Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2055/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “gəlir vergisinə görə artıq tutulmuş məbləğlərin qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Sərhəd Qoşunları N nömrəli hərbi hissə tərəfindən ##.##.2026-cı il tarixli məktubla həmin hərbi hissənin sabiq hərbi qulluqçusu iddiaçıya müharibə veteranı adının verilməsinə əsas olan sənədin arxiv çıxarışı və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək hərbi hissədə xidmət etdiyi müddət ərzində aldığı əmək haqlarına dair əmək haqqı cədvəli məhkəməyə təqdim edilmişdir.
2. Cavabdeh Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin 26-## ######## 2020-ci il tarixli, **** nömrəli əmrindən çıxarışdan görünür ki, siyahıda iddiaçının da adı olan bir sıra hərbi qulluqçular və mülki işçilər ##.##.2020-ci il tarixdən xüsusi göstərişədək döyüş əməliyyatlarının idarə edilməsi və maddi-texniki təminat işlərinin görülməsinə cəlb edilmiş hesab edilmişdir.
3. İddiaçının ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək hərbi hissədə xidmət etdiyi müddət ərzində aldığı əmək haqlarına dair əmək haqqı cədvəlindən görünür ki, iddiaçıya həmin müddət ərzində ümumilikdə vəzifə maaşı, rütbə maaşı, xidmət ilinə görə faiz əlavəsi, DSX-də xidmətə görə faiz əlavəsi 10%, iqlim şəraitinə görə faiz əlavəsi 15%, məharət dərəcəsinə görə əlavə faiz, vəzifə maaşına artım 20% olmaqla 14016,15 manat hesablanmış; gəlir vergisi 14%, DSMF 3 %, İTS 2% olmaqla 1557,33 manat cəmi tutulmuş; ümumilikdə 12458,92 manat məbləğində pul vəsaiti ona ödənilmişdir.
4. Cavabdeh Sərhəd Qoşunları tərəfindən ##.##.2026-cı il tarixli məktubla iddiaçının ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində aldığı əmək haqlarına dair əmək haqı cədvəli məhkəməyə təqdim edilmişdir.
5. İddiaçının ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək hərbi hissədə xidmət etdiyi müddət ərzində aldığı əmək haqlarına dair əmək haqqı cədvəlindən görünür ki, iddiaçıya həmin müddət ərzində ümumilikdə vəzifə maaşı, rütbə maaşı, uzun müddət xidmətə görə faiz əlavəsi, SMO-da xidmətə görə faiz əlavəsi 10%, iqlim şəraitinə görə faiz əlavəsi 15%, vəzifə maaşına əlavə 20% olmaqla 6470,47 manat hesablanmış; gəlir vergisi 14%, M.D.S.S 3 %, İTS 2% olmaqla 706,31 manat cəmi tutulmuş; ümumilikdə 5764,16 manat məbləğində pul vəsaiti ona ödənilmişdir.
6. Cavabdeh Sərhəd Qoşunları N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda göstərilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı Zülfü oğlu N №-li hərbi hissədə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək xidmət etdiyi dövrdə pul təminatında olmuşdur. Sabiq hərbi qulluqçu pul təminatı hesablanarkən gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair heç bir sənəd təqdim etməmişdir.
7. İddiaçının müraciətinə cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
8. İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.2022-ci ildən ##.##.2023-cü illər ərzində əmək haqqından tutulmuş gəlir vergisinin ona DSX tərəfindən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək hərbi xidmətdə olduğu ## ###### 2022-ci ildən ehtiyata buraxıldığı ## #### 2023-cü ilə qədər Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən əmək haqqından tutulan gəlir vergisinin aylıq gəlirinin 400 manat məbləğində azadılmamaqla hesablandığına görə həmin dövr üzrə ondan artıq tutulmuş məbləğlərin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixdək Dövlət Sərhəd Xidmətinin **** nömrəli Horadiz Hərbi Hissəsinin maddi texniki təminat şöbəsinin əşya geyim bölməsinin zabiti vəzifəsində xidmət etmişdir. Hərbi hissənin şəxsi heyəti ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatlarına cəlb olunmuşdur. O, həmin döyüş əməliyyatlarının idarə edilməsi, hərbi hissə daxilində və işğaldan azad olunmuş (Cəbrayıl, Zəngilan Qubadlı rayonlarında) şəxsi heyətin əşya geyim normaları üzrə əmlaklar ilə bağlı təmin olunması, yerləşdirilməsi, həmçinin ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatlarında şəhid olmuş, yaralanmış hərbi qulluqçuların təxliyyəsi, onların qeydiyyatının aparılması məqsədi ilə Cəbrayıl rayonunda yerləşən xəstəxanaya ezam olunmuşdur. Müxtəlif vaxtlarda DSX aparatından gələn aidiyyatı şəxslərə kadrlar şöbəsinə şifahi, Dövlət Sərhəd Xidmətinin rəis və müavinlərinə ona müharibə iştirakçısı vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. ##.##.2024-cü il tarixdə iddiaçıya müharibə iştirakçısı vəsiqəsi (veteran) verilmişdir. Qeyd edir ki, 2022ci il ilin yanvar ayından ## #### 2023-cü ilə qədər xidmət etdiyi dövrlərdə Dövlət Sərhəd Xidməti onun əmək haqqına Azərbaycan Respublikasının 102.1.6.-cı maddəsinə əsasən müharibə veteranları gəlir vergisindən azad olunmanı tətbiq etməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Bildirir ki, DSX əməkdaşlarının laqeyd yanaşması nəticəsində ona müharibə iştirakçısı statusu gec verilmiş, vəsiqəni ##.##.2024-cü il tarixdə ala bilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, 44 günlük Vətən müharibəsində iştirakına görə R İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, TE-***m №-li tapşırığı ilə “Müharibə veteranı” adı və Azərbaycan Respublikasının “Müharibə veteranı’’ vəsiqəsinin (təqaüdü) verilməsi təsdiq edilmişdir. 44 günlük Vətən müharibəsində iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli, **** №-li Sərəncamı və “Vətən müharibəsi” iştirakçılarına “Müharibə veteranı” adının və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi haqqında aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli, *** №-li tapşırığının tələblərində “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi təsdiq edilmiş şəxslərə təqaüdün təyin edilməsi, eləcə də, aylıq pul təminatından gəlir vergisinin güzəştli şərtlərlə tutulması ##.##.2022-ci il tarixindən etibarən nəzərdə tutulmuşdur. İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müavini-X3 ##.##.2023-cü il tarixli, 622 ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
12. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçı ##.##.2022-ci ildən ##.##.2023-cü ilədək hərbi xidmətdə olduğu dövrdə əməkhaqqından gəlir vergisinin Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulan 400 manatlıq güzəşt tətbiq edilmədən tutulduğunu bildirmiş, həmin dövr üzrə artıq tutulmuş gəlir vergisinin yenidən hesablanaraq ona qaytarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir.
14. Cavabdeh isə etirazında iddiaçının xidmət etdiyi dövrdə gəlir vergisindən güzəşt hüququnu təsdiq edən sənədi təqdim etmədiyi, buna görə də əməkhaqqından verginin qanunvericiliyə uyğun tutulduğunu bildirmişdir.
15. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2024-cü il tarixində “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Buna baxmayaraq iddiaçı hesab edir ki, müharibə veteranları üçün qanunvericiliklə müəyyən edilmiş güzəştlərin tətbiqi ##.##.2022- ci idən tətbiq edildiyi üçün həmin tarixdən onun təxris edildiyi dövrə qədər əmək haqqında gəlir vergisi tutularkən vergi tutulmalı olan məbləğ 400 manat azaldılmadığı üçün artıq tutulmuş vəsait cavabdeh tərəfindən ona geri qaytarılmalıdır.
16. Hazırkı iş üzrə iddiçı əslində ona müharibə veteranı adının ##.##.2022-ci ildən verilməli olmasına əsaslanaraq, müharibə veteranları üçün tətbiq edilən güzəştin ona tətbiq edilməsini tələb edir. Lakin, ##.##.2022-ci ildə iddiaçının “müharibə veteranı” statusu yox idi və cavabdeh tərəfindən iddiaçının vergi tutulmalı olan aylıq gəliri azaltma ilə hesablana bilməzdi. Eyni zamanda iddiaçı “müharibə veteranı” adı aldığı ##.##.2024-cü ildən etibarən müharibə veteranları üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edə bilərdi. Həmin güzəşt və imtiyazla iddiaçıya münasibətdə bundan əvvəlki dövrə tətbiq edilə bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında Vergi Məcəlləsinin 102.8-ci maddəsinin mətnini sitat gətirsə də, onun ikinci cümləsini tamamilə nəzərə almamışdır. Həmin maddədə açıq-aşkar yazılıb. "Fiziki şəxs tərəfindən vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən (hazırkı keysdə xidmət etdiyi dövrün əvvəlindən — ##.##.2022) hesablanır." İddiaçının statusu (müharibə iştirakçısı olması) 2020-ci ildə, döyüşlərdə iştirak etdiyi an yaranıb. Vəsiqənin gec verilməsi inzibati orqanın (DSX) ləngiməsidir. Qanun statusun gec rəsmiləşdirilməsi halında güzəştin keçmişə doğru (retroaktiv) tətbiq olunmasını birbaşa tələb edir. Məhkəmə isə güzəştin yalnız vəsiqənin alındığı ##.##.2024-cü ildən sonra tətbiq edilə biləcəyini qeyd edərək bu maddəni birbaşa pozmuşdur. Məhkəmə öz qərarında iddiaçının 2023-cü ildən xidmətdə olmamasını və vəsiqəni 2024-cü ildə almasını əsas gətirərək iddianı rədd edib. Bu məntiq qanunsuzdur, çünki: Gecikmə vətəndaşın təqsiri deyil: Dövlət Sərhəd Xidməti Prezidentin **** nömrəli Sərəncamına əsasən siyahıları 2022-ci ilin yanvarından etibarən hazırlayıb təsdiq etməli idi. Qurumun laqeydliyi ucbatından vəsiqə 2024-cü ildə verilibsə, bunun cəzasını vətəndaş maddi itki ilə (vergi ödəyərək) çəkməməlidir. Maliyyə iddia müddəti daxilindədir: Vergi Məcəlləsinin 85-ci maddəsinə görə, artıq tutulmuş vergilərin yenidən hesablanması və qaytarılması üçün 3 illik iddia müddəti var. İddiaçı xidmətdə olduğu dövr (2022-2023) üçün 2024-2025-ci illərdə müraciət etdiyindən, 3 illik müddəti tam qoruyub.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir (96.1.). 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir . 97.3. Gəlirlərə aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir 102.2-ci maddəsinə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 102.2.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının; 102.2.1-1. Azərbaycanın Milli Qəhrəmanlarının; 102.2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının; 102.2.4. müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin; 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının; 102.2.6. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin; 102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin; 102.2.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin; 102.2.9. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının. 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində ) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
23. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli, **** saylı Sərəncamı:
1. 2020-ci il ########ın ##-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022- ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin edilsin.
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi: 3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il ######ın #-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etsinlər;
6. Bu Sərəncam 2022-ci il ######ın #-dən qüvvəyə minir.
24. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsində göstərilmişdir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçı ##.##.2022-
29. ci ildən ##.##.2023-cü ilədək hərbi xidmətdə olduğu dövrdə əməkhaqqından gəlir vergisinin Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulan 400 manatlıq güzəşt tətbiq edilmədən tutulduğunu bildirmiş, həmin dövr üzrə artıq tutulmuş gəlir vergisinin yenidən hesablanaraq ona qaytarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir.
30. Cavabdeh isə etirazında iddiaçının xidmət etdiyi dövrdə gəlir vergisindən güzəşt hüququnu təsdiq edən sənədi təqdim etmədiyi, buna görə də əməkhaqqından verginin qanunvericiliyə uyğun tutulduğunu bildirmişdir.
31. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2024-cü il tarixində “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Buna baxmayaraq iddiaçı hesab edir ki, müharibə veteranları üçün qanunvericiliklə müəyyən edilmiş güzəştlərin tətbiqi ##.##.2022- ci idən tətbiq edildiyi üçün həmin tarixdən onun təxris edildiyi dövrə qədər əmək haqqında gəlir vergisi tutularkən vergi tutulmalı olan məbləğ 400 manat azaldılmadığı üçün artıq tutulmuş vəsait cavabdeh tərəfindən ona geri qaytarılmalıdır.
32. Məhkəmə Kollegiyası 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli, **** saylı Sərəncamdan göründüyü kimi 2020-ci il ########ın ##-dən noyabrın 10- dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “müharibə veteranı” adının verilməsi proseduruna ##.##.2022ci ildən başlanmışdır. Məlum məsələdir ki, həmin şəxslərin müəyən edilməsi, hərbi hissələrdən təqdim edilmiş sənədlərin yoxlanması, bununla bağlı digər məsələlərin həl edilməsi müəyyən qədər vaxt tələb edən prosedurlardır. Bu səbəbdən ididaçıya “müharibə veteranı” adı 2024-cü ildə verilmişdir.
33. Hazırkı iş üzrə iddiçı əslində ona müharibə veteranı adının ##.##.2022-ci ildən verilməli olmasına əsaslanaraq, müharibə veteranları üçün tətbiq edilən güzəştin ona tətbiq edilməsini tələb edir.
34. Lakin, ##.##.2022-ci ildə iddiaçının “müharibə veteranı” statusu yox idi və cavabdeh tərəfindən iddiaçının vergi tutulmalı olan aylıq gəliri azaltma ilə hesablana bilməzdi. Eyni zamanda iddiaçı “müharibə veteranı” adı aldığı ##.##.2024-cü ildən etibarən müharibə veteranları üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edə bilərdi. Həmin güzəşt və imtiyazla iddiaçıya münasibətdə bundan əvvəlki dövrə tətbiq edilə bilməz.
35. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayət iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
36. Bundan əlavə məhkəmə Kollegiyası iddiaçının şikayətinin “məhkəmə öz qərarında Vergi Məcəlləsinin 102.8-ci maddəsinin mətnini sitat gətirsə də, onun ikinci cümləsini tamamilə nəzərə almamışdır.” dəlili ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinin ikinci cümləsinə əsasən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
37. Göründüyü kimi, Vergi Məcəlləsinin 102.8-ci maddəsinin ikinci cümləsi fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusunun əmək müqaviləsindən əvvəl olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halı tənzimləyir.
38. Hazırkı işdə isə iddiaçı veteran statusunu ##.##.2022-ci ildən ##.##.2023-cü ilədək hərbi xidmətdə olduğu dövrdə deyil, xidmətdən tərxis olunduqdan sonra, yəni ##.##.2024-cü il tarixdə almışdır.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.