Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-202/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinə qarşı “X2, X10, X3 və X11 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16715/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərarından üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 4əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2, X10, X5 və X11 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli, 2-1(112)-16715/2025 nömrəli qərardadı ilə X4, X16, X8 və X15 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli, 2-1(112)-16715/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “X1 dəyişməsi ilə əlaqədar X6 qeydiyyatdan çıxarılması” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16715/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək üçüncü şəxslər X2, X10, X3 və X11 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs X15 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddanın təmin edilməməsini xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16715/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərarı "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə üçüncü şəxs X11 elektron kabinetinə 31 oktyabr 2025-ci il tarixdə yerləşdirilmiş, lakin apellyasiya şikayəti 24 dekabr 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması xx.xx.2026-cı il tarixə təyin edilmiş və məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs X13 xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16715/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərarından apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə isə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni qeyd olunan tarixdə məhkəməyə təqdim etmək təklif edilmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə üçüncü şəxslər və cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil işə onların iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxslər və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 16715/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərarından üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən apellyasiya şikayətinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İş materiallarından müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 16715/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərarı "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə üçüncü şəxs X11 elektron kabinetinə 31 oktyabr 2025-ci il tarixdə yerləşdirilmişdir. Həmin tarixdən başlayaraq, 30 gün olmaqla şikayət vermə üçün son müddət xx.xx.2025-ci il tarix olmasına baxmayaraq lakin apellyasiya şikayəti müddət ötürülməklə 24 dekabr 2025-ci il tarixdə üçüncü şəxs tərəfindən imzalanmış və birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin tarixdə də məhkəməyə daxil olmuşdur. Hazırki işdə prosessual müddətin ötürülməsi ilə bağlı məhkəmənin xx.xx.2026-cı il tarixli bildirişi ilə yazılı olaraq üçüncü şəxs X13 prosessual müddətin bərpası ilə bağlı ərizə vermək üçün hüquqi yardımın göstərilməsinə baxmayaraq o, apellyasiya şikayəti verilməsi üçün ötürdüyü prosessual müddətin üzürlü səbəblərlə əlaqəli olduğunu bildirməmiş və bu barədə hər hansı sübutu və ya müddətin bərpasına dair müvafiq ərizəni məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında iştirakını belə təmin etməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, üçüncü şəxs X13 apellyasiya qaydasında mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutların olmadığını, prosessual müddətin ötürüldüyü təqdirdə isə onun üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, üçüncü şəxs X14 həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16715/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərarından üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(3-6)-202/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-202/2026
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver