Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2049/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının və onun vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxs2 və Quliyev İsa Raic oğlunu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ** saylı binanın **A saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ** saylı binanın yataqxana tipli **A saylı mənzili iddiaçının istifadəsindədir. İddiaçı 2005-ci ildən etibarən bu mənzildə qeydiyyatda olduğu və həmin tarixdən indiyə qədər orada yaşadığı qeyd olunur. Bu barədə *** saylı MKİS-in arayışının ərizəyə əlavə edildiyi bildirilir. Həmin mənzildə iddiaçıdan başqa onun övladları – üçüncü şəxs2 və Quliyev İsa Raic oğlu da qeydiyyatdadırlar. Onların qeydiyyatda olsalar da, faktiki olaraq həmin mənzildə yaşamadıqları və bu barədə *** saylı MKİS-in arayışının ərizəyə əlavə edildiyi qeyd edilir. Həmçinin bildirilir ki, iddiaçının uşaqlarının atası olan Qanuni nümayəndə ilə nikah Nizami Rayon Məhkəməsi tərəfindən ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnamə ilə pozulmuş, övladları üçüncü şəxs2 və Quliyev İsa Raic oğlunun atanın himayəsinə verilməsi qərara alınmışdır. Həmin qətnamənin də ərizəyə əlavə edildiyi göstərilir. Bundan əlavə, üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Nizami Rayon Polis İdarəsinə müraciət edildiyi, lakin oradan imtina cavabı alındığı və həmin imtina məktubunun da ərizəyə əlavə edildiyi bildirilir. Nəticə etibarilə qeyd olunur ki, göstərilən hallara əsasən, məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək qərarına gəlinmişdir. Cavabdeh Nizami rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2026-cı il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə qərarının icraya yönəldikdən sonra tərəfindən icra olunacağını bildirmişdir Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil şikayətin təmin olunmasını xahiş etmişlər. Həmçinin, məhkəmə Kollegiyasının suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ** saylı binanın yataqxana tipli **A saylı mənzilindən iddiaçının anası həmin yataqxanada xadimə işlədiyindən iddiaçının və anasının istifadəsinə icazə verilmişdir.Lakin nə iddiaçının anasının, nə də özünün həmin mənzilə hər hansı hüquqverici sənədi (order, müqavilə, məhkəmə qərarı və sair) yoxdur. Məhkəmə Kollegiyasının iclasında digər tərəflər iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *- *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ** saylı binanın yataqxana tipli **A saylı mənzilinə dair hər hansı hüquqverici sənədi olmadığından iddiaçının cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı üçüncü şəxs2 və Quliyev İsa Raic oğlunu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ** saylı binanın **A saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə iddia üzrə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-2049/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2049/2026
15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver