Məhkəmə qərarları › İş №2-1(3-6)-2098/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2098/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2098/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs qismində X1 cəlb edilməklə) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpası” barədə ərizəyə və apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Cavabdeh) qarşı çıxarışın verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. (zəruri cəlbetmə) Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından narazı qalan iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, baş vermiş yas mərasimi ilə əlaqədar olaraq qərardan şikayət verilməsi üçün prosessual müddət ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək qeyd etmişdir ki, mərhum qayınanasının yas mərasimi məhkəmə qərarını əldə etdiyi ərəfədə baş verdiyindən, nəzərdə tutulan prosessual müddəti ötürüb. Belə ki, apellyasiya şikayəti verilməsi üçün mənəvi cəhətdən toparlanmağa və yas mərasiminin keçirildiyi rayondan Bakı şəhərinə qayıtmağı üçün müəyyən qədər vaxta ehtiyacı var idi. Həmçinin, qərarı əldə etdikdən sonra 1 ay ərzində apellyasiya şikayəti verilməsi hüququnun mövcudluğu ona sonradan məlum olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin olunaraq, apellyasiya şikayətinin mümkün hesab edilməsini və baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsi və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı iddiaçı İddiaçı poçt ünvanına göndərilmiş, ## #### 2026-cı il tarixdə poçt xəbərnaməsinə imza edilərək qəbul edilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə təqdim edildiyi tarixdən hesablanmaqla, ## ##### 2026-cı il tarixdə başa çatmış, iddiaçının nümayəndəsi tərəfindən apelyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə isə ## ### 2026-cı il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi Nümayəndə “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizədə göstərilən dəlillərlə bağlı (mərhum qayınanasının yas mərasimi) qeyd olunmalıdır ki, həmin səbəb üzrlü sayıla bilməz, çünki iddiaçı özü də apellyasiya şikayəti verə bilərdi. Həmçinin, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin 30 gün olması barədə məlumatlı olmaması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal iddiaçının apellyasiya şikayəti verilməsi üçün prosessual müddətlə bağlı qanunvericiliyinin tələblərinə əməl olunması öhdəliyindən azad etmir və iddiaçının nümayəndəsinin lehinə şərh edilə bilməz. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin forma və məzmun ilə bağlı qanunvericiliyin tələblərinə də riayət olunmamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi Nümayəndə prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçının nümayəndəsi Nümayəndə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Vidadi Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar