Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2174/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və 2 uşağı) “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi #.##.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi və İsmayılov Qurban Əlisahib oğlunun ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və 2 uşağı) “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi #.##.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə cavabdehin tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş və Qərardan kassasiya şikayəti verilməmiş və Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından könüllü icra edilməsi üçün 15 gün müddət təyin edilirək ##.##.2026-cı il tarixdə cavabdeh orqana göndərilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmə qərarının icra edilməsi barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Cavabdeh tərəfindən məhkəmə qərarının icra edilməsi barədə məhkəməyə hər hansı məlumat verilmədiyindən ##.##.2026-cı il tarixində təkrar xatırlatma edilərək cavabdeh orqan tərəfindən qərarın 15 gün müddətdə icra edilmədiyi təqdirdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qərarının icrası təmin olunmadığından məhkəmə tərəfindən, məcburi icra tədbirlərinin görülməsinə dair iclas təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Belə ki, İsmayılov Qurban Əlisahib oğluna Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərarının icrası ilə bağlı dəfələrlə ailə üzvlərinə aid sənədlərin təqdim olunması təklif olunsa da o, sərəncamın verilməsinə dair tələb olunan sənədləri təqdim etməmişdir.Bu səbəbdən qeyd olunan qərarın tərəfimizdən icra edilməsi mümkün olmamışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında tərəflər iştirak etməmişlər.Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə baxlmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. - 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. - 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Hazırkı işin hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İsmayılov Qurban Əlisahib oğlunun ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və 2 uşağı) “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi 0#.##.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməsi barədə hər hansı məlumat verilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarının qərəzli olaraq icra edilməməsi, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarına hörmətsizlik olmaqla yanaşı, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə maneçilik törədir və vətəndaşın ədalət mühakiməsinə və dövlət qurumlarına olan inamına və etimadına xələl yetirir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” ## ####### 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” ## #### 2003-cü il tarixli işi). Məhkəmə cərimənin məbləği ilə bağlı qeyd edir ki, inzibati mübahisələr üzrə məhkəmə qərarının icrasına nəzarət birinci instansiya məhkəməsi tərəfindən həyata keçirildiyindən, işin xüsusiyyətləri, cavabdehin inzibati orqanın hərəkətsizliyi və digər hallar nəzərə alınaraq cərimənin məbləği də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında Məhkəmə Kollegiiyası qeyd etmişdir ki, “Nəzərə alınmalıdır ki, inzibati prosessual qanunvericiliyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir və həmin istiqamətdə bu və ya digər məcburiyyət tədbirinin seçilməsi, o cümlədən cərimənin tətbiq edilib-edilməməsi həmin məhkəmənin diskresion səlahiyyətinə aiddir”. Məhkəmə qeyd edir ki, tədbiq edilən məbləğ 50000 manata qədər müəyyən edilə bilər, həmin məbləğ məhkəmə qərarının icrasız qalması davam etdirildiyi təqdirdə təkrar olaraq tədbiq edilə və məbləğ artırıla bilər. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh orqan cərimə edilməlidir.Həmçinin, məhkəmə Kollegiyası cərimənin məbləğini işin hallarına uyğun qiymətləndirir. Apellyasiya şikayətinin “İsmayılov Qurban Əlisahib oğluna Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərarının icrası ilə bağlı dəfələrlə ailə üzvlərinə aid sənədlərin təqdim olunması təklif olunsa da o, sərəncamın verilməsinə dair tələb olunan sənədləri təqdim etməmişdir.Bu səbəbdən qeyd olunan qərarın tərəflərindən icra edilməsi mümkün olmamışdır. “ dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, sərəncamın verilməsi üçün tələb olunan hansı sənədlərin təqdim etməsi barədə cavabdehin iddiaçıya təklif məzmunlu nə məktubu, nə də məktubun iddiaçıya təqdim edilməsi barədə sübut iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-2174/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2174/2026
22.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver