Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2021/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Müstəqil Təmir-Tikinti Kooperativinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçı İddiaçı Müstəqil Təmir-Tikinti Kooperativinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Müstəqil Təmir-Tikinti Kooperativi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (hazırda hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin ##.##.1990-cı il tarixli, ** saylı qərarı ilə İddiaçı təmir-tikinti kooperativinin mülkiyyətinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 120 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə qaydasında) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ##.##.1990-cı ildə keçmiş X1 Sovetinin İcraiyyə Komitəsi (indiki Suraxanı Rayon İcra Hakimiyyəti) tərəfindən qəbul edilmiş ** saylı qərara əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 120 kv.metr torpaq sahəsi İddiaçı müstəqil təmir-tikinti kooperativinə ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ünvanlanmış müraciətə əsasən, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş ##.##.1990-cı il tarixli ** saylı qərarı iddiaçıya təqdim edilmişdir. Bundan sonra iddiaçı İddiaçı təmir-tikinti kooperativi tərəfindən ##.##.2022-ci ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ********** nömrəli ərizə ilə müraciət edilərək Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş ##.##.1990-cı il tarixli qərarı ilə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Suraxanı Rayonu Hövsan qəsəbəsində yerləşən 120 kv.metr torpaq sahəsinin qeydiyyata alınaraq onun adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən ərizəyə ************ nömrəli ##.##.2022-ci il tarixli imtina məktubu ilə cavab verilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, Suraxanı rayon XDS İK-nin ##.##.1990-cı il tarixli ** saylı sərəncamı İddiaçı təmir-tikinti kooperativinə torpaq sahəsinin ayrılması barədə olsa da, sözügedən sərəncamın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-*****-**** nömrəli ##.##.2021ci il tarixli arxiv arayışında "Hövsan balıq konserv" təmir-tikinti kooperativinə icarəyə verilmişdir. Lakin yuxarıda da qeyd edildi kimi Dövlət Arxivinin Bakı filialından iddiaçıya göndərilən sənədlərdən də göründüyü kimi, sözügedən torpaq sahəsi Bakı şəhər, Suraxanı XDS İK-nın ##.##.1990-cı il tarixli sərəncamı ilə 120 kv.m. torpaq sahəsi təmirtikinti kooperativinin mülkiyyətinə verilmişdir və hal-hazırda 0,04 ha torpaq sahəsi onun tərəfindən istifadə olunur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3cü maddəsinə əsasən hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Qeyd olunan hüquqi şəxsin təsis sənədləri təqdim edilməmişdir. Həmçinin, təqdim edilən sənədlər üçüncü şəxs2 adına deyil, İddiaçı kooperativinin adınadır. Bundan əlavə, təqdim edilən sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, Suraxanı Rayon XDS İK-nin ##.##.1990-cı il tarixli, ** saylı sərəncamın İddiaçı təmir-tikinti kooperativinə torpaq sahəsini ayrılması barədə olsa da, sözügedən sərəncamın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-01689- **** nömrəli, ##.##.2021-ci il tarixli arxiv arayışında “Hövsan balıq konserv” zavoduna məxsus sahəsi 120 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təmir-tikinti kooperativinə icarəyə verilməsi göstərilmişdir. Sərəncamda qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətidir. Bununla yanaşı, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, ərizədə göstərilən 400 kv.m olan torpaq sahəsi İddiaçı təmir-tikinti kooperativinin istifadəndə olan ərazidən kənarda yerləşir. Elektron kadastr baza sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi magistral yolun yaxınlığında yerləşməklə hasardan qaz xətti keçir. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın mümkünlüyünü yoxlayarkən, iddiaçının inzibati orqana müraciət etmədiyi qənaətinə gəlmişdir. Lakin iş materiallarında mövcud olan cavabdeh orqanın rəsmi imtina məktubu inzibati icraatın artıq keçildiyini və inzibati orqanın mövqeyinin formalaşdığını sübut edir. İnzibati Prosessual Məcəllənin (İPM) tələblərinə görə, inzibati orqanın artıq imtina qərarı varsa, məhkəməyə birbaşa müraciət etmək mümkündür. Məhkəmə sənədlərin təqdim olunmaması və təmsilçilik məsələlərini irəli sürərək iddianı mümkün saymayıb. Halbuki, İPM-in 35.1 -ci maddəsinə əsasən, bu növ çatışmazlıqlar iddianın təmin edilməməsinə əsas deyil, məhkəmə tərəfindən həmin sənədlərin təqdim olunması üçün müddət verilməli və ya işin baxılması zamanı bu məsələlər aydınlaşdırılmalı idi. Məhkəmə iddianı dərhal icraatdan çıxarmaqla müdafiə hüququmuzu məhdudlaşdırmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı,cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı Müstəqil Təmir-Tikinti Kooperativinin adından verilmiş apellyasiya şikayətini imzalayan şəxsin (üçüncü şəxs2) bu səlahiyyətini təsdiq edən hər hansı sənəd iş materiallarına və apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.2-ci madəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir; 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən hallarla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmiş və iddiaçı tərəfə ünvanlanmış ##.##.2026-cı il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədin verilməsini təklif etmişdir. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş səlahiyyətini təsdiq edən sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-2021/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2021/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver