Məhkəmə qərarları › İş №2-1(3-6)-2190/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2190/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2190/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **************** nömrəli, ##.##.2025-ci il tarixli qərarının və **************** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **************** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv olunması, Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər”, 2-ci Fəvvarələr küçəsi, 6, “K Residence” yaşayış kompleksi, Kortyard 2 binasının 7-ci mərtəbəsində yerləşən, **** saylı, ümumi sahəsi 171.1 kv.m. olan mənzilə və həmin binanın 1-ci mərtəbəsində yerləşən ** nömrəli dayanacaq yerinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (“xxxx” ASC) ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ##.##.2025-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə **************** nömrəli elektron ərizə ilə müraciət etmişdir. Həmin müraciət üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ##.##.2025-ci il tarixində **************** nömrəli qərar qəbul edilmiş və ərizənin təmin edilməsindən imtina olunmuşdur. Bundan əlavə, İddiaçı tərəfindən digər müraciət ##.##.2025-ci il tarixində **************** nömrəli elektron ərizə ilə təqdim edilmiş, lakin bu ərizə üzrə də ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarla yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, **************** nömrəli və ##.##.2025-ci il tarixli, **************** nömrəli yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada əldə olunmasına görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi barədə qərarlar qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv olunmalıdır. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2025-ci il tarixli, **************** nömrəli və ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **************** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsində qeyd olunanlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki halları barədə: İddiaçı ilə satıcı “xxxx” Mənzil Tikinti Kooperativi arasında ##.##.2023-cü il tarixində CY*-***/** nömrəli müqavilə imzalanmışdır. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər isə müqavilə üzrə borc məbləği ödənilmişdir. Daha sonra, iddiaçı ##.##.2025-ci il tarixdə ƏDV-nin mütənasib hissəsinin geri qaytarılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidməti tərəfindən aparılmış araşdırma zamanı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin təhlili nəticəsində müəyyən edilmişdir ki, sonuncu ödəniş ##.##.2025-ci il tarixdə edilməsinə baxmayaraq, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün müraciət 91 gün sonra, yəni ##.##.2025-ci il tarixdə edilmişdir. Həmçinin, ümumi məbləği 563.019,00 manat olan, ##.##.2023-cü il - ##.##.2025-ci il tarixli bank ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilən hallar nəzərə alınmaqla, ##.##.2025-ci il tarixli, **************** nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi” barədə qərar qəbul edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxslərin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Həmin Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Eyni zamanda, həmin Qaydanın “Qeydlər” hissəsində də göstərilmişdir ki, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə (hakim A.Babayev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **************** nömrəli, ##.##.2025-ci il tarixli Qərarının ləğv olunması, Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər”, 2-ci Fəvvarələr küçəsi, 6, “K Residence” yaşayış kompleksi, Kortyard 2 binasının 7-ci mərtəbəsində yerləşən, **** saylı, ümumi sahəsi 171.1 kv.m. olan mənzilə və həmin binanın 1-ci mərtəbəsində yerləşən ** nömrəli dayanacaq yerinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (xxxx ASC) ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1, 5.2.1 və 5.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş müraciət müddətinin ötürülməsi və bunun nəticəsi olaraq Qaydanın 5.3-cü bəndinin tətbiqi. Belə ki, iddiaçı tərəfindən son ödəniş ##.##.2025- ci il tarixdə həyata keçirildiyi halda, ƏDV-nin qaytarılması üçün müraciət ##.##.2025-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş 90 günlük müddət keçdikdən sonra edilmişdir.

2. Qaydanın 5.2.1-ci bəndinin tələbinin pozulması. Belə ki, cavabdehin mövqeyinə görə, təqdim edilmiş sənədlərin araşdırılması zamanı ümumi məbləği 563.019 manat olan, ##.##.2023-cü il–##.##.2025-ci il tarixləri arasında həyata keçirilmiş bank ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların tarixi, seriyası və nömrəsi qeyd edilməmişdir. Məlum olduğu kimi, Qaydanın 5.1-ci və 5.3-cü bəndlərinə əsasən yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyəri satıcıya tam ödənildikdən sonra ƏDV-nin qaytarılması üçün müraciət 90 gün ərzində edilməlidir. Bu müddət keçdikdən sonra təqdim edilən müraciətlər üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Həmin tənzimləmə imperativ xarakter daşıyır və ondan kənarlaşmaya yol verilmir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən son ödəniş ##.##.2025-ci il tarixdə həyata keçirilmiş, ƏDV-nin qaytarılması üçün müraciət isə ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. Vergi orqanı tərəfindən müddətin hesablanması son ödəniş tarixindən sonrakı gün – ##.##.2025-ci il tarixdən aparılmış, nəticədə müraciətin 91-ci gün edildiyi müəyyən olunmuş və bu əsasla Qaydanın 5.1-ci və 5.3-cü bəndlərinin tələblərinin pozulduğu qənaətinə gəlinmişdir. Məhkəmə də müddətin axımının ##.##.2025-ci il tarixdən başladığını qəbul etməsinə baxmayaraq, ##.##.2025-ci il tarixini 90-cı gün kimi qiymətləndirmişdir. Halbuki, həmin tarix müddətin 91-ci gününə təsadüf edir. Qeyd edilməlidir ki, məhkəmə işlərində prosessual müddətlərə ciddi hüquqi yanaşma tətbiq olunur və üzrsüz səbəbdən ötürülmüş müddətin bərpasına yol verilmir. Bu baxımdan müddətlərin düzgün hesablanması hüquqi müəyyənlik prinsipinin ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən məhkəmənin iddiaçının müraciətini vaxtında edilmiş müraciət kimi qiymətləndirməsi işin faktiki hallarına uyğun deyildir. Əksinə, vergi orqanının ƏDV-nin qaytarılmasından imtina etməsi Qaydanın 5.1-ci və 5.3-cü bəndlərinin tələblərinə uyğun olmuşdur. İddiaçının ödənişlərinin MTK ilə bağlanmış müqavilə əsasında həyata keçirilməsi və bank rekvizitlərinin həmin müqaviləyə uyğun olması Qaydanın 5.2.1-ci bəndində nəzərdə tutulmuş tələbin yerinə yetirilməsi anlamına gəlmir. Həmin norma ödənişin müqavilə üzrə aparılıb-aparılmamasını deyil, bank ödəniş sənədində elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsinin göstərilməsini imperativ qaydada tələb edir. İş materialları ilə müəyyən olunur ki, təqdim edilmiş bank ödəniş sənədlərində bu rekvizitlər göstərilməmişdir. Bu hal Qaydanın 5.2.1-ci bəndinin birbaşa pozulmasıdır və müqaviləyə istinad və ya digər sənədlərlə aradan qaldırılması mümkün deyildir. Eyni zamanda, iddiaçının əvvəlki müraciətlərinə cavab olaraq ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli imtina qərarlarında, habelə iddiaçıya göndərilmiş bildirişlərdə Qaydanın 5.2.1-ci bəndinin tələblərinin pozulduğu, yəni bank ödəniş sənədlərində elektron qaimə-fakturanın rekvizitlərinin göstərilmədiyi açıq şəkildə qeyd edilmişdir. Bu mərhələdən etibarən iddiaçının mövcud nöqsanların aradan qaldırılması üçün kifayət qədər zamanı olmuşdur. Lakin iddiaçı son müraciətədək həmin çatışmazlıqları aradan qaldırmamışdır ki, bu da Qaydanın tələblərinin pozulmasının davamlı xarakter daşıdığını göstərir. Bu baxımdan, mövcud pozuntu iddiaçının öz səhlənkarlığının nəticəsidir və Qaydanın imperativ tələbinin yerinə yetirilməməsi hüquqi nəticəni dəyişmir. Məhkəmənin bu halı nəzərə almaması və cavabdehin qiymətləndirməsini əsassız sayması işin hallarının tam və obyektiv araşdırılmaması ilə nəticələnmişdir. Bundan əlavə, bank ödəniş sənədində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin göstərilməsi formal tələb xarakteri daşımır. Bu rekvizitlər ödənişin konkret hansı qaimə-faktura üzrə həyata keçirildiyini müəyyən edən əsas identifikasiya elementləridir və ƏDV-nin qaytarılması üçün əsas təşkil edən əməliyyatın dəqiq müəyyən olunmasına xidmət edir. Məhz həmin məlumatlar olmadan ödənişin konkret elektron qaimə-faktura ilə əlaqələndirilməsi və nəticə etibarilə qaytarılmalı ƏDV məbləğinin düzgün müəyyən edilməsi mümkün deyildir. Bu baxımdan, müqaviləyə ümumi istinad həmin tələbi əvəz etmir və Qaydanın 5.2.1-ci bəndində nəzərdə tutulmuş imperativ tələb yerinə yetirilmiş hesab edilə bilməz. Eyni zamanda, iddiaçı İddiaçı digər yaşayış və qeyriyaşayış sahələri üzrə təqdim etdiyi oxşar müraciətlərin təmin edilməsi göstərir ki, Qaydanın tələblərinə riayət olunduğu hallarda ƏDV-nin qaytarılması həyata keçirilmişdir. Bu isə mübahisəli hal üzrə nəticənin iddiaçının öz hərəkət və ya hərəkətsizliyindən asılı olduğunu təsdiq edir. Beləliklə, məhkəmənin iddianın təmin edilməsi barədə nəticəsi Qaydanın tələblərinə və işin faktiki hallarına uyğun deyildir. Analoji xarakterli iş üzrə Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarında Qaydanın 6.1-ci maddəsinin tətbiqinə dair belə mövqe ifadə olunmuşdur: “Qayda iki kateqoriyadan olan alıcılara şamil edilir — (1) ödənişlərini Qayda qüvvəyə mindiyi tarixədək tam başa vurmuş, (2) həmin tarixədək sahəni əldə edib ödənişlərini sonradan davam etdirən şəxslər. Birinci kateqoriyaya aid alıcılara 90 gün ərzində müraciət etdikləri halda ƏDV-nin 30 faizinin qaytarılması hüququ verilir. İkinci kateqoriyaya aid şəxslər də bu hüquqa malik olsa da, onlar üçün ƏDV-ni depozit hesabına ödəmək tələbi qüvvədə qalır və ya bu Qayda qüvvəyə mindiyi tarixdən sonra ƏDV-ni depozit hesabına ödəməkdən azad edən norma yoxdur. Buna görə də, ödənişləri Qaydanın 5.1.2-ci maddəsinə uyğun aparılmayan alıcıların tələbləri təmin edilmir. Məlum olduğu kimi tələblər imperativ xarakter daşıyır və onlara əməl edilmədikdə ƏDV-nin qaytarılması hüququ yaranmır. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən ödənişlər ƏDV daxil olmaqla satıcının bank hesabına köçürülmüşdür ki, bu da Qaydanın 5.1.2-ci bəndinin tələblərinə uyğun hesab edilmir”. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmadığından birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və iddiaçının iddiası təmin edilməməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı ilə satıcı “xxxx” Mənzil Tikinti Kooperativi arasında ##.##.2023-cü il tarixində CY*-***/** nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Şirkət (xxxx MTK) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y. Əliyev küç., 8 Noyabr prospekti, və X. Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 1 2) ünvanındakı "K Residence Baku” yaşayış kompleksinin inşa-inkişaf etdirilməsini həyata keçirib bu Binada yerləşən Əmlakı Müştəriyə (X1) satmağa, müştəri (X1) isə Binada yerləşən Əmlakı yaşayış məqsədləri üçün almağa razılaşır. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, CY2-***/** №-li müqaviləyə * №-li Əlavəyə əsasən Müştəri üçün Binanın 1-ci mərtəbəsində yerləşən (** nömrəli) 1 (bir) avtomobil dayanacağı sahəsi ayrılmışdır. “xxxx” MTK tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışlarına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y. Əliyev küç., 8 Noyabr prospekti, və X. Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 2 - ƏTPM-nin cizgisi üzrə) Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” 2-ci Fəvvarələr küçəsi 6 (ünvan arayışı) ünvanındakı “K Residence” yaşayış kompleksi “xxxx” MTK-ya məxsusdur. Qeyd edilən yaşayış kompleksinin Kortyard 2 binasının 7-ci mərtəbəsində yerləşən, **** saylı, ümumi sahəsi 171.1 kv.m. olan mənzilin və həmin binanın 1-ci mərtəbəsində yerləşən ** nömrəli dayanacaq yerinin dəyəri CY*-***/** saylı müqavilə üzrə tam ödənilmişdir. İddiaçı “xxxx” MTK-ya borcu yoxdur. İddiaçı ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün müraciətin 91 gün sonra, yəni ##.##.2025-ci il tarixdə edildiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, **************** saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Təsdiq edilmiş qaydaların 5.2.1-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi göstərilməlidir. Lakin təqdim edilmiş sənədlərin araşdırılması zamanı ümumi məbləği 563.019,00 manat olan, ##.##.2023-cü il ##.##.2025- ci il tarixli bank ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş elektron qaiməfakturaların tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. İddiaçı ##.##.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Bundan sonra iddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDVnin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Vergi Məcəlləsinin 165.6-cı maddəsində qeyd edilir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDVnin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. ## ###### 2019-cu il tarixli, ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. Dəyişiklik 2020-ci il ######ın #-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: (Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmişdir) 2.0.4-cü maddəsinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.6-cı maddəsinə əsasən müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 5.1-ci maddəsinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5-ci maddəsinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6-ci maddəsinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7-ci maddəsinə əsasən Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8-ci maddəsinə əsasən qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. (Keçid müddəası) 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 2020-ci il ######ın #-dən qüvvəyə minmiş 165.6-ci maddəsinin tətbiqini tənzimləyən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6-cı bəndi (keçid müddəaları) bu qaydalarının təsdiq edildiyi 2022-ci il ## ### tarixədək olan dövrdə olan münasibətləri tənzimləyir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Hazırkı işin halları ilə müəyyən edilir ki, iddiaçı ##.##.2023-cü il tarixli, CY2-***/** №li müqavilə imzalamaqla yaşayış və qeyri-yaşayış sahəsini əldə etmiş, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixə qədər isə müqavilə üzrə borc məbləği ödənilmişdir. Hazırkı işin faktiki halının qaydaların keçid müddəalarının təsir dairəsinə düşməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il ######ın #-dən 2022-ci il ###ın ##-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Hazırkı işin hallarından görünür ki, iddiaçı ##.##.2023-cü il tarixdə (## ### 2022-ci il tarixdən sonra) müqavilə imzalamaqla mənzil əldə etdiyi üçün keçid müddəaları ona münasibətdə tətbiq edilmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırda tərəflər arasında yaranmış münasibətlərə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” ## ### 2022-ci il tarixdən sonra yaranmış münasibətlərə tətbiq edilməsi nəzərdə tutulan 5.1-ci maddəsinin müddəaları tətbiq edilir. Qaydaların 5.1-ci maddəsinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və Qaydaların 5.1-ci bəndində göstərilən sənədləri skan edərək portala göndərir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinə görə sonuncu ödəniş ##.##.2025-ci il tarixdə edilmişdir. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hazırda iddiaçıya münasibətdə müddətin axımı - ##.##.2025-ci il tarixdən hesablanır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 90 gün müddəti ötürmədən cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtinanın digər əsası olaraq qeyd etmişdir ki, təqdim edilmiş sənədlərin araşdırılması zamanı ümumi məbləği 563.019,00 manat olan, ##.##.2023-cü il ##.##.2025-ci il tarixli bank ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, pul vəsaitinin KNİGHTSBRIDGE AG SEHER MTK, (Hesab № AZ**CTRE********************, VÖEN **********) ödənilməsi görünür. Həmçinin sənədlərdən görünür ki, ödənişlərin təyinatı hissəsində “##.##.2023-cü il tarixli CY2 20 ** saylı alqı-satqı müqaviləyə əsasən” göstərilmişdir. Həmçinin, “xxxx” MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küç., 8 Noyabr prospekti, və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 2 - ƏTPM-nin cizgisi üzrə) Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” 2-ci Fəvvarələr küçəsi 6 (ünvan arayışı) ünvanındakı “K Residence” yaşayış kompleksi “xxxx” MTK-ya məxsusdur. Qeyd edilən yaşayış kompleksinin Kortyard 2 binasının 7-ci mərtəbəsində yerləşən, **** saylı, ümumi sahəsi 171.1 kv.m. olan mənzilin və həmin binanın 1-ci mərtəbəsində yerləşən ** nömrəli dayanacaq yerinin dəyəri CY*-***/** saylı müqavilə üzrə tam ödənilmişdir. İddiaçı “xxxx” MTK-ya borcu yoxdur. Təqdim edilən bank sənədlərinə əsasən mənzilə görə nağdsız ödəniş iddiaçının “xxxx” ASC hesabından həyata keçirilmişdir, odur ki, müvəkkil bank da məhz qeyd edilən bankdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqanın mövqeyi əsassız olmuşdur. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar