Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2071/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X10 və X11 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi İlyaslı Uğur Rəşad oğlunun iştirakları ilə, İddiaçı Quliyev İsmayıl Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Quliyev İsmayıl Tofiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Quliyev İsmayıl Tofiq oğluna 60 yaşı tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quliyev İsmayıl Tofiq oğlu ##.##.1965-ci ildə Bakı şəhərində doğulmuşdur. İddiaçı ##.##.1987-ci ildən ##.##.1989cu ilə qədər AZNEFT İstehsalat Birliyinin Elektron Hesablama Mərkəzində avadanlıqların təmiri üzrə elektrik mexaniki, ##.##.1989-cu ildən ##.##.1990-cı ilədək AZNEFT İB-nin “Kompleks Qazma İşləri Trestinin Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X4 İdarəsinin Xəzər-1” üzən qazma qurğusunda qazmaçı köməkçisi. ##.##.1990-cı ildən ##.##.1992-ci ilə qədər Azərbaycan Dövlət Neft Sənayesi üzrə Elmi Araşdırma Layihə İnstitutunda mühəndis, ##.##.1992-ci ildən ##.##.1995-ci ilə qədər Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyi yanında “xxxx” müəssisəsində kommersiya marketinq xidmətinin rəisi, ##.##.1995-ci ildən ##.##.1996-cı ilədək “xxxx” turistik firmasında turizm üzrə menecer. ##.##.1996-cı ildən ##.##.1997-ci ilədək “xxxx” Firmasında Kommersiya- Marketinq şöbəsinin müdiri, ##.##.1997-ci ildən ##.##.2003-cü ilədək Balaxanı Neft NQÇİnin * №-li Neft və Qazçıxarma sexində (neft mədənində) neft və qazçıxarma üzrə mühəndis və usta vəzifələrində. ##.##.2003-cü ildən ##.##.2004-cü ilədək “xxxx" Şirkətində boru operatoru vəzifəsində. ##.##.2004-cü ildən ##.##.2005-ci ilədək “xxxx” Şirkətində şlam avadanlığı üzrə operator köməkçisi. ##.##.2005-ci ildən ##.##.2007-ci ildək “xxxx” Şirkətində qazma məhlulu operatoru, ##.##.2007-ci ildən ##.##.2013-cü ilədək “xxxx DRILLING FLUIDS” MMC-də qazma məhlulları üzrə mühəndis. ##.##.2013cü ildən ##.##.2025-ci ilədək həmin MMC-də qazma məhlulları üzrə aparıcı mühəndis vəzifələrində işləmişdir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyəti ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arxiv arayışları ilə də öz təsdiqini tapmışdır. Habelə, adıçəkilən arayışlarda şəxsin işlədiyi peşələrin güzəştli şənlərlə pensiya hüququ verən vəzifələr olması öz əksini tapmışdır. Bundan sonra, iddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli, 3 17-1/2-Q-l*****/**** №-li cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi şəxsin güzəştli iş stajının 12 il 06 aydan az olması qeyd edilmişdir. (7 il 16 gün (##.##.1989-##.##.1990 və ##.##.1997- ##.##.2023)) Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İ.X5 ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (##.##.2025-ci il tarixli, 3-17-1/2-Q-187337/2025). Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) isə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ## #### 2025-ci il tarixli “X8” Company MMC-nin ona dair **-**-**** nömrəli arayışında ##.##.2003- ##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində boru operatoru, ##.##.2004-##.##.2005ci il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində şlam avadanlığı üzrə operator, ##.##.2005- ##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində qazma məhlulu operatoru, “xxxx” MMC-nin iddiaçıya dair # #### 2025-ci il tarixli, **/* nömrəli arayışında isə ##.##.2007-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində qazma məhlulları üzrə mühəndis, ##.##.2013-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində qazma məhlulları üzrə aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi boru operatoru, şlam avadanlığı üzrə operator və qazma məhlulu operatoru vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları vəzifələrinə, qazma məhlulları üzrə mühəndis və qazma məhlulları üzrə aparıcı mühəndis vəzifələri isə arayışda istinad olunan yuxarıda qeyd edilən bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələrinə aid deyildir. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 16 gün (##.##.1989-##.##.1990-cı il və ##.##.1997-##.##.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il ## ###### tarixli icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq etməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb etməklə və ya digər müvafiq araşdırma aparmaqla iddiaçının həqiqətən güzəştli şərtlərlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamarda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçı İ.Quliyevin güzəştli iş stajı 12 il 6 aydan az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbinin təmin edilməsi, iddiaçı Quliyev İsmayıl Tofiq oğluna 60 yaşı tamam olduğu tarixdən, yəni ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda imtina məktubunun, birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İlyaslı Uğur Rəşad oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına əsasən iddiaçı ##.##.1965cı il təvəllüdlü olmaqla, ##.##.2025-ci il tarixdə 60 yaşını tamamlamışdır. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən Quliyev İsmayıl Tofiq oğlunun əmək fəaliyyəti: -##.##.1987-“Azneft” Birliyinin İnformasiya Hesablama Mərkəzində EHM-da məlumatın emalı və təqdim edilməsi şöbəsinə hesablama maşınlarının təmiri və ona xidmətlərin göstərilməsi üzrə 3-cü dərəcəli elektromexanik vəzifəsinə təyin edilmişdir. -##.##.1989-Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. -##.##.1989-“Xəzər-1” özünüqaldıran X2 neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. -##.##.1990-həmin yerə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. -##.##.1990-Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “AzNİKİneft” müəssisəsinə rəhbər vəzifəsinə keçirilmə yolu ilə işdən azad edilmişdir. - ##.##.1990-“Xəzərdənizneftqaz” ET və Lİ-dan köçürülmə yolu ilə mürəkkəbləşmələr sektoruna mühəndis vəzifəsinə qəbul edilmişdir.-##.##.1991-II kateqoriyalı mühəndis vəzifəsiə keçirilmişdir. -##.##.1992-öz xahişi ilə işdən azad edilmişdir. -##.##.1992- “Azərbaycan Respublikası Afqanistan Veteranları” Birliyi yanında “xxxx” MMC-də kommersiya-marketinq xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. -##.##.1995-öz xahişi ilə Azərbaycan Respublikası ƏQM-in 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. - ##.##.1995-“xxxx” Turizm Şirkətində turizm üzrə menecer vəzifəsinə təyin edilmişdir. - ##.##.1996- öz xahişi ilə Azərbaycan Respublikası ƏQM-in 37-ci maddəsinə əsasən işdən azad edilmişdir.-##.##.1996-“xxxx” MMY-də kommersiya-marketinq xidmətinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir. -##.##.1997- öz xahişi ilə Azərbaycan Respublikası ƏQM-in 37-ci maddəsinə əsasən işdən azad edilmişdir.-##.##.****-* nömrəli Neft və qazçıxartma sexinə neft mədəninə 10-cu dərəcəli neft və qazçıxartma üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. -##.##.1997- həmin sexdə 11-ci dərəcəli neft və qazçıxarma üzrə usta vəzifəsinə keçirilmişdir. -##.##.1998-Neft və qazçıxarma üzrə ustasına 12-ci dərəcə verilmişdir. -##.##.2003-AR ƏM-nin 69-cu maddəsinə əsasən işçinin təşəbbüsü ilə işdən azad edilmişdir. -##.##.2003-“xxxx” şirkətinə Boru Operatoru vəzifəsinə qəbul edilmişdir. -##.##.2004- “xxxx” şirkətindən “xxxx” şirkətinə şlam avadanlığı üzrə operatorun köməkçisi vəzifəsinə köçürülmüşdür. -##.##.2005-“xxxx” şirkətində qazma məhlulu operatoru vəzifəsinə təyin olunmuşdur.-##.##.2007-“xxxx” şirkətində AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. - ##.##.2007-“Azəri EM-AY Drilling Fluids LTD BM” Qazma Məhlulları üzrə mühəndisi vəzifəsinə qəbul edilmişdir.-##.##.2013-Qazma Məhlulları üzrə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. -03.06.201-“Azəri Mİ DRİLLİNG FLUİDS” MMC-nin ##.##.2013cü il tarixli *** saylı əmrinə əsasən “Azəri MİDrilling Fluids LTD BM”-si “Azəri MİDRİLLİNG FLUİDS” MMC adlandırılmışdır. -##.##.2013-işçi tutuduğu vəzifədə təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (##.##.2022ci il tarixdən qüvvədə olan) 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələbindən görünür ki, 60 yaşı tamam olduğu tarixdən, yəni ##.##.2025ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddaəlarından müəyyən edilir ki, 60 yaşı tamam olduğu tarixdən, yəni ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün şəxs 25 il ümumi iş stajı və bu dövrün 12 il 6 ay müddətini zərərli işlərdə işləməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə bağlı bu tələblər ödənilir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasına əsasən iddiaçının ##.##.1987-##.##.1989-cu il tarixədək işlədiyi dövr - 02 il 02 ay 21 gün, ##.##.1989- ##.##.1990-cı il tarixədək işlədiyi dövr - 09 ay 09 gün, ##.##.1990-##.##.1992-ci il tarixədək işlədiyi dövr - 02 il 02 ay 07 gün, ##.##.1992-##.##.1995-ci il tarixədək işlədiyi dövr - 02 il 04 ay 06 gün, ##.##.1995-##.##.1996-cı il tarixədək işlədiyi dövr - 01 il 21 gün, ##.##.1996-##.##.1997-ci il tarixədək işlədiyi dövr - 10 ay 16 gün, ##.##.1997- ##.##.2003-cü il tarixədək işlədiyi dövr - 06 il 05 ay 12 gün, ##.##.2003-##.##.2025-ci il tarixədək işlədiyi dövr - 22 il 08 gün olmaqla, ümumilikdə 37 il 11 ay 09 gün ümumi iş stajı vardır (60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixədək). Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı, o cümlədən 7 il 16 gün güzəştli iş stajı (##.##.1989-##.##.1990-cı il və ##.##.1997-##.##.2003-cü il tarixləri arasındakı dövr) mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ##.##.2003-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində boru operatoru, ##.##.2004-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində şlam avadanlığı üzrə operator, ##.##.2005- ##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində qazma məhlulu operatoru, ##.##.2007-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində qazma məhlulları üzrə mühəndis, ##.##.2013-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində qazma məhlulları üzrə aparıcı mühəndis kimi işlədiyi vəzifələrin güzəştli iş stajına daxil edilməməsi əsas gətirilərək güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olmasına istinad edilmiş və pensiya təyinatından imtina edilmişdir. İş materialllarında olan; “Turan Drilling&Engineering LLC” tərəfindən verilən ##.##.2025-ci il tarixli, **-**- **** nömrəli arayışına əsasən Quliyev İsmayıl Tofiq oğlu (AZE 15481829) həqiqətən ##.##.2003-cü il tarixində “xxxx” şirkətinə Boru operatoru vəzifəsinə qəbul edilib. ##.##.2004-cü il tarixində "xxxx" şirkətindən “xxxx” şirkətinə Şlam avadanlığı üzrə operator köməkçisi vəzifəsinə köçürülmüşdür. ##.##.2005-ci il tarixindən ##.##.2007-ci il tarixinədək "xxxx” şirkətində Qazma məhlulu operatoru vəzifəsində işləyib. Yuxarıda qeyd olunan şirkətlər Böyük Britaniyanın “xxxx” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. ## #### 2018-ci il tarixində “xxxx” şirkəti “xxxx” MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən “xxxx” MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. Quliyev İsmayıl Tofiq oğlu yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft- qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Boru operatoru, Şlam avadanlığı üzrə operator köməkçisi, Qazma məhlulu operatoru köməkçisi vəzifələrinin adları şirkətdaxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, Quliyev İsmayıl Tofiq oğlunun yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən qazmaçı peşəsinin funksiyalarını yerinə yetirmişdir. Yəni, onun işlədiyi Boru operatoru, Şlam avadanlığı üzrə operator köməkçisi, Qazma məhlulu operatoru köməkçisi Qazmaçı peşəsinə uyğundur, sadəcə iş yeri xarici şirkət olduğu üçün peşələrin adları beynəlxalq tələblərə görə fərqli qeyd edilmişdir. Həmin işin funksiyaları barədə hazırkı arayışla aşağıdakı kimi izah veririk: Yuxarıda göstərilən peşələr, yəni Quliyev İsmayıl Tofiq oğlunun: -##.##.2003-cü ildən ##.##.2004-cü ilədək işlədiyi (10 ay, 9 gün) Boru operatoru (bu vəzifədə faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -##.##.2004cü ildən ##.##.2005-ci ilədək işlədiyi (1 il, 1 ay, 27 gün) Şlam avadanlığı üzrə operator köməkçisi (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); -##.##.2005-ci ildən ##.##.2007-ci ilədək işlədiyi (1 il, 5 ay, 25 gün.) Qazma məhlulu operatoru (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007 ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Quliyev İsmayıl Tofiq oğlunun ##.##.2003-cü ildən ##.##.2007-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 3 il 6 ay 2 gün təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/* nömrəli arayışa əsasən Quliyev İsmayıl Tofiq oğlu ##.##.2007-ci il tarixdən ##.##.2013-ci il tarixədək “xxxx DRILLING FLUIDS” MMC-də (bundan sonra - Müəssisə) Qazma Məhlulları üzrə Mühəndis, ##.##.2013-cü il tarixindən ##.##.2025-ci il tarixinədək Qazma Məhlulları üzrə Aparıcı Mühəndis vəzifəsində (Əmək müqaviləsi bildirişlərində “Məşğulluq təsnifatı üzrə” vəzifəsi “mühəndis, neft və qazçıxarma üzrə” olaraq qeyd olunmaqla) çalışmışdır. İşçi ##.##.2007-ci il tarixli, ** №-li əmrlə Qazma Məhlulları üzrə Mühəndis vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdən etibarən işə başlamış, ##.##.2013-cu il tarixli ** №-li əmrlə Qazma Məhlulları üzrə Aparıcı Mühəndis vəzifəsinə keçirilmiş və bu vəzifədə ##.##.2025ci il tarixinədək çalışmışdır. Quliyev İsmayıl Tofiq oğlunun “AZƏRİ M İ DRİLLİNG FLUIDS” MMC-də işlədiyi Qazma Məhlulları üzrə Mühəndis və Aparıcı Mühəndis vəzifəsi üzrə sosial sığorta (və ya iş) stajı 8 il 4 gün təşkil edir. İşlədiyi həmin vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Müəssisədə əmək fəaliyyəti üzrə vəzifə öhdəlikləri dəniz qazma platformalarında quyuların qazılması zamanı istifadə olunan neft və su əsaslı qazma məhlullarının kimyəvi reagentlərlə hazırlanması, işlənməsi və həmin məhlulun laboratoriyada kimyəvi analizlərinin aparılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007- ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1(b)-ci yarımbəndinin 6-cı sətrinə (bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)) uyğun gəlir. -SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən verilən ##.##.2025-ci il tarixli 14 *-**/*-Q-***-**/**** nömrəli arxiv arayışına əsasən “Kompleks qazma işləri” Trestinin Arxivində saxlanılan sənədlərə əsasən ##.##.1965-ci il təvəllüdlü Quliyev İsmayıl Tofiq oğlunun iş stajı aşağıdakı kimidir: ##.##.1989-cu ildə (T2 şəxsi vərəqəsinə əsasən) “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X4 İdarəsinin “Xəzər-1” X2 (Əmr 213/k, ##.##.1989cu il) 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilib; ##.##.1990-cı ildə (T2 şəxsi vərəqəsinə əsasən) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib. (Əmr 151/k, ##.##.1990-cı il); “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin ## #### 1993-cü il tarixli, ** nömrəli əmrinə əsasən ##.##.1993-cü il tarixindən “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X4 İdarəsinin adı dəyişdirilərək X6 Qazma İdarəsi adlandırılmışdır. SOCARın ##.##.2003-cü il tarixli, ** nömrəli və “Azneft" İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında” ##.##.2003-cü il tarixli, * nömrəli əmri ilə X6 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı” X4 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın ##.##.2007ci il tarixli, ** nömrəli və ##.##.2007-ci il tarixli, ** nömrəli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limanı” X4 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın ##.##.2012-ci il tarixli, ** nömrəli əmri ilə “Bayıl Limanı” X4 İdarəsinin adı dəyişdirilərək “Xəzər" X4 İdarəsi adlandırılmışdır. SOCAR-ın ##.##.2012-ci il tarixli, *** nömrəli və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında” ##.##.2012-ci il tarixli, ** nömrəli əmrinə əsasən ’’Xəzər” X4 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın ##.##.2013-cü il tarixli, SOCAR/**-****/**/SM-**-****** nömrəli əmrinə əsasən “Kompleks qazma işləri" trestinin “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. SOCAR-ın "Kompleks qazma işləri" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” ##.##.2021-ci il tarixli, SOCAR ******************A***** nömrəli əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümü birləşərək hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Ümumi iş stajı: 09 ay, 09 gün; Güzəştli iş stajı: 09 ay, 09 gün. Qeyd: Quliyev İsmayıl Tofiq oğlunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə ##.##.2007-ci il tarixli, ** nömrəli qərarın siyahısı üzrə “10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bəndinin “10.1 Qazma, a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları” altbəndinə uyğun olan peşəsi üzrə güzəştli iş stajı 09 ay, 09 gün təşkil edir. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin ##.##.2025-ci il tarixli, **-*-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, SOCAR-ın Mərkəzi arxivindən verilmiş ##.##.2025ci il tarixli, **-*/*-Q-****-*/**** nömrəli arxiv arayışında Quliyev İsmayıl Tofiq oğlunun “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) * №-li neft və qazçıxarma sexində (neft mədəni) ##.##.1997-ci il tarixdən ##.##.1997-ci il tarixədək neft və qazçıxarma üzrə mühəndis, həmin sexdə ##.##.1997-ci il tarixdən ##.##.2003-cü il tarixədək neft və qazçıxarma üzrə usta vəzifəsində işlədiyi qeyd olunur. Quliyev İsmayıl Tofiq oğlunun “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin * №-li neft və qazçıxarma sexində (neft mədəni) ##.##.1997-ci il tarixdən ##.##.2003-cü il tarixədək (06 il 03 ay 08 gün) işlədiyi neft və qazçıxarma üzrə usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200b—23485 kodla qeyd edilən “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində) məşğul olan ustalar” vəzifəsi ilə uyğunluq təşkil edir. Eyni zamanda bildiririk ki, onun ##.##.1997-ci il tarixdən ##.##.1997-ci il tarixədək işlədiyi neft və qazçıxarma üzrə mühəndis vəzifəsi sözügedən Siyahının müvafiq bölmələrində nəzərdə tutulan vəzifələrlə eynilik təşkil etmir. Sorğu məktubunda qeyd etdiyiniz digər məsələ “Quliyev İsmayıl Tofiq oğlunun “Azneft” İstehsalat Birliyində işlədiyi dövr ərzindəki əmək fəaliyyəti, əmək funksiyaları geniş təsvir olunmaqla işlədiyi peşələrin zərərli işə aid olub-olmaması barədə məlumat, zərərli işə aid olduğu halda hansı xüsusiyyətinə görə zərərli hesab edildiyi barədə məlumatların və həmin vəzifənin vəzifə təlimatının surətinin məhkəməyə təqdim edilməsi” ilə bağlı bildiririk ki, “Azneft” İB-nin tabeçiliyində olan NQÇİ-lərin Neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində çalışan işçilər neft və qazçıxarma üzrə briqadanın istehsal fəaliyyətinə və briqadalara rəhbərliyi həyata keçirir; obyektlərin və quyuların texnoloji iş rejimlərinə riayət olunmasını təmin edir və onları aradan qaldırır; quyulara və başqa istehsalat obyektlərinə və kommunikasiyalara xidməti təşkil edir; mürəkkəb və təhlükəli işlərin yerinə yetirilməsində iştirak edir və s. əmək funksiyalarını icra edir. “Azneft” İB-nin tabeçiliyində olan NQÇİ-lərin Neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində çalışan işçilər əmək funksiyalarını zərərli əmək şəraitində icra edirlər. Zərərli əmək şəraitində işlədiklərinə görə onların əmək haqqına əlavə ödəniş (4%) tətbiq edilir və iş günlərində pulsuz (hər iş günü üçün 0.5 litr) süd məhsulu ilə təmin edilirlər. SOCAR “Kompleks qazma işləri” trestinin ##.##.2025-ci il tarixli **-*-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, sorğuda qoyulmuş sualları cavablandırmaq məqsədi ilə vətəndaş Quliyev İsmayıl Tofiq oğluna dair Trestin aparatında və arxivində saxlanılan mövcud sənədlər üzrə ətraflı araşdırılma işləri aparılmışdır. Bunun nəticəsi olaraq bildirirlər ki, T.Quliyevin 1989- 1990-cı illər dövründə ölkənin neft-qaz sektorunun qazma sahəsində işlədiyi 4-cü dərəcəli “qazmaçı köməkçisi” peşəsi üzrə əmək funksiyaları və gördüyü işlərin çeşidi KQİT-nin ##.##.2020-ci il tarixli peşə təlimatına uyğun olaraq aşağıdakılardan ibarətdir: Qazmaçı köməkçisi:Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçının rəhbərliyi altında dərin qazma qurğusu ilə dərinliyi 1500 metrə qədər neft, qaz, termal və yod-brom suları və başqa faydalı qazıntılar almaq üçün quyuların qazılması texnoloji prosesinin ayrı-ayrı növlərinin aparılması; Qazma qurğusunun işə salınmağa hazırlanması və endirmə-qaldırma əməliyyatı zamanı yuxarıdakı işlərin aparılması; Qazma borularının quraşdırılmasında və kipliyə yoxlanılmasında iştirak edilməsi; Qaldırma-endirmə əməliyyatı avtomatının işinin idarə edilməsi; Buruğun, tal sisteminin, yürüş pilləkənlərinin vəziyyətinin yoxlanılması; Maşın açarı ilə işləmə, qazma məhlulunun hazırlanması və işlənməsi; Ehtiyat tutumlarının məhlul ilə doldurulması; Nasosların qəbulunda səviyyənin dəyişilməsinə nəzarət; Qazma nasoslarının işində nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; Qazma nasoslarının köhnəlmiş hissələrinin dəyişdirilməsi; Çətinliklərin və qəzaların ləğv edilməsi işlərinin aparılması, quyuda qoruyucu kəmərlərin sementlənməsi, sement körpülərinin qoyulması və qazılması; Quyu ağzının avadanlıqla təchiz olunması, istismar quyularının mənimsənilməsi və kəşfiyyat quyularının sınanması; Qazma borularının və qoruyucu kəmər borularının qalanması, qazma borularının quraşdırılması və kipliyə yoxlanılması; Quyuda son işlərin aparılması, qazma avadanlığının profilaktik təmiri, qazma avadanlığının quraşdırılması, sökülməsi və nəql edilməsi. Quliyev İsmayıl Tofiq oğlunun zərərli işə görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə “10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bəndinin “10.1 Qazma, a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları” alt bəndinə uyğundur və Trestin arxivində mövcud olan sənədlərə əsasən onun güzəştli iş stajı 09 ay, 09 gün təşkil edir. Həmin məktubla təqdim edilən Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı köməkçisinin peşə təlimatına əsasən işin xüsusiyyətləri: Qazmaçının rəhbərliyi altında dərin qazma qurğusu ilə dərinliyi 1500 metrə qədər neft, qaz, termal və yod-brom suları və başqa faydalı qazıntılar almaq üçün quyuların qazılması texnoloji prosesinin ayrı-ayrı növlərinin aparılması. Qazıma qurğusunun isə salınmağa hazırlanması və endirmə-qaldırma əməliyyatı zamanı yuxarıdakı işlərin aparılması. Qazma borularının quraşdırılmasında və kipliyə yoxlanılmasında iştirak edilməsi. Qaldırma-endirmə əməliyyat avtomatının işinin idarə edilməsi. Buruğun, tal sisteminin, yürüş pilləkənlərinin vəziyyətinin yoxlanılması. Maşın açarı ilə işləmə, qazma məhlulunun hazırlanması və işlənməsi. Ehtiyat tutumların məhlul ilə doldurulması. Nasosların qəbulunda səviyyənin dəyişilməsinə nəzarət Qazma nasoslarının işində nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması. Qazma nasoslarının köhnəlmiş hissələrinin dəyişdirilməsi. Çətinliklərin və qəzaların ləğv edilməsi işlərinin aparılması, quyuda qoruyucu kəmərlərin sementlənməsi, sement körpülərinin qoyulması və qazılması, quyu ağzının avadanlıqla təchiz olunması, istismar quyularının mənimsənilməsi və kəşfiyyat quyularının sınanması, qazma borularının və qoruyucu kəmər borularının qalanması, qazma borularının quraşdırılması və kipliyə yoxlanılması, quyuda son işlərin aparılması, qazma avadanlığının profilaktik təmiri, qazma avadanlığının quraşdırılması, sökülməsi və nəql edilməsi. Bilməlidir: Qazma işləri aparılmasının vahid texniki qaydaları; yatağın geologiyası və neft, qaz, termal sular, yodbrom suları və başqa faydalı qazıntılar almaq uçun quyu qazılmasının texnoloji prosesi; istismar quyularının mənimsənilməsi və kəşfiyyat quyularının sınanması, texnoloji prosesi və görüləcək işlər; istifadə edilən avadanlığın, mexanizmlərin, alətlərin təyinatı, quruluşu və texniki xarakteristikası və onların istismar qaydaları. Tal sisteminin quraşdırılması üsulları; yürüş pilləkənlərinin, şamları yığmaq uçun taxtın və kranblok meydançasının quruluşu; qazma avadanlığının yağlanma qaydaları və yağlanma xəritəsi; maili quyuların qazılması üçün alət və qurğular; qazma boruları və qoruyucu kəmər borularının tipləri və ölçüləri; qoruyucu kəmər borularının quyuya buraxılmaq üçün hazırlanması qaydaları; qazma məhlullarının parametrlərini müəyyən etmək uçun cihazlar: məhlul hazırlama blokunun konstruksiyası; məhlulun dövrü sisteminin və yüksək təzyiq xətlərinin quraşdırılması sxemi: qazma məhlulunun hazırlanması, təmizlənməsi və regenerasiyası (bərpa olunması); qazma məhlullarının və kimyəvi reagentlərin fıziki-kimyəvi xassələri; atqıya qarşı qurğunun qurulması sxemi; tətbiq edilən kiçik mexanizasiya qurğularının və nəzarət-ölçu cihazlarının təyinatı. Dərinliyi 1500 metrdən artıq quyular qazıldıqda 5-ci dərəcə. Qeyd: qazmaçı köməkçisi ARDNŞ tərəfindən təsdiq olunmuş Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsi üzrə vahid idarəetmə sistemini, Neft və Qazçıxarma sənayesində təhlükəsizlik texnikası qaydalarının tələblərinə əməl etməlidir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **/* nömrəli arayışında göstərilmişdir ki, Quliyev İsmayıl Tofiq oğlu “xxxx” MMC-də aşağıdakı vəzifələrdə işləmişdir: ##.##.2007- ##.##.2013-qazma məhlulları üzrə mühəndis; ##.##.2013-##.##.2015-qazma məhlulları üzrə aparıcı mühəndis (əmək müqaviləsi bildirişlərində “Məşğulluq təsnifatı üzrə” vəzifəsi “mühəndis, neft və qazçıxarma üzrə” olaraq qeyd olunmaqla), ##.##.2015-##.##.2019təminat və təchizat üzrə koordinator, ##.##.2019-indiyə kimi layihə mühəndisi vəzifəsində çalışır. İşçi ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixinədək əmək fəaliyyəti üzrə vəzifə öhdəliklərini dəniz qazma platformalarında yerinə yetirmişdir. Quliyev İsmayıl Tofiq oğlunun ‘‘xxxx DRİLLİNG FLUIDS” MMC-də işlədiyi Qazma Məhlulları üzrə Mühəndis və Aparıcı Mühəndis vəzifələri üzrə sosial sığorta (və ya iş) stajı 8 il 4 gün təşkil edir. İşlədiyi həmin vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Müəssisədə əmək fəaliyyəti üzrə vəzifə öhdəlikləri dəniz qazma platformalarında quyuların qazılması zamanı istifadə olunan neft və su əsaslı qazma məhlullarının kimyəvi reagentlərlə hazırlanması, işlənməsi və həmin məhlulun laboratoriyada kimyəvi analizlərinin aparılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1 (b)-ci yarımbəndinin 6-cı sətrinə (bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) uyğun gəlir. Quliyev İsmayıl Tofiq oğlunun yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Müştərinin sahəsində yüksək standartlara cavab verən qazma məhlulları üzrə mühəndis xidmətini göstərmək və Müştərinin, eləcə də “Azəri M-İ” şirkətinin məqsədlərinə nail olunmasına təminat vermək. Gündəlik laborator analizləri əsasında qazma məhlullarının vəziyyətini yoxlamaq və onun vəziyyətinə nəzarət etmək (mayenin başa çatması, təmir, konservasiya); qazma məhlullarının təmizlənməsi avadanlığının işinə nəzarət etmək; ONE-TRACK kompüter proqramından istifadə etməklə reagentin inventarizasiyasını aparmaq; mal və reagentinin alınması üçün sifarişlər hazırlamaq. Qazma işləri və qazma məhlulları (mayenin başa çatması, təmir, konservasiya) ilə əlaqədar yaranan hər hansı problem barədə məlumatı dərhal baş qazma məhlulları mühəndisinə, layihə mühəndisinə, habelə Sifarişçinin buruqdakı nümayəndəsinə çatdırmaq; yaranmış problemin səbəbini ayırd etmək, araşdırmaq və onun aradan qaldırılması istiqamətində səlahiyyəti çərçivəsində qərar qəbul etmək. Sifarişçinin nümayəndəsi, qazma məhlulları üzrə baş mühəndis və M-İ-nin layihə mühəndisi ilə gündəlik ünsiyyətdə işləmək. Qazılmış quyu üzrə qazma məhlullarının tərkibi və analizi, onun emalı, reagentlərin inventarizasiyası, işin bütövlükdə effektivliyinin artırılması üçün təkliflər vermək və s. daxil olmaqla, dəqiq və ətraflı hesabatlar hazırlamaq. Daima öz ixtisasını artırmaq, yeni qazma məhlulları sistemini, reagentləri, texnologiyanı, proqram təminatı və digər yenilikləri müəssisənin təlim kurslarında öyrənmək. ##.##.2025-ci il tarixli, *-**-*/*-*-******/**** nömrəli məktubda göstərilmişdir ki, “...zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələri nəzərdə tutulub. İsmayıl Tofiq Oğlu X7 təqdim etdiyi "xxxx" MMC-nin ona dair # ###### 2025-ci il tarixli, **/* nömrəli arayışında onun sözügedən müəssisədə ##.##.2007-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində qazma məhlulları üzrə mühəndis, ##.##.2013-vəzifələrində işlədiyi qeyd olunub. İsmayıl Quliyevin işlədiyi qazma məhlulları üzrə mühəndis bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifəsinə aid deyil”. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-******/**** nömrəli məktubunda bildirilmişdir ki, “...zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) isə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyiniz ## #### 2025-ci il tarixli “X8” Company MMC-nin Sizə dair **-**-**** nömrəli arayışında ##.##.2003-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində boru operatoru, ##.##.2004-##.##.2005- ci il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində şlam avadanlığı üzrə operator, ##.##.2005-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” şirkətində qazma məhlulu operatoru, “xxxx” MMC-nin sizə dair # #### 2025-ci il tarixli **/* nömrəli arayışında isə ##.##.2007-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində qazma məhlulları üzrə mühəndis, ##.##.2013- ##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində qazma məhlulları üzrə aparıcı mühəndis vəzifələrində işlədiyiniz qeyd olunub. İşlədiyiniz boru operatoru, şlam avadanlığı üzrə operator və qazma məhlulu operatoru vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları vəzifələrinə, qazma məhlulları üzrə mühəndis və qazma məhlulları üzrə aparıcı mühəndis vəzifələri isə arayışda istinad olunan yuxarıda qeyd edilən bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələrinə aid deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 16 gün (##.##.1989- ##.##.1990-cı il və ##.##.1997-##.##.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bəndində (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) 10.1-ci (b) yarımbəndinin (Qazma) 6-cı sətrində bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) - güzəştli pensiya təyinatına imkan verən zərərli peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İddiaçı ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixinədək əmək fəaliyyəti üzrə vəzifə öhdəliklərini məhz dəniz qazma platformalarında yerinə yetirmiş, vəzifə öhdəlikləri dəniz qazma platformalarında quyuların qazılması zamanı istifadə olunan neft və su əsaslı qazma prosesində məhlullarının kimyəvi reagentlərlə hazırlanması, işlənməsi və qazmadan sonra əldə edilmiş həmin məhlulun laboratoriyada kimyəvi analizlərini aparmaqla həyata keçirmiş, bununla da əmək funksiyası bilavasitə qazma prosesinin tərkib hissəsi hesab olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının zərərli əmək fəaliyyətinin xüsusiyyətlərini düzgün araşdırmayaraq onun qazma məhlulları üzrə mühəndis vəzifəsini dəniz qazma platformalarında yerinə yetirib-yetirməməklə, əmək funksiyasının bilavasitə qazma prosesində iştirakla bağlı olduğunu müəyyən etmədən həmin dövrü güzəştli iş stajına daxil etməməkdə haqlı olmamışdır. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsinə uyğunluğunu araşdırmağa və nəzərə almağa borcludur. Oxşar inzibati iş üzrə “xxxx” MMC tərəfindən eyni vəzifə-qazma məhlulları üzrə mühəndis vəzifəsi ilə bağlı güzəştli arayış verilmiş və məhkəmələr tərəfindən həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1 (b)-ci yarımbəndinin 6-cı sətrində (bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)) qeyd edilən vəzifəyə uyğunlaşdırılmışdır. (Ali Məhkəmə 2-1(102) ****/**** saylı, ##.##.2023-cü il tarixli qərar) İşin araşdırılan hallarından belə qənaətə gəlmək olar ki, iddiaçının ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixinədək (08 il 03 ay 05 gün) çalışdığı qazma məhlulları üzrə mühəndis peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ## ###### 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. ## ######## 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ## ###### 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; İşin faktiki hallarından və sadalanan qanunvericilik normalarının tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrdə işləməklə pensiya təyinatına imkan verən güzəştli iş stajına malik olmuş və təqdim edilmiş bu hal əmək kitabçası və arayışla öz təsdiqini tapır. Bu səbəbdən cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina ilə bağlı mövqeyi əsaslı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Vidadi Qasımov