Məhkəmə qərarları › İş №2-1(3-6)-2194/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2194/2026

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2194/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, iddiaçı İddiaçı İbrahim oğlunun iştirakı ilə, iddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N nömrəli hərbi hissə komandirinin: *** nömrəli, ##.##.2020-ci il tarixli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R İddiaçı İbrahim oğlu, avtomobil və elektrotexniki bölüyünün elektroqaz taqımının elektroqaz manqasının komandiri, ##.##.2020-ci il tarixdən ezamiyyətə, N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) 5 (beş) gün müddətinə getmiş hesab edilmişdir. *** nömrəli, ##.##.2020-ci il tarixli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R İddiaçı İbrahim oğlu avtomobil və elektrotexniki bölüyünün elektroqaz taqımının elektroqa manqasının komandiri, ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə (Beyləqan rayonu) ezamiyyət müddəti artırılmışdır. *** nömrəli, ##.##.2020-ci il tarixli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R İddiaçı İbrahim oğlu, avtomobil və elektrotexniki bölüyünün elektroqaz taqımının elektroqaz manqasının komandiri N nömrəli hərbi hissədə (Beyləqan) ezamiyyət müddəti ##.##.2020-ci il tarixədək artırılmışdır. *** nömrəli, ##.##.2020-ci il tarixli əmrindən görünür ki, N nömrəli hərbi hissədə ezamiyyətdə olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R İddiaçı İbrahim oğlu, avtomobil və elektrotexniki bölüyünün elektroqaz taqımının elektroqaz manqasının komandirinin ezamiyyət müddəti ##.##.2020ci il tarixədək uzadılmış hesab edilmişdir. *** nömrəli, ##.##.2020-ci il tarixli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R İddiaçı İbrahim oğlu, avtomobil və elektrotexniki bölüyünün elektroqaz taqımının elektroqaz manqasının komandiri, ## ####### 2020-ci il tarixdən ezamiyyətdən, N nömrəli hərbi hissədən (Beyləqan rayon) gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. N saylı hərbi hissə komandirinin *** nömrəli, ##.##.2020-ci il tarixli əmrindən görünür ki, döyüş əməliyyatlarında iştirak etmək məqsədilə, N nömrəli hərbi hissədən (Bakı şəhəri) ezamiyyətə gəlmiş, MAHHXHQ R İddiaçı İbrahim oğlu ## ####### 2020-ci il tarixdən - ## ####### 2020-ci il tarixədək 29 (iyirmi doqquz) gün müddətinə ezamiyyətə gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin *** nömrəli, ##.##.2020-ci il tarixli əmrindən görünür ki, N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş MAHHXHQ R İddiaçı İbrahim oğlu ## ####### 2020-ci il tarixdən getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi aviasiya tərkibində döyüş əməliyyatlı döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayış məlumatından görünür ki, iddiaçı Döyüş əməliyyatları zamanı Beyləqan dislokasıya aerodromunda döyüş əməliyyatlarına cəlb olunan aviasiya vasltəh üçün yanacaq sürtkü materialları ilə uçuşları təmin etmək üçün Beyləqan rayonuna, N saylı hərbi hissəyə ezam olunmuşdur. Həmin arayışa əsasən: Şəxsin ezam olunduğu hərbi aviasiya vasitəsi ilə döyüş əməliyyatlarında bilavasiyə iş (pilot, operator, bort-texnik və s.) üçün cəlb olunması (tarixlər və əmrin nömrəsi göstərilməklə) yoxdur; Şəxsin ezam olunduğu hərbi aviasiya bölmələrinin tərkibində döyüş uçuşlarının həyata keçirilməsi (tarixlər və əmrin nömrəsi göstərilməklə) yoxdur; Beyləqan rayonuna ezam olunmuşdur, xəsarət alma, xəsarət üzrə məlumat, xəsarət aldığı ərazi yoxdur; Döyüşlərdə iştiraka görə təltifləri (tarixi və adı) yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İbrahim oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissədə MAXE R kimi V vəzifəsində həqiqi hərbi xidmət keçərkən 44 günlük Vətən Müharibəsi dövründə döyüş əməliyyatları zamanı Beyləqan dislokasiya aerodromunda döyüş əməliyyatlarına cəlb olunan aviasiya vasitələrini yanacaq-sürtkü materialları ilə təmin etmək üçün N №-li hərbi hissəyə (həmlə tuboruna) ezam olunmuşdur. Lakin iddiaçıya indiyədək “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi cavabdeh inzibati orqanın nəzdində yaradılmış müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmiş və bildirilmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2026-cı il tarixli *- **-**/*-****/**** nömrəli məktubuna əsasən vətəndaş X.İ.Əhmədovun döyüş əməliyyatlarının aparıldığı dövrdə (27.09-10.11,2020-ci il tarixlərdə) ezam olunduğu ərazi, Beyləqan rayonu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmadığına görə ona “müharibə veteranı adının və vəsiqəsinin” verilməsi üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayış-məlumatdan görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman Beyləqan rayonunda olmuşdur. İddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. O, hərbi aviasiya bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları deyil, digər təminat növləri üzrə tapşırıqları verinə yetirmişdir. Lakin onun iştirak etdiyi ərazi olan Şəmkir rayonu Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməmiş, Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Cavabdeh məhkəmənin sorğusuna ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissədən döyüş əməliyyatlarında iştirak etmək məqsədilə, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 29 (iyirmi doqquz) gün müddətinə ezamiyyətə gəlmiş MAHHXHQ R İddiaçı İbrahim oğlu N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li əmrilə (əsas: §-12, sıra-10, səh-41, əmrdə vəzifəsi göstərilməmişdir) ##.##.2020-ci il tarixdən qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissədən ezamiyyətə gəlmiş, MAHHXHQ R İddiaçı İbrahim oğlu N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li əmrilə (əsas: §-5, sıra-5, səh-77, əmrdə vəzifəsi göstərilməmişdir) ##.##.2020-ci il tarixdən getmiş hesab edilərək ##.##.2020-ci il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin sentyabr 2020ci il, ##.##.2020-##.##.2020-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı İbrahim oğlu barəsində əlavə məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ezam edilmiş hərbi qulluqçuya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçu və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu olmalı;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 17-dək N saylı hərbi hissəyə, Beyləqan rayonuna ezam edilməsi işin mübahisəsiz halıdır. Həmçinin işin mübahisəsiz halını o da təşkil edir ki, iddiaçı Qərarda göstərildiyi kimi Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarında döyüş əməliyyatlarında iştirak etməmişdir, yəni:

1. həmin ərazilərdə döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirməmişdir;

2. həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməmişdir;

3. həmin ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməmişdir. İşdən iddiaçının Beyləqan dislokasıya aerodromunda döyüş əməliyyatlarına cəlb olunan aviasiya vasitələri üçün yanacaq sürtkü materialları ilə uçuşları təmin etməsi müəyyən olunsa da, o bu fəaliyyəti Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarında deyil, Beyləqan rayonunda həyata keçirmişdir. Belə olan halda, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarına əsasən müharibə veteranı almaq hüququ yaranmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müharibədə iştirakı ilə əlaqədar hər hansı bir medalı və təltifi yoxdur. Ezam olunduğu hərbi hissə hazırda yoxdur, ona görə ki, bütün yoldaşları şəhid olmuşdur. Ön cəbhədə olmamış, aviasiya vasitələrini yanacaq-sürtkü materialları ilə təmin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi).

Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir...

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz...

İnzibati Prosessual Məcəllə:

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur...

Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir...

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır...

Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır...

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir...

Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər...

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir...

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə olunması barədə qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X.İ.Əhmədovun döyüş əməliyyatlarının aparıldığı dövrdə (27.09-##.##.2020-ci il tarixlərdə) ezam olunduğu ərazi, Beyləqan rayonu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayış-məlumatdan görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman Beyləqan rayonuna ezam olunsa da, döyüş əməliyyatlarında iştirak etməmişdir. Beyləqan dislokasiya aerodromunda döyüş əməliyyatlarına cəlb olunan aviasiya vasitələri üçün yanacaq sürtkü materialları ilə uçuşları təmin etmişdir. O, hərbi aviasiya bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları deyil, digər təminat növləri üzrə tapşırıqları verinə yetirmişdir. Beləliklə, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməmiş, Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Məhkəmə kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə əsas yoxdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar