Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2179/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Abşeron rayonu * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2001-ci il tarixli, 3M/*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 ona məxsus olan ünvan 4 ünvanında 9772,2 kv.m torpaq sahəsində yerləşən 6 otaqlı, yaşayış sahəsi 224,6 kv.m, köməkçi sahəsi 191.1 kv.m olan fərdi yaşayış evini X10. Daha sonra fərdi yaşayış evinə dair Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X10 adına **** reyestr nömrəli qeydiyyat vəsiqəsi ##.##.2001-ci il tarixində verilmişdir. Abşeron rayonu Dövlət Texniki İnvenlarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şossesində, * saylı, yaşayış sahəsi 224,6 kv.m, köməkçi sahəsi 191.1 kv.m. olan 6 otaqdan ibarət fərdi yaşayış evi X4 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli, 40-**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 rayonu, Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şossesində, 6 ünvanında yerləşən, ümumi sahəsi 415.7 kv.m olan fərdi yaşayış evini X1. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 rayonu, X5 ərazisi, -, 6 ünvanında yerləşən, ümumi sahəsi 415.7 kv.m, yaşayış sahəsi 224.6, yardımçı sahəsi 191.1 kv.m. olan 6 otaqlı fərdi yaşayış evini X8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, X5 ərazisi, ev 6 ünvanında yerləşən 0,00324 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 415.7 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X8 adına ##.##.2024-cü il tarixində 1624011678 qeydiyyat, 308011015316-***** reyestr nömrəli çıxarış verilmişdir. Çıxarışda torpaq sahəsinin üzərində mülkiyyət növü dövlət, hüququn növü istifadə qeyd edilmişdir. Abşeron rayon * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Ə.Salahzadə Abşeron rayonu, X5 ərazisi, ev 6 ünvanında istifadəsində olan 0,003240 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 415.7 kv.m olan fərdi yaşayış evini İddiaçı satmışdır. Müqavilədə qeyd olunmuşdur ki, satıcı 0,003240 ha torpaq sahəsini alıcının istifadəsinə verir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, X5 ərazisi, -, ev 6 ünvanında 0.00324 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 415.7 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ##.##.2024-cü il tarixində ********** qeydiyyat, 308011015316-***** reyestr nömrəli çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə ünvanlanmış ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müayinə baxışı zamanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 308011015316-***** reyestr nömrəli fərdi yaşayış evinin söküldüyü aşkar edilmişdir. Həmçinin, arxiv texniki pasportun baş planına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki yerləşməsi uyğunsuzluq təşkil edir. Əlavə olaraq sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu, həmçinin faktiki torpaq sahəsinin (1,5611 ha) bir hissəsinin Bakı şəhərinin inzibatı ərazi vahidliyinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən 1,5611 ha torpaq sahəsinin bir hissəsinin Xəzər dənizinin mühafizə zonasında yerleşdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının 20-50 metrlik zolağının altında olan torpaqlar dövlətin mülkiyyətində olan torpaqlardır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1994-cü il tarixli ** nömrəli sərəncamından çıxarış və Bilgəh sovxozunun ##.##.2007-ci il tarixli ** nömrəli arayışına əsasən keçmiş Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Q.Salahzadənin adına Bilgəh-Zaqulba şossesində ev 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair **** reyestr nömrəli qeydiyyat vəsiqəsi ##.##.1997ci il tarixində verilmişdir. Abşeron rayonu * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2001-ci il tarixli, 3M/*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X10 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evinə dair keçmiş Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən C.Xəlilovun adına **** reyestr nömrəli qeydiyyat vəsiqəsi ##.##.2001-ci il tarixində verilmişdir. Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2006-cı il tarixli, 4Ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X4 adına özgəninkləşdirilmişdir. Fərdi yaşayış evinə dair keçmiş Abşeron rayonu Dövlət Texniki İnvenlarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X4 adına **** reyestr nömrəli qeydiyyat vəsiqəsi ##.##.2006-cı il tarixində verilmişdir. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli, 40-**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X1 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixində 1623042644 qeydiyyat, 3080110153167***** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən fərdi yaşayış evi Ə.Salahzadənin adına özgəninkiləşdirilmişdir. Ə.Salahzadənin adına fərdi yaşayış evinə dair ##.##.2024-cü il tarixində 1624011678 qeydiyyat, 308011015316-***** reyestr nömrəli çıxarış verilmişdir. Abşeron rayon * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə- *** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi İddiaçı adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evinə dair İddiaçı adına ##.##.2024-cü il tarixində ********** qeydiyyat, 308011015316-***** reyestr nömrəli çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, X5 * saylı fərdi yaşayış evinin həyətyanı 0,9772 ha torpaq səhəsi (texniki pasportda göstərilən) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dovlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, X5 6 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Evin həyətyanı torpaq sahəsi 0,9772 ha təşkil edir. Sözügedən fərdi yaşayış evi keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən iyun 1997-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin evə mülkiyyət hüququna dair 1997-ci il tarixdə qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 0,9772 ha göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə uyğun olaraq, Abşeron rayonu, X5 * saylı fərdi yaşayış evinin yerləşdiyi 0,9772 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ##.##.2024-cü il tarixli ərizəsi ##.##.2024-cü il tarixli məktubla imtina edilmişdir. İmtinanın səbəbi fərdi yaşayış evinin sökülməsi, arxiv texniki pasportun baş planına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki yerləşməsinin uyğunsuzluq təşkil etməsi, konfiqurasiya fərqi olması, qeyd edilən 1,5611 ha torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin inzibati ərazi vahidliyində və Xəzər dənizinin mühafizə zonasında yerləşməsi göstərilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır, eyni zamanda qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, fərdi evin sökülməsi onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas hesab edilmir. İmtinada qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki yerləşməsinin uyğunsuzluq təşkil etməsi, konfiqurasiya fərqi olması, 1,5611 ha torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin inzibati ərazi vahidliyində və Xəzər dənizinin mühafizə zonasında yerləşməsi isə cavabdehin qərəzli mövqeyindən irəli gəlir. Belə ki, qeydə alınması tələb olunan torpaq sahəsi 0,9772 ha ölçüsündədir, evin ilkin qeydə alınma zamanı yəni 1997-ci ildən bugünə qədər torpaq sahəsinin faktiki istifadə vəziyyəti dəyişdirilməmiş və həmin torpaq sahəsi mühafizə zonasında və ya Bakı şəhərinin inzibati ərazi vahidliyində yerləşmir. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, müayinə baxışı zamanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 308011015316-***** reyestr nömrəli fərdi yaşayış evinin söküldüyü, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəvvənedici sənədlərin müraciətə əlavə olunmadığı, arxiv əsaslarında saxlanılan texniki pasportun baş planına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki yerləşməsi ilə uyğunsuzluq olduğu; sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu, faktiki torpaq sahəsinin (1,5611 ha) bir hissəsinin Bakı səhərinin inzibati ərazi vahidliyinə aid ərazidə yerləşdiyi, bundan başqa, qeyd edilən 1,5611 ha torpaq sahəsinin bir hissəsinin Xəzər dənizinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh * saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərimiş ##.##.2024-cü il tarixli müayinə aktından görünür ki, daşınmaz əmlakın hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 415.7 kv.m, əsas sahəsi 224.6 kv.m, köməkçi sahəsi 191.1 kv.m, faktiki torpaq sahəsi isə 1,5611 ha-dır. 2 tərəf qonşu, 1 tərəf yol, 1 tərəf Xəzər dənizi, daş hasar və şərti sərhədlə əhatələnmişdir. Həyətdə St.a=600.0 kv.m olan 2 ədəd fərdi ev var (icazəsiz tikililər). Kommunal xətlər keçmir. “A” fərdi evi aşkarlanmadı, yoxdur, faktiki torpaq sahəsi S=1,5611 ha təşkil edir və Xəzər dənizi ilə sərhəddir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Cavabdeh * saylı Abşeron Ərazi İdarəsi ləğv edildiyindən hüquqi varisi Cavabdeh ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə müəyyən edilən hallar hazırkı iş üzrə mövcud deyil. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən daşınmaz əmlakın ilkin mülkiyyətçisi Q.Salahzadənin adına 1997-ci ilin iyun ayında tərtib edilmiş arxiv texniki pasportunda həyətyanı torpaq sahəsinin ölçüsü 0,9772 ha (9772,2 kv.m) olaraq dəqiq göstərilmiş, sonrakı alqı-satqı zəncirində isə (müvafiq olaraq C.Xəlilov, A.Qazıyeva, N.Dəmirov, Ə.Salahzadə və nəhayət İddiaçı) ev və onun qanuni həyətyanı sahəsi bütöv bir obyekt olaraq ötürülmüşdür. Müqavilədə yalnız tikinti altı sahənin (0,00324 ha) qeyd olunması reyestrdə torpaq sahəsinin ayrıca çıxarışının hələ olmamasından irəli gəlmişdir. Qanunvericiliyin mənasına görə evə mülkiyyət hüququnu əldə edən şəxs onun ayrılmaz tərkib hissəsi olan qanuni həyətyanı torpaq sahəsini də (0,9772 ha) əldə etmiş hesab olunur. Məhkəmə ##.##.2024-cü il tarixli müayinə aktına istinad edərək qeyd edir ki, yerində baxış zamanı “A” fərdi yaşayış evi aşkarlanmamışdır (sökülmüşdür) və Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən əmlak məhv olduqda mülkiyyət hüququ itirilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ev yoxdursa, torpaq sahəsi də qeydiyyata alına bilməz. Bu yanaşma tamamilə qanunsuz bir hüquqi məntiqə söykənir. Fərdi yaşayış evinin köhnəlməsi, sökülməsi, yenidən tikilməsi və ya ərazidə hər hansı yenidənqurma işlərinin aparılması, həmin evin altındakı və ətrafındakı qanuni həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüququna xitam vermir. Torpaq sahəsi daşınmaz əmlak obyektidir, yerindədir, məhv olmayıb və sərhədləri daxilində onun tərəfindən maneəsiz istifadə olunur, hətta həmin torpaq üzərində köhnə ev yenilənərək inşa edilmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququnun “itirilməsi” kimi ağır bir hüquqi nəticənin bu qədər bəsit və əsassız şəkildə tətbiqi Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin kobud şəkildə pozulmasıdır. İnzibati orqan (cavabdeh) imtina məktubunda faktiki torpaq sahəsinin 1,5611 ha olduğunu, onun bir hissəsinin Bakı şəhərinə və Xəzər dənizinin mühafizə zolağına düşdüyünü bəhanə gətirmişdir. Birinci instansiya məhkəməsi də bu arqumentləri kor-koranə qəbul etmişdir. Lakin diqqətdən qaçmışdır ki, o, məhkəmədən və inzibati orqandan faktiki istifadədə olan 1,5611 ha sahənin qeydiyyatını tələb etməmişdir. Onun tələbi sırf arxiv texniki sənədləri ilə təsdiq olunmuş qanuni 0,9772 ha torpaq sahəsinin qeydiyyata alınmasıdır. 1997-ci il tarixdən bəri (iyun 1997-ci il tarixli texniki pasport, reyestr nömrəsi ****) bu torpaq sahəsinin ölçüsü qanunla rəsmiləşib. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.4-cü bəndinə əsasən 2001-ci il ######ın #-dək tərtib olunmuş və ölçüsü göstərilmiş bu texniki pasport mülkiyyət hüququnu birbaşa təsdiq edən təkzibolunmaz hüquqmüəyyənedici sənəddir. Qanuni sənədlə ona məxsus olan 0,9772 ha ərazi isə hər hansı mühafizə zolağına və ya digər inzibati vahidə daxil deyil, tamamilə mülkiyyətinə aid olan hissədir. İnzibati orqan “faktiki sahə böyükdür” deyərək sənədli qanuni sahənin qeydiyyatından imtina edə bilməzdi, məhkəmə isə bu qanunsuzluğu araşdırmalı idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqan qeydiyyatdan imtina barədə əsaslandırılmış qərarı 5 iş günü müddətində verməli idi. Onun müraciəti ##.##.2024-cü ildə qeydə alınsa da, qanunsuz imtina məktubunun tarixi ##.##.2024-cü ildir (yəni 1 aya yaxın müddət sonra). Bu gecikmə cavabdehin işə qərəzli və qeyri-peşəkar yanaşmasının sübutudur. “İnzibati icraat haqqında” Qanunun 22-ci maddəsinə əsasən inzibati orqan qərəzsiz fəaliyyət göstərməli idi. Birinci instansiya məhkəməsi inzibati orqanın bu prosessual qanun pozuntularına heç bir hüquqi qiymət verməmişdir. Qeyd olunan normaların tələbinə əsasən torpaq sahəsinə onun mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, o həmin torpaq sahəsindən qanuni əsaslarla, maneəsiz və məhdudiyyətsiz istifadə edir. İddia ərizəsində və işə birinci instansiya məhkəməsində baxılarkən dəfələrlə bildirilmişdir ki, o, hüquq müəyyənedici sənəd olan texniki pasportda göstərilən və faktiki olaraq iddiaçının qanuni istifadəsində olan 0,9772 ha torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istəyir və faktiki olaraq 0,9772 ha torpaq sahəsi heç bir dəniz mühafizə zonasına daxil deyil. İddiaçı hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş əsas mövcud olduğundan cavabdeh mülkiyyət hüququnu qeydə almaqdan imtina etməkdə haqlı deyil. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir... Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: ...3.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ...2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);...
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ...
Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir...
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır...
Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır...
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir...
Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər...
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir...
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Abşeron rayonu, X5 * saylı fərdi yaşayış evinin həyətyanı 0,9772 ha torpaq səhəsi (texniki pasportda göstərilən) üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dovlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi tələbi təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, torpaq sahəsindən faktiki istifadə edilməsi və ya həmin torpaq sahəsinə bitişik ərazidə yerləşən fərdi yaşayış evi üzərində (hansı ki, hazırda mövcud deyildir) mülkiyyət hüququnun olması öz-özlüyündə həmin torpaq sahəsi üzərində dövlət qeydiyyatı üçün hüquqi əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin Siyahının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda). İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1994-cü il tarixli ** nömrəli sərəncamından çıxarış və Bilgəh sovxozunun ##.##.2007-ci il tarixli ** nömrəli arayışına əsasən keçmiş Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 adına Bilgəh-Zaqulba şossesində ev 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair **** reyestr nömrəli qeydiyyat vəsiqəsi ##.##.1997ci il tarixində verilmişdir. X3 adına tərtib olunmuş iyun 1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 9772,2 kv.m, tikintialtı sahə 567 kv.m olmuş, “A” tikilisi yaşayış evi olmaqla, sahəsi 324 kv.m, “B” tikilisi təsərrüfat damı olmaqla sahəsi 143 kv.m təşkil etmişdir. İddiaçı tələbində X3 adına verilmiş 1997-ci il tarixli texniki pasporta istinad edərək, həmin texniki pasportda göstərilən 0,9772 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Buna baxmayaraq iş materiallarına əlavə edilmiş Abşeron rayon * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətinə yalnız 0.003240 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 415.7 kv.m. olan fərdi yaşayış evi verilmişdir. Həmin müqavilədə 0,9772 ha torpaq sahəsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamış, satıcı tərəfindən 0,003240 ha torpaq sahəsinin alıcının istifadəsinə verilməsi göstərilmişdir. Həmçinin İddiaçı adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat, 308011015316-***** reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, X5 ərazisi, - , ev 6 ünvanında 0,00324 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 415.7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin mülkiyyət növü olaraq dövlət mülkiyyəti göstərilmişdir. Bundan əlavə, işdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, “A” fərdi evi aşkarlanmadı, yoxdur, faktiki torpaq sahəsi S=1,5611 ha təşkil edir və Xəzər dənizi ilə sərhəddir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçınının adına hər hansı bir hüquqmüəyyənedici sənəd olmamaqla yanaşı, hazırda onun mülkiyyətində olan fərdi yaşayış evi də mövcud deyildir, Mülki Məcəllənin 203.1-ci maddəsinin tələbləri baxımından daşınmaz əmlaka (evə) münasibətdə mülkiyyət hüququ itirilmişdir. Belə ki, Mülki Məcəllənin 203.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmçinin məhkəmə araşdırması ilə iddiaçıya münasibətdə mövcud olan arxiv sənədlərində onun adına torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olacaq hər hansı sənədin müəyyən edilməməsi ilə yanaşı, fərdi yaşayış evini ona münasibətdə özgəninkiləşdirmiş keçmiş mülkiyyətçiyə münasibətdə də, hər hansı hüquqmüəyyənedici sənədin olması aşkar edilməmiş, qanunvericiliyin tələbləri baxımından hüquqların qeydə alınması üçün hüquqi əsas müəyyən olunmamışdır. Fərdi yaşayış evini iddiaçıya münasibətdə özgəninkiləşdirmiş şəxsin özünün mübahisəli torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ yaranmadığından, onun həmin hüququ iddiaçıya ötürməsi də istisna edilməkdədir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə müəyyən edilən hallar mövcud deyildir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.