Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2139/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X11 və X12 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının qanuni nümayəndələri X2, qanuni nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyinə görə ikinci qrup əlillik dərəcəsinin birinci qrup əlillik dərəcəsi ilə dəyişdirilərək bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2015-ci ildə anadan olmuş və anadan olandan xəstə doğulmuşdur. Dəfələrlə Türkiyə, İran və Rusiya kimi ölkələrdə stasionar müayinə və müalicələr edilsə də, xəstəliyinə görə düzgün diaqnozlar təyin edilməmişdir. ##.##.2019-cu il tarixində * saylı X6 müayinə zamanı K74.6 "Qaraciyər sirrozu" xəstəliyinin diaqnozu təyin olunmuşdur. ##.##.2020-ci il tarixindən - ##.##.2020ci il tarixinədək X9 "Qaraciyər transplantasiyası” əməliyyatı olunmuşdur. Əməliyyat olunduqda ödü çıxarılmış və qaraciyəri isə dəyişilərək yenisi ilə əvəz olunmuşdur. Buna baxmayaraq, dəfələrlə lazer əməliyyatları keçirilmişdir. Lakin ##.##.2020-ci il tarixində yenidən "Qaraciyər tranplantasiyası" əməliyyatı olunmuşdur. Bu günə qədər də tam sağalmamışdır. Müayinə və müalicələri davam edir. Bununla əlaqədar Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edib müalicə və müayinə almışdır. Bütün müayinə və müalicələri nəticəsində səhhətində bir sıra problemlərin olduğu bəlli oldu. Belə ki, X7 tərəfindən təkrar müayinə zamanı ##.##.2020-ci il tarixində müayinəyə göndərilmiş, sonda nəticə olaraq ##.##.2020-ci il tarixində qaraciyər transplantasiyası əməliyyatı keçirdikdən sonra ambulator müşahidə altında evə yollansa da, kontrol müayinələr zamanı bilirubin dəyərinin yüksək olduğu müşahidə olunaraq MRT müayinəsinə yönləndirilmişdir. MRT müayinə zamanı "anastomoz nahiyyəsində öd yolu darlığı" olduğu müşahidə olunmuş, invaziv radioloqa yönləndirilmişdir. İnvaziv radioloqlar tərəfindən 2 dəfə PTK olunmuşdur. Nəticə etibarilə darlığın aradan qaldırılması mümkün olmamışdır. "Hepatoyeyunostomiya" əməliyyatı olunmuşdur. Bütün bu xəstəliklərin əlamətləri kimi xəstəliklərin diaqnozu qoyularaq və 2019-2022-ci ilə qədər müddətli əlillik təyin edilmişdir. 2022-ci ilin oktyabr ayından isə 1-ci qrup müddətli əlillik təyin edilmişdir. ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar verilmişdir. Hazırda aradan keçən müddətdə xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Buna baxmayaraq, 1-ci qrup əlilliyi dəyişdirilərək 2-ci qrup əlillik təyin edilmişdir. Xəstəliyi sağalmayan xəstəlikdir. Buna görə də, əlilliyinin dərəcəsinin dəyişdirilməsi tamamilə əsassızdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə X3 ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə; Diaqnozun mətni: Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu, Qaraciyər sirrozu Meyar: 3.5.3.2., Z94.4 -Ağırlaşma 3.Həzm sistemi orqanlarının xəstəlikləri=>Şəxsi və ailəvi anamnezlə və ya sağlamlığa təsir edən müəyyən hallarla əlaqədar sağlamlıq üçün potensial təhlükə=>transplantasiya olunmuş qaraciyərin olması=>qaraciyər köçürülməsindən 2 illik müddətdən sonrakı vəziyyət, immunitetin zəiflədilməsi zərurəti ilə=> OFP faizi - yekun 80%, Müddətsiz, Ümumi xəstəlik, səbəbi ilə (orqanizmin funksiyalarının 80% pozulması) 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarının dəyişdirilərək İddiaçı orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə əsas xəstəliyin ağırlaşması kimi müəyyən olunan “Transplantasiya olunmuş qaraciyərin olması, Transplatntasiya olunmuş qaraciyər” diaqnozu onu təsdiq edən instrumental müayinə nəticələrinin göstəricilərinə uyğun olaraq iddiaçıya Əsasnamənin 3.5.3.2-ci bəndinə uyğun olaraq əlillik təyin etməyə əsas vermişdir. Belə ki, qanunvericilik qaraciyərin transplantasiya olunması halında əməliyyatdan sonrakı ilk iki il üçün iki il müddətinə 90-100 faiz OFP müəyyən etmişdir. Sonrakı tarixdən bu 70-80 % olaraq müəyyən edilmişdir ki, Agentliyin qərarı da qanunvericiliyin bu tələbinə tam uyğun olmuşdur. Bundan əlavə, məhkəmə iddiaçının əsas xəstəliyinə Qaraciyər sirrozu xəstəliyinin də əlavə 10 faiz artırılmalı olduğunu qeyd etsə də, həmin xəstəliyin iddiaçıda olub-olmadığını müəyyən etmək üçün tibbi ekspertizanın keçirilməsini təmin etməmişdir. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxarmışdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, oğlu İddiaçı 2 il ərzinə 7-8 dəfə əməliyyat olunmuşdur. Cavabdeh inzibati orqan oğlunun əlillik dərəcəsini düzgün müəyyən etməmişdir. Bu səbəbə görə şikayətin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi qanuni nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə, ilk dəfə iddiaçının sağlamlıq vəziyyəti Bakı * nömrəli Uşaq Poliklinikasının ##.##.2019-cu il tarixli göndərişi əsasında ##.##.2019-cu il tarixində ilkin qiymətləndirilmiş və ##.##.2019-cü il tarixdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Əlilliyin müddəti – 3 il, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: K74.6 Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu, Qaraciyər sirrozu. Ağırlaşma R16.2 Başqa rubrikalarda təsnif olunmayan Hepatosplenomeqaliya, Hepatosplenomeqaliya. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.11. mədə-bağırsaq traktının, qaraciyərin və öd yollarının xəstəliyi, yaxud inkişaf qüsurları nəticəsində həzmin və ya qaraciyərin nəzərəçarpan, dayanıqlı funksiyalarının pozulmaları (Q40.2-Q45, K25- K31.8, K50-55.9, K58-K59.2, K71.2 K72,9, K80-83,9).. qeyd edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi ##.##.2022-ci il tarixindən sonra iddiaçının əlillik vəziyyəti Bakı Baş Səhiyyə Mərkəzinin ##.##.2023-cü il tarixli göndərişi əsasında ##.##.2023-cü il tarixində təkrar qiymətləndirilmiş və ##.##.2022-ci il tarixdən birinci dərəcəli əlillik (orqanizmin funksiyalarının pozulma faizi 90%) təyin edilmişdir. Əlilliyin müddəti – 2 il, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: Qaraciyər transplantasiyasından sonrakı vəziyyət. Qaraciyər sirrozu Meyar Bənd 3.53.1. OFP yekun faizi: 90% XBT kodu Z94.4- Yanaşı xəstəliklər Meyar Həzm sistemi orqanlarının xəstəlikləri => Qaraciyər xəstəlikləri -> Transplantasiya olunmuş qaraciyərin olması => Qaraciyər köçürülməsindən sonra ilk 2 il ərzindəki vəziyyət qeyd edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti X3 G********ZHB nömrəli, ##.##.2024-cü il tarixli göndərişi (Forma 88) əsasında ##.##.2025-ci il tarixində təkrar qiymətləndirilmiş və ##.##.2024-cü il tarixdən ikinci dərəcəli əlilik təyin edilmişdir. Əlilliyin müddəti – müddətsiz, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu, Qaraciyər sirrozu Meyar Bənd 3.53.2. OFP yekun faizi: 80% XBT kodu Z944- Ağırlaşma Meyar 3.Həzm sistemi orqanlarının xəstəlikləri=>Şəxsi və ailəvi anamnezlə və ya sağlamlığa təsir edən müəyyən hallarla əlaqədar sağlamlıq üçün potensial təhlükə transplantasiya olunmuş qaraciyərin olması=>qaraciyər köçürülməsindən 2 illik müddətdən sonrakı vəziyyət immunitetin zəiflədilməsi zərurəti ilə=>qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması Meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, TSEKin əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın tələbləri nəzərə alınaraq qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin aparılması və iddiaçıda olan əsas diaqnozun və ağırlaşmaların, o cümlədən yanaşı xəstəliklərin faiz dərəcələri ayrı-ayrılıqda göstərilməklə əsaslandırılmış qərarın qəbul edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh inzibati orqanın ##.##.2026-cı il tarixli məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2026-cı il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun olaraq, ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-sosial ekspert komissiyasının ##.##.2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, Əlillik AS-də olan məlumatlara əsasən, İddiaçı əlillik vəziyyəti Bakı * nömrəli Uşaq Poliklinikasının “K74.6 Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu. Qaraciyər sirrozu. R16.2 Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, Hepatosplenomeqaliya” diaqnozları ilə rəsmiləşdirilmiş *******AABE* nömrəli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ## ###### 2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.11. bəndinə əsasən ##.##.2019cu il tarixindən ##.##.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab olunması barədə “ilkin” qərar verilmişdir. Növbəti dəfə ##.##.2020-ci il tarixində İddiaçı “Qaraciyər transplantasiyası” cərrahi əməliyyatı icra olunduğundan əlillik vəziyyəti Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən “K74.6 Qaraciyər sirrozu Z94.4 Transplantasiya olunmuş qaraciyərin olması. Qaraciyər transplantasiyasından sonrakı vəziyyət” diaqnozları ilə rəsmiləşdirilmiş M********HSH nömrəli göndəriş əsasında yenidən qiymətləndirilərək, barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 100% (yüz faiz) pozulması ilə əlaqədar 2 (iki) il müddətinə əlillik təyinatı qərarı qəbul edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra İddiaçı əlillik vəziyyəti sonuncu dəfə X3 tərəfindən rəsmiləşdirilmiş G********ZHB nömrəli göndəriş əsasında təkrar qiymətləndirilərək barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq, ##.##.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulması ilə əlaqədar müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, ##.##.2026-cı il tarixində məhkəmə qərardadı əsasında Agentlikdə Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmişdir. ##.##.2026-cı il tarixində Agentlikdə xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri əsasən valideynləri tərəfindən bildirilmişdir. Məlumata əsasən, ümumi zəiflikdən, sağ qabırğaaltı nahiyyəsində ağırlıq hissindən, ağrılardan əziyyət çəkir, son aylarda səhhətində ağırlaşmalar yarandığından dəfələrlə stasionar müalicələr almışdır. “Tez-tez xəstələndiyindən” evdən çıxarılmadığı, hər yerə tibbi maska ilə getməsi məlumatı qeyd edilmişdir. Anamnezə əsasən, xəstəliyi erkən uşaqlıqdan aşkarlanmış, medikamentoz müalicə effekt vermədiyindən 2020-ci ildə qaraciyər transplantasiyası aparılmışdır. Obyektiv olaraq, boyu yaşına uyğundur, düzgün bədən quruluşludur, dəri və selikli qişalar təmiz, solğun çəhrayı rəngdə olmuşdur. Dili nəm, təmizdir. Qarnı köpdür, ön divarında üst laporatomiya əməliyyatı çapığı və sağ qabırğaaltı nahiyyədə digər əməliyyat çapığı, bir neçə fərqli endoskopik əməliyyat sonrakı çapıqlar izlənilmişdir. Təqdim edilmiş tibbi sənədləri təhlil edərkən müəyyən olunmuşdur ki, İddiaçı “K74.0 Qaraciyər fibrozu” diaqnozu ilə X8 qəbul olunmuş, ##.##.2020-ci il tarixində “Canlıdan-canlıya qaraciyər transplantasiyası” cərrahi əməliyyatı icra edilmişdir. Növbəti dəfə “Ödçıxarıcı yolların digər dəqiqləşdirilməmiş xəstəlikləri” diaqnozu ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Mərkəzi Klinikada stasionar müalicə olunmuş, ##.##.2020-ci il tarixində “DUCT TO DUCTanastomozunun ləğvi, Hepatoyeyunostomiya” cərrahi əməliyyatı icra edilmişdir. Həmçinin, təqdim olunan sənədlərə əsasən, mütəmadi yoxlamalar “Canlıdancanlıya qaraciyər transplantasiyası” cərrahi əməliyyatından sonrakı dövrün fəsadsız keçdiyini təsdiqləmişdir. Belə ki, Bakı Yeni Klinikanın ##.##.2026-cı il tarixli Tam abdomen USM müayinəsinin nəticəsində “Transplant qaraciyər ölçüləri: 165:155 mm, exogenliyi yaşa uyğun, qarın boşluğunda sərbəst maye izlənilmədi” kimi, tam qarın boşluğu KT müayinəsinin nəticəsində “Transplant qaraciyərin KK ölçüsü - 170 mm, konturları dəqiq və düzgündür, parenximasının strukturası homogendir, qaraciyər daxili və xarici ödyollarıxoledox genişlənməmişdir. Qarın boşluğunda nəzərə çarpan maye izlənilmir” kimi və həmin klinikanın ##.##.2026-cı il tarixli qanın biokimyəvi müayinəsinin nəticəsində “Alanin amintransferaza (ALT) 21,9 U/L (norma 10-50), aspartat aminotransferaza (AST) -37,7 U/L (norma 10-50)” kimi müəyyənləşdirilmişdir. Lakin yanaşı olaraq İddiaçı ardıcıl olaraq, ##.##.2025 - ##.##.2025-ci il və ##.##.2025 -##.##.2025-ci il tarixlərdə “J06.8 Yuxarı tənəffüs yollarının çox lokalizasiyalı kəskin infeksiyaları. Z94.4 Transplantasiya olunmuş qaraciyərin olması” diaqnozları ilə Yeni Klinikada stasionar müalicə almışdır. Növbəti dəfə ##.##.2025 - ##.##.2025-ci il tarixlərdə “TƏBİB” PHŞ “Respublika Pediatriya Mərkəzi” PHŞ X4 Xəstəliklər Xəstəxanasında “ J18.8 Törədicisi məlum olmayan pnevmoniya. J 90.0 Plevrit. R.16.1 Splenomeqaliya. Z94.4 Transplantasiya olunmuş qaraciyərin olması. A07.1 Lyambliyoz. R59.1 Limfa düyünlərinin generaliza olunmuş böyüməsi” diaqnozu ilə, ##.##.2025-##.##.2026-cı il tarixlərdə “Respublika Pediatriya Mərkəzi” PHŞ X1 Xəstəxanasında “J06.8 Yuxarı tənəffüs yollarının çox lokalizasiyalı kəskin infeksiyaları. A41.9 Dəqiqləşdirilməmiş sepsis. D61.9 Dəqiqləşdirilməmiş pansitopeniya. Z94.4 Transplantasiya olunmuş qaraciyərin olması” diaqnozu ilə stasionar müalicə almışdır. Təqdim olunan stasionar müalicəyə dair sonuncu tibbi sənəd Yeni Klinikanın ##.##.2026 - ##.##.2026-cı il tarixli “J18.8 Törədicisi məlum olmayan pnevmoniya. H18.3 Xroniki böyrək xəstəliyi III mərhələ. A04.7. Klostridium difficile enterokoliti. Z94.4 Transplantasiya olunmuş qaraciyərin olması” diaqnozlu Xəstəlik tarixindən çıxarışıdır. Həmçinin, limfa düyünlərinin sağ çənə bucağında, sol çənə bucağında, sağ juqulyar zəncir boyu, sol juqulyar zəncir boyu, sağ axillar nahiyyədə, sağ qasıq nahiyyəsində qarın boşluğunda, döş qəfəsində generaliza olunmuş böyüməsi ilə əlaqədar dəfələrlə Milli Onkologiya Mərkəzində ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə dinamik nəzarətlə ətraflı müayinə olunmuşdur. Yeni Klinikaya dair ##.##.2026-cı il tarixli immunoloji və seroloji müayinələrdə “Epistein Barr virus (EBV) -VCA İg M 3,96 U/mL (>1.1 pozitiv (+))” nəticəsi aşkarlansa da, yekun diaqnoz formalaşdırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ##.##.2025-ci il tarixindən aparılmış əlillik təyinatının əsaslı olması müəyyənləşdirilmişdir. Sonrakı müddətdə səhhətində yaranmış problemlərin aparılmış qaraciyər sirrozu və aparılmış cərrahi əməliyyatlarla səbəb-əlaqəsi müəyyənləşdirilməmişdir. Həmin sağlamlıq problemləri tam araşdırıldığı və əlillik təyinatına əsas verən ağırlaşmaları aşkarlandığı təqdirdə yeni forma 88 rəsmiləşdirilərək əlillik dərəcəsinin gücləndirilməsinə müraciət edilməsi mümkündür. Hazırda əlavə əlillik təyinatına əsas verən ağırlaşma müəyyən edilməmişdir. Nəticədə, anamnestik məlumatlar, təqdim edilmiş sənədlərin təhlili və DTSERA-da aparılmış obyektiv, laborator və instrumental müayinələrin nəticələri Əlillik AS-da mövcud olan əlillik təyinatı ilə uyğunluq təşkil etdiyini və yeni göndərişin rəsmilədirilmədiyini nəzərə alaraq Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulması ilə əlaqədar müddətsiz əlillik təyinatı barədə qərar qüvvədə saxlanılsın. İş materiallarından müəyyən edilir ki, sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə X3 tərəfindən ##.##.2024-cü il tarixli, Forma 88 nömrəsi G00242389ZHB olan göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçının xəstəlikləri aşağıdakı kimi olmuşdur. Əsas diaqnoz – XBT kodu – K74.6 Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu, Qaraciyər sirrozu.. Ağırlaşma – XBT kodu – Z94.4 Transplantasiya olunmuş qaraciyərin olması, Transplantasiya olunmuş qaraciyər; Ağırlaşma – XBT kodu – Z98.8. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Cərrahi müdaxilədən sonrakı vəziyyət; Qeyd edilən əsas diaqnoz və ağırlaşmaların iddiaçıda olması iş materiallarında olan tibbi sənədlərə əsasən öz təsdiqini tapır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”: “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti İddiaçının əsas diaqnozu – XBT kodu – K74.6 Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu, Qaraciyər sirrozu- qaraciyərin fibrozu və sirrozu 3.5.2.1. qaraciyər sirrozu, kompensasiya olunan, aktivliyin mülayim əlamətləri ilə (orqanizm funksiyalarının 35-60 % olmaqla itirilməsi) – 2 il müddətinə əlillik təyini üçün əsasdır. 3.5.2.2. subkompensasiya olunan qaraciyər sirrozu, aktivliyin aşkar əlamətləri ilə, mülayim portal hipertenziya ilə (orqanizm funksiyalarının 65-80 % olmaqla itirilməsi) 2 il müddətinə əlillik təyini üçün əsasdır. 3.5.2.3. dekompensasiya olunan qaraciyər sirrozu - assit, kəskin, nəzərəçarpan portal hipertenziya və qaraciyər ensefalopatiyası (orqanizm funksiyalarının 85-100 % olmaqla itirilməsi) müddətsiz əlillik təyini üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. İddiaçıda mövcud olan diaqnozlara Nazirlər Kabinetinin 187 № li Qərarı ilə təsdiq edilmiş Meyarların tələbi baxımından nəzər yetirdikdə müəyyən etmək olur ki, Meyarların 3.5.2.3-cü bəndinə əsasən 80 faiz təyin edilir. Cavabdeh qeyd olunan ağırlaşma diaqnozu üzrə iddiaçının əlilliyi Meyarların 3.5.3.2ci bəndinə uyğun olaraq OFP 80% müəyyən etmiş, həmin faizin üzərinə iddiaçıda olan əsas xəstəlik ilə bağlı diaqnozu, yəni Qaraciyər sirrozuna görə 10% əlavə etməmişdir. Belə olan halda, cavabdeh iddiaçının OFP faizini 80% deyil, əsas xəstəliyə görə isə, 10% əlavə edilməklə İ dərəcə əlillik, yəni OFP 81-100% müəyyən edilməli idi. Qaydaların normalarını hazırkı işə tətbiqi zamanı müəyyən edilir ki, cavabdehin iddiaçıya birinci dərəcə əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması Meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh inzibati orqan eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-2139/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2139/2026
01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver