Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2181/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsinə dair cavabdehin ##.##.2025-ci il tarixli qərarında dəyişiklik edilərək orqanizmin funksiyalarının 61-80% pozulması ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup əlildir. Bundan daha əvvəl cavabdeh orqan tərəfindən ona ##.##.2016-cı ildən ##.##.2021-ci il tarixə qədər əliliyə görə pensiya təyin edilmiş, lakin ##.##.2021-ci il tarixdən pensiyası dayandırılmışdır. Cavabdeh orqana dəfələrlə müraciət etməsinə baxmayaraq, imtina verilmişdir. İmtinada qeyd edilmişdir ki, artıq əlillik dərəcəsi mövcud deyildir. Lakin bununla bağlı yenidən məhkəməyə müraciət edərək, barəsində əlilliyin təyin edilməsi ilə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının *-*(***)-****/** saylı, ##.##.2024-cü il tarixli yekun qərarı ilə 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Lakin hal-hazırda səhhəti yenidən pisləşmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş müayinə aktlarından da göründüyü kimi, hər iki aşağı ətrafda dərin və səthi venoz sistemin keçiriciliyi pozulmuşdur. Hər iki aşağı ərtafda yumşaq toxumalar həddindən artıq ödəmlidir. Səhhətinin pisləşməsi ilə əlaqədar barəsində 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı cavabdeh orqana rəsmi qaydada müraciət etmişdir. Lakin ##.##.2025-ci il tarixli imtina məktubu ilə orqanizmin funksiyalarının pozulmasının 60 faiz olduğu qeyd edilmişdir. Diaqnoz olaraq, insulindən asılı olmayaraq, şəkərli diabet, çoxsaylı ağırlaşmalar, şəkərli diabet II tip insulin tələbli forma çoxsaylı ağırlaşmalarla dəqiqləşdirilməmiş ürək və damar implantatının və transplantatın olması qeyd edilmişdir. Bütün göstəricilərə və səhhətinin günü-gündən ağırlaşmasına baxmayaraq, üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Buna görə də, cavabdeh orqanın imtinası ilə razı deyil. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya sonuncu dəfə əlillik qiymətləndirilməsi Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2025-ci il tarixli göndərişi əsasında aparılmış və iddiaçıda OFP 60 faizi müəyyən olunmuşdur. İddiaçının göndərişində və tibbi sənədlərdən çıxarışlarda ekspert komissiyaları tərəfindən qoyulan əsas diaqnozun ağırlaşması və yanaşı xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması haqqında Əsasnamə”yə uyğun faiz dərəcələri toplanmaqla 60 faiz müəyyən edilməyə əsas verir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbinin təmin edilməsi, İddiaçı təyin edilmiş 3-cü dərəcə əlilliyin dəyişdirilərək 2-ci dərəcə əlillik (orqanizmin funksiyalarının 61-80% pozulması) müəyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə əsas xəstəliyin ağırlaşması kimi müəyyən olunan “Qan dövranı sisteminin xəstəlikləri və endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları” diaqnozu onu təsdiq edən instrumental müayinə nəticələrinin göstəricilərinə uyğun olaraq iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması Meyarları” haqqında Əsasnamənin müvafiq bəndlərinə uyğun olaraq əlillik təyin etməyə əsas vermişdir. Belə ki, iddiaçıya ürəyin süni tənzimləyicisi implantasiya olunub. Bu da OFP-nin 50% müddətsiz pozulmasına əsas verir. Klinik və instrumental olaraq sağ aşağı ətrafda əlillik səviyyəsində dəyişikliklər müəyyən olunub. Hansı ki, bunun əsas ağırlaşması kimi barmaqlarında amputasiya qeyd olunub. Bu hal birtərəfli müşahidə olunduğundan OFPnin 50% müddətsiz seçilməsi Əsasnaməyə uyğundur. Bu halın 2 tərəfli müəyyən olunduğu halda OFP 70% seçilə bilərdi. İddiaçıda isə bu hal birtərəflidir. Lakin qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmayıb, həmçinin ekspert rəyində bu hallara aydınlıq gətirilməyib. Bu da işin düzgün araşdırılmaması və düzgün nəticə verilməməsi ilə yekunlaşmağa səbəb olub. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2013-cü ildən etibarən ona münasibətdə 2-ci dərəcəli əlillik təyinatı aparılmış, 2020-ci ildə isə həmin təyinatın qüvvəsi dayandırılmışdır. Əlillik təyinatının bərpa olunması ilə bağlı iddia tələbi daha sonra təmin olunmuş və məhkəmə qərarı hüquqi qüvvəsini almışdır. Lakin sonradan səhhətində ağırlaşmalar baş vermiş və səhhətində yeni xəstəliklər müşahidə olunmuşdur. Məhz buna görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı (bundan sonra – iddiaçı) ilkin olaraq ##.##.2013-cü il tarixində ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə, 3-cü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Şəkərli diabet II tip, orta ağır gedişli insulin tələbli. Diabetik polineyropatiya, retinopatiya. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: şəkərli diabet. İddiaçı əlillik müddəti bitdiyindən ##.##.2014-cü il tarixli ** saylı Şəhər Poliklinikası tərəfindən tərtib edilən göndəriş əsasında təkrar müraciət etmişdir. ##.##.2014-cü il tarixində iddiaçının əlillik vəziyyəti göndəriş əsasında qiymətləndirilmiş və 1 il müddətinə, 3-cü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Şəkərli diabet II tip, orta ağır gedişli insulin tələbli. Hipertoniya xəstəliyi II mər. Diabetik, retinopatiya, angiopatiya. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: şəkərli diabet. Növbəti dəfə iddiaçı ##.##.2015-ci il tarixli ** saylı Şəhər Poliklinikası tərəfindən tərtib edilən göndəriş əsasında təkrar müraciət etmişdir. ##.##.2015-ci il tarixində iddiaçının əlillik vəziyyəti göndəriş əsasında qiymətləndirilmiş və 1 il müddətinə, 2-ci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Şəkərli diabet II tip, orta ağır gedişli insulin tələbli. Hipertoniya xəstəliyi II mər. Diabetik, retinopatiya, angiopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə. ##.##.2016-cı il tarixində iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və ona ##.##.2016-cı il tarixdən 5 il müddətinə, 2-ci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Şəkərli diabet II tip, orta ağır gedişli insulin tələbli. Hipertoniya xəstəliyi II mər. Diabetik, retinopatiya, angiopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə. İddiaçı əlillik müddəti bitdiyindən ##.##.2022-ci il tarixli Bakı M.Hüseynov adına * nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilən göndəriş əsasında təkrar müraciət etmişdir. ##.##.2022-ci il tarixində iddiaçının əlillik vəziyyəti göndəriş əsasında qiymətləndirilmiş və ona 5 il müddətinə, 3-cü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Şəkərli diabet II tip, orta ağır gedişli insulin tələbli. Hipertoniya xəstəliyi II mər. Diabetik, retinopatiya, angiopatiya. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2). Sonuncu dəfə iddiaçı barəsində ##.##.2025-ci il tarixdə Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən tərtib edilən göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və ##.##.2025-ci il tarixdə müddətsiz 3-cü dərəcə əlillik (OFP 60%) təyin edilmişdir. Diaqnozun mətni: insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip, İnsulin tələbli forma, çoxsaylı ağırlaşmalarla, Dəqiqləşdirilməmiş ürək və damar implantatının və transplantatın olması, İCD cihazının implantasiyasından s/v Meyar: Bənd 2.3.5. XBT kodu Z95.9 - Yanaşı xəstəliklər 2.Qan dövranı sisteminin xəstəlikləri=>Şəxsi və ailəvi anamnezlə və ya sağlamlığa təsir edən müəyyən hallarla əlaqədar sağlamlıq üçün potensial təhlükə=>Dəqiqləşdirilməmiş ürək və damar implantatının və transplantatın olması = >ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda=> Bənd 11.2.8.1 XBT kodu Z89.0 – Ağırlaşma 11.Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları=>Şəxsi və ailəvi anamnezlə və ya sağlamlığa təsir edən müəyyən hallarla əlaqədar sağlamlıq üçün potensial təhlükə = >Barmağın (barmaqların) baş barmaq da daxil olmaqla birtərəfli qazanılma olmaması => bir pəncənin xroniki residivləşən xoralı çatışmazlığı=> OFP yekun faizi 60%. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, cavabdeh iddiaçının orqanizmin funksiyalarının pozulma faizini düzgün müəyyən etməmişdir. Hazırkı işdə cavabdeh qeyd olunan ağırlaşma üzrə iddiaçının əlilliyi OFP 60% müəyyən etmiş, həmin faizin üzərinə iddiaçıda olan əsas xəstəlik və digər ağırlaşmalara görə 10% əlavə etməmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçının əsas xəstəliyi və digər ağırlaşmalarına görə 10% əlavə edilməklə II dərəcə əlillik, yəni OFP 61- 80% müəyyən edilməli idi. Şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. İş materiallarından müəyyən edilir ki, iddiaçının barəsində ##.##.2013-cü il tarixdə 1 il müddətinə 3-cü dərəcəli, ##.##.2014-cü il tarixdə, 1 il müddətinə, 3-cü dərəcəli, ##.##.2015-ci il tarixdə, 1 il müddətinə, 2-ci dərəcəli, ##.##.2016-cı il tarixdə, 5 il müddətinə 2-ci dərəcəli və ##.##.2022-ci il tarixdə, 5 il müddətinə 3-cü dərəcəli əlil hesab edilməsi barədə qərarlar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçı barəsində ##.##.2025-ci il tarixdə Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən tərtib edilən göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və ##.##.2025-ci il tarixdə müddətsiz 3-cü dərəcə əlillik (OFP 60%) təyin edilmişdir. Diaqnozun mətni: insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip İnsulin tələbli forma çoxsaylı ağırlaşmalarla, Dəqiqləşdirilməmiş ürək və damar implantatının və transplantatın olması, İCD cihazının implantasiyasından s/v Meyar: Bənd 2.3.5. XBT kodu Z95.9 - Yanaşı xəstəliklər 2.Qan dövranı sisteminin xəstəlikləri=>Şəxsi və ailəvi anamnezlə və ya sağlamlığa təsir edən müəyyən hallarla əlaqədar sağlamlıq üçün potensial təhlükə=>Dəqiqləşdirilməmiş ürək və damar implantatının və transplantatın olması = >ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda=> Bənd 11.2.8.1 XBT kodu Z89.0 – Ağırlaşma 11.Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları=>Şəxsi və ailəvi anamnezlə və ya sağlamlığa təsir edən müəyyən hallarla əlaqədar sağlamlıq üçün potensial təhlükə = >Barmağın (barmaqların) baş barmaq da daxil olmaqla birtərəfli qazanılma olmaması => bir pəncənin xroniki residivləşən xoralı çatışmazlığı=> OFP yekun faizi 60%. Baxılan işin hallarına əsasən iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişdə olan diaqnozlar: Əsas diaqnoz: E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip İnsulin tələbli forma çoxsaylı ağırlaşmalarla; Ağırlaşma: H35.2 Digər proliferativ retinopatiya, Qeyri-proliferatik diabetik retinopatiya Ağırlaşma: Z89.0 Barmağın (barmaqların) baş barmaq da daxil olmaqla birtərəfli qazanılma olmaması, Sağ ayaq İ,II barmağının qazanılma olmaması; Ağırlaşma: I79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik angiopatiya(aşağı ətrafların); Ağırlaşma: I70.2 Ətraf arteriyalarının aterosklerozu, Aşağı ətraf arteriyalarının obliterasiyaedici aterosklerozu III dərəcəli xr.işemiyası; Ağırlaşma: N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya; Ağırlaşma: G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya; Yanaşı xəstəliklər: I11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi III dərəcə; Yanaşı xəstəliklər: I50.0 Durğunluq ürək çatmamazlığı, XR. Ürək çatmamazlığı II Fs; Yanaşı xəstəliklər: I20.8 Stenokardiyanın digər formaları, ÜİX. Gərginlik stenokardiyası II FS; Yanaşı xəstəliklər: Z95.9 Dəqiqləşdirilməmiş ürək və damar implantatının və transplantatın olması, İCD cihazının implantasiyasından s/v qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məktəmə-Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin T ***/**** №-li, ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına ##.##.2014, ##.##.2015, ##.##.2016-cı il tarixlərdə təyin edilmiş diaqnozlarla hazırda iddiaçının əsas xəstəliyi və onun ağırlaşmaları olan xəstəliklər ümumən eyni xəstəliklərdir. - Vətəndaş İddiaçı adına “Bakı Baş Səhiyyə Mərkəzi” tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, F********PQA saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip insulin tələbli forma çoxsaylı ağırlaşmalarla. Ağırlaşmalar: H35.2-digər proliferativ retinopatiya, qeyriproliferatik diabetik retinopatiya, Z89.0-barmağın (barmaqların) baş barmaq da daxil olmaqla birtərəfli qazanılma olmaması, sağ ayaq İ, II barmağının qazanılma olmaması, İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, diabetik angiopatiya (aşağı ətrafların), İ70.2- ətraf arteriyalarının aterosklerozu, aşağı ətraf arteriyalarının obliterasiya-edici aterosklerozu III dərəcəli xr. Işemiyası, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-El4, diabetik nefropatiya, G63.2-diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik polinevropatiya, H36.0* diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 3 işarəsi ilə), İ50.0- Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), İ50.0-durğunluq ürək çatmamazlığı, xr.ürək çatmamazlığı, İ20.8 stenokardiyanın digər formaları, ÜİX, gərginlik stenokardiyası Ilfs, Z95.9-dəqiqləşdirilməmiş ürək və damar implantatının və transplantatın olması, İCD cihazının implantasiyadan sonrakı vəziyyəti” diaqnoz ona stasionarda aparılmış bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əsas diaqnoz xroniki hala keçdiyindən yuxarıda qeyd olunan xəstəliklərlə ağırlaşmışdır və xəstəliklərə hazırda da rast gəlinir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”: “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 11.2. Şəkərli diabet - E10-E14 Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2.1. insulindən asılı şəkərli diabet E10 insulindən asılı olmayan şəkərli diabet E11 Qiymətləndirmə: 11.2.1.1. 18 yaşınadək şəxslərdə birinci tip şəkərli diabet (ağırlaşmalar olmadan) – 65 faiz; 5 il müddətinə əlillik təyin edilməsi üçün əsasdır. 11.2.2. böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya (ifrazetmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq) E10-E14 diabetik nefropatiya N08.3* Qiymətləndirmə: 11.2.2.1. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX II mərhələ, XBÇ İ mərhələ - 35-60 faiz; 2 il müddətinə əlillik təyin edilməsi üçün əsasdır. 11.2.2.2. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX III mərhələ, XBÇ ll mərhələ - 65-80% 2 il müddətinə əlillik təyin edilməsi üçün əsasdır. 11.2.2.3. diabetik nefropatiya, XBX lV mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın (hemodializ, peritoneal dializ, böyrək köçürülməsi) aparılması şərtilə şəkərli diabetin digər ağır və aparılan müalicənin fəsadlarının olmadığı halda 90% - müddətsiz əlillik təyin edilməsi üçün əsasdır. 11.2.2.4. diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyrieffektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması – 100 % müddətsiz əlillik təyin edilməsi üçün əsasdır. 11.2.3. gözlərin zədələnməsi ilə şəkərli diabet-diabetik retinopatiya (görmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq (görmə itiliyi, torlu qişasının lazer koaqulyasiyasından sonra skatomaların olması) - E10-E14 diabetik katarakta - H28.0* diabetik retinopatiya - H36.0* 11.2.3.1. diabetik retinopatiya, qeyri-proliferativ və ya proliferativ önü (venoz anomaliyaların qoşulması – dəqiq görmə, əyrilik, kolibr rəqsi, çoxsaylı yumşaq və sərt eksudatlar, daha böyük retinal qansızmalar) və ya proliferativ (görmə sinirinin diskinin və (və ya) torlu qişanın digər hissələrinin neovaskulyarizasiyası, retinal, periretinal və intraviteral qansızmalar/hemoftalm, qansızma sahəsində və neovaskulyarizasiya boyu fibroz toxumanın əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin 0,1-dən çox və 0,3-ə qədər olması ilə (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu 40 dərəcəyə qədər, lakin 20 dərəcədən geniş - 35-60% 2 il müddətinə əlillik təyin edilməsi üçün əsasdır. 11.2.3.2 diabetik retinopatiya qeyri-proliferativ və ya preproliferativ və ya terminal (gözün ön kamerasının küncünün neovaskulyarizasiyası, ikincili rubeoz qlaukomanın əmələ gəlməsi ilə nəticələnən; torlu qişanın ayrılmasına səbəb olan traksion sindromlu vitreoretinal şvartların əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,05-ə qədər olması ilə və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu < 20 dərəcəyə qədər, lakin 10 dərəcədən geniş - 65-80 % 2 il müddətinə əlillik təyin edilməsi üçün əsasdır. 11.2.3.3. diabetik retinopatiya proliferativ və (və ya) makulopatiyalar görmə itiliyi (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,04 aralığında, periferiyadan görmə sahəsinin daralması, fiksasiya nöqtəsindən radius boyu 10-0 dərəcə - 85-100 % müddətsiz əlillik təyin edilməsi üçün əsasdır. İddiaçıda olan əsas diaqnoz:– XBT kodu – E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip İnsulin tələbli forma çoxsaylı ağırlaşmalarla. Ağırlaşma: H35.2 Digər proliferativ retinopatiya, Qeyriproliferatik diabetik retinopatiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. İddiaçıda mövcud olan diaqnozlara Nazirlər Kabinetinin 187 № li Qərarı ilə təsdiq edilmiş Meyarların tələbi baxımından nəzər yetirdikdə müəyyən etmək olur ki, Meyarların iddiaçının əsas diaqnozunun OFP faizini 60% deyil, 61-80% arası müəyyən edilməlidir. İddiaçıda olan əsas diaqnoz və ağırlaşma, yanaşı xəstəliklərin hazırda da iddiaçıda müşahidə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Qaydaların normalarını hazırkı işə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 2 dərəcə əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıda orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halın olmasını nəzərə almamış, həmin diaqnozların hər biri üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmamış, əlillik təyinatı zamanı nəzərə almamışdır. İddiaçıda olan ağırlaşma 60% + 10% əsas xəstəlik, digər ağırlaşmalara görə = OFP 70% müəyyən edilməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Şikayətin dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunubolunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh inzibati orqan eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Vidadi Qasımov
Məhkəmə qərarları › İş №2-1(3-6)-2181/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2181/2026
01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver