Məhkəmə qərarları › İş №2-1(3-6)-2019/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2019/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2019/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDVnin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026 tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdə № N**** nömrəli müqavilə əsasında ünvan 1 ünvanında yerləşən * №-li mənzili almaq üçün iddiaçının ödədiyi 218427 manat məbləğində pulun əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MTK-dan ##.##.2025-ci il tarixdə № N**** nömrəli müqavilə əsasında 218427 (iki yüz on səkkizmin dörd yüz iyirmi yeddi) manat məbləğində pul ödəyərək, ünvan 1 ünvanında yerləşən "Avant Nova" yaşayış kompleksinin A bina, A blok, 10-cu mərtəbəsində 1-№-li 108,67 kv.m sahəsi olan 3 otaqlı mənzili almışdır. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər verigisinin qaytarılması Şərtləri və Qaydaları"na əsasən fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi alıcıya qaytarılır. Bu mütərəqqi qaydalarda nəzərdə tutulan fürsətdən yararlanmaq üçün iddiaçı ##.##.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhər Nərimanov rayonunda yerləşən İdarəsinə müraciət etdi. X2 müraciətin qeydə alındığını, lakin bir sənədin çatışmadığı üçün əməliyyatın yekunlaşa bilmədiyini bildirmişdir. Həmin sənəd iddiaçı tərəfindən ##.##.2025ci il tarixdə cavabdeh təşkilata təqdim edildikdə ona bildirildi ki, əvvəlki müraciəti qeydə alınmayıb. İddiaçı bununla bağlı iradını bildirsə də, daha sonra cavabdeh təşkilat elə bu əsasla ona imtina cavabı vermişdir. Həmin cavabda da Qanunvericilikdə nəzərdə tutulmuş 90 gün müddətin ötürüldüyü üçün ona ƏDV məbləğinin geri qaytarılması imtina olunduğu bildirilmişdir. İddiaçı bununla razı deyil. Cavabdeh təşkilatın vəzifəli şəxslərinin məsuliyyətsiz hərəkətləri yekunda onun hüquqlarını məhdudlaşdıra bilməz. İddiaçı hüquqşünas və ya vergi mütəxəssisi deyil. Vergi Orqanı isə ona belə bir müddət tətbiq olunduğunu, müraciətinin hansı tarixə qədər qəbul oluna biləcəyini bildirməmiş, ona müraciətinin qəbul olunduğu bildirilmişdir. Cavabdeh orqanının cavabı da həmin 90 gün müddətin tətbiq olunması ilə bağlıdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ##.##.2025-ci il tarixli ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. Araşdırılma zamanı Qaydada nəzərdə tutulan müddət nəzərə alınaraq ƏDV-nin geri qaytarılması təmin edilməmiş və bu haqda iddiaçıya qərar göndərilmişdir. Göründüyü kimi iddiaçı “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinin tələbinə görə İddiaçı tərəfindən yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmalı, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərməli olduğu halda ##.##.2025-ci il tarixdə müraciət etmiş və Qaydalarda nəzərdə tutulan müddəti ötürmüşdür. İddiaçı iddia ərizəsində ##.##.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhər Nərimanov rayonunda yerləşən İdarəsinə müraciət etdiyini, lakin həmin müraciətinin qeydiyyata alınmadığını bildirmişdir. İlk öncə qeyd etmək lazımdır ki, iddiaçı həmin müraciət ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, qaydanın tələblərindən məlum olduğu kimi alıcı yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmalı, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərməlidir. Göründüyü kimi, qeyd olunanlar qanunvericiliklə iddiaçının hüquqlarına aid olan məsələdir və cavabdeh vergi orqanın iddiaçının həmin hüquqlarına müdaxilə etməsi qanunsuzdur. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Oxşar mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası *-*(***)-****/*Ö** saylı ##.##.2025-ci il tarixli qərarlarında da nümayiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026 tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi prosessual müddətin ötürüldüyü bildirmiş və şikayətin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2025-ci il tarixli Mİ-1011577 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC (Borc verən)bir tərəfdən və İddiaçı (Borc alan) dığər tərəfdən, aşagıdakılar barəsində bu müqaviləni bağladılar: “xxxx MTK” ilə Borc verən arasında bağlanmış birgə fəaliyyəti haqqında sazış çərçivəsində Borc verən bu müqaviləyə əsasən Borc alana 120 (bir yüz iyirmi) ay müddətində (2035-02-13 il tarixədək) 139000.0 (bir yüz otuz doqquz min manat) manat məbləğində, kreditdən istifadəyə görə illik 11.0% (on bir) faiz ödəmək şərtilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür; ## ###### 2025-ci il tarixli N**** nömrəli Payçı müqaviləsindən görünür ki, “MTK” adlanacaq “xxxx” MTK bir tərəfdən, digər tərəfdən “Payçı adlanacaq İddiaçı aşagıdakı şərtlərlə bu müqaviləni bağladılar: 1.1.“MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə ünvanında tikilməkdə olan “Avant Nova” Yaşayış Kompleksinin A bina, A blok, 10-cu mərtəbə, * nömrəli, 3 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 218427 manat təşkil edir; X3 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## #### 2025-ci il tarixli **************** nömrəli Qərarı ilə İddiaçı ##.##.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026 tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ##.##.2026-cı il tarixdə iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Sonuncu şikayət vermə günü (qeyri-iş gününə təsadüf etdiyindən) ##.##.2026-cı il olduğu halda apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə, şikayət verilmə müddəti bitdikdən 15 gün sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 75.3-cü maddəsinə əsasən, məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir; 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən hallarla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmiş və iddiaçıya ünvanlanmış (iddia ərizəsində qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 12V) ##.##.2026-cı il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. O da qeyd edilməlidir ki, iddiaçıya göndərilən məktublar poçt xidməti tərəfindən “ünvan tam deyil” qeydi ilə qaytarılsa da, çatdırılmış hesab edilməlidir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin ##.##.2026 tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar