaşma H93.3, eşitmə sinirinin xəstəlikləri, barotravmadan sonrakı vəziyyət, sol tərəfli koxlear nevrit, eşitmənin İ dərəcə zəifləməsi ilə, ağırlaşma F48.0 nevrasteniya, yuxu pozğunluğu” aşkar edilirmi? Ekspert rəyində cavab olaraq bildirilmişdir ki: İddiaçı Baş beynin üzvi zədələnməsi nəticəsidəе (Qarabağ uğrunda döyüşlər zamanı aldığı qapalı kəllə-beyin travması) davamlı şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar - F07.0) müəyyən edilir. Belə ki, məhkəmə tərəfindən qoyulan sual F07.0 ilə əlaqəli olmasa da ekspert rəyində məhz həmin diaqnoza(F07.0) istinad edərək cavab verilmişdir. Məhkəmə tərəfindən ünvanlanmış digər suallara isə cavab olaraq bildirilmişdir ki, qoyulmuş suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün onların cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil. Halbuki, 1-ci sual- 6-cı sual orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi ilə əlaqəlidir. Eyni zamanda Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki,İddiaçı 13.5.1.2. bəndinə uyğun olaraq M51.1 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>Dorsopatiyalar=>Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə=>döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz III-IV mərhələ), əyilmə bucağı 65°-dən çox olduqda və ya onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu meyarı ilə Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Bu diaqnoz ##.##.2024-cü il tarixli göndərişdə də (FORMA88) həmin xəstəlik ümumi xəstəlik olaraq qeyd edilmişdir. Belə olduğu təqdirdə işin faktiki halları ilə məhkəmənin gəldiyi yekun nəticə arasında səbəbli əlaqə mövcud deyildir. Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “T90.5 Kəllədaxili travmaların nəticələri, Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə -beyin travması.” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 6-cı bəndinə əsasən Orqanizmin sümükəzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Yanaşı xəstəlik olaraq “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Davamlı kökcük ağrı sindromu ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki posttravmatik diskogen beloma radikulopatiya. Ümumi xəstəlik ” diaqnozu qeyd edilmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Agentliyin nümayəndəsi apellyasiya şikayətində “ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixində audiometriya müayinəsinin nəticəsi “Sap qulaqda 40 db, so/ qulaqda total karlıq” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir” göstərilmişdir (məlumat üçün: 40 db (detsi bel) 1-ci dərəcə eşitmə zəifliyinin göstəricisidir). Agentliyin nümayəndəsi tərəfindən verilən məlumat həqiqətə uyğun deyil. Belə ki, ##.##.2024-cü il tarixli TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsi sənəddə (əlilliyin verilməsinə dair sənəd) əks olunan travmanın ağırlaşmaları: “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntular, eşitmə qabiliyyətin ciddi enməsi, hərəki məhdudluğu ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İkitərəfli koxlear nevrit. İkitərəfli neyrosensor ağıreşitmə, sol qulaqda 4-cü dərəcə, sağ qulaqda 3-cü dərəcə” diaqnozu TSEK tərəfindən tərtib olunmuşdur (TSEK-in diaqnozudur). Sağlamlıq vəziyyətim müayinə edilərək əlilliyimin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olunmamasının müəyyən edilməsi cavabdehin səlahətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirə bilər və birinci instansiya məhkəməsi ekspertizanı təyin edərək həyata keçirmişdir.

d) Prosses iştirakçılarının izahatlar

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

25. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.

27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; 2.7. "Ümumi xəstəliklə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.7.1. şəxs xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; 2.7.2. şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; 2.7.3. şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas yoxdursa. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarına görə, iddiaçıya cavabdehin ##.##.2024-ci il tarixli qərarı ilə müddətsiz ümumi xəstəlik səbəbindən orqanizmin fuknsiyalarının 50% pozuntusu ilə bağlı əlillik təyin edilmişdir.

33. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “ümumi xəstəlik” kimi deyil, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik kimi qeyd edilməsinə yönəlmişdir.

34. Yuxarıda sadalanan normalardan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" bir sıra hallarda, həmçinin şəxsin yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən alması halında müəyyən edilir.

35. Şəxsə o zaman ümumi xəstəlik səbəbindən əlillik təyinatı aparılır ki, şəxsin xəstəliyi hərbi xidmətə çağırılana kimi yaransın, yaxud şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirsin və ya şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas olmasın.

36. İş materiallarından görünür ki, iddiaçıya ilkin olaraq əlillik ##.##.2021-ci ildə təyin edilmiş və səbəb kimi Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitsiya quruluşunun müdafiəsi ilə əlaqədar göstərilmişdir. Sonradan ##.##.2024-cü il tarixli qərarla ümumi xəstəlik səbəbindən orqanizmin fuknsiyalarının 50% pozuntusu ilə bağlı əlillik təyin edilmişdir.

37. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən ümumi xəstəlik səbəbindən əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

38. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan xəstəliyə səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir.

39. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında göstərilən diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır.

40. Baxılan işdə HHK komissiyasının qərarı olduğu halda, cavabdeh həmin sübutu nə üçün nəzərə almadığını əsasılandırmamışdır.

41. İşdən görünür ki, HHK qərarında qərar verilərkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon İdarəsinin müvafiq göndərişi və MN MHHK-nın həkim mütəxəssisinin rəyinə istinad edilmişdir.

42. Qeyd olunan iş üzrə məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1in Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının ##.##.2025-ci il tarixli **** saylı eksert rəyində qeyd edilmişdir ki, İddiaçı Baş beynin üzvi zədələnməsi nəticəsində (Qarabağ uğrunda döyüşlər zamanı aldığı qapalı kəlləbeyin travması) davamlı şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları ilə (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodlar- F07.0) müəyyən edilir. Göstərilən diaqnozlu psixi pozuntunun İddiaçı 2020- ci ildə müharibə zamanı aldığı kəllə-beyin travması ilə səbəbli əlaqəsi vardır. “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları” diaqnozlu psixi pozuntunun İddiaçı 2020-ci ildə müharibə zamanı alınmış olduğu kəlləbeyin travmasının nəticəsində yarandığı hesab edilir.

43. Ekspert rəyindən göründüyü kimi, HHK komissiyasının qərarında qeyd edilən, həmçinin iddiaçıya ilkin olaraq 2021-ci ildə əlillik təyin edilərkən göstərilən əsas diaqnoz və ağırlaşmalar, hazırda iddiaçıya əlillik təyinatı aparılan zaman diaqnozda göstərilən xəstəliklər eyni xəstəliklərdir.

44. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq isə qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın əsas təmin etmə səbəblərindən biri kimi ekspertiza rəyinə əsaslanmışdır. Bunu nəzərə alaraq bildirmək istəyirlər ki, birinci instansiya məhkəməsi tərəfindən xəstəliyin ətraflı araşdırılması məqsədi ilə ekspert qarşısında bir sıra suallar qoyulmuşdur: 1-ci sual- Əsas diaqnoz kimi göstərilmiş: "kəllədaxili travma, partlayış travması, barotravma, keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən və postravmatik diskogen lumbalgiyadan sonrakı vəziyyət, postkontuzion sindrom, şəraitlə əlaqəli dissosiativ təzahürlər, ağırlaşma H93.3, eşitmə sinirinin xəstəlikləri, barotravmadan sonrakı vəziyyət, sol tərəfli koxlear nevrit, eşitmənin İ dərəcə zəifləməsi ilə, ağırlaşma F48.0 nevrasteniya, yuxu pozğunluğu” aşkar edilirmi? Ekspert rəyində cavab olaraq bildirilmişdir ki: İddiaçı Baş beynin üzvi zədələnməsi nəticəsidəе (Qarabağ uğrunda döyüşlər zamanı aldığı qapalı kəllə-beyin travması) davamlı şəxsiyyət dəyişikliyi, psixi və davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar - F07.0) müəyyən edilir. Belə ki, məhkəmə tərəfindən qoyulan sual F07.0 ilə əlaqəli olmasa da ekspert rəyində məhz həmin diaqnoza(F07.0) istinad edərək cavab verilmişdir. Məhkəmə tərəfindən ünvanlanmış digər suallara isə cavab olaraq bildirilmişdir ki, qoyulmuş suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün onların cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil. Halbuki, 1-ci sual- 6-cı sual orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi ilə əlaqəlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “T90.5 Kəllədaxili travmaların nəticələri, Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə -beyin travması.” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 6-cı bəndinə əsasən Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Yanaşı xəstəlik olaraq “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Davamlı kökcük ağrı sindromu ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki posttravmatik diskogen beloma radikulopatiya. Ümumi xəstəlik ” diaqnozu qeyd edilmişdir. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-

45. ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

46. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara və ekspert rəyinə məcmu halda hüquqi münasibət bildirilərək iddia təmin edilmişdir.

48. Apellyasiya şikayətinin “..məhkəmə tərəfindən qoyulan sual F07.0 ilə əlaqəli olmasa da ekspert rəyində məhz həmin diaqnoza(F07.0) istinad edərək cavab verilmişdir...” dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, ekspertiza aparılarkən iş üçün əhəmiyyətli olan, lakin haqqında sual qoyulmayan halların müəyyən edilməsi və bu barədə mülahizələrini öz rəyinə daxil etmək ekspertin hüququdur.

49. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ( Ekspertin hüquqları) qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək ekspertin hüququdur.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

51. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar