Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-214/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Bakı Şəhəri Xəzər Rayonu Buzovna Qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən sahəsi 0,30 ha torpaq sahəsinin ayrılmasına dair sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı Şəhəri Xəzər Rayonu Buzovna Qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən sahəsi 0,30 ha torpaq sahəsinin ayrılmasına dair sənədlərin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən sahəsi 0.30 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair sənədlər naməlum şəraitdə itmişdir, yalnız surətləri qalmışdır. Torpaq sahəsi üzərində yaşayış evi inşa edilmiş və hazırda da istifadə edilməkdədir. Hal -hazırda sənədlərin əsillərini tapmaqda çətinlik çəkir, ona görə də cavabdehə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X5 tərəfindən İddiaçı ayrılmış sahəsi 0.30 ha torpaq sahəsinin ayrılmasına dair arxiv arayışının, əmrin və torpaq sahəsinə dair plancizgi sənədinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixindən 35 gündən artıq bir vaxtın keçməsinə baxmayaraq iddiaçıya rəsmi şəkildə heç bir cavab verilməmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X7 (keçmiş Tərəvəzçiliksüdçülük sovxozu) ## ### 2003-cü il tarixi ** saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X7 Həmkarlar Təşkilatı Komitəsinin ## ### 2003-cü il tarixli ** saylı Protokolundan çıxarışın və arxiv kitabında İddiaçı Şərafəddin oğlunun adı Fond 11165, siy.1, sax.vah.186, 17arxatərəf-ci səhifədə qeyd olunmuş, lakin Cavabdeh İddiaçı Şərafəddin oğluna torpaq sahəsinin ayrılması barədə əmrdən və sərəncamdan çıxarışların surəti aşkar olunmamışdır. Iddiaçı İddiaçı torpaq sahəsinin ayrılması barədə əmrdən və sərəncamdan çıxarışın surəti aşkar olunmadığından mövcud olmayan sənədin tələb edilməsi barədə olan iddia tələbi əsassız və qanunsuzdur. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı (hakim M.Hacıbəyova) ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı işdə hüquqi marağı və ondan irəli gələn iddia tələbi Bakı Şəhəri Xəzər Rayonu Buzovna Qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən sahəsi 0,30 ha torpaq sahəsinin ayrılmasına dair arxiv sənədlərin (sərəncam, əmr və s.)sənədlərin verilməsindən ibarətdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilərək İddiaçı torpaq sahəsinin ayrılması barədə əmrdən və sərəncamdan çıxarışın surəti aşkar olunmadığını bildirsə də, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçının əldə edilməsini arzuladığı sənədlər torpağın ayrılmasına dair arxiv sənədləri məhkəməyə təqdim edilmişdir. Belə olan halda cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətsizliyə yol vermişdir. Həmin qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı İddiaçı torpaq sahəsinin ayrılması barədə əmrdən və sərəncamdan çıxarışın surətləri aşkar edilməmiş, yalnız ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X7 (keçmiş Tərəvəzçilik-südçülük sovxozu) ## ### 2003-cü il tarixli ** saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X7 Həmkarlar Təşkilatı Komitəsinin ## ### 2003-cü il tarixli ** saylı Protokolundan çıxarışın, arxiv kitabında İddiaçı Şərafəddin oğlunun adı qeyd edilmiş və birinci instansiya məhkəməsinə həmin arxiv kitabından çıxarış təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq təqdim edilən arxiv kitabından çıxarışı iddiaçının əldə edilməsini arzuladığı sənədlərin, yəni torpağın ayrılmasına dair arxiv sənədlərinin təqdim edilməsi kimi qiymətləndirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı İddiaçı torpaq sahəsinin ayrılması barədə əmrdən və sərəncamdan çıxarışın surəti olmamasına baxmayaraq əsassız olaraq Bakı Şəhəri Xəzər Rayonu Buzovna Qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən İddiaçı torpaq sahəsinin ayrılması barədə arxiv sənədlərinin verilməsi vəzifəsini həvalə etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia tələbini əsaslandırmamış və ona Bakı Şəhəri Xəzər Rayonu Buzovna Qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən torpaq sahəsinin ayrılması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Iş materiallarında olan sənədlərdən görünür ki: - Iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Abşeron rayon Icra Hakimiyyətinin *** nömrəli ## ###### 1999-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Abşeron Rayon Icra Hakimiyyəti başçısının *** nömrəli ## ##### 1999-cu il tarixli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması, X9 0,30 ha torpaq sahəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin ## #### 1999-cu il tarixli qərarı və sovxozun ## ###### 1999-cu il tarixli **/K nömrəli əmrinin nəzərə alınması qərara alınmışdır. - Birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə *-*-**/*-***/**** nömrəli ## ######## 2025-ci il tarixli məktubu ilə ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X7 (keçmiş Tərəvəzçiliksüdçülük sovxozunun) ## ### 2003-cü il tarixli ** saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X7 Həmkarlar Təşkilatı Komitəsinin ## ### 2003- cü il tarixli ** saylı Protokolundan çıxarışın, arxiv kitabında İddiaçı adı qeyd olunmuş səhifənin (sax.vah.186, 17arxa tərəf- ci səhifədə 19-cu sətir) təsdiqlənmiş surətləri təqdim edilmişdir. - Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin X7 Həmkarlar Təşkilatı Komitəsinin ## ### 2003-cü il tarixli ** saylı protokolundan çıxarışa əsasən siyahıda qeyd olunan X7 işçilərinə və vətəndaşlara 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X7 ## ### 2003-cü il tarixli ** nömrəli əmrinə əsasən siyahıda adları göstərilən X7 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsinin ayrılması əmr edilmişdir. 623. İddiaçı. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh orqana müraicət edərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən sahəsi 0,30 ha torpaq sahəsinin ayrılmasına dair arxiv sənədlərin - sərəncam, əmr və s. sənədlərin verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan torpaq sahəsinin ayrılması barədə əmrdən və sərəncamdan çıxarışın surətinin aşkar olunmadığını bildirərək imtina cavabı verilmişdir. Məhkəmə araşdırması zamanı isə şəxslə bağlı arxivdə mövcud olan sənədlər təqdim edilmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı iddia ilə iddiaçı cavabdeh orqan tərəfindən tələb etdiyi formada arxiv sənədlərin verilməli olduğunu iddia edir. Məhkəmə kollegiyası isə hesab edir ki, arxiv sənədləri cavabdeh orqanın arxivində saxlanılan məlumatlar əsasında verilir. Məhkəmə kollegiyası təkrarən diqqətə çatdırır ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-iddia ərizəsinin formal tələblərə cavab verməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Inzibati işin araşdırılmış hallarına əsasən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırda iddiaçının hüquqi marağı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən sahəsi 0,30 ha torpaq sahəsinin ayrılmasına dair arxiv sənədlərin - sərəncam, əmr və s. sənədlərin verilməsinə yönəlmişdir. Hansı ki, cavabdeh inzibati orqan da məhkəmə araşdırması zamanı öz arxivində aşkar edilən sənədləri tam şəkildə təqdim etmişdir. Bu isə iddiaçının tələb etdiyi sənədlərin tələb etdiyi formada məhz həmin arxivdə olması anlamına gəlmir. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, arxiv sənədləri cavabdeh inzibati orqanın arxivində olduğu halda onun əsasında verilməsi mümkündür. Belə olduğu təqdirdə hazırkı mübahisəyə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməməlidir. Iddiaçı tərəfindən mübahisələndirilən məsələyə mahiyyəti üzrə baxmaqla birinci instansiya məhkəməsi prosessual pozuntulara yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticə hissəsi: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Bakı Şəhəri Xəzər Rayonu Buzovna Qəsəbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin X7 tərəfindən sahəsi 0,30 ha torpaq sahəsinin ayrılmasına dair sənədlərin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-214/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-214/2026
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver