Məhkəmə qərarları › İş №2-1(3-6)-2168/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2168/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2168/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclasına, açıq məhkəmə iclasında baxılaraq Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh quruma həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, R İddiaçı 44 günlük Vətən Müharibəsi dövründə N №-li hərbi hissədə təyyarəçi-V vəzifəsində xidmət etmiş və döyüş əməliyyatları vaxtı döyüş tapşırığının yerinə yetirilməsi üçün N № li hərbi hissəyə, N №-li hərbi hissəyə və N №-li hərbi hissəyə ezam olunmuşdur. Müharibə dövründə iddiaçı döyüş əməliyyatları vaxtı N №-li hərbi hissədən N №-li hərbi hissəyə (Şəmkir rayonu), N №-li hərbi hissəyə (Goran səhra aerodromuna) və N №-li hərbi hissəyə (Ağcabədi rayonu) döyüş tapşırığının yerinə yetirilməsi üçün “Mi-35” vertolyotunda uçuşlar həyata keçirmişdir. Uçuşların məqsədi döyüş əməliyyatları aparan hərbi hissələr üçün şəxsi heyətin, silah və sursatların daşınması olmuşdur. Döyüş uçuşlarının müddəti 10 saat 40 dəqiqə təşkil etmişdir. Həmçinin, iddiaçı “Mi-35” tipli vertolyotda heyət komandiri və təyyarəçi-operator qismində hava sərhədlərinin mühafizəsi və terror-diversiya qruplarına qarşı döyüş növbətçiliyi aparmış və bununla əlaqədar yerdəyişmə uçuşları yerinə yetirərək döyüş əməliyyatlarına hazırlaşmışdır. Şəxsən döyüş bölgələrində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona da müharibə veteranı statusu və vəsiqəsi verilməlidir. İddiaçının ##.##.2025-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsində köməklik göstərilməsini xahiş etməsinə baxmayaraq, müraciəti cavabsız və nəticəsiz qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Cavabdeh iddiaya yazılı münasibət bildirilmişdir ki, iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün göndərilən sənədləri “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın” iclasında baxılmış və müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir. Beləliklə də hazıki inzibati iş üzrə iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və hazırda mübahisə olmadığından hesab edirik ki, inzibati iş üzrə məhkəmə icraatına xitam verilməlidir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-ci il tarixli qərarı ilə (Hakim T.Məlikov) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı N №-li hərbi hissədə 2-ci aviasiya eskadrilyasının (Mİ-35) aviasiya manqasının komandiri olaraq xidmət etmişdir. Şəxsin ezam olunduğu hərbi aviasiya vasitəsi ilə döyüş əməliyyatlarında bilavasitə iştirakı (pilot, operator, bort texnik və s.) üçün cəlb olunması (tarix və əmrin nömrəsi) göstərilməklə: Mi-35 tipli vertolyotda heyət komandiri və təyyarəçi-operator qismində hava sərhədlərinin mühafizəsi və terror-diversiya qruplarına qarşı döyüş növbətçiliyi aparıb, yerdəyişmə uçuşları yerinə yetirərək döyüş əməliyyatlarına hazırlaşıb. ##.##.2020-ci il tarixli, № ** Mi-35 tipli vertolyotla heyət komandiri kimi Qala aerodromundan Goran aviasiya komendantlığı - Dəllər manevr aerodromu istiqamətində yerdəyişmə, ##.##.2020-ci il tarixli, № ** Mi-35 tipli vertolyotla təyyarəçi operator kimi Dəllər manevr aerodromundan Goran aviasiya komendantlıgı - Qala aerodromu istiqamətində yerdəyişmə, ##.##.2020-ci il tarixli, № *** Mi-35 tipli vertolyotla heyət komandiri kimi Qala aerodromundan Goran aviasiya komendantlığı - Dəllər manevr aerodromu istiqamətində yüklərin daşınması və texniki dəstəyin göstərilməsi məqsədilə, ##.##.2020-ci il tarixli, № *** Mi-35 tipli vertolyotla təyyarəçioperator kimi Dəllər manevr aerodromundan Goran aviasiya komendantlığı istiqamətində yerdəyişmə, ##.##.2020-ci il tarixli, № *** Mi-35 tipli vertolyotla təyyarəçi-operator kimi Goran aviasiya komendantlığından Qala manevr aerodromu istiqamətində yerdəyişmə, ##.##.2020-ci il tarixli, № *** Mi-35 tipli vertolyotla təyyarəçi-operator kimi Qala aerodromundan Beyləqan manevr meydançası istiqamətində yüklərin daşınması və texniki dəstəyin göstərilməsi məqsədilə 843-cü X3 ##.##.2020-ci il tarixli, ** nömrəli əmri ilə Aviasiya bazasının və bölmələrinin şəxsi heyətinin düşmənin irimiqyaslı təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığının yerinə yetirilməsi, əks-hücum əməliyyatlarında iştirak edəcək hərbi qulluqçuların siyahısının tərtib edilməsi əmr edilmiş, iddiaçının adı da həmin əmrdə qeyd olunmuşdur. ##.##.2026-cı il tarixli aktdan görünür ki, iddiaçı ##.##.2020-ci il tarixli, № ** Mi-35 tipli vertolyotla heyət komandiri kimi Qala aerodromundan Goran aviasiya komendantlığı - Dəllər manevr aerodromu istiqamətində yerdəyişmə, ##.##.2020-ci il tarixli, № ** Mi-35 tipli vertolyotla təyyarəçi-operator kimi Dəllər manevr aerodromundan Goran aviasiya komendantlığı - Qala aerodromu istiqamətində yerdəyişmə, ##.##.2020-ci il tarixli, № *** Mi- 35 tipli vertolyotla heyət komandiri kimi Qala aerodromundan Goran aviasiya komendantlığı - Dəllər manevr aerodromu istiqamətində yüklərin daşınması və texniki dəstəyin göstərilməsi məqsədilə, ##.##.2020-ci il tarixli, № *** Mi-35 tipli vertolyotla təyyarəçi-operator kimi Dəllər manevr aerodromundan Goran aviasiya komendantlığı istiqamətində yerdəyişmə, ##.##.2020-ci il tarixli, № *** Mi-35 tipli vertolyotla təyyarəçi-operator kimi Goran aviasiya komendantlığından Qala manevr aerodromu istiqamətində yerdəyişmə, ##.##.2020-ci il tarixli, № *** Mi-35 tipli vertolyotla təyyarəçi-operator kimi Qala aerodromundan Beyləqan manevr meydançası istiqamətində yüklərin daşınması və texniki dəstəyin göstərilməsi məqsədilə 44 günlük Vətən Müharibəsində hərbi aviasiya tərkibində döyüş əməliyyatlarını yerinə yetirib. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin sonuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2004-cü il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Rspublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında Təlimat”ın: 3-cü maddəsinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikası orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenləri və medalları haqqında əsasnamələrə uyğun olaraq hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada komandirlərinə), onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (III dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (III dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməsi və müvafiq tapşırıqları yerinə yetirməsi işin mübahisəsiz hallarıdır, bu hallar iş materiallarında olan sənədlərdə aparılan qeydlərlə tam təsdiq olunur. İddiaçı Vətən müharibəsinin aktiv dövründə Mi-35 tipli döyüş vertolyotunun heyət komandiri və təyyarəçi-operatoru qismində bir sıra uçuş tapşırıqlarını icra etmiş, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə qüvvə və vasitələrin manevrinin, yüklərin daşınmasının, habelə texniki təminat tədbirlərinin həyata keçirilməsini təmin etmişdir. Cavabdeh inzibati orqanın özü də iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edilmiş, müsbət qərar qəbul edilmiş, lakin müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri sənədlərin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir, iş üzrə mübahisə aradan qalxmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə “Müharibə veteranı” adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən verilməsi qaydaları tənzimlənmişdir. Əsasnamənin 2-ci hissəsinin qeyd hissəsində göstərilir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin şərhindən belə aydın olur ki, Cavabdeh müraciət edən şəxsə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı müsbət nəticəyə gəldikdə bununla bağlı siyahıları razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərməli, əgər müraciətin təmin edilməməli olduğu qənaətinə gəldikdə isə səlahiyyətli inzibati orqan olaraq müraciətin təmin edilməsindən imtina etməlidir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ilə bağlı zəruri hərəkətlər icra edilməməklə qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, cavabdeh Cavabdeh tərəfindən səlahiyyətli qurum olaraq ya müraciətin təmin edilməsindən imtina edilməli idi, ya da iddiaçının müraciətinin təmin edilməsi üçün zəruri hərəkətlər edilməli idi. Bu hal işə birinci instansiya məhkəməsi tərəfindən baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli, *-**- **/*-****/**** saylı məktubda da öz əksini tapmışdır. Məktubda qeyd edilir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən məqsədəuyğun hesab edilmişdir və vətəndaşın adı sənədlərin razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndəriləcək vətəndaşların siyahısına daxil edilmiş, lakin hal-hazırki tarixədək göndərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Apelyator şikayətində ümumi sözlərdən istifadə etməklə şikayəti əsaslandırmağa çalışmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üçün tutarlı səbəblər bildirməmiş, sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Vidadi Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar