Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2096/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi *C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 12.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## ### 2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi, *C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 11.500 (on bir min beş yüz) manatın cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, # ###### 2024-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## ### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, # ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İPM-in 79.1-ci maddəsinə uyğun olaraq, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən qanuni qüvvəsini aldığından icra olunması üçün ## #### 2025-ci il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. Məhkəmənin iş üzrə ## ######## 2025-ci il tarixli məktubu ilə cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qərarın icrası ilə bağlı məlumat daxil olmadığından qərarın icrası barədə qısa müddətdə məlumat verilməsinə dair məktub ünvanlanmışdır. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra edilmədiyi üçün cavabdehin cərimə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə iddiaçı İddiaçı məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi, *C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzi kimi 11 500 (on bir min beş yüz) manat məbləğin ödənilməsi öhdəliyi qoyulmuşdur. Lakin qarşı tərəf həmin qərarı bu günə qədər icra etməmişdir. Cavabdehin ## ####### 2025-ci il tarixli *-**/*-****/**** saylı məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında nəzərdə tutulmuş kompensasiyanın iddiaçı İddiaçı ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Məhkəmə qərarının icrası ilə əlaqədar nəzərdə tutulmuş vəsait ayrılacağı təqdirdə məsələ öz həllini tapacaqdır. Cavabdehin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı ## ####### 2025-ci il 5- 11/2- ****/**** saylı məktubunda bildirilmişdir ki, “Xətai rayon ərazisində abadlıqquruculuq işləri çərçivəsində qeyri-qanuni zəbt olunmuş ərazilərdə bağ sahələrinin və sənədsiz qarajların sökülməsi zərurəti yaranmışdır. Bildiririk ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, o cümlədən Neapol küçəsində yerləşən * nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən zəbt olunmuş torpaq sahələrində inşa edilmiş müvəqqəti xarakter daşıyan qarajlarının söküntüsü nəzərdə tutulmuşdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 1999-cu il tarixli, ** saylı imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “ Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 1998-ci il tarixli, *** saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən bildiririk ki, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən (3x6 m) artıq sahədə tikilmişdir. Bildiririk ki, müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmış, bütün bunlar isə ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların da sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin ## ###### 1999-cu il tarixli, ** saylı Sərəncamın 1.1-ci bəndinə əsasən yalnız avtomaşın ( əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla ) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Avtomaşını özləri deyil, ailə üzvləri və ya vəkalətnamə əsasında digər şəxslər idarə etdikləri təqdirdə əlillərə qaraj üçün yer həyət ərazisindən kənarda ayrılması təsdiq olunmuşdur. Məlumat üçün bildiririk ki, rayon ərazisində abadlıq-quruculuq işləri aparılarkən Xətai rayonu, Q.Məmmədov küçəsi 3 “C” nömrəli yaşayış binasının yaxınlığında yerləşən, 15 kv.m ölçüdə olan qaraj vətəndaş İddiaçı məxsus olmuş və qeyd edilən ərazidə yaşayan çoxsaylı sakinlərin rayon İcra Hakimiyyətinə müraciətlərini nəzərə alaraq həmin ünvanda yerləşən qaraj sökülərək yerində abadlıq işləri aparılmış, sakinlərin rahatlığı üçün yaşıllıqların salınması və s. kimi işlər aparılmışdır. Vətəndaş İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə kompensasiyanın cavabdeh tərəfindən ödənilməsinə dair iddia ərizəsi ilə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş və Bakı şəhəri Xətai rayonu, Q.Məmmədov küçəsi 3 “C” saylı binanın yaxınlığında yerləşən 15 kv.m ölçüdə olan qarajın sökülməsi ilə əlaqədar 11.500 (on bir min beş yüz) manat vəsaitin ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İş üzrə cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinin 2-1(112)- ***/**** saylı, ##.##.2024- cü il tarixli qərarından apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarına əsasən Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş üzrə cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-1(103)- ****/**** saylı qərarından kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)- ****/**** saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin qərarı icra edilməsi üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi məqsədilə 11.500 (on bir min beş yüz) manat vəsaitin ayrılmasına köməklik göstərilməsini xahiş edirik.” Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş cavabdeh inzibati orqanın cərimə olunması barədə ərizə rədd edilməsi, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının icrası məqsədilə icra sənədi verilməklə Bakı şəhəri Xətai rayon icra şöbəsinə tapşırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və cavabdehin cərimə olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cərimə barədə ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında tərəflər iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 119.3. Ümumi vəzifələrin (dövlət vəzifələrinin və ya ictimai vəzifələrin) yerinə yetirilməsi üçün zəruri olan və ya özgəninkiləşdirilməsi ümumi maraqlara (mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalara münasibətdə icraya yol verilmir. Şikayətin verildiyi hallarda, məhkəmə müvafiq nəzarət orqanının və ya yuxarı inzibati orqanın rəhbərinin, yaxud onların səlahiyyətləndirdiyi nümayəndənin rəyini dinlədikdən sonra qərar qəbul edir. 119.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardadın icra edilməli olduğu hallarda, icra haqqında xəbərdarlıq edilməsi və bununla bağlı müddətin müəyyən olunması tələb edilmir. 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, icra ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.
26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarının: II. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra
13. Məhkəmələr nəzərə almalıdırlar ki, hakimin və ya məhkəmənin icra orqanı kimi malik olduğu səlahiyyətlər və həyata keçirməli olduğu vəzifələr icra edilməli olan məhkəmə qərarının pul tələblərinin icrası ilə, yaxud borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı olmasından asılı olaraq dəyişir.
14. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPMin 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8- ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26cı və İPM-in 118.5- ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə qərarına dair tərtib edilmiş icra vərəqəsi əsasında müvafiq icra qurumu tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, hazırda icra sənədinin icra olunması ilə bağlı hərəkətlər davam etdirilir. Odur ki, qərarın icrasına nəzarət icra qurumunun rəhbəri tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. III. Dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icra edilməsi
21. Dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icrasını təmin etmək üçün məhkəmə əvvəlcə İPM-in 119.2-ci maddəsinə uyğun olaraq sözügedən subyektlərə yazılı şəkildə icra haqqında xəbərdarlıq ünvanlamalıdır. Sözügedən xəbərdarlıqda borcluya icranın həyata keçirilməsi üçün 15 (on beş) gündən çox olmamaqla müddət müəyyən olunmalı, eləcə də könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma öz əksini tapmalıdır.
22. Xəbərdarlıqda göstərilən müddətdə məhkəmə qərarının icrası təmin edilmədikdə hakim İPM-in 119.1-ci maddəsinə uyğun olaraq tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarmalıdır. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət daşıdığı, eləcə də məhkəmə qərarları icrasız qaldıqda məhkəmə müdafiəsi hüququnun xəyali xarakter qazanacağı nəzərə alınmaqla, tələbkar ərizə vermədikdə belə (tələbkar tələbdən imtina etdikdə və s. bu kimi xüsusi hallar istisna olmaqla), hakim mütləq ağlabatan müddətlərdə xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarılması məsələsini həll etməlidir. Belə qərardad proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməklə məhkəmə iclasında qəbul olunur.
23. İPM-in 119.1-ci maddəsində həmçinin təsbit edilmişdir ki, məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. Qanunun qeyd olunan normalarının tətbiqi ilə bağlı olaraq isə nəzərə alınmalıdır ki, bu müddəalar pul tələblərinin icrasını tənzimləməyə yönəldiyindən, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, borcluya münasibətdə tətbiq edilə biləcək məcburi icra tədbirləri “İcra haqqında” Qanunda nəzərdə tutulan pul tələblərinin ödənilməsini təmin etməyə yönəlmiş məcburi icra tədbirləri olmalıdır. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Beləliklə, İPM-in 116.1-ci maddəsində inzibati mübahisələr üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı “İcra haqqında” Qanunun müvafiq müddəalarının tətbiqinin yol verilən olduğunun təsbit edildiyi də nəzərə alındıqda, İPM-in 119.1-ci maddəsində göstərilmiş səlahiyyətli orqan qismində məhkəmə qərarlarının icrasını təmin edən icra qurumları çıxış etməlidir. Ona görə də, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, məhkəmənin qəbul edəcəyi icra haqqında qərardad sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra vərəqəsi verilməsi məsələsini həll etməlidir. Həmin qərardadda məhkəmə könüllü icranın baş tutmaması ilə bağlı halları və səbəbləri təsvir etməli, “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqinin zəruriliyini əsaslandırmalı və icra vərəqəsini icraya yönəltməklə sonrakı icra hərəkətlərini həyata keçirəcək konkret icra qurumunu göstərməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunda nəzərdə tutulmuş tədbirlər görməli və bununla bağlı məhkəməni mütəmadi olaraq məlumatlandırmalıdır. Hazırda müəyyən olunur ki, məhkəmə tərəfindən qərarın icrasının təmin edilməsinə yönəlmiş qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüş, könüllü icra üçün müddət müəyyən edilmiş, həmin müddət ərzində qərar icra edilmədiyi üçün yenidən cavabdeh orqana icra olunması üçün məktub ünvanlasa da, cavabdeh tərəfindən qərar icra olunmamışdır. Bu səbəbdən iddiaçı cavabdeh inzibati orqanın cərimə edilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iş inzibati orqana qarşı pul tələbi ilə bağlı olduğundan cavabdehin, yəni borclunun məhkəmə tərəfindən cərimə edilməsi yolverilən deyil. Belə ki, qanunvericiliyin tələbindən, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında ifadə etdiyi qeyd edilən mövqeyindən göründüyü kimi, dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbləri ilə bağlı qərarlar könüllü icra üçün müəyyən olunmuş müddətdə icra edilmədikdə, borcluya (cavabdehə) münasibətdə tətbiq edilə biləcək məcburi icra tədbirləri “İcra haqqında” Qanunda nəzərdə tutulan pul tələblərinin ödənilməsini təmin etməyə yönəlmiş məcburi icra tədbirləri olmalı, daha dəqiq desək, İPM-in 119.1-ci maddəsində göstərilmiş səlahiyyətli orqan qismində məhkəmə qərarlarının icrasını təmin edən icra qurumları, onların icra məmurları tərəfindən həyata keçirilməlidir. Beləliklə, dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilmədiyi hallarda, qərarın icrası istiqamətində müəyyən hərəkətlər icra qurumu tərəfindən aparılır və o borclu üzərində icra sənədi üzrə məhkəmə qərarının icrasının reallaşdırılmasını təmin edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cərimə barədə ərizə təmin edilməməli, məhkəmə xidməti vəzifəsinə görə icra haqqında qərardad qəbul etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024- cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının icrası məqsədilə cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin hüquqi ünvanı, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 41 nəzərə alınmaqla səlahiyyətli orqan olaraq Xətai rayon icra şöbəsi müəyyən edilməli və icra vərəqəsi verilməklə qərarın icrası həmin orqana tapşırılmalıdır. Qeyd olunan Plenum qərarının 31-ci bəndinə görə, İPM-in 121.1-ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. Bu normada nəzərdə tutulan barəsində icranın həyata keçirildiyi şəxs dedikdə, qərarı bilavasitə icra etməli olan şəxs və ya orqan nəzərdə tutulur. Həmin şəxslər məhkəmə tərəfindən qəbul edilmiş icra ilə bağlı istənilən qərardaddan deyil, yalnız onlara qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayət verə bilərlər. Məsələn, İPM-in 119.1- ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən qərardaddan şikayət verilə bilməz. Çünki həmin qərardad şəxsin barəsində konkret məcburi icra tədbirlərinin tətbiqi haqqında məsələni həll etmir. Sözügedən qərardad məhkəmənin qanundan irəli gələn vəzifələrinin həyata keçirilməsini təmin etməyə, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədi verilməsi məsələsini həll etməyə yönəlmişdir. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cərimə barədə ərizə təmin edilməsin. Apellyasiya şikayəti inzibati orqanın cərimə olunması barədə ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin əsaslara yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Bununla yanaşı məhkəmə Kollegiyası bir daha vurğulayır ki, hazırkı iş inzibati orqana qarşı pul tələbi ilə bağlı olduğundan cavabdehin, yəni borclunun məhkəmə tərəfindən cərimə edilməsi yolverilən deyil. Belə ki, həm qanunvericiliyin tələbindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında ifadə etdiyi qeyd edilən mövqeyindən müəyyən olunur ki, dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilmədiyi hallarda, qərarın icrası istiqamətində müəyyən hərəkətlər icra qurumu tərəfindən aparılır və o borclu üzərində icra sənədi üzrə məhkəmə qərarının icrasının reallaşdırılmasını təmin edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.