Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2031/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mərkəzi Hərbi Həkim Komissiyanın ##.##.2020-ci il tarixli, ** nömrəli əmrinə əsasən baş tibb bacısı İddiaçı (bundan sonra – iddiaçı) N nömrəli hərbi hissəyə (Füzuli rayonu, Əhmədbəyli kəndi) zərurət yarandıqda digər hərbi hissələrə 5 gün müddətinə ezam edilmişdir.
2. Mərkəzi Hərbi Həkim Komissiyanın ##.##.2020-ci il tarixli, ** nömrəli əmrinə əsasən baş tibb bacısı İddiaçı ##.##.2020-ci il tarixdən gəlmiş hesab edilmişdir.
3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).
5. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasında mülki şəxs kimi tibb bacısı vəzifəsində işləyərkən 44 günlük Vətən Müharibəsi dövrü yaralılara kömək məqsədi ilə Mərkəzi Hərbi Həkim Komissiyasının rəisinin ** №-li, ##.##.2020-ci il tarixli əmrilə 5 gün müddətinə N №-li hərbi hissəyə (Füzuli rayonu, Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala) ezam olunmuş və Mərkəzi Hərbi Həkim Komissiyasının ** №-li, ##.##.2020-ci il tarixli əmrilə ezamiyyətdən qayıtmış hesab olunmuşdur. Lakin müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Müharibə veteranı adının verilməsi barədə qərar qəbul edilməsi xahişi ilə ##.##.2025-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətimin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İmtinanı isə əsassız və qanunsuz hesab edir.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia ərizəsinin mümkün sayılmamasını xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Mərkəzi Hərbi Həkim Komissiyanın ## ######## 2020-ci il tarixli **** nömrəli ezamiyyə vərəqinə əsasən N nömrəli hərbi hissəyə (Füzuli rayonu, Əhmədbəyli kəndi) 5 gün müddətinə xidmət zərurətlə əlaqədar ezam edilmişdir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının barəsində təqdim olunmuş arayışməlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazi) meyarlarına uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün (razılaşdırılması məqsədi ilə) sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilər istisna olmaqla digər ölkənin ərazilərində döyüş əməliyyatlarının bütün təminat (döyüş təminatı, mənəvi- psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) növləri üzrə tapşırıqları yerinəyetirmiş şəxslərə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi qanunvericilikdə və Əsanamədə təsbit edilməmişdir. İddiaçının isə bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir.
8. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır. Bu səbəbdəndir ki, şəxs müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz-üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda hərbi qulluqçu olmasa da, döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyatların aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinəsi və müalicəsində iştirak etməsi və nəticədə yuxaırda qeyd edilən təhlükələrlə üz-üzə olması zəruridir. Baxılan işdə isə, iddiaçının ezam olunduğu ərazi *Füzuli rayonu, Əhmədbəyli kəndi) bu əməliyyatların aparıldığı ərazidən, döyüş bölgəsindən kənarda olmuş, iddiaçının hər hansı yaralanma, xəsarət alma və ya ölüm təhlükəsi olmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasında mülki şəxs kimi tibb bacısı vəzifəsində işləyərkən 44 günlük Vətən Müharibəsi dövrü yaralılara kömək məqsədi ilə Mərkəzi Hərbi Həkim Komissiyasının rəisinin ** №-li, ##.##.2020-ci il tarixli əmrilə 5 gün müddətinə N №-li hərbi hissəyə (Füzuli rayonu, Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala) ezam olunmuş və Mərkəzi Hərbi Həkim Komisiyyasının ** №-li, ##.##.2020-ci il tarixli əmrilə ezamiyyətdən qayıtmış hesab olunmuşdur. Ezamiyyət vaxtı iddiaçı N №-li hərbi hissənin (Hərbi Hospitalın) təcili tibbi maşını ilə 1 dəfə döyüş meydanından yaralı hərbi qulluqçuların çıxarılmasında iştirak etmişdir. Hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasında çalışır. Tibb bacısı Qurbanova Samirə ilə eyni vaxtda ora ezam olunmuşlar.Ona veteranlıq verilib. Yəni onun iddiası təsdiq olunub, ona veteranlıq verilib. Cəbhə zonasınaa gedib təcili yardımla yaralıları çıxartmışlar. Yəni eyni vəzifəni görmüşlər, o hərbiçidir, iddiaçı isə mülki işçidir. *** saylı hərbi hospitala ezam olunmuşlar. Orada yaralılara, yardım edirdilər və 2020-ci ilin ########ın ##-da səhər tezdən tibbi yardım maşınıyla cəbhə zonasından yaralıların çıxarılmasına da kömək eləmişlər. Sadəcə o oradan yaralıları çıxarıb gətirəndən sonra güclü stres keçirtmişdir. Ondan sonra xəstələndiyinə görə sentyabrın 30-da axşam təcili olaraq geri qayıtmalı olmuşdur. Biz ezam vərəğini belə 1 həftə sonradan almağa nail olmuşdur, yəni o anda, o günlərdə sentyabrın 29-da və 30-da orada çox ağır şərait idi.
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, təqdim olunuş Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə bağlı bildirmək istəyir ki, Qurbanova Samirə 4-N hərbi hissəyə ezam olunub və uzun müddət orada olub. İddiaçının təqdim etdiyi sənətlərdən görünür ki, Hərbi Həkim Komissiyasının 29 sentyabr tarixli əmri ilə iddiaçı Füzuli rayonu *** nömrəli hərbi hissəyə gedib, həmin hərbi hissə də Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşir. 01 oktyabr tarixində isə iddiaçı geriyə qayıdıb. İddiaçı sentyabrın 29-da gedib və oktyabrın 1-də geri qayıdıb, orada bir gün olub. Hesab edirlər ki, birinci instansiya məhkəməsi əsasnaməyə uyğun olaraq qərar qəbul edib.
Tətbiq edilən hüquq
15. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: - 10-cu abzasına görə- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2-ci bəndə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. --11-ci abzasına görə-2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı Mərkəzi Hərbi Həkim Komissiyanın ## ######## 2020-ci il tarixli **** nömrəli ezamiyyə vərəqinə əsasən N nömrəli hərbi hissəyə (Füzuli rayonu, Əhmədbəyli kəndi) 5 gün müddətinə xidmət zərurətlə əlaqədar ezam edilmiş və ##.##.2020-ci il tarixdə qayıtmış hesab edilmişdir.
22. İddiaçı bu hala istinad edərək ona müharibə veteran adı və vəsiqəsinin verilməsini tələb edir.
23. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçı döyüş əməliyyatlarının aparıldığı əraziyə ezam olunmamışdır.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetiribyetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur.
25. Belə ki, yuxarıda adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir.
26. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur.
27. Əsasnamənin 1-ci bəndinin 10-cu abzasının məzmunundan göründüyü kimi, həmin bəndə əsasən o şəxslərə müharibə veteranı adı verilir ki şəxs: 1) ...Füzuli rayonunun 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olsun; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olsun; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunsun.
28. İddiaçının hərbi qulluqçu və ya hərbi hissələrin mülki işçisi olmaması, eyni zamanda işin mübahisələndirilməyən halı olduğundan 1-ci və 2-ci bəndləri iddiaçıya aid etmək olmur.
29. 3-cü bəndlə bağlı qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir.
30. Belə ki, iddiaçının Əsasnanənin Qeyd hissəsində təsbit edilmiş döyüş əməliyyatlarının digər təminat növü, yəni tibbi təminat növü hesab edilməsi üçün, onun döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması zəruridir ki, iddiaçı döyüş tapşırığının aparıldığı əraziyə deyil, Füzuli rayonunun döyüş bölgəsindən kənarda, işğaldan azad olunmuş ərazilərdə yerləşməyən Füzuli rayonu, Əhmədbəyli kəndinə ezam olunmuşdur.
31. Məhkəmə qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır.
32. Bu səbəbdəndir ki, şəxs müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz-üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda hərbi qulluqçu olmasa da, döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyaltarın aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinsi və müalicəsində iştirak etməsi və nəticədə yuxaırda qeyd edilən təhlükələrlə üz-üzə olması zəruridir.
33. Baxılan işdə isə, iddiaçının ezam olunduğu ərazi *Füzuli rayonu, Əhmədbəyli kəndi) bu əməliyyatların aparıldığı ərazidən, döyüş bölgəsindən kənarda olmuş, iddiaçının hər hansı yaralanma, xəsarət alma və ya ölüm təhlükəsi olmamışdır.
34. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
35. Əlavə olaraq məhkəmə kollegiyası iddiaçı tərəfində apellyasiya baxışı zamanı təqdim olunuş Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə bağlı qeyd edir ki, həmin iş üzrə iddiaçı Qurbanova Samirə bir neçə hərbi hissəyə ezam olunub və uzun müddət orada olub. Hazırkı iş üzrə isə iddiaçının təqdim etdiyi sənətlərdən isə görünür ki, Hərbi Həkim Komissiyasının ## ######## 2020-ci il tarixli əmri ilə iddiaçı Füzuli rayonundakı *** nömrəli hərbi hissəyə gedib, həmin hərbi hissə də Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşir. ## ####### 2020-ci il tarixdə isə iddiaçı geriyə qayıdıb.İddiaçı döyüş zonasından yaralıları çıxardıqlarını bildirsə də bu hər hansı iş materialları ilə təsdiq olunmur.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.