Məhkəmə qərarları › İş №2-1(3-6)-2089/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2089/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2089/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 22 ünvanında yerləşən * saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı mənzil Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ###### 2021-ci il tarixli, ********** nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd olunan əmlak mənzil kimi qeyd olunsa da, uzun müddətdir ki, 72 kv.m-dən ibarət sahə tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Hazırda da, “xxxx” MMC ilə bağlanmış ## ###### 2022-ci il tarixli icarə müqaviləsinə əsasən verilmiş və həmin MMC tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Qeyd edir ki, adıçəkilən sahə 1-ci mərtəbədə yerləşməklə yaşayış sahəsinə ayrıca giriş-çıxışı mövcuddur. Yəni, göstərilən mənzilin statusunun yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə tam imkan verməklə mənzilin hüquqi statusunun qeyri-yaşayış sahəsi kimi tanınması məqsədəuyğundur. Bununla əlaqədar cavabdehə müraciət etsə də, cvabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin həmin qərarı maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması, işin faktiki hallarının tam araşdırılmaması və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə qərarının 22-ci bəndində (10-cu səhifə) göstərmişdir ki, “iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinasının əsaslarında keçirilmənin Mənzil Məcəlləsinin konkret hansı tələblərinə uyğun olmaması əsaslandırılmamış, mənzil artıq uzun müddətdir ki, faktiki olaraq iddiaçı tərəfindən qeyri-yaşayış kimi istifadə olunmasına və qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün olmasına baxmayaraq, yalnız formal tələblərə istinad etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, hazırki qərarda qeyd edilən qanunvericiliyin normalarının tələblərindən göründüyü kimi, fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz”. Rayon İcra Hakimiyyəti istər iddiaçıya verdiyi imtina cavabında, istərsə də iddia ərizəsinə qarşı verdiyi etirazda imtinanın əsaslarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə uyğun olaraq birmənalı qeyd edilmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş əsasları öz qərarının “Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri” bölməsində tam olaraq əks etdirmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, qanunvericilikdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etmişdir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22-ci maddəsində yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsindən imtinanın əsasları birmənalı olaraq təsbit edilmişdir. Mənzil Məcəlləsinin 21.2-ci maddəsində göstərilən sənədlərin hər-hansı birinin təqdim edilməməsi və yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda imtina üçün əsas kimi təsbit olunmuşdur. Rayon İcra Hakimiyyəti imtina verərkən bu əsaslara istinad etmişdir. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan sənədləri nə cavabdehə, nə də ki, məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 23.1 və 23.2-ci maddələrində mənzilin texniki pasportunda dəyişiklik edilməsini şərtləndirən konstruktiv dəyişikliklər edildiyindən mövcud vəziyyəti özündə əks etdirən Texniki Pasport və binanın mövcud vəziyyətinə uyğun mərtəbəli planı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərində nəzərdə tutulmuş sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etməmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1121013021 qeydiyyat nömrəsi, ##.##.2021ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. - İddiaçıya məxsus mənzilə dair Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2021-ci il tarixdə tərtib edilmiş texniki pasport iş materiallarına əlavə edilmişdir. - İddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 22 ünvanında yerləşən * saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, 3-21-3-30/2 *****/**** nömrəli məktubla ünvan 1 ünvanında dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Beləliklə işdən müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 22 ünvanında yerləşən * saylı mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinasının əsaslarında keçirilmənin Mənzil Məcəlləsinin konkret hansı tələblərinə uyğun olmaması əsaslandırılmamış, mənzil artıq uzun müddətdir ki, faktiki olaraq iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına və qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün olmasına baxmayaraq, yanlız formal tələblərə istinad etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, hazırki qərarda qeyd edilən qanunvericiyiliyin nomalarının tələblərindən göründüyü kimi, fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli, *-**/*-B-**-***/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən tələb olunan sənəd və yükdaşıyan divarların etibarlılığı (dayanıqlığı və möhkəmliyi) barədə aidiyyatı qurumlar tərəfindən verilmiş rəy, habelə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən verilmiş müvafiq rəy Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. - 20.5-ci maddəsinə əsasən mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin III fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. - 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. - 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. - 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: -22.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); -22.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; -22.1.3-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. -22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. -22.3-cü maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. -23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. -23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlili odur ki, ünvana baxış keçirilən zaman sözügedən mənzildə müvafiq icazəverici sənədlər olmadan pəncərə oyuğunun sökülərək qapı oyuğu ilə əvəz olunduğu və digər yenidənqurma və yenidən planlaşdırma işlərinin aparıldığı müəyyən olunmuşdur. Mənzildə yenidən planlaşdırma və ya yenidənqurma işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22.1.3, 24.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6-cı maddələrində nəzərdə tutulan sənədləri, şəhərsalma haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilib-yetirilməməsi, tikinti norma və qaydalarına uyğun aparılması (dayanıqlılığı və möhkəmliyi) barədə müvafiq qurumların rəyini Nizami Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən, ona Mənzil Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq imtina cavabı verilmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə öz mövqeyini əsaslandırmaq üçün “xxxx” MMC tərəfindən təqdim edilmiş ** nömrəli, ## #### 2026-cı il tarixli ekspert rəyinə istinad etmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** saylı mütəxəssis rəyinə əsasən aparılan tədqiqata əsasən İddiaçı mükiyyətində olan, baxış zamanı əldə edilən məlumatlara əsasən ünvan 1 ünvanında yerləşən mənzil hazırda “Ani pul Lombard” adı altında qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir, mənzilin təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi istifadəsi Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” Qaydalarından irəli gələn tələblərə uyğundur. Bu onunla izah olunur ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və küçəyə ayrıca giriş-çıxış qapısı vardır; sözügedən sahə mənzilin tərkib hissəsi kimi deyil, ayrıca qeyri-yaşayış sahəsi kimi istifadə olunur; həmin sahə xüsusi mülkiyyətdədir. Mübahisəli sahə binanın birinci mərtəbəsində yerləşir, sözügedən sahə 009011000934-05101-****** reyestr nömrəli çıxarışla İddiaçı Əli oğlunun xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş rəydən də göründüyü kimi mənzilin təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi istifadəsi Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” Qaydalarından irəli gələn tələblərə uyğundur. Hazırkı halda həm “xxxx” MMC tərəfindən təqdim edilmiş ** nömrəli, ## #### 2026-cı il tarixli ekspert rəyində qeyd edilənlərin əksini sübut edəcək mötəbər sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Mövcud qanunvericilik yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki, həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar Mənzil Məcəlləsinin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, Mənzil Məcəlləsinin konkret hansı tələblərinə uyğun olmaması cavabdeh tərəfindən aydın əsaslandırılmamışdır. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Səadət Səlimova Vidadi Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar