Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2035/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X8 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı Əliyev İntisam Əli oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Əliyev İntisam Əli oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və statusunun verilməsi haqqında aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1955-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. 1959-cu ildən Bakı şəhərində yaşayır. Erməni qəsbkarlarının Azərbaycana təcavüzü səbəbindən Qarabağda başlanmış döyüş əməliyyatlarını nəzərə alaraq torpaqlarıın müdafiəsi məqsədilə 1992-ci ilin fevral ayının 1dən könüllü olaraq işlədiyi * saylı BTTD-dan bir neçə yoldaşlarla birlikdə Şuşa şəhərinə yollanmışdır. Həmin dövrdə milli ordunun yaranmasında olan çətinliklər üzündən torpaqların müdafiəsinə qalxan könüllülər kimi iddiaçı da döyüş bölgəsinə getmiş və real döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı vəsiqələri, şahidləri və şəkilləri də vardır. Qarabağda döyüşlərdə iştirakının rəsmiləşdirilməsi Müdafiə Nazirinin ##.##.1992ci il tarixli *** saylı əmrində olan Azərbaycan Qarabağ könüllü müdafiə dəstəsinin ##.##.1992-ci il tarixli siyahısında adı qeyd olunmuşdur. Adının qarşısında ##.##.1955-ci il təvəllüldü, ailəli, üç uşaq atası olmağı və Bakı Taksomotor Parkında işləməklə Bakı şəhəri Günəşli qəs.bina 20,mən.38-də yaşamağı göstərilmişdir. Sənəddə adı “İntiqam” kimi yazılması səbəbindən müəyyən dəqiqləşdirmələr edilməsi zərurəti yaranmış və Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsilə “Azərbaycan Respublikasının Müdafiə nazirinin “Azərbaycan Qarabağı könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə” *** nömrəli ##.##.1992-ci il tarixli əmrinin Əliyev İntisam Əli oğluna məxsus olması faktı müəyyən edilmişdir.” Həmin qətnamənin məzmunu ilə (dindirilmiş şahidlər və toplanmış digər mötəbər sübutlar) həqiqətən də Azərbaycan Respublikasının Müdafiə nazirinin “Azərbaycan Qarabağı könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə” *** nömrəli ##.##.1992-ci il tarixli əmri ilə torpaqların müdafiəsi məqsədilə 1992-ci ilin fevral ayının 1-dən könüllü olaraq döyüşlərə qatılmağı və müharibə iştirakçısı olmağı təsdiqlənmişdir. Lakin bundan sonra müharibə veteranı adının və statusunun verilməsi məqsədilə növbəti dəfə yenidən müraciət etdiyi AR Müdafiə Nazirliyinin ##.##.2024-cü il tarixli, 3-25-2/2-ə-10756- **/**** saylı məktubu ilə cavab verilərək faktiki imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə vəsatət təqdim edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaya artıq bir dəfə mahiyyəti üzrə baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli 2-1(102)- ****/**** nömrəli qərarı ilə iddianın rədd olunması qət edilmişdir. Eyni mübahisə predmetinə yenidən eyni əsaslarla baxılması Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduğundan , hazırda iddiaya mahiyyəti üzrə baxılması mümkünsüz hesab edilməlidir. Ali Məhkəmənin qeyd edilən qərarı onunla əsaslandırılmışdırki, “iddiaçının əsas dəlili ondan ibarətdir ki. onun 1992-ci ildə Şuşa ərazisində gedən döyüşlərdə iştirakı Azərbaycan Qarabağ Könüllü Müdafiə Dəstəsinin ##.##.1992-ci il tarixli siyahısında adının olması ilə təsdiq olunur. Lakin bununla bağlı bildirilməlidir ki. iddiaçının adının siyahıda olması onun iddia etdiyi dövrdə hərbi xidmət keçməsinin, döyüş əməliyyatlarında iştirakının təsdiq və beləliklə də, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərli sayıla bilməz. İş materiallarında iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada tərxis olunması barədə hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı da hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir.Göründüyü kimi, iddiaçıya “müharibə veteranı adının və vəsiqə\sinin verilməsindən imtina olunması ilə bağlı caabdehin mövqeyiAli Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə qanuni hesab edilmişdir. qüvvəyə minmiş məhkəmə qərarı iddiaçının eyni mübahisə predmeti üzrə yenidən eyni tələblə çıxış etmək hüququnu istisna edir.” Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə işin birinci instasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçı Əliyev İntisam Əli oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və statusunun verilməsi haqqında aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə iddia tələbinə dair etiraz təqdim olunaraq onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi ona cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlıdır. Eyni iddia tələbi ilə bağlı iddiaçı vaxtilə cavabdehə qarşı məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın rədd edilməsinı qət edən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli 2-1(103)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərar onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2020-ci il tarixli */*-**** nömrəli məktubdan görünür ki, Müdafiə nazirinin 1992-ci il tarixli əmrlərində "Azərbaycan Qarabağ" könüllü müdafiə batalyonunun siyahılarında Əliyev İntisam Əli oğlu barəsində məlumat aşkar olunmamışdır. Eyni zamanda iş materiallarında iddiaçının hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması barədə hər hansı məlumat aşkar edilməmişdir; İddiaçı hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. İddiaçı Ali Məhkəmənin istinad edilən qərarında qeyd edilən nüansların əksini sübut edən hər hansı material (qanuni əsasla ehtiyata buraxılması və əlaqədar materiallar) hazırkı halda da təqdim edə bilməmişdir. Ona görə də Ali Məhkəmənin adıçəkilən qərarı ilə formalaşdırılmış mövqenin dəyişdirilmədən tətbiq edilməsinin zəruri olduğunu hesab edir. İddiaçının hazırda yeganə arqumenti ondan ibarətdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsində Azərbaycan Respublikası müdafiə nazirinin "Azərbaycan Qarabağı" könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə *** nömrəli ##.##.1992-ci il tarixli əmrin İ.Ə.Əliyevə məxsus olması göstərilmişdir. llk növbədə, həmin qətnamə Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoymamaqla, digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" ##.##.2019-cu il tarixli * nömrəli qərarında göstərilmişdir ki, hərbi xidmətkeçmə, döyüş əməliyyatlarında iştirak, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilən "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X10 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilməsi mümkündür. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, iddiaçı Əliyev İntisam Əli oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, hazırkı iddia üzrə ikinci dəfə “mümkünsüzlük” mövqeyində qalan məhkəmənin qəbul etdiyi *-*(***)****/**** saylı, ##.##.2026-cı il tarixli Qərardadla vətəndaşın ədalətli məhkəmə araşdırılması hüququnun pozulması halı ilə üz-üzə qalmışlar.Belə ki, “mümkünsüzlük” mövqeyini məhkəmə onunla əsaslandırmışdır ki, “ iddiaçıya “müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunması ilə bağlı cavabdehin mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə qanuni hesab edilmişdir. Qüvvəyə minmiş məhkəmə qərarı iddiaçının eyni mübahisə predmeti üzrə yenidən eyni tələblə çıxış etmək hüququnu istisna edir.”” Bu qərardad ilə razılaşmayaraq şikayət vermiş və tərəflərindən mübahisələndirilmişdir. Şikayətə baxan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə) özünün *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarizli Qərardadı ilə birinci instansiya məhkəməsinin mövqeyini əsasssız hesab edərək qərardadı ləğv etmiş və iddiaçı Əliyev İntisam Əli oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və statusunun verilməsi haqqında aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası öz qərardadında qeyd etmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin təkrar birinci instansiya icraatı zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirinin “Azərbaycan Qarabağı könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə” *** nömrəli ##.##.1992-ci il tarixli əmrinin Əliyev İntisam Əli oğluna məxsus olması faktını nəzərə almaqla iddia tələbinə mahiyyəti üzrə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi yenidən demək olar ki, eyni məzmunlu və oxşar əsaslarla əhatələnmiş mövqeyini davam etdirərək iddiaçının əleyhinə növbəti dəfə qəbul etdiyi Qərardadınıda qeyd edir ki, “Göründüyü kimi, şəxsə müharibə veteranı adının verilməsi üçün onun hərbi əməliyyatlarda iştirakı barədə faktın olması kifayət deyil, hərbi xidmətdən tərxis olması ilə bağlı müvafiq əmrin olması da tələb olunur. Hazırkı iddia predmetinin əsasını təşkil edən hallara (faktlara) Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qiymət verilmiş və həmin tələb üzrə məhkəmə qərarı mövcuddur. Odur ki, hazırki iddia tələbinə- iddiaçıya müharibə veteranı adının verilməsi tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edildiyinə görə ona hazırda baxılması mümkün deyildir.” Qeyd olunan hər iki zəruri imperativ hal bu işdə mövcuddur......1) 1992-ci il tarixdə Şuşa ərazisində gedən döyüşlərdə iştirakı Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinin ##.##.1992- ci il tarixli siyahısında onun adının olması ilə təsdiq olunur. Yalnız adda yalnışlıq olduğundan ilk dəfə verilmiş iddiaya baxan Birinci instansiya məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova ) qərarı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli (hakimlər Cəmilova Xəyalə sədrlik edən və məruzəçi, Tağızadə Mirzə və Hüseynov Azər) qərarı ilə ləğv edilmişdir. Həmin hal aradan qaldırılmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsində Azərbaycan Respublikası müdafiə nazirinin "Azərbaycan Qarabağı" könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə *** nömrəli ##.##.1992-ci il tarixli əmrin İ.Ə.Əliyevə məxsus olması göstərilmişdir. 2) İddia üzrə İntisam Əliyevin istinad etdiyi əmri vermiş hərbi hissənin hansı vaxtacan döyüş əməliyyatlarında iştirak etməsi və şəxsi heyyətin hüquqi vəziyyətini müəyyən edən sənəd tələb olunur və bunu iddiaçının əldə etməyi mümkün olmadığından vəsatət vermiş və xahi etmişlər ki, “ iddiaçı ilə çiyin-çiyinə vuruşmuş və faktiki müharibə veteranı statusu almış şəxslər vardır ki, bəzilərinin də hüquqi mövqeyi məhkəmə qətnaməsilə təsdiqlənmişdir. Bu qəbildən olan şəxslər sırasına X4 da daxildir.Onun iddiası üzrə baxılmış inzibati işdə qəbul edilən ##.##.2021-ci il tarixli, 2-1(112)- ****/**** saylı Qərar vardır ki , həmin Qərarın 6-cı səhifəsinin ikinci bəndində Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin ## #### 2020-ci ilı tarixli */vət-**** saylı arıyışına əsasən “N nömrəli hərbi hissə ##.##.1992-##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: ##.##.1997-ci il tarixli Silahlı Qüvvələrin Baş Qərargah Rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı” sənədi əlavə olunmuşdur. Hazırda həmin arayış *-*(***)-****/**** saylı inzibati işdə saxlanılır.” Hakim bu halları nəzərə almamış, vəsatəti təmin etməmiş və qeyd olunanları yoxlamamışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatının digər iştirakçısı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının: 1.1- ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.” Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının hazırki tələbi veteran adının və vəsiqəsinin verilməsindən ibarətdir. İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı 1992-1993-cü illərdə Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi üçün ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2020- ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının tələbinin təmin olunmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, 2- 1(103)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)- ****/**** saylı ##.##.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmək şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması başa düşülür. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Göründüyü kimi, şəxsə müharibə veteranı adının verilməsi üçün onun hərbi əməliyyatlarda iştirakı barədə faktın olması kifayət deyil, hərbi xidmətdən tərxis olması ilə bağlı müvafiq əmrin olması da tələb olunur. Hazırkı iddia predmetinin əsasını təşkil edən hallara (faktlara) Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qiymət verilmiş və həmin tələb üzrə məhkəmə qərarı mövcuddur. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinə-iddiaçıya müharibə veteranı adının verilməsi tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edildiyinə görə ona hazırda baxılması mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qərarın 15.7.-ci bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Apellyasiya şikayətinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsilə “Azərbaycan Respublikasının Müdafiə nazirinin “Azərbaycan Qarabağı könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə” *** nömrəli ##.##.1992-ci il tarixli əmrinin Əliyev İntisam Əli oğluna məxsus olması faktı müəyyən edilmişdir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə edilmiş dəyişiklikdən sonra döyüş əməliyyatlarında iştirak etmiş və Əsasnamə ilə nəzərdə tutulmuş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da Əsasnamədə qeyd edilən sənədlərin siyahısına daxil edilmişdir. İddiaçının eyni tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qərarında isə göstərilmişdir ki, “....iddiaçının əsas dəlili ondan ibarətdir ki, o 1992-ci il tarixdə Şuşa ərazisində gedən döyüşlərdə iştirakı Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinin ##.##.1992-ci il tarixli siyahısında onun adının olması ilə təsdiq olunur. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından iddiaçının adının siyahıda olması onun iddia etdiyi dövrdə hərbi xidmət keçməsinin, döyüş əməliyyatlarında iştirakının təsdiqi və beləliklə də, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərli sayıla bilməz... Bundan başqa, iddiaçı eyni zamanda Cavabdeh ## ###### 1992-ci il tarixli, ***** saylı əmri ilə şəxsi heyəti 109 nəfərdən ibarət “Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi”nin qeydiyyata alınması barədə kütləvi informasiya vasitəsində dərc edilmiş məlumata, eləcə də həmin dəstədə xidmət keçmiş döyüşçülərin ad, soyad və ata adlarının göstərildiyi və 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri və Qərargah rəisi tərəfindən imzalanmış və təsdiq edilmiş siyahıya istinad etmişdir. Bununla bağlı, qeyd edilməlidir ki, “Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi”nin qeydiyyata alınması və həmin dəstədə xidmət keçən şəxslərin siyahısının təsdiqi ilə bağlı müvafiq rəsmiləşdirmənin aparılması, öz növbəsində iddiaçının hərbi xidmətdən tərxis olunması ilə bağlı da müvafiq rəsmiləşdirmənin aparılmasını tələb edir. Lakin, iş üzrə materiallarda iddiaçının hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması barədə hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı da hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş və bu barədə hər hansı məlumat verməmişdir...” Bununla yanaşı məhkəmə Kollegiyası onu da qeyd edir ki, iş təkrar olaraq birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra da birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsilə iddiaçının tərxis olunması əmri ilə bağlı məhkəmə hər hansı mövqe sərgiləməmişdir. Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsi üçün onun hərbi əməliyyatlarda iştirakı barədə faktın olması kifayət deyil, hərbi xidmətdən tərxis olması ilə bağlı müvafiq əmrin olması da tələb olunur. Bundan başqa iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı ilə çiyin-çiyinə vuruşmuş və faktiki müharibə veteranı statusu almış şəxslər vardır ki, bəzilərinin də hüquqi mövqeyi məhkəmə qətnaməsilə təsdiqlənmişdir. Bu qəbildən olan şəxslər sırasına X4 da daxildir.Onun iddiası üzrə baxılmış inzibati işdə qəbul edilən ##.##.2021-ci il tarixli, 2-1(112)- ****/**** saylı Qərar vardır ki , həmin Qərarın 6-cı səhifəsinin ikinci bəndində Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin ## #### 2020-ci ilı tarixli */vət-**** saylı arıyışına əsasən “N nömrəli hərbi hissə ##.##.1992-##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: ##.##.1997-ci il tarixli Silahlı Qüvvələrin Baş Qərargah Rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı” sənədi əlavə olunmuşdur. Hazırda həmin arayış *-*(***)-****/**** saylı inzibati işdə saxlanılır.” Hakim bu halları nəzərə almamış, vəsatəti təmin etməmiş və qeyd olunanları yoxlamamışdır. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası bildirir ki, iddiaçının özünün də qeyd etdiyi kimi həmin məhkəmə qərarının 6-cı səhifəsinin ikinci bəndində iddiaçının tərxis olunması ilə bağlı hər hansı haldan bəhs olunmur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-2035/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2035/2026
08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver