Məhkəmə qərarları › İş №2-1(3-6)-215/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-215/2026

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-215/2026 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11460/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarından ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 04 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11460/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə qəbul olunmağı haqqında sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən apellyantlar apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyantları dinləyib, onların apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11460/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarından birgə verdiyi apellyasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini vermiş Maraqlı şəxs1 və Maraqlı şəxs2 hazırki iş üzrə tərəf olmamış və 3-cü şəxs kimi də məhkəmə icraatına cəlb edilməmişdirlər. Belə olan halda “proses iştirakçısı” statusunu qazanmayan şəxslərin məhkəmə aktını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur. İş materiallarından həmçinin görünür ki, ərizəçilər apellyasiya şikayəti verməklə yanaşı üçüncü şəxs qismində cəlb olunma barədə vəsatəti də Bakı İnzibati Məhkəməsinə təqdim etmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərərək apellyantlara izah edir ki, üçüncü şəxs qismində cəlb olunma barədə ərizəyə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmaqla çıxarılmış məhkəmə aktı ilə onların maraqlarına toxunubtoxunmaması məsələsi araşdırılmalıdır. Yalnız həmin ərizəyə baxıldıqdan sonra çıxarılacaq məhkəmə aktları ilə hüquqlarının pozulduğunu hesab etsələr həmin məhkəmə aktını mübahisələndirmək hüquqları yaranacaqdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11460/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarından Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar